EN اردو Roman AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
NƏBƏ (BÖYÜK XƏBƏR) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
عَمَّ يَتَسَآءَلُوْنَ‌ۚ‏(1)
<font color="000000"><b>(1) (Kafirlər) bir-birlərindən nə haqqında soruşurlar?</b></font>
عَنِ النَّبَاِ الْعَظِيْمِۙ‏(2)
<font color="000000"><b>(2) Böyük bir xəbər (Qiyamətin gəlməsi, yaxud Quranın haqq olması) haqqında.</b></font>
الَّذِىْ هُمْ فِيْهِ مُخْتَلِفُوْنَؕ‏(3)
<font color="000000"><b>(3) Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar (bəzisi onu qeyri-mümkün, bəzisi onu az ehtimal olunan, bəzisi şəkk-şübhə etmiş və bəzisi də bunu bilməklərinə baxmayaraq inkar etmişlər).</b></font>
كَلَّا سَيَعْلَمُوْنَۙ‏(4)
<font color="000000"><b>(4) Xeyr, belə deyildir (onların düşündüyü kimi deyil). Tezliklə biləcəklər.</b></font>
ثُمَّ كَلَّا سَيَعْلَمُوْنَ‏(5)
<font color="000000"><b>(5) Yenə də xeyr, belə deyildir. Onlar tezliklə biləcəklər. (Bu iki ayə «böyük xəbər»i inkar edənlər üçün bir təhdiddir).</b></font>
اَلَمْ نَجْعَلِ الْاَرْضَ مِهٰدًا ۙ‏(6)
<font color="000000"><b>(6) Məgər Biz yeri rahatlıq beşiyi etmədikmi? (Bu ayədən etibarən on altıncı ayəyə qədər, «böyük xəbər»in isbatı üçün doqquz dəlil gətirilir).</b></font>
وَّالْجِبَالَ اَوْتَادًا ۙ‏(7)
<font color="000000"><b>(7) Dağları (onun səthində) mıxlar (etmədikmi)?</b></font>
وَّخَلَقْنٰكُمْ اَزْوَاجًا ۙ‏(8)
<font color="000000"><b>(8) Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq.</b></font>
وَّجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا ۙ‏(9)
<font color="000000"><b>(9) Yuxunuzu (bədəninizin) rahatlıq vasitəsi etdik. (və ruhun bədənə göstəriş vermə imkanının bir növ kəsilmə vasitəsi etdik).</b></font>
وَّجَعَلْنَا الَّيْلَ لِبَاسًا ۙ‏(10)
<font color="000000"><b>(10) Gecəni (hər şeyi bürüyən) örtük etdik.</b></font>
وَّجَعَلْنَا النَّهَارَ مَعَاشًا‏(11)
<font color="000000"><b>(11) Gündüzü yaşayış və dolanışıq üçün çalışma vaxtı etdik.</b></font>
وَّبَنَيْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا ۙ‏(12)
<font color="000000"><b>(12) Sizin başınızın üstündə yeddi möhkəm və sabit göy qurduq.</b></font>
وَّ جَعَلْنَا سِرَاجًا وَّهَّاجًا ۙ‏(13)
<font color="000000"><b>(13) Olduqca parlaq və yandırıcı bir çıraq (günəş) yaratdıq.</b></font>
وَّاَنْزَلْنَا مِنَ الْمُعْصِرٰتِ مَآءً ثَجَّاجًا ۙ‏(14)
<font color="000000"><b>(14) (Buluda) təzyiq göstərən küləklərdən və topa halında bir-birinə sıxılmış buludlardan (yağış, qar və dolu şəklində) bolluca axar su nazil etdik ki,</b></font>
لِّنُخْرِجَ بِهٖ حَبًّا وَّنَبَاتًا ۙ‏(15)
<font color="000000"><b>(15) Onunla dən və bitkiləri (torpağın köksündən) çıxaraq.</b></font>
وَّجَنّٰتٍ اَلْفَافًا ؕ‏(16)
<font color="000000"><b>(16) (Eləcə də) çoxlu sayda və bir-birinə sarmaşan ağacları olan bağlar.</b></font>
اِنَّ يَوْمَ الْفَصْلِ كَانَ مِيْقَاتًا ۙ‏(17)
<font color="000000"><b>(17) Həqiqətən, (insanlar arasında) hökmetmə və (haqla batilin, yaxşıyla pisin) ayrılma günü (İlahinin əzəli elmində və Lövhi-Məhfuzda yazılana uyğun olaraq) vəd olunmuş bir vaxtdır (hamının bir-birini tanıması, bütün işlərə baxılma, yaxşı və pis işlərin müəyyən edilməsi, mükafat və cəzaların verilmə vədəsidir. Bu ayədən etibarən surənin axırınadək «böyük xəbər»in baş verməsi, bəşər idrakından yuxarı olan o səhnənin hadisələri və həqiqətləri vəsf olunur).</b></font>
يَّوْمَ يُنْفَخُ فِى الصُّوْرِ فَتَاْتُوْنَ اَفْوَاجًا ۙ‏(18)
<font color="000000"><b>(18) Sura (üçüncü dəfə) üfürüləcəyi gün siz (qəbirlərdən çıxıb haqq-hesab olunmaq üçün) dəstə-dəstə gələcəksiniz.</b></font>
وَّفُتِحَتِ السَّمَآءُ فَكَانَتْ اَبْوَابًا ۙ‏(19)
<font color="000000"><b>(19) (O gün) göy açılar və (çoxlu sayda mələklərin nazil olması üçün) qapılar şəklinə düşər.</b></font>
وَّ سُيِّرَتِ الْجِبَالُ فَكَانَتْ سَرَابًا ؕ‏(20)
<font color="000000"><b>(20) Dağlar (öz yerlərindən) hərəkətə gətirilər və (məhv olar və nəzərlərdə) ilğıma dönər.</b></font>
اِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا ۙ‏(21)
