EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
BURUC (BÜRCLƏR) SURƏSİ
Məkkədə nazil olmuşdur, iyirmi iki ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَالسَّمَآءِ ذَاتِ الْبُرُوْجِۙ‏(1)
<font color="000000"><b>(1) And olsun bürcləri olan göyə,</b></font>
وَالْيَوْمِ الْمَوْعُوْدِۙ‏(2)
<font color="000000"><b>(2) Və and olsun vəd olunmuş günə (Qiyamət gününə)</b></font>
وَشَاهِدٍ وَّمَشْهُوْدٍؕ‏(3)
<font color="000000"><b>(3) Və and olsun («Uxdud» hadisəsini) müşahidə edənə və onların müşahidə etdiklərinə («Uxdud»da yandırılanlara, öz ümmətinə şahid olan hər bir peyğəmbərə və onun ümmətindən şahid olduğu hər bir saleh şəxsə, axirətdə bütün keçmiş peyğəmbərlərə şahid olacaq İslam Peyğəmbərinə və onun şahid olduğu kəslərə, axirətdə insanların əməllərinə şahid olan hər bir mələyə, onların şahid olduğu əməli saleh insanlara, Allah evini ziyarət edənlərə şahid olan «Həcərül-Əsvəd»ə və onun şahid olduqlarına);</b></font>
قُتِلَ اَصْحٰبُ الْاُخْدُوْدِۙ‏(4)
<font color="000000"><b>(4) Ölüm olsun o «xəndək» sahiblərinə (onlara qarşı çıxan möminləri odla dolu xəndəyə atan kafir və zalım şaha və onun köməkçilərinə)!</b></font>
النَّارِ ذَاتِ الْوَقُوْدِۙ‏(5)
<font color="000000"><b>(5) O odunla dolu şölələnən atəş.</b></font>
اِذْ هُمْ عَلَيْهَا قُعُوْدٌ ۙ‏(6)
<font color="000000"><b>(6) O zaman onlar odun ətrafında (tamaşa etmək üçün) əyləşmişdilər.</b></font>
وَّهُمْ عَلٰى مَا يَفْعَلُوْنَ بِالْمُؤْمِنِيْنَ شُهُوْدٌ ؕ‏(7)
<font color="000000"><b>(7) Və möminlərin başlarına gətirdiklərinə tamaşa edirdilər.</b></font>
وَمَا نَقَمُوْا مِنْهُمْ اِلَّاۤ اَنْ يُّؤْمِنُوْا بِاللّٰهِ الْعَزِيْزِ الْحَمِيْدِۙ‏(8)
<font color="000000"><b>(8) Onlar möminlərə yalnız (sifətləri və işləri) həmd olunmuş, yenilməz qüdrət sahibi olan Allaha iman gətirdiklərinə görə eyib və irad tuturdular.</b></font>
الَّذِىْ لَهٗ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ‌ؕ وَ اللّٰهُ عَلٰى كُلِّ شَىْءٍ شَهِيْدٌ ؕ‏(9)
<font color="000000"><b>(9) O Allah ki, bütün göylərin və yerin həqiqi mülkiyyəti və malikiyyəti Ona məxsusdur (çünki, yaradılış, qorumaq və tədbir – bunların hamısı Onun əlindədir). Allah hər bir şeyə nəzarətçi və şahiddir.</b></font>
اِنَّ الَّذِيْنَ فَتَنُوا الْمُؤْمِنِيْنَ وَ الْمُؤْمِنٰتِ ثُمَّ لَمْ يَتُوْبُوْا فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ الْحَرِيْقِؕ‏(10)
<font color="000000"><b>(10) Şübhəsiz, mömin kişilərə və möminə qadınlara əzab və işgəncə verib sonra da tövbə etməyən kimsələr üçün cəhənnəm(in cürbəcür) əzabı və yandırıb-yaxan atəş əzabı vardır. (Bu ayədə ilk üç andın məqsədi göstərilir və dördüncü ayədən doqquzuncu ayəyədək and içilənlərin başlarına gətirilənlərin şərh edilir.)</b></font>
اِنَّ الَّذِيْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ لَهُمْ جَنّٰتٌ تَجْرِىْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ ؕؔ ذٰلِكَ الْفَوْزُ الْكَبِيْرُؕ‏(11)
<font color="000000"><b>(11) Şübhəsiz, iman gətirib saleh əməllər edənlər üçün (evlərinin və ağaclarının) altında çaylar axan Cənnətlər vardır! Budur böyük qurtuluş!</b></font>
اِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيْدٌ ؕ‏(12)
<font color="000000"><b>(12) Həqiqətən, sənin Rəbbinin qəhri (intiqamı) çox şiddətlidir.</b></font>
اِنَّهٗ هُوَ يُبْدِئُ وَيُعِيْدُ‌ ۚ‏(13)
<font color="000000"><b>(13) Həqiqətən, (məxluqları) yoxdan var edən və (öldükdən, məhv olduqdan sonra yenidən əvvəlki halına) qaytaran Odur.</b></font>
وَهُوَ الْغَفُوْرُ الْوَدُوْدُۙ‏(14)
<font color="000000"><b>(14) Odur! (İtaətkarları) bağışlayan və çox sevən!</b></font>
ذُو الْعَرْشِ الْمَجِيْدُ ۙ‏(15)
<font color="000000"><b>(15) (O,) ərşin sahibi (varlıq aləmində hökm sahibi) və (zat və sifətləri baxımdan) şanlı-şövkətlidir.</b></font>
فَعَّالٌ لِّمَا يُرِيْدُ ؕ‏(16)
<font color="000000"><b>(16) İstədiyini qüdrətlə yerinə yetirəndir.</b></font>
هَلْ اَتٰٮكَ حَدِيْثُ الْجُنُوْدِۙ‏(17)
<font color="000000"><b>(17) O, qoşunların (Allahın və Onun peyğəmbərlərinə qarşı qoşun çəkən keçmiş ümmətlərin) xəbəri sənə gəlib çatdımı?</b></font>
فِرْعَوْنَ وَثَمُوْدَؕ‏(18)
<font color="000000"><b>(18) Firon və (Saleh peyğəmbərin qövmü olan) Səmud (qoşunları necə məhv oldular)?!</b></font>
بَلِ الَّذِيْنَ كَفَرُوْا فِىْ تَكْذِيْبٍۙ‏(19)
<font color="000000"><b>(19) (Yalnız onlar təkzib etmədilər), (sənin qövmündən) kafir olan kəslər, (daha şiddətlə) inkar etməkdədir.</b></font>
وَّاللّٰهُ مِنْ وَّرَآئِهِمْ مُّحِيْطٌۚ‏(20)
<font color="000000"><b>(20) (Halbuki,) Allah onları hər cəhətdən (vücud, elm və qüdrət baxımından) əhatə edəndir. (Onların bütün ixtiyarı Allahın əlindədir)</b></font>
بَلْ هُوَ قُرْاٰنٌ مَّجِيْدٌ ۙ‏(21)
<font color="000000"><b>(21) (Bu kitab sehr və əfsanə deyildir,) əksinə o, oxunmalı, şanlı-şövkətli bir kitabdır.</b></font>
فِىْ لَوْحٍ مَّحْفُوْظٍ‏(22)
<font color="000000"><b>(22) O, (yalan, təhrif, şeytan və cinlərdən) qorunmuş Lövhdə (Lövhi-Məhfuzda) yazılmışdır.</b></font>