EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
ZUHA (SƏHƏR) SURƏSİ
Məkkədə nazil olmuşdur, on bir ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَالضُّحٰىۙ‏(1)
<font color="000000"><b>(1) And olsun günəşin doğmasına və aydın gündüzə.</b></font>
وَالَّيْلِ اِذَا سَجٰىۙ‏(2)
<font color="000000"><b>(2) And olsun sakitləşməkdə və (hər yeri) bürüməkdə olan gecəyə ki,</b></font>
مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلٰىؕ‏(3)
<font color="000000"><b>(3) (Ya Muhəmməd), Rəbbin səni tərk etməmiş və (sənə) acığı tutmayıb.</b></font>
وَلَلْاٰخِرَةُ خَيْرٌ لَّكَ مِنَ الْاُوْلٰىؕ‏(4)
<font color="000000"><b>(4) Və şübhəsiz, axirət sənin üçün dünyadan daha xeyirlidir.</b></font>
وَلَسَوْفَ يُعْطِيْكَ رَبُّكَ فَتَرْضٰىؕ‏(5)
<font color="000000"><b>(5) Həqiqətən, Rəbbin tezliklə sənə (o qədər) əta edər ki, (Ondan) razı qalarsan.</b></font>
اَلَمْ يَجِدْكَ يَتِيْمًا فَاٰوٰى‏(6)
<font color="000000"><b>(6) Məgər (O) səni yetim ikən tapıb, sığınacaq və pənah vermədimi?! (Və məgər səni zəmanəndə yeganə və tək tapıb bütün aləmi ətrafında cəm etmədimi?)</b></font>
وَوَجَدَكَ ضَآ لًّا فَهَدٰى‏(7)
<font color="000000"><b>(7) Və səni (din mərifətlərindən) xəbərsiz tapıb, (vəhy vasitəsilə) yol göstərdi.</b></font>
وَوَجَدَكَ عَآئِلًا فَاَغْنٰىؕ‏(8)
<font color="000000"><b>(8) Və səni fəqir və ehtiyac (içində) tapıb, ehtiyacsız etdi.</b></font>
فَاَمَّا الْيَتِيْمَ فَلَا تَقْهَرْؕ‏(9)
<font color="000000"><b>(9) Belə isə əsla yetimi alçaltma və qovma!</b></font>
وَاَمَّا السَّآئِلَ فَلَا تَنْهَرْؕ‏(10)
<font color="000000"><b>(10) Və dilənçini (də) acıqla qovma.</b></font>
وَاَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ‏(11)
<font color="000000"><b>(11) Və Rəbbinin (sənə əta etdiyi) nemətindən söhbət aç! (De ki, sən özün Allahın varlıq aləminə olan ilk hədiyyəsisən, yaradılış qapısının fəth olunma vasitəsisən, ən kamil insaniyyətə, ən kamil ağıla, əzəmətli əxlaqa, peyğəmbərliyin xətm olunmasına, ən dolğun bir dinə, əbədilik Qurana, zat müqəddəsliyinə və canişinlərin ismətinə maliksən).</b></font>