<font color="000000"><b>(21) Əlbəttə, Cəhənnəm (o gün bir) pusqudur. (Mələklər «sirat» körpüsünün yanında möminləri düşməndən qorumaq və kafirləri Cəhənnəmə çəkmək üçün pusqu qurarlar).</b></font>
لِّلطّٰغِيْنَ مَاٰبًا ۙ‏(22)
<font color="000000"><b>(22) Üsyankarlar üçün dönüş yeridir.</b></font>
لّٰبِثِيْنَ فِيْهَاۤ اَحْقَابًا‌ ۚ‏(23)
<font color="000000"><b>(23) Onlar uzun müddət (əbədiyyətə qədər) orada qalacaqlar.</b></font>
لَا يَذُوْقُوْنَ فِيْهَا بَرْدًا وَّلَا شَرَابًا ۙ‏(24)
<font color="000000"><b>(24) Onlar orada nə bir sərinlik (sərin hava və su) dadarlar, nə də içəcək.</b></font>
اِلَّا حَمِيْمًا وَّغَسَّاقًا ۙ‏(25)
<font color="000000"><b>(25) Qaynar sudan və çirk və qan qarışıq sudan (irindən) başqa</b></font>
جَزَآءً وِّفَاقًا ؕ‏(26)
<font color="000000"><b>(26) (Onların dünyadakı əqidə, əxlaq və əməllərinə) uyğun cəza olaraq.</b></font>
اِنَّهُمْ كَانُوْا لَا يَرْجُوْنَ حِسَابًا ۙ‏(27)
<font color="000000"><b>(27) Həqiqətən, onlar haqq-hesab (günün)ə heç bir ümid bəsləmirdilər.</b></font>
وَّكَذَّبُوْا بِاٰيٰتِنَا كِذَّابًا ؕ‏(28)
<font color="000000"><b>(28) Və Bizim ayələrimizi və nişanələrimizi şiddətlə və israrla təkzib edirdilər.</b></font>
وَكُلَّ شَىْءٍ اَحْصَيْنٰهُ كِتٰبًا ۙ‏(29)
<font color="000000"><b>(29) Biz hər bir şeyi saymış, Lövhi-Məhfuz kitabında yazmışıq və onların hər bir əməlini əməl dəftərlərində qeyd etmişik.</b></font>
فَذُوْقُوْا فَلَنْ نَّزِيْدَكُمْ اِلَّا عَذَابًا‏(30)
<font color="000000"><b>(30) Odur ki, dadın (əzabı!) Biz sizə əzabdan başqa əsla bir şey artırmayacağıq!</b></font>
اِنَّ لِلْمُتَّقِيْنَ مَفَازًا ۙ‏(31)
<font color="000000"><b>(31) Həqiqətən, təqvalılar üçün qurtuluş, səadət və nicat yeri var.</b></font>
حَدَآئِقَ وَاَعْنَابًا ۙ‏(32)
<font color="000000"><b>(32) Hasara alınmış bağlar və üzümlüklər,</b></font>
وَّكَوَاعِبَ اَتْرَابًا ۙ‏(33)
<font color="000000"><b>(33) Nar məməli həmyaşıd qızlar,</b></font>
وَّكَاْسًا دِهَاقًا ؕ‏(34)
<font color="000000"><b>(34) Və (müxtəlif şərablar və şərbətlərlə) dolu camlar (vardır).</b></font>
لَا يَسْمَعُوْنَ فِيْهَا لَغْوًا وَّلَا كِذّٰبًا‌ ۚ‏(35)
<font color="000000"><b>(35) Onlar orada əsla nə boş söz eşidərlər, nə də bir yalan və təkzib; (Allah və mələklər onları və onlar da bir-birlərini təkzib etməzlər).</b></font>
جَزَآءً مِّنْ رَّبِّكَ عَطَآءً حِسَابًا ۙ‏(36)
<font color="000000"><b>(36) (Bu) sənin Rəbbinin tərəfindən bir mükafat(dır), kifayət qədər olan və keçmiş əməllərə görə verilən bir bəxşişdir.</b></font>
رَّبِّ السَّمٰوٰتِ وَالْاَرْضِ وَمَا بَيْنَهُمَا الرَّحْمٰنِ‌ لَا يَمْلِكُوْنَ مِنْهُ خِطَابًا‌ ۚ‏(37)
<font color="000000"><b>(37) (O,) göylərin, yerin və onların arasında olanların Rəbbidir. (O,) Məhşər əhlinin Onun hüzurunda söz deməyə (müstəqil surətdə şəfaət etməyə, yaxud Onun mühakiməsinə, mükafatına və cəzasına etiraz etməyə) əsla qadir olmadığı həmin Rəhman (olan Allah)dır.</b></font>
يَوْمَ يَقُوْمُ الرُّوْحُ وَالْمَلٰٓئِكَةُ صَفًّا ؕۙ لَّا يَتَكَلَّمُوْنَ اِلَّا مَنْ اَذِنَ لَهُ الرَّحْمٰنُ وَقَالَ صَوَابًا‌‏(38)
<font color="000000"><b>(38) Ruhun (Cəbrail, yaxud mələklərin başçısı və ya mələk cinsindən olmayan başqa şərafətli bir varlıq) və mələklərin səf-səf duracağı gün Rəhman (olan Allah)ın izn verdiyi kəslərdən başqa heç kəs danışmayacaq, (danışan da) doğru danışacaq.</b></font>
ذٰلِكَ الْيَوْمُ الْحَقُّ‌ ۚ فَمَنْ شَآءَ اتَّخَذَ اِلٰى رَبِّهٖ مَاٰبًا‏(39)
<font color="000000"><b>(39) O gün haqq olan gündür, odur ki, kim istəyirsə (elə indidən) öz Rəbbinə tərəf bir dönüş yolu tutsun (elə əqidə və əməllər seçsin ki, Ona yetişsin).</b></font>
اِنَّاۤ اَنْذَرْنٰكُمْ عَذَابًا قَرِيْبًا ۖۚ  يَّوْمَ يَنْظُرُ الْمَرْءُ مَا قَدَّمَتْ يَدٰهُ وَيَقُوْلُ الْكٰفِرُ يٰلَيْتَنِىْ كُنْتُ تُرٰبًا‏(40)
<font color="000000"><b>(40) Həqiqətən, Biz sizi yaxın olan əzabla qorxutduq. Elə bir gün(lə) ki, (o gün) hər kəs öz əlləri ilə öncədən göndərdiklərinə baxar, kafir deyər: «Kaş ki, torpaq olaydım (və heç bir məsuliyyətim olmayaydı)».</b></font>
