EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
TUR (DAĞ) SURƏSİ
Məkkədə nazil olmuşdur, qırx doqquz ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَالطُّوْرِۙ‏(1)
<font color="000000"><b>(1) And olsun dağa (və ya Musanın, üstündə vəhyi eşitdiyi Turi-Sinaya)!</b></font>
وَكِتٰبٍ مَّسْطُوْرٍۙ‏(2)
<font color="000000"><b>(2) Yazılmış kitaba (Qurana, yaxud Lövhi-Məhfuza, yaxud Tövratın lövhələrinə, yaxud da hər hansı bir səma kitabına, ya da əməli salehlərin içərisində iman yazılmış nəfs kitablarına, ya da ki, qiyamət günü hər bir bəndənin əməllərinin yazıldığı əməl dəftərinə)!</b></font>
فِىْ رَقٍّ مَّنْشُوْرٍۙ‏(3)
<font color="000000"><b>(3) (Hal-hazırda) açıq (olan və ya gələcəkdə açıq olacaq) səhifədə (yazılmış kitaba)!</b></font>
وَالْبَيْتِ الْمَعْمُوْرِۙ‏(4)
<font color="000000"><b>(4) Və (and olsun) o abad evə (zəvvarlarla abad olan Kəbəyə, mələklərlə abad olan səma evinə və əməlləri xalis olan bəndələrin imanla abad olan qəlblərinə)!</b></font>
وَالسَّقْفِ الْمَرْفُوْعِۙ‏(5)
<font color="000000"><b>(5) Və ucaldılmış tavana (göyə).</b></font>
وَالْبَحْرِ الْمَسْجُوْرِۙ‏(6)
<font color="000000"><b>(6) Və (su ilə) dolu və (yaxud qiyamətdən qabaq) alovlanan (və od ilə dolu) dənizə!</b></font>
اِنَّ عَذَابَ رَبِّكَ لوَاقِعٌ ۙ‏(7)
<font color="000000"><b>(7) (Bütün bunlara and olsun) ki, şübhəsiz, sənin Rəbbinin (axirətdə kafirlər üçün) əzabı sabit və qətidir.</b></font>
مَّا لَهٗ مِنْ دَافِعٍۙ‏(8)
<font color="000000"><b>(8) Onu əsla heç kəs dəf edə bilməz.</b></font>
يَّوْمَ تَمُوْرُ السَّمَآءُ مَوْرًا ۙ‏(9)
<font color="000000"><b>(9) O gün göy möhkəm bir titrəyişlə lərzəyə gələcək.</b></font>
وَّتَسِيْرُ الْجِبَالُ سَيْرًا ؕ‏(10)
<font color="000000"><b>(10) Və bütün dağlar (toz kimi havada) gəzişəcək.</b></font>
فَوَيْلٌ يَّوْمَئِذٍ لِّلْمُكَذِّبِيْنَۙ‏(11)
<font color="000000"><b>(11) Odur ki, həmin gün vay təkzib edənlərin halına!</b></font>
الَّذِيْنَ هُمْ فِىْ خَوْضٍ يَّلْعَبُوْنَ‌ۘ‏(12)
<font color="000000"><b>(12) O kəslər(in) ki, (batil və nalayiq söz və işə) bataraq oynayırlar.</b></font>
يَوْمَ يُدَعُّوْنَ اِلٰى نَارِ جَهَنَّمَ دَعًّاؕ‏(13)
<font color="000000"><b>(13) Onlar o gün zorla və sərtliklə cəhənnəmə sürüklənəcəklər.</b></font>
هٰذِهِ النَّارُ الَّتِىْ كُنْتُمْ بِهَا تُكَذِّبُوْنَ‏(14)
<font color="000000"><b>(14) (Onlara deyiləcək:) Bu sizin (dünyada) təkzib etdiyiniz oddur.</b></font>
اَفَسِحْرٌ هٰذَاۤ اَمْ اَنْتُمْ لَا تُبْصِرُوْنَ‌ۚ‏(15)
<font color="000000"><b>(15) Bu (da) sehrdir, yoxsa siz (dünyada onun hədələrini eşitmədiyiniz kimi indi də) görmürsünüz?!</b></font>
اِصْلَوْهَا فَاصْبِرُوْۤا اَوْ لَا تَصْبِرُوْا‌ۚ سَوَآءٌ عَلَيْكُمْ‌ؕ اِنَّمَا تُجْزَوْنَ مَا كُنْتُمْ تَعْمَلُوْنَ‏(16)
<font color="000000"><b>(16) Ona daxil olun və yanın. Səbr etsəniz də, səbr etməsəniz də sizin üçün eynidir. Siz yalnız etdiklərinizin müqabilində (və ya əməllərinizin təzahürü ilə) cəzalandırılırsınız.</b></font>
