EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
ŞƏRH (AÇMA) SURƏSİ
Məkkədə nazil olmuşdur, səkkiz ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَۙ‏(1)
<font color="000000"><b>(1) Məgər Biz sənin sinəni (köksünü) genişləndirmədikmi? (Sənə bolluca səbr və hövsələ vermədikmi ki, böyük bir tutumla Xaliqə yetişmək və insanlarla rabitə qurmaq məqamını özündə yerləşdirəsən, elmlər, hikmət və din hökmlərinin mədəni olasan, ilahi mənbədən vəhy almaq və bəşər cəmiyyətinə onu yetirmək istedadına malik olasan və insanlara rəhbərlik və ümmətə atalıq edəsən.)</b></font>
وَوَضَعْنَا عَنْكَ وِزْرَكَۙ‏(2)
<font color="000000"><b>(2) Və (nübuvvət) yükünün ağırlığını səndən götürmədikmi? (Onu sənin üçün yüngül etmədikmi?)</b></font>
الَّذِىْۤ اَنْقَضَ ظَهْرَكَۙ‏(3)
<font color="000000"><b>(3) Elə bir yük ki, onun ağırlığı sənin belini bükmüşdü.</b></font>
وَرَفَعْنَا لَكَ ذِكْرَكَؕ‏(4)
<font color="000000"><b>(4) Və adını sənin (əzəmətin) üçün ucaltdıq (ki, bütün kainatda uca məqamlarda zikr olunsun, Allahın adı ilə birgə çəkilsin, tovhid və peyğəmbərliyə birlikdə şəhadət verilsin. Allah, mələklər və insanlar səni mədh etsinlər, şöhrətin tədriclə yer kürəsini əhatə etsin və axirətdə Məhmud – bəyənilən olasan).</b></font>
فَاِنَّ مَعَ الْعُسْرِ يُسْرًا ۙ‏(5)
<font color="000000"><b>(5) (Bil ki,) şübhəsiz, hər bir çətinliklə yanaşı bir asanlıq var.</b></font>
اِنَّ مَعَ الْعُسْرِ يُسْرًا ؕ‏(6)
<font color="000000"><b>(6) Bəli, hər bir çətinlikdən sonra bir asanlıq vardır!</b></font>
فَاِذَا فَرَغْتَ فَانْصَبْۙ‏(7)
<font color="000000"><b>(7) (Ya Peyğəmbər) Elə ki (risaləti təbliğ etməkdən) azad oldun, (Allahın ibadətində) çalış!</b></font>
وَاِلٰى رَبِّكَ فَارْغَب‏(8)
<font color="000000"><b>(8) Və öz Rəbbinə rəğbət göstər!</b></font>