NAZİAT (CAN ALANLAR) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَالنّٰزِعٰتِ غَرْقًا ۙ‏(1)
<font color="000000"><b>(1) And olsun kafirlərin canlarını şiddətlə (bədənlərindən) çəkib çıxaran mələklərə,</b></font>
وَّالنّٰشِطٰتِ نَشْطًا ۙ‏(2)
<font color="000000"><b>(2) (And olsun) möminlərin canlarını yumşaqlıqla və rahatlıqla alan mələklərə və şərqdən aramla çıxan (və qərb tərəfə gedən) ulduzlara,</b></font>
وَّالسّٰبِحٰتِ سَبْحًا ۙ‏(3)
<font color="000000"><b>(3) (And olsun) insanların ruhlarını aldıqdan sonra sürətlə Bərzəx Cənnətinə, ya Cəhənnəminə aparan mələklərə,</b></font>
فَالسّٰبِقٰتِ سَبْقًا ۙ‏(4)
<font color="000000"><b>(4) (And olsun) Allahın əmrlərini yerinə yetirməkdə bir-birlərini ötən mələklərə və (and olsun) haqq yolunda döyüşənlərin bir-birlərini qabaqlayan atlarına,</b></font>
فَالْمُدَبِّرٰتِ اَمْرًا‌ ۘ‏(5)
<font color="000000"><b>(5) (And olsun) dünyanın işlərini idarə edən mələklərə (aləm onların Allah iradəsinin inikası olan iradələri ilə idarə olunar). (Bu beş andda məqsəd budur ki, siz hamınız diriləcəksiniz).</b></font>
يَوْمَ تَرْجُفُ الرَّاجِفَةُ ۙ‏(6)
<font color="000000"><b>(6) O gün o titrədən (surun birinci dəfə üfürülməsi bütün kainatı) şiddətlə titrədəcək (sükunət halında olan cisimlərin hamısı titrəyəcək və bütün canlılar öləcəklər).</b></font>
تَتْبَعُهَا الرَّادِفَةُ ؕ‏(7)
<font color="000000"><b>(7) Başqa bir titrədən (surun ikinci dəfə üfürülüşü) onun ardınca (Allahdan başqa heç kimin bilmədiyi bir fasilə ilə) gələcəkdir (və bütün ölüləri dirildəcəkdir).</b></font>
قُلُوْبٌ يَّوْمَئِذٍ وَّاجِفَةٌ ۙ‏(8)
<font color="000000"><b>(8) O gün ürəklər bərk iztirab və qorxu (içində) olar.</b></font>
اَبْصَارُهَا خَاشِعَةٌ‌ ۘ‏(9)
<font color="000000"><b>(9) Gözləri zəlilcəsinə yerə dikilər.</b></font>
يَقُوْلُوْنَ ءَاِنَّا لَمَرْدُوْدُوْنَ فِى الْحَافِرَةِ ؕ‏(10)
<font color="000000"><b>(10) (O kəslər ki, bu gün) deyirlər: «Məgər biz (öldükdən sonra yenidən həyatımızın) əvvəl(ində)ki vəziyyətimizə qaytarılacagıq?!»</b></font>
ءَاِذَا كُنَّا عِظَامًا نَّخِرَةً ؕ‏(11)
<font color="000000"><b>(11) «(Özü də) çürümüş parça-parça sümüklər olduğumuz zamanmı?!»</b></font>
قَالُوْا تِلْكَ اِذًا كَرَّةٌ خَاسِرَةٌ‌ ۘ‏(12)
<font color="000000"><b>(12) (Onlar) deyirlər: «Elə isə bu, ziyanlı bir dönüşdür!»</b></font>
فَاِنَّمَا هِىَ زَجْرَةٌ وَّاحِدَةٌ ۙ‏(13)
<font color="000000"><b>(13) Həqiqətən, o (dönüş) yalnız bir nə’rə(nin surun ikinci dəfə üfürülməsilə)dir.</b></font>
فَاِذَا هُمْ بِالسَّاهِرَةِ ؕ‏(14)
<font color="000000"><b>(14) Qəfildən onların hamısı dümdüz, boş bir yerdə olacaqlar.</b></font>
هَلْ اَتٰٮكَ حَدِيْثُ مُوْسٰى‌ۘ‏(15)
<font color="000000"><b>(15) Musanın hekayəti sənə gəlib çatdımı?</b></font>
اِذْ نَادٰٮهُ رَبُّهٗ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى‌ۚ‏(16)
<font color="000000"><b>(16) O zaman ki, Rəbbi onu müqəddəs «Tuva» vadisində səslədi:</b></font>
اِذْهَبْ اِلٰى فِرْعَوْنَ اِنَّهٗ طَغٰى ۖ‏(17)
<font color="000000"><b>(17) «Fironun yanına get! Çünki o tüğyan etmişdir».</b></font>
فَقُلْ هَلْ لَّكَ اِلٰٓى اَنْ تَزَكّٰى ۙ‏(18)
<font color="000000"><b>(18) Və de: «(Küfr və tüğyandan) təmizlənmək istəyirsənmi?</b></font>
وَاَهْدِيَكَ اِلٰى رَبِّكَ فَتَخْشٰى‌ۚ‏(19)
<font color="000000"><b>(19) Səni Rəbbinə tərəf hidayət edimmi ki, Ondan qorxasan?»</b></font>
فَاَرٰٮهُ الْاٰيَةَ الْكُبْرٰى ۖ‏(20)
<font color="000000"><b>(20) Beləliklə, (tovhid və öz peyğəmbərliyi barədə olan) o çox böyük nişanəni (müxtəlif hallara düşən əsanı) ona göstərdi.</b></font>
فَكَذَّبَ وَعَصٰى ۖ‏(21)
<font color="000000"><b>(21) O, (isə) təkzib etdi və asi oldu.</b></font>
ثُمَّ اَدْبَرَ يَسْعٰىۖ‏(22)
<font color="000000"><b>(22) Sonra arxa çevirdi, (Musanın əleyhinə) çalışdı.</b></font>
فَحَشَرَ فَنَادٰىۖ‏(23)
<font color="000000"><b>(23) O, (öz qövmünü) topladı, və (onlara) xitab edib</b></font>
فَقَالَ اَنَا رَبُّكُمُ الْاَعْلٰى ۖ‏(24)
<font color="000000"><b>(24) Dedi: «Mən sizin ən uca rəbbinizəm». (Mal-dövlət xərclədiyinə və camaatın işlərini idarə etdiyinə görə özünü bütlərdən və onların digər ərbablarından üstün bir rəbb hesab edirdi).</b></font>