اِنَّ الْمُتَّقِيْنَ فِىْ جَنّٰتٍ وَّنَعِيْمٍۙ‏(17)
<font color="000000"><b>(17) Şübhəsiz, təqvalılar bağlar və firavan nemət içərisindədirlər.</b></font>
فٰكِهِيْنَ بِمَاۤ اٰتٰٮهُمْ رَبُّهُمْ‌ۚ وَوَقٰٮهُمْ رَبُّهُمْ عَذَابَ الْجَحِيْمِ‏(18)
<font color="000000"><b>(18) Rəbblərinin onlara verdiyindən bəhrələnir və ondan sevinclə danışırlar. Rəbbləri onları cəhənnəm əzabından qorumuşdur.</b></font>
كُلُوْا وَاشْرَبُوْا هَنِٓيْئًا ۢ بِمَا كُنْتُمْ تَعْمَلُوْنَۙ‏(19)
<font color="000000"><b>(19) (Onlara deyiləcək:) «Yeyin, için, (dünyada) etdiklərinizin müqabilində nuş olsun sizə!»</b></font>
مُتَّكِئِيْنَ عَلٰى سُرُرٍ مَّصْفُوْفَةٍ‌ ۚ وَزَوَّجْنٰهُمْ بِحُوْرٍ عِيْنٍ‏(20)
<font color="000000"><b>(20) Sıralanmış taxtlara söykənən halda! Onları iri gözlü hurilərlə evləndirərik.</b></font>
وَالَّذِيْنَ اٰمَنُوْا وَاتَّبَعَتْهُمْ ذُرِّيَّتُهُمْ بِاِيْمَانٍ اَلْحَقْنَا بِهِمْ ذُرِّيَّتَهُمْ وَمَاۤ اَلَتْنٰهُمْ مِّنْ عَمَلِهِمْ مِّنْ شَىْءٍ‌ؕ كُلُّ امْرِیءٍۢ بِمَا كَسَبَ رَهِيْنٌ‏(21)
<font color="000000"><b>(21) (Özləri) iman gətirmiş və övladları imanda müəyyən qədər onlara tabe olmuş (lakin onlardan aşağı dərəcədə olan) kəslərin övladlarını (axirətdə və cənnətdə) onlara birləşdirəcək və (övladlarını onlara birləşdirməyimizə görə) onların əməllərindən bir şey azaltmayacağıq. Hər bir insan öz əməlinin girovudur (əgər yaxşı əməl gətirsə azad ediləcək, əks təqdirdə isə girovluqda qalacaqdır).</b></font>
وَاَمْدَدْنٰهُمْ بِفَاكِهَةٍ وَّلَحْمٍ مِّمَّا يَشْتَهُوْنَ‏(22)
<font color="000000"><b>(22) Və onlara ardıcıl şəkildə istədikləri meyvə və əti çatdırarıq.</b></font>
يَتَنَازَعُوْنَ فِيْهَا كَاْسًا لَّا لَغْوٌ فِيْهَا وَلَا تَاْثِيْمٌ‏(23)
<font color="000000"><b>(23) Onlar orada (içilməsi) boşboğazlıq və günah doğurmayan (şərab) qədəhləri(ni zarafat və məhəbbətlə) bir-birinin əlindən alarlar.</b></font>
وَيَطُوْفُ عَلَيْهِمْ غِلْمَانٌ لَّهُمْ كَاَنَّهُمْ لُؤْلُؤٌ مَّكْنُوْنٌ‏(24)
<font color="000000"><b>(24) Və (qulluq etmək üçün) başlarına onlara məxsus, (gözəllik və saflıqda) sanki (sədəf içində) gizlənmiş inci olan yeniyetmə oğlanlar dolanarlar.</b></font>
وَاَقْبَلَ بَعْضُهُمْ عَلٰى بَعْضٍ يَّتَسَآءَلُوْنَ‏(25)
<font color="000000"><b>(25) Onların bəzisi bəzisinə üz tutaraq bir-birindən (dünyadakı hallarının necə olmasını) soruşarlar.</b></font>
قَالُوْۤا اِنَّا كُنَّا قَبْلُ فِىْۤ اَهْلِنَا مُشْفِقِيْنَ‏(26)
<font color="000000"><b>(26) Deyərlər: «Həqiqətən, biz öncə (dünyada) ailəmizin içində (olarkən işin sonundan) qorxurduq».</b></font>
فَمَنَّ اللّٰهُ عَلَيْنَا وَوَقٰٮنَا عَذَابَ السَّمُوْمِ‏(27)
<font color="000000"><b>(27) Beləliklə, Allah bizim boynumuza haqq qoydu və bizi yandırıcı və ağrılı əzabdan qorudu.</b></font>
