Məkkədə nazil olmuşdur, üç ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَالْعَصْرِۙ(1)
<font color="000000"><b>(1) And olsun əsr vaxtına (ya əsr namazına, ya İslamın zühur etdiyi və Quranın cəmiyyətə təqdim olunduğu əsrə, yaxud vəd olunmuş Mehdinin (ə.f.) İlahi hökumətinin zühur dövrünə) ki,</b></font>
اِنَّ الْاِنْسَانَ لَفِىْ خُسْرٍۙ(2)
<font color="000000"><b>(2) Şübhəsiz, insan, (ömrünün azalması, puç olması və nəfsi istəklərinin və Şeytanın ona qalib gəlməsi baxımından) ziyan içindədir,</b></font>
اِلَّا الَّذِيْنَ اٰمَنُوْا وَ عَمِلُوا الصّٰلِحٰتِ وَتَوَاصَوْا بِالْحَقِّ ۙ وَتَوَاصَوْا بِالصَّبْرِ(3)
<font color="000000"><b>(3) Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı (sabit doğru əqidə və əməlləri) və (vəzifələri yerinə yetirməkdə) səbri tövsiyə edənlərdən başqa.</b></font>