فَاَخَذَهُ اللّٰهُ نَڪَالَ الْاٰخِرَةِ وَالْاُوْلٰى ؕ‏(25)
<font color="000000"><b>(25) Beləliklə, Allah onu əvvəlinci və axırıncı küfrlü sözlərinin cəzası olaraq yaxaladı. Axirətin və dünyanın ibrətamiz əzabına giriftar etdi (Dəstəsi ilə birlikdə suda qərq edilməsi onun dünya əzabı, gecə-gündüz Bərzəx odunda yandırılması isə onun axirət əzabıdır.).</b></font>
اِنَّ فِىْ ذٰلِكَ لَعِبْرَةً لِّمَنْ يَّخْشٰىؕ‏(26)
<font color="000000"><b>(26) Şübhəsiz, bunda (bu hadisədə) (Allahdan) qorxan bir kəs üçün ibrət vardır.</b></font>
ءَاَنْتُمْ اَشَدُّ خَلْقًا اَمِ السَّمَآءُ‌ ؕ بَنٰٮهَا‏(27)
<font color="000000"><b>(27) (Ölümdən sonra) sizi yaratmaq daha çətindir, yaxud göy(ü yaratmaq) ki,(Allah) onu yaratdı?</b></font>
رَفَعَ سَمْكَهَا فَسَوَّٮهَا ۙ‏(28)
<font color="000000"><b>(28) Tavanını ucaltdı və (yaradılışını, zatının mahiyyəti, planetləri və onların düz və dairəvi hərəkətləri baxımından) nizama saldı.</b></font>
وَ اَغْطَشَ لَيْلَهَا وَاَخْرَجَ ضُحٰٮهَا‏(29)
<font color="000000"><b>(29) Gecəsini qaranlıq və gündüzünü də aşkar etdi.</b></font>
وَالْاَرْضَ بَعْدَ ذٰلِكَ دَحٰٮهَا ؕ‏(30)
<font color="000000"><b>(30) Və bundan sonra yeri döşədi və hamarladı və (onu öz oxunun ətrafında hərəkətə və günəş ətrafında hərəkətə gətirdi) fırlatdı.</b></font>
اَخْرَجَ مِنْهَا مَآءَهَا وَمَرْعٰٮهَا‏(31)
<font color="000000"><b>(31) Onun daxilindəki sularını, otlaqlarını və bitkilərini çıxartdı.</b></font>
وَالْجِبَالَ اَرْسٰٮهَا ۙ‏(32)
<font color="000000"><b>(32) Dağları (yer üzərində) sabit və möhkəm etdi ki,</b></font>
مَتَاعًا لَّكُمْ وَلِاَنْعَامِكُمْؕ‏(33)
<font color="000000"><b>(33) (Bütün bunlar) sizin və heyvanlarınızın (dünyada) bəhrələnməsi üçündür.</b></font>
فَاِذَا جَآءَتِ الطَّآمَّةُ الْكُبْرٰى ۖ‏(34)
<font color="000000"><b>(34) O çox böyük bəla (Qiyamət) yetişdikdə,</b></font>
يَوْمَ يَتَذَكَّرُ الْاِنْسَانُ مَا سَعٰىۙ‏(35)
<font color="000000"><b>(35) O gün insan səy ilə etdiyi işləri (şəxsi əməl dəftəri və ümumi Lövhi-Məhfuz vasitəsilə) yadına salacaqdır,</b></font>
وَبُرِّزَتِ الْجَحِيْمُ لِمَنْ يَّرٰى‏(36)
<font color="000000"><b>(36) Cəhənnəm hər bir görənə (kor surətdə həşr olunmayana) aşkar olacaqdır.</b></font>
فَاَمَّا مَنْ طَغٰىۙ‏(37)
<font color="000000"><b>(37) Amma kim (dünyada) tüğyan etmişsə,</b></font>
وَاٰثَرَ الْحَيٰوةَ الدُّنْيَا ۙ‏(38)
<font color="000000"><b>(38) Və dünya həyatını (axirətdən) üstün tutmuşsa,</b></font>
فَاِنَّ الْجَحِيْمَ هِىَ الْمَاْوٰىؕ‏(39)
<font color="000000"><b>(39) Şübhəsiz, onun yeri Cəhənnəmdir!</b></font>
وَاَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهٖ وَ نَهَى النَّفْسَ عَنِ الْهَوٰىۙ‏(40)
<font color="000000"><b>(40) Amma kim öz Rəbbinin məqamından, Onun hüzurunda durmaqdan qorxub və nəfsini həvayi-həvəsdən saxlamışsa,</b></font>
فَاِنَّ الْجَنَّةَ هِىَ الْمَاْوٰىؕ‏(41)
<font color="000000"><b>(41) Şübhəsiz, onun yeri Cənnətdir. (Bu beş ayə 34-cü ayəyə cavabdır).</b></font>
يَسْئَلُوْنَكَ عَنِ السَّاعَةِ اَيَّانَ مُرْسٰٮهَا ؕ‏(42)
<font color="000000"><b>(42) Daim səndən Qiyamətin nə vaxt qopacağı barəsində soruşarlar.</b></font>
فِيْمَ اَنْتَ مِنْ ذِكْرٰٮهَاؕ‏(43)
<font color="000000"><b>(43) Sən onu (onun vaxtını) nə bilirsən?</b></font>
اِلٰى رَبِّكَ مُنْتَهٰٮهَاؕ‏(44)
<font color="000000"><b>(44) Onun sonu sənin Rəbbinə tərəfdir (Onun həqiqətinə, necəliyinə və zamanına dair elm Ona məxsusdur).</b></font>
اِنَّمَاۤ اَنْتَ مُنْذِرُ مَنْ يَّخْشٰٮهَاؕ‏(45)
<font color="000000"><b>(45) Həqiqətən, sən ancaq ondan (Qiyamətdən) qorxanları çəkindirənsən. (Etiqad bəsləməyə vadar edən və qarşı çıxanlara cəza verən deyilsən).</b></font>
كَاَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوْۤا اِلَّا عَشِيَّةً اَوْ ضُحٰٮهَا‏(46)
<font color="000000"><b>(46) Onlar Qiyaməti gördükləri gün (belə güman edəcəklər ki, dünyada, yaxud bütün Bərzəx aləmi boyunca) elə bil yalnız bir axşam, yaxud bir səhərdən artıq qalmamışlar. (Axirət aləminin əbədiyyətinin müqabilində nəzərlərinə belə gələcəkdir).</b></font>
