EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
ƏLƏQ (LAXTALANMIŞ QAN) SURƏSİ
Məkkədə nazil olmuşdur, on doqquz ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اِقْرَاْ بِاسْمِ رَبِّكَ الَّذِىْ خَلَقَ‌ۚ‏(1)
<font color="000000"><b>(1) Oxu! (Bu kitabı bütün məxluqatı) yaradan Rəbbinin adı ilə,</b></font>
خَلَقَ الْاِنْسَانَ مِنْ عَلَقٍ‌ۚ‏(2)
<font color="000000"><b>(2) O, insanı (Adəm övladını) laxtalanmış qandan yaratdı.</b></font>
اِقْرَاْ وَرَبُّكَ الْاَكْرَمُۙ‏(3)
<font color="000000"><b>(3) Oxu (və tərəddüd etmə) ki, sənin Rəbbin (bütün kərimlərdən) daha kərimdir. (O səni oxuma-yazma bilməsən belə oxuda bilər).</b></font>
الَّذِىْ عَلَّمَ بِالْقَلَمِۙ‏(4)
<font color="000000"><b>(4) O (Rəbbin) ki, (bəşərə) qələm vasitəsilə elm öyrətdi.</b></font>
عَلَّمَ الْاِنْسَانَ مَا لَمْ يَعْلَمْؕ‏(5)
<font color="000000"><b>(5) İnsana bilmədiyini öyrətdi.</b></font>
كَلَّاۤ اِنَّ الْاِنْسَانَ لَيَطْغٰٓىۙ‏(6)
<font color="000000"><b>(6) (İnsan bu nemətlər üçün şükr edirmi?! Xeyr) Belə deyil, (əksinə insan) həqiqətən, azğınlıq edər!</b></font>
اَنْ رَّاٰهُ اسْتَغْنٰىؕ‏(7)
<font color="000000"><b>(7) Özünü ehtiyacsız gördüyü üçün.</b></font>
اِنَّ اِلٰى رَبِّكَ الرُّجْعٰىؕ‏(8)
<font color="000000"><b>(8) Şübhəsiz, (bütün canlıların öldükdən sonra dönüşü) sənin Rəbbinədir.</b></font>
اَرَءَيْتَ الَّذِىْ يَنْهٰىؕ‏(9)
<font color="000000"><b>(9) Mənə de, məgər o kəs ki, mane olur.</b></font>
عَبْدًا اِذَا صَلّٰىؕ‏(10)
<font color="000000"><b>(10) Bir bəndəyə namaz qıldığı vaxt (məgər o, əzaba layiq deyilmi)?!</b></font>
اَرَءَيْتَ اِنْ كَانَ عَلَى الْهُدٰٓىۙ‏(11)
<font color="000000"><b>(11) Mənə de, əgər (namaz qılan şəxs) doğru yoldadırsa,</b></font>
اَوْ اَمَرَ بِالتَّقْوٰىۙ‏(12)
<font color="000000"><b>(12) Yaxud (başqalarını) təqvalı olmağa çağırırsa (onda ona mane olmaq yaxşı bir işdirmi)?!</b></font>
اَرَءَيْتَ اِنْ كَذَّبَ وَتَوَلّٰىؕ‏(13)
<font color="000000"><b>(13) Mənə de, əgər (bu mane olan haqqı) təkzib edir və üz döndərirsə (məgər əzaba layiq deyildirmi)?!</b></font>
اَلَمْ يَعْلَمْ بِاَنَّ اللّٰهَ يَرٰىؕ‏(14)
<font color="000000"><b>(14) Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!</b></font>
كَلَّا لَئِنْ لَّمْ يَنْتَهِ ۙ لَنَسْفَعًۢا بِالنَّاصِيَةِۙ‏(15)
<font color="000000"><b>(15) Belə deyildir! (Onun güman etdiyi kimi deyil. O güman edir ki, ona əzab verməyəcəyik). Şübhəsiz, əgər (inadından) əl çəkməsə, onun kəkilindən yapışıb (əzaba doğru) sürüyəcəyik.</b></font>
نَاصِيَةٍ كَاذِبَةٍ خَاطِئَةٍ‌ ۚ‏(16)
<font color="000000"><b>(16) (Yolunu azmış) günahkar yalançının kəkilindən!</b></font>
فَلْيَدْعُ نَادِيَهٗ ۙ‏(17)
<font color="000000"><b>(17) (Əgər istəyirsə) öz tərəfdarlarını (köməyə) çağırsın.</b></font>
سَنَدْعُ الزَّبَانِيَةَ ۙ‏(18)
<font color="000000"><b>(18) Biz də od məmurlarını çağırarıq.</b></font>
كَلَّا ؕ لَا تُطِعْهُ وَاسْجُدْ وَاقْتَرِبْ۩‏(19)
<font color="000000"><b>(19) Belə deyildir (o heç bir şey edə bilməz) Sən əsla ona itaət etmə! (Öz Rəbbinə) səcdə et və Ona yaxın ol!</b></font>