اِنَّا كُنَّا مِنْ قَبْلُ نَدْعُوْهُ‌ ؕ اِنَّهٗ هُوَ الْبَرُّ الرَّحِيْمُ‏(28)
<font color="000000"><b>(28) Əlbəttə, biz bundan əvvəl həmişə Onu çağırırdıq. Çünki yaxşılıq edən və mehriban məhz Odur.</b></font>
فَذَكِّرْ فَمَاۤ اَنْتَ بِنِعْمَتِ رَبِّكَ بِكَاهِنٍ وَّلَا مَجْنُوْنٍؕ‏(29)
<font color="000000"><b>(29) Buna görə də (ey Peyğəmbər), öyüd nəsihət ver, ki sən Rəbbinin lütf və neməti sayəsində nə (cin və şeytanlardan ilham alan) kahinsən və nə də dəli!</b></font>
اَمْ يَقُوْلُوْنَ شَاعِرٌ نَّتَرَبَّصُ بِهٖ رَيْبَ الْمَنُوْنِ‏(30)
<font color="000000"><b>(30) Yoxsa onlar (sənin haqqında) «o, şairdir; onun üçün zamanın hadisələrini və ölümün gəlməsini gözləyirik» deyirlər.</b></font>
قُلْ تَرَبَّصُوْا فَاِنِّىْ مَعَكُمْ مِّنَ الْمُتَرَبِّصِيْنَ ؕ‏(31)
<font color="000000"><b>(31) De: «Gözləyin! Mən də mütləq, sizinlə gözləyənlərdənəm (Allahın əzabının sizə gəlməsini gözləyirəm)».</b></font>
اَمْ تَاْمُرُهُمْ اَحْلَامُهُمْ بِهٰذَآ‌ اَمْ هُمْ قَوْمٌ طَاغُوْنَ‌ۚ‏(32)
<font color="000000"><b>(32) Bunu (bu sözləri) onlara ağılları əmr edir, yoxsa onlar (haqqa təslim olmayan) azğın bir dəstədirlər?</b></font>
اَمْ يَقُوْلُوْنَ تَقَوَّلَهٗ‌ ۚ بَلْ لَّا يُؤْمِنُوْنَ‌ ۚ‏(33)
<font color="000000"><b>(33) Yoxsa «bunu (Quranı) özündən uydurub» deyirlər? (Xeyir!) Əksinə, onlar (həqiqəti bilə-bilə) iman gətirmirlər.</b></font>
فَلْيَاْتُوْا بِحَدِيْثٍ مِّثْلِهٖۤ اِنْ كَانُوْا صٰدِقِيْنَؕ‏(34)
<font color="000000"><b>(34) Buna görə də əgər (Quranın insanın uydurması olması barəsində dediklərində) doğruçudurlarsa, onun kimi (Quran kimi) bir kəlam gətirsinlər.</b></font>
اَمْ خُلِقُوْا مِنْ غَيْرِ شَىْءٍ اَمْ هُمُ الْخٰلِقُوْنَؕ‏(35)
<font color="000000"><b>(35) Məgər onlar (başqalarının yaradıldıqlarından) qeyri bir şeydən yaradılıblar (ki, onların boynuna Allaha şərik qoşmamaq vəzifəsi qoyulmasın), yoxsa özləri özlərinin yaradanıdırlar (ki, Allahın əmrini qəbul etməsinlər)?!</b></font>
اَمْ خَلَقُوا السَّمٰوٰتِ وَالْاَرْضَ‌ۚ بَلْ لَّا يُوْقِنُوْنَؕ‏(36)
<font color="000000"><b>(36) Yoxsa göyləri və yeri onlar yaradıblar (ki, əmrə tabe olmaqdan üstün olsunlar)? (Xeyr,) əksinə, onların yəqinlikləri yoxdur.</b></font>
اَمْ عِنْدَهُمْ خَزَآئِنُ رَبِّكَ اَمْ هُمُ الْمُصَۜيْطِرُوْنَؕ‏(37)
<font color="000000"><b>(37) Yoxsa Rəbbinin (elm və mərhəmət) xəzinələri onların yanındadır (ki, peyğəmbərliyi istədiklərinə versinlər), yaxud (varlıq aləminə) onlar hakimdirlər (ki, peyğəmbərliyi səndən alsınlar)?</b></font>
اَمْ لَهُمْ سُلَّمٌ يَّسْتَمِعُوْنَ فِيْهِ‌ ۚ فَلْيَاْتِ مُسْتَمِعُهُمْ بِسُلْطٰنٍ مُّبِيْنٍؕ‏(38)
<font color="000000"><b>(38) Yoxsa onların, üstündə (durub yuxarı aləmdəki söhbətlərə) qulaq asdıqları nərdivanları var? (Əgər belədirsə,) onda gərək onların qulaq asanı (dediklərinə) aşkar bir dəlil-sübut gətirsin.</b></font>
اَمْ لَهُ الْبَنٰتُ وَلَكُمُ الْبَنُوْنَؕ‏(39)