ƏBƏSƏ (QAŞQABAĞINI TÖKDÜ) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
عَبَسَ وَتَوَلّٰٓىۙ‏(1)
<font color="000000"><b>(1) Qaşqabağını tökdü və üz çevirdi (Üzünü turşutdu və çevirdi).</b></font>
اَنْ جَآءَهُ الْاَعْمٰىؕ‏(2)
<font color="000000"><b>(2) O, kor yanına gəldiyinə görə. (Peyğəmbərin hüzuruna gəlmiş varlı bir şəxslə, yaxud İslamı qəbul etmək üçün onun yanına gəlmiş kor bir kişi ilə rəftarını bəyan edir.)</b></font>
وَمَا يُدْرِيْكَ لَعَلَّهٗ يَزَّكّٰٓىۙ‏(3)
<font color="000000"><b>(3) Sən nə bilirsən? Bəlkə də o, (yaxşı əməllər etməklə günahdan) paklanacaqdır?!</b></font>
اَوْ يَذَّكَّرُ فَتَنْفَعَهُ الذِّكْرٰىؕ‏(4)
<font color="000000"><b>(4) Yaxud (haqq sözü eşitməklə) öyüd-nəsihət alacaq və bu öyüd-nəsihət ona fayda verəcəkdir (və İslama gələcəkdir)?!</b></font>
اَمَّا مَنِ اسْتَغْنٰىۙ‏(5)
<font color="000000"><b>(5) Amma dövlətli, yaxud özünü dövlətli və ehtiyacsız hesab edənə gəldikdə isə,</b></font>
فَاَنْتَ لَهٗ تَصَدّٰىؕ‏(6)
<font color="000000"><b>(6) Sən onu (yaxşı) qarşılayırsan və istiqanlı rəftar edirsən!</b></font>
وَمَا عَلَيْكَ اَلَّا يَزَّكّٰٓىؕ‏(7)
<font color="000000"><b>(7) Halbuki, onun paklanmamasına (İslamı qəbul etməməsinə) görə sən məsul deyilsən.</b></font>
وَاَمَّا مَنْ جَآءَكَ يَسْعٰىۙ‏(8)
<font color="000000"><b>(8) Sənin yanına gələrək (doğru yol və xeyir tapmağa) çalışan kəs,</b></font>
وَهُوَ يَخْشٰىۙ‏(9)
<font color="000000"><b>(9) (Özü də Allahından) qorxduğu halda,</b></font>
فَاَنْتَ عَنْهُ تَلَهّٰى‌ۚ‏(10)
<font color="000000"><b>(10) Sən ona diqqət yetirmək əvəzinə başqaları ilə məşğul olursan?!</b></font>
كَلَّاۤ اِنَّهَا تَذْكِرَةٌ ۚ‏(11)
<font color="000000"><b>(11) Belə olmamalıdır. Bu Quran ayələri bir xatırlatma (öyüd - nəsihət)dir.</b></font>
فَمَنْ شَآءَ ذَكَرَهٗ‌ۘ‏(12)
<font color="000000"><b>(12) Kim istəsə, onun məzmununu xatırlayar (və haqq yola yetişər).</b></font>
فِىْ صُحُفٍ مُّكَرَّمَةٍۙ‏(13)
<font color="000000"><b>(13) (Bu Quran) çox dəyərli və şərəfli səhifələrdə və yazılardadır.</b></font>
مَّرْفُوْعَةٍ مُّطَهَّرَةٍ ۭۙ‏(14)
<font color="000000"><b>(14) Uca, (batildən, ziddiyyət və ixtilafdan uzaq və) pak (səhifələrdə).</b></font>
بِاَيْدِىْ سَفَرَةٍۙ‏(15)
<font color="000000"><b>(15) (Onun üzünü Lövhi-Məhfuzdan köçürən) mələklərdən ibarət olan yazanların, yaxud (onu vəhy mənbəyindən Peyğəmbərə çatdıran) mələklərdən ibarət olan elçilərin, və ya (onu dünyanın müxtəlif guşələrində qafillərə yetirən) ümmətin alimlərindən ibarət olan səfirlərin əlləri ilə.</b></font>
كِرَامٍۢ بَرَرَةٍؕ‏(16)
<font color="000000"><b>(16) (Onlar) yaxşı iş görən əzizlərdir.</b></font>
قُتِلَ الْاِنْسَانُ مَاۤ اَكْفَرَهٗؕ‏(17)
<font color="000000"><b>(17) Ölsün insan! Nə qədər də kafir və nankordur!</b></font>
مِنْ اَىِّ شَىْءٍ خَلَقَهٗؕ‏(18)
<font color="000000"><b>(18) (Allahı) onu nədən yaratmışdır?</b></font>
مِنْ نُّطْفَةٍؕ خَلَقَهٗ فَقَدَّرَهٗ ۙ‏(19)
<font color="000000"><b>(19) Onu (qarışıq, dəyərsiz) bir nütfədən yaratdı, sonra da (yaradılışının əvvəlindən kamalının zirvəsinədək kəmiyyət və keyfiyyət baxımından bütün hərəkətlərinə) bir ölçü-biçim verdi.</b></font>
ثُمَّ السَّبِيْلَ يَسَّرَهٗۙ‏(20)
<font color="000000"><b>(20) Sonra yolunu (xeyir və şər seçmək yolunu – ağıl, iradə və ixtiyar verməklə) ona asanlaşdırdı,</b></font>
ثُمَّ اَمَاتَهٗ فَاَقْبَرَهٗۙ‏(21)
<font color="000000"><b>(21) Sonra onu öldürdü və qəbrə qoydu.</b></font>
ثُمَّ اِذَا شَآءَ اَنْشَرَهٗؕ‏(22)
<font color="000000"><b>(22) Sonra da istədiyi vaxt onu dirildəcəkdir.</b></font>
كَلَّا لَمَّا يَقْضِ مَاۤ اَمَرَهٗؕ‏(23)
<font color="000000"><b>(23) Belə deyildir. (İnsan Allahın əmrlərinə və bu nemətlərin müqabilində itaət və şükr etməmişdir, əslində) o hələ də ona əmr olunanı (tamam-kamal surətdə) yerinə yetirməmişdir.</b></font>
فَلْيَنْظُرِ الْاِنْسَانُ اِلٰى طَعَامِهٖۤۙ‏(24)
<font color="000000"><b>(24) Belə isə, (Haqqın qüdrət əlini müşahidə etmək üçün) insan öz yeməyinə baxmalıdır!</b></font>
