EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
İNFİTAR (PARÇALANMA) SURƏSİ
Məkkədə nazil olmuşdur, on doqquz ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اِذَا السَّمَآءُ انْفَطَرَتْۙ‏(1)
<font color="000000"><b>(1) Göy yarıldığı zaman,</b></font>
وَاِذَا الْكَوَاكِبُ انْتَثَرَتْۙ‏(2)
<font color="000000"><b>(2) Ulduzlar dağılıb səpələndiyi zaman,</b></font>
وَاِذَا الْبِحَارُ فُجِّرَتْۙ‏(3)
<font color="000000"><b>(3) Dənizlər yarıldığı (və sular bir-birlərinə qarışdığı) yaxud qaynayıb dolduğu zaman,</b></font>
وَاِذَا الْقُبُوْرُ بُعْثِرَتْۙ‏(4)
<font color="000000"><b>(4) Qəbirlər alt-üst olduğu (və ölülər çölə atıldığı) zaman,</b></font>
عَلِمَتْ نَفْسٌ مَّا قَدَّمَتْ وَاَخَّرَتْؕ‏(5)
<font color="000000"><b>(5) Hər bir kəs öncədən göndərdiyi və ya təxirə saldığı şeyi biləcəkdir (dünyada etdiyi hər bir xeyir və şəri və özündən sonra qoyub getdiyi hər bir xeyir və şər adəti biləcəkdir).</b></font>
يٰۤاَيُّهَا الْاِنْسَانُ مَا غَرَّكَ بِرَبِّكَ الْكَرِيْمِۙ‏(6)
<font color="000000"><b>(6) Ey insan, səni kərim olan Rəbbinə qarşı məğrur edən nədir?! (ki, Onun tanrılığına qarşı küfr, kərəminə qarşı isə nankorluq etdin)?</b></font>
الَّذِىْ خَلَقَكَ فَسَوّٰٮكَ فَعَدَلَكَۙ‏(7)
<font color="000000"><b>(7) O Allah ki, səni yaratdı və bədəninin üzvlərini (hər bir üzvü lazımi hikmətinə uyğun olaraq öz münasib yerində) düzəltdi və nizamladı və (lazımi işi ifa etmək üçün üzvlər arasında uyğunluq və ahəngdarlıq icad etməklə) qaydaya saldı və sahmanladı.</b></font>
فِىْۤ اَىِّ صُوْرَةٍ مَّا شَآءَ رَكَّبَكَؕ‏(8)
<font color="000000"><b>(8) İstədiyi şəkildə (üzvlərin xüsusiyyətləri və bütünlüyü baxımından) sənə quruluş verdi.</b></font>
كَلَّا بَلْ تُكَذِّبُوْنَ بِالدِّيْنِۙ‏(9)
<font color="000000"><b>(9) Belə deyildir (siz təkcə Allahın kərəminə qarşı məğrurluq etməklə qalmırsınız) əslində siz «Cəza» gününü təkzib edirsiniz.</b></font>
وَاِنَّ عَلَيْكُمْ لَحٰفِظِيْنَۙ‏(10)
<font color="000000"><b>(10) Və əlbəttə, sizin üstünüzdə gözətçilər vardır.</b></font>
كِرَامًا كَاتِبِيْنَۙ‏(11)
<font color="000000"><b>(11) Şərəfli (möhtərəm) yazanlar (mələklər vardır).</b></font>
يَعْلَمُوْنَ مَا تَفْعَلُوْنَ‏(12)
<font color="000000"><b>(12) Onlar sizin nə etdiklərinizi (zahir və batini, ixlası və riyanı, kamal və nöqsan dərəcələrini) bilirlər.</b></font>
اِنَّ الْاَبْرَارَ لَفِىْ نَعِيْمٍۚ‏(13)
<font color="000000"><b>(13) Şübhəsiz, yaxşı əməl sahibləri (axirətdə) bolluca nemət içində olarlar.</b></font>
وَاِنَّ الْفُجَّارَ لَفِىْ جَحِيْمٍ ۚۖ‏(14)
<font color="000000"><b>(14) Və şübhəsiz, pis əməl sahibləri isə odlu Cəhənnəm içində olarlar.</b></font>
يَّصْلَوْنَهَا يَوْمَ الدِّيْنِ‏(15)
<font color="000000"><b>(15) Cəza günü oraya daxil olarlar (onun hərarətini dadar və yanarlar.)</b></font>
وَمَا هُمْ عَنْهَا بِغَآئِبِيْنَؕ‏(16)
<font color="000000"><b>(16) Onlar əsla oradan çıxan deyillər (dünyada səbəbin məhdud əhatəsində olduqları kimi axirətdə də nəticənin əbədilik əhatəsində olarlar).</b></font>
وَمَاۤ اَدْرٰٮكَ مَا يَوْمُ الدِّيْنِۙ‏(17)
<font color="000000"><b>(17) Və sən nə bilirsən ki, cəza günü nədir?!</b></font>
ثُمَّ مَاۤ اَدْرٰٮكَ مَا يَوْمُ الدِّيْنِؕ‏(18)
<font color="000000"><b>(18) Yenə də sən nə bilirsən ki, cəza günü nədir?!</b></font>
يَوْمَ لَا تَمْلِكُ نَفْسٌ لِّنَفْسٍ شَيْئًا‌ ؕ وَالْاَمْرُ يَوْمَئِذٍ لِّلَّهِ‏(19)
<font color="000000"><b>(19) Elə bir gündür ki,(o gün) heç kəs başqası üçün bir iş görməyə qadir olmayacaqdır. O gün əmr yalnız Allaha məxsusdur.</b></font>