<font color="000000"><b>(39) (Pis və mənfur saydığınız) qızlar Allaha, (yaxşı və sevimli saydığınız) oğlanlar isə sizə məxsusdur?!</b></font>
اَمْ تَسْئَلُهُمْ اَجْرًا فَهُمْ مِّنْ مَّغْرَمٍ مُّثْقَلُوْنَؕ‏(40)
<font color="000000"><b>(40) Yoxsa (ilahi tapşırıqların və dinin çıtdırılması üçün) onlardan muzd istəyirsən və onlar onun cəriməsinə görə ağır yük altındadırlar?</b></font>
اَمْ عِنْدَهُمُ الْغَيْبُ فَهُمْ يَكْتُبُوْنَؕ‏(41)
<font color="000000"><b>(41) Yoxsa qeyb elmi (yaxud Lövhi-Məhfuz) onların yanındadır və onlar (öz sözlərini ondan götürüb) yazırlar?!</b></font>
اَمْ يُرِيْدُوْنَ كَيْدًا‌ؕ فَالَّذِيْنَ كَفَرُوْا هُمُ الْمَكِيْدُوْنَؕ‏(42)
<font color="000000"><b>(42) Yoxsa (sənə qarşı) hiylə (qurmaq) istəyirlər? Küfr edənlərin özləri hiylələ məruz qalıblar (hiylələrinin cəzası özlərinə qayıdır).</b></font>
اَمْ لَهُمْ اِلٰهٌ غَيْرُ اللّٰهِ‌ؕ سُبْحٰنَ اللّٰهِ عَمَّا يُشْرِكُوْنَ‏(43)
<font color="000000"><b>(43) Yoxsa onların Allahdan başqa məbudları var? Allah onların Ona qoşduqları şərikdən pak (və uzaq)dır.</b></font>
وَاِنْ يَّرَوْا كِسْفًا مِّنَ السَّمَآءِ سَاقِطًا يَّقُوْلُوْا سَحَابٌ مَّرْكُوْمٌ‏(44)
<font color="000000"><b>(44) Əgər onlar göyün bir parçasının yerə düşməsini görsələr, «üst-üstə qalanmış buluddur» deyəcəklər.</b></font>
فَذَرْهُمْ حَتّٰى يُلٰقُوْا يَوْمَهُمُ الَّذِىْ فِيْهِ يُصْعَقُوْنَۙ‏(45)
<font color="000000"><b>(45) Buna görə də onları boşla (və onlarla mübahisə edərək höcətləşmə) ki, nəhayət məhv olacaqları (öləcəkləri və ya surun birinci dəfə çalındığı) günə qovuşsunlar.</b></font>
يَوْمَ لَا يُغْنِىْ عَنْهُمْ كَيْدُهُمْ شَيْئًا وَّلَا هُمْ يُنْصَرُوْنَؕ‏(46)
<font color="000000"><b>(46) Hiylələrinin onlardan (vəd edilmiş əzabdan) bir şeyi dəf etməcəyi və kömək olunmayacaqları bir gün(ə)!</b></font>
وَاِنَّ لِلَّذِيْنَ ظَلَمُوْا عَذَابًا دُوْنَ ذٰلِكَ وَلٰكِنَّ اَكْثَرَهُمْ لَا يَعْلَمُوْنَ‏(47)
<font color="000000"><b>(47) Şübhəsiz, zülm etmiş kəslər (Məkkə müşrikləri) üçün ondan öncə də (Məkkədə qıtlığın yaranması və Bədr müharibəsi kimi) bir əzab vardır, lakin onların çoxu bilmir.</b></font>
وَاصْبِرْ لِحُكْمِ رَبِّكَ فَاِنَّكَ بِاَعْيُنِنَا‌ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِيْنَ تَقُوْمُۙ‏(48)
<font color="000000"><b>(48) Rəbbinin hökmün(ün yerinə yetirilməsinə və onun insanlara yetirilməsin)ə səbr et. Çünki sən Bizim gözümüz önündəsən (səni qoruyur və himayə edirik). (Günortaya yaxın işdən) qalxan zaman həmd-səna ilə birlikdə Rəbbini pak sifətlərlə mədh et (zöhr və əsr namazlarını qıl).</b></font>
وَمِنَ الَّيْلِ فَسَبِّحْهُ وَاِدْبَارَ النُّجُوْمِ‏(49)
<font color="000000"><b>(49) Onu gecənin bir hissəsində də pak sifətlərlə mədh et (məğrib və işa namazlarını qıl). Həmçinin ulduzlar arxa çevirən və batan zaman (səhərlər sübh namazını qıl).</b></font>