اَنَّا صَبَبْنَا الْمَآءَ صَبًّا ۙ‏(25)
<font color="000000"><b>(25) Biz suyu xüsusi bir tərzdə (yağış, qar və dolu şəklində) yağdırdıq.</b></font>
ثُمَّ شَقَقْنَا الْاَرْضَ شَقًّا ۙ‏(26)
<font color="000000"><b>(26) Sonra da yeri xüsusi bir üsulla (otların, ağacların və bulaqların halına mütənasib surətdə) yardıq.</b></font>
فَاَنْۢبَتْنَا فِيْهَا حَبًّا ۙ‏(27)
<font color="000000"><b>(27) Beləliklə, orada dən (müxtəlif və saysız-hesabsız növlərdə dənli bitkilər) bitirdik;</b></font>
وَّ عِنَبًا وَّقَضْبًا ۙ‏(28)
<font color="000000"><b>(28) Üzüm ağacı və (hər il) bir neçə dəfə biçilən göyərtilər;</b></font>
وَّزَيْتُوْنًا وَّنَخْلًا ؕ‏(29)
<font color="000000"><b>(29) Zeytun və xurma ağacı;</b></font>
وَحَدَآئِقَ غُلْبًا ۙ‏(30)
<font color="000000"><b>(30) İri gövdəli və böyük ağaclarla dolu hasarlanmış bağlar;</b></font>
وَّفَاكِهَةً وَّاَبًّا ۙ‏(31)
<font color="000000"><b>(31) Həm yaş, həm də azuqə üçün qurudulmuş meyvə və ot-ələf</b></font>
مَّتَاعًا لَّكُمْ وَلِاَنْعَامِكُمْؕ‏(32)
<font color="000000"><b>(32) Sizin və heyvanlarınızın bəhrələnməyi üçündür.</b></font>
فَاِذَا جَآءَتِ الصَّآخَّةُ‏(33)
<font color="000000"><b>(33) Beləliklə, qulaqları kar edən o nə’rə (surun ikinci dəfə üfürülməsi) gəlib çatdıqda,</b></font>
يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ اَخِيْهِۙ‏(34)
<font color="000000"><b>(34) O gün insan qaçar öz qardaşından;</b></font>
وَاُمِّهٖ وَاَبِيْهِۙ‏(35)
<font color="000000"><b>(35) Anasından və atasından;</b></font>
وَصَاحِبَتِهٖ وَبَنِيْهِؕ‏(36)
<font color="000000"><b>(36) Zövcəsindən və oğullarından.</b></font>
لِكُلِّ امْرِیءٍ مِّنْهُمْ يَوْمَئِذٍ شَاْنٌ يُّغْنِيْهِؕ‏(37)
<font color="000000"><b>(37) O gün hər bir insanı özü ilə məşğul edəcək işi-gücü olacaqdır.</b></font>
وُجُوْهٌ يَّوْمَئِذٍ مُّسْفِرَةٌ ۙ‏(38)
<font color="000000"><b>(38) O gün bir çox üzlər parıldayacaq,</b></font>
ضَاحِكَةٌ مُّسْتَبْشِرَةٌ ۚ‏(39)
<font color="000000"><b>(39) Güləcək və sevinəcək.</b></font>
وَوُجُوْهٌ يَّوْمَئِذٍ عَلَيْهَا غَبَرَةٌ ۙ‏(40)
<font color="000000"><b>(40) O gün bəzi üzlərdə isə toz-torpaq və küdurət olacaqdır.</b></font>
تَرْهَقُهَا قَتَرَةٌ ؕ‏(41)
<font color="000000"><b>(41) Qaranlıq və zülmət onları bürüyəcəkdir.</b></font>
اُولٰٓئِكَ هُمُ الْكَفَرَةُ الْفَجَرَةُ‏(42)
<font color="000000"><b>(42) Onlar həmin kafirlər və pozğunlardır!</b></font>
TƏKVİR (SARINMA) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اِذَا الشَّمْسُ كُوِّرَتْۙ‏(1)
<font color="000000"><b>(1) Günəş sarınacağı zaman (sanki sönüb hərarətsiz olması üçün onun ətrafına bir şey bükülər),</b></font>
وَاِذَا النُّجُوْمُ انْكَدَرَتْۙ‏(2)
<font color="000000"><b>(2) Ulduzlar qaralıb (yerə) töküləcəyi zaman,</b></font>
وَاِذَا الْجِبَالُ سُيِّرَتْۙ‏(3)
<font color="000000"><b>(3) Dağlar hərəkətə gətiriləcəyi (parça-parça olub dağılacağı) zaman,</b></font>
وَاِذَا الْعِشَارُ عُطِّلَتْۙ‏(4)
<font color="000000"><b>(4) (O dövrdə ən dəyərli mal-dövlət hesab edilən) boğaz (on aylıq hamilə) dəvələr başlı-başına buraxılıb sahibsiz qalacağı zaman,</b></font>
وَاِذَا الْوُحُوْشُ حُشِرَتْۙ‏(5)
<font color="000000"><b>(5) Bütün vəhşi heyvanların (bir yerə) toplanacağı (öz ölüm yerlərindən çıxacaqları) zaman,</b></font>
وَاِذَا الْبِحَارُ سُجِّرَتْۙ‏(6)
<font color="000000"><b>(6) Dənizlərin dolacağı və qaynayacağı zaman, </b></font>
وَاِذَا النُّفُوْسُ زُوِّجَتْۙ‏(7)
<font color="000000"><b>(7) (Bərzəx) ruhlar(ı Məhşərdəki yeni bədənlərlə, yaxşılar yaxşılarla və pislər də pislərlə, Cənnət kişiləri öz zövcələrinə) qovuşacağı zaman,</b></font>
وَاِذَا الْمَوْءٗدَةُ سُئِلَتْۙ‏(8)
<font color="000000"><b>(8) Diri ikən torpağa gömülmüş hər bir adam (cahiliyyət dövründə diri-diri basdırılmış qızlar, tarix boyunca diri-diri basdırılmış insanlar və günahsız ikən zindanda ölənlər) barəsində soruşulacağı zaman</b></font>
بِاَىِّ ذَنْۢبٍ قُتِلَتْ‌ۚ‏(9)
<font color="000000"><b>(9) «Hansı günaha görə öldürüldülər?» (Onların qatillərindən: «Bunlar hansı günaha görə öldürüldülər?» – deyə soruşular.)</b></font>
وَاِذَا الصُّحُفُ نُشِرَتْۙ‏(10)
<font color="000000"><b>(10) Əməl dəftərləri (Haqq-Taala tərəfindən məhşər əhli arasında) yayılacağı və hər bir şəxsin əməl səhifəsi (onun öz qarşısında) açılacağı zaman,</b></font>
وَاِذَا السَّمَآءُ كُشِطَتْۙ‏(11)
<font color="000000"><b>(11) Göy (əhatə etdiyi hər bir şeyin üzərindən) götürüldüyü zaman,</b></font>
وَاِذَا الْجَحِيْمُ سُعِّرَتْۙ‏(12)
<font color="000000"><b>(12) Cəhənnəm alovlandırılıb şölələndiyi zaman,</b></font>
وَاِذَا الْجَنَّةُ اُزْلِفَتْۙ‏(13)
<font color="000000"><b>(13) Cənnət (təqvalılar üçün) yaxınlaşdırıldığı zaman,</b></font>
عَلِمَتْ نَفْسٌ مَّاۤ اَحْضَرَتْؕ‏(14)
<font color="000000"><b>(14) Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir.</b></font>
فَلَاۤ اُقْسِمُ بِالْخُنَّسِۙ‏(15)
<font color="000000"><b>(15) Yox-yox; and olsun (gündüz) gizlənən, gecə qayıdan ulduzlara,</b></font>
الْجَوَارِ الْكُنَّسِۙ‏(16)
<font color="000000"><b>(16) Seyr edən, qeyb olan o ulduzlara (gecənin sonunda yuvalarına çəkilən heyvanlar kimi öz məğriblərində gizlənərlər),</b></font>
وَالَّيْلِ اِذَا عَسْعَسَۙ‏(17)
<font color="000000"><b>(17) And olsun qaralmaqda və çəkilməkdə olan gecəyə.</b></font>
وَالصُّبْحِ اِذَا تَنَفَّسَۙ‏(18)
<font color="000000"><b>(18) Və and olsun sökülməkdə olan dan yerinə.</b></font>
اِنَّهٗ لَقَوْلُ رَسُوْلٍ كَرِيْمٍۙ‏(19)
<font color="000000"><b>(19) (Yuxarıdakı andların nəticəsi budur) ki, bu (Quran) şübhəsiz, möhtərəm və şərəfli bir elçinin (Cəbrailin gətirdiyi) sözdür.</b></font>
ذِىْ قُوَّةٍ عِنْدَ ذِى الْعَرْشِ مَكِيْنٍۙ‏(20)
<font color="000000"><b>(20) (Elə bir elçi ki,) çox qüvvətlidir və ərşin sahibi (Allahın) yanında məqam və mənsəb sahibidir.</b></font>
مُّطَاعٍ ثَمَّ اَمِيْنٍؕ‏(21)
<font color="000000"><b>(21) Orada (mələklər arasında) itaət ediləndir, həm də güvəniləndir.</b></font>
وَ مَا صَاحِبُكُمْ بِمَجْنُوْنٍ‌ۚ‏(22)
<font color="000000"><b>(22) Sizin yoldaşınız və dostunuz (Peyğəmbər) divanə deyildir.</b></font>
وَلَقَدْ رَاٰهُ بِالْاُفُقِ الْمُبِيْنِ‌ۚ‏(23)
<font color="000000"><b>(23) Həqiqətən, (bu Peyğəmbər) onu (Cəbraili) açıq və (insanların üfüqündən) uca olan üfüqdə (mələklərin üfüqündə) görmüşdür.</b></font>
وَمَا هُوَ عَلَى الْغَيْبِ بِضَنِيْنٍ‌ۚ‏(24)
<font color="000000"><b>(24) Və o qeyb (vəhy vasitəsilə aldıqları barəsində) xəsis deyildir (ki, onu gizlətsin, dəyişdirsin, yaxud təxirə salsın və ya qarışdırsın).</b></font>
وَمَا هُوَ بِقَوْلِ شَيْطٰنٍ رَّجِيْمٍۙ‏(25)
<font color="000000"><b>(25) Və bu (Quran Allah dərgahından) qovulmuş Şeytanın sözü deyildir.</b></font>
فَاَيْنَ تَذْهَبُوْنَؕ‏(26)
<font color="000000"><b>(26) Belə isə, hara gedirsiniz?!</b></font>
اِنْ هُوَ اِلَّا ذِكْرٌ لِّلْعٰلَمِيْنَۙ‏(27)
<font color="000000"><b>(27) Bu, aləmlər üçün yalnız bir öyüd-nəsihətdir.</b></font>
لِمَنْ شَآءَ مِنْكُمْ اَنْ يَّسْتَقِيْمَؕ‏(28)
<font color="000000"><b>(28) Sizdən (əqidə, əxlaq və əməldə) düzgün olmaq istəyənlər üçün.</b></font>
وَمَا تَشَآءُوْنَ اِلَّاۤ اَنْ يَّشَآءَ اللّٰهُ رَبُّ الْعٰلَمِيْنَ‏(29)
<font color="000000"><b>(29) Aləmlərin Rəbbi olan Allah (yaradılış iradəsi ilə) istəməyincə siz (bu yolu seçməyi) istəyə bilməzsiniz. (Çünki, sizin ixtiyar üzündən olan iradəniz ixtiyari əməlləriniz kimi Allahın iradəsinə bağlıdır.)</b></font>
İNFİTAR (PARÇALANMA) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اِذَا السَّمَآءُ انْفَطَرَتْۙ‏(1)
<font color="000000"><b>(1) Göy yarıldığı zaman,</b></font>
وَاِذَا الْكَوَاكِبُ انْتَثَرَتْۙ‏(2)
<font color="000000"><b>(2) Ulduzlar dağılıb səpələndiyi zaman,</b></font>
وَاِذَا الْبِحَارُ فُجِّرَتْۙ‏(3)
<font color="000000"><b>(3) Dənizlər yarıldığı (və sular bir-birlərinə qarışdığı) yaxud qaynayıb dolduğu zaman,</b></font>
وَاِذَا الْقُبُوْرُ بُعْثِرَتْۙ‏(4)
<font color="000000"><b>(4) Qəbirlər alt-üst olduğu (və ölülər çölə atıldığı) zaman,</b></font>
عَلِمَتْ نَفْسٌ مَّا قَدَّمَتْ وَاَخَّرَتْؕ‏(5)
