Məkkədə nazil olmuşdur, səkkiz ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَالتِّيْنِ وَالزَّيْتُوْنِۙ(1)
<font color="000000"><b>(1) And olsun əncirə və onun ağacına, zeytuna və onun ağacına (və ya Dəməşqdə və Beytül-Müqəddəsdə olan iki dağa – «Tin» və «Zeytun» dağlarına).</b></font>
وَطُوْرِ سِيْنِيْنَۙ(2)
<font color="000000"><b>(2) Və and olsun Sina dağına (Allah Musa ilə orada danışmış və Tövratı üç gün dalbadal ayaq üstə qalan Musanın qulağına çatdırmış, onun qəlbinə nazil etmişdi).</b></font>
وَهٰذَا الْبَلَدِ الْاَمِيْنِۙ(3)
<font color="000000"><b>(3) Və and olsun bu əmin-amanlıq (olan) şəhərə (şəriət baxımından toxunulmaz olan Məkkeyi-Müəzzəməyə) ki,</b></font>
لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِىْۤ اَحْسَنِ تَقْوِيْمٍ(4)
<font color="000000"><b>(4) Həqiqətən, Biz insanı(n cismini və ruhunu) ən gözəl bir biçimdə yaratdıq (ona düzgün qamət, mütənasib üzvlər, düşünən beyin və fəzilətlərə qadir olan bir ruh verdik).</b></font>
ثُمَّ رَدَدْنٰهُ اَسْفَلَ سَافِلِيْنَۙ(5)
<font color="000000"><b>(5) Sonra isə onu rəzillərin ən aşağı dərəcəsinə qaytardıq (maddi cəhətdən cismi və fikri zəiflik halında, mənəvi cəhətdən – bütün dəlillər təqdim edilib tamamlandıqdan sonra – cəhl və bədbəxtlik halında buraxarıq).</b></font>
اِلَّا الَّذِيْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ فَلَهُمْ اَجْرٌ غَيْرُ مَمْنُوْنٍؕ(6)
<font color="000000"><b>(6) Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa. Onlar üçün minnətsiz və saysız-hesabsız bir mükafat vardır.</b></font>
فَمَا يُكَذِّبُكَ بَعْدُ بِالدِّيْنِ(7)
<font color="000000"><b>(7) Belə isə (ey insan), bundan sonra səni cəza (gününü) təkzib etməyə vadar edən nədir?!</b></font>
اَلَيْسَ اللّٰهُ بِاَحْكَمِ الْحٰكِمِيْنَ(8)
<font color="000000"><b>(8) Məgər Allah hökm edənlərin, hakimlərin ən yaxşısı deyilmi?</b></font>