<font color="000000"><b>(5) Hər bir kəs öncədən göndərdiyi və ya təxirə saldığı şeyi biləcəkdir (dünyada etdiyi hər bir xeyir və şəri və özündən sonra qoyub getdiyi hər bir xeyir və şər adəti biləcəkdir).</b></font>
يٰۤاَيُّهَا الْاِنْسَانُ مَا غَرَّكَ بِرَبِّكَ الْكَرِيْمِۙ‏(6)
<font color="000000"><b>(6) Ey insan, səni kərim olan Rəbbinə qarşı məğrur edən nədir?! (ki, Onun tanrılığına qarşı küfr, kərəminə qarşı isə nankorluq etdin)?</b></font>
الَّذِىْ خَلَقَكَ فَسَوّٰٮكَ فَعَدَلَكَۙ‏(7)
<font color="000000"><b>(7) O Allah ki, səni yaratdı və bədəninin üzvlərini (hər bir üzvü lazımi hikmətinə uyğun olaraq öz münasib yerində) düzəltdi və nizamladı və (lazımi işi ifa etmək üçün üzvlər arasında uyğunluq və ahəngdarlıq icad etməklə) qaydaya saldı və sahmanladı.</b></font>
فِىْۤ اَىِّ صُوْرَةٍ مَّا شَآءَ رَكَّبَكَؕ‏(8)
<font color="000000"><b>(8) İstədiyi şəkildə (üzvlərin xüsusiyyətləri və bütünlüyü baxımından) sənə quruluş verdi.</b></font>
كَلَّا بَلْ تُكَذِّبُوْنَ بِالدِّيْنِۙ‏(9)
<font color="000000"><b>(9) Belə deyildir (siz təkcə Allahın kərəminə qarşı məğrurluq etməklə qalmırsınız) əslində siz «Cəza» gününü təkzib edirsiniz.</b></font>
وَاِنَّ عَلَيْكُمْ لَحٰفِظِيْنَۙ‏(10)
<font color="000000"><b>(10) Və əlbəttə, sizin üstünüzdə gözətçilər vardır.</b></font>
كِرَامًا كَاتِبِيْنَۙ‏(11)
<font color="000000"><b>(11) Şərəfli (möhtərəm) yazanlar (mələklər vardır).</b></font>
يَعْلَمُوْنَ مَا تَفْعَلُوْنَ‏(12)
<font color="000000"><b>(12) Onlar sizin nə etdiklərinizi (zahir və batini, ixlası və riyanı, kamal və nöqsan dərəcələrini) bilirlər.</b></font>
اِنَّ الْاَبْرَارَ لَفِىْ نَعِيْمٍۚ‏(13)
<font color="000000"><b>(13) Şübhəsiz, yaxşı əməl sahibləri (axirətdə) bolluca nemət içində olarlar.</b></font>
وَاِنَّ الْفُجَّارَ لَفِىْ جَحِيْمٍ ۚۖ‏(14)
<font color="000000"><b>(14) Və şübhəsiz, pis əməl sahibləri isə odlu Cəhənnəm içində olarlar.</b></font>
يَّصْلَوْنَهَا يَوْمَ الدِّيْنِ‏(15)
<font color="000000"><b>(15) Cəza günü oraya daxil olarlar (onun hərarətini dadar və yanarlar.)</b></font>
وَمَا هُمْ عَنْهَا بِغَآئِبِيْنَؕ‏(16)
<font color="000000"><b>(16) Onlar əsla oradan çıxan deyillər (dünyada səbəbin məhdud əhatəsində olduqları kimi axirətdə də nəticənin əbədilik əhatəsində olarlar).</b></font>
وَمَاۤ اَدْرٰٮكَ مَا يَوْمُ الدِّيْنِۙ‏(17)
<font color="000000"><b>(17) Və sən nə bilirsən ki, cəza günü nədir?!</b></font>
ثُمَّ مَاۤ اَدْرٰٮكَ مَا يَوْمُ الدِّيْنِؕ‏(18)
<font color="000000"><b>(18) Yenə də sən nə bilirsən ki, cəza günü nədir?!</b></font>
يَوْمَ لَا تَمْلِكُ نَفْسٌ لِّنَفْسٍ شَيْئًا‌ ؕ وَالْاَمْرُ يَوْمَئِذٍ لِّلَّهِ‏(19)
<font color="000000"><b>(19) Elə bir gündür ki,(o gün) heç kəs başqası üçün bir iş görməyə qadir olmayacaqdır. O gün əmr yalnız Allaha məxsusdur.</b></font>
MUTƏFFİFİN (ÇƏKİDƏ VƏ ÖLÇÜDƏ ALDADANLAR) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَيْلٌ لِّلْمُطَفِّفِيْنَۙ‏(1)
<font color="000000"><b>(1) Vay halına əskik satanların!</b></font>
الَّذِيْنَ اِذَا اكْتَالُوْا عَلَى النَّاسِ يَسْتَوْفُوْنَۖ‏(2)
<font color="000000"><b>(2) O kəslər ki, özləri insanlardan ölçü ilə bir şey aldıqda, onu tam ölçüb alarlar,</b></font>
وَاِذَا كَالُوْهُمْ اَوْ وَّزَنُوْهُمْ يُخْسِرُوْنَؕ‏(3)
<font color="000000"><b>(3) Onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onu əskildərlər.</b></font>
اَلَا يَظُنُّ اُولٰٓئِكَ اَنَّهُمْ مَّبْعُوْثُوْنَۙ‏(4)
<font color="000000"><b>(4) Məgər onlar güman etmirlərmi ki, (haqq-hesab üçün) dirildiləcəklər,</b></font>
لِيَوْمٍ عَظِيْمٍۙ‏(5)
<font color="000000"><b>(5) Böyük bir gündə?!</b></font>
يَّوْمَ يَقُوْمُ النَّاسُ لِرَبِّ الْعٰلَمِيْنَؕ‏(6)
<font color="000000"><b>(6) O gün bütün insanlar (haqq-hesab və mühakimə olunmaq üçün) aləmlərin Rəbbinin hüzurunda duracaqlar!</b></font>
كَلَّاۤ اِنَّ كِتٰبَ الْفُجَّارِ لَفِىْ سِجِّيْنٍؕ‏(7)
<font color="000000"><b>(7) Belə deyildir (Onların güman etdiyi kimi deyil. Onlar güman edirlər ki, heç bir hesab-kitab yoxdur). Şübhəsiz, pis əməl sahiblərinin cəza əməl dəftəri «Siccin»dədir.</b></font>
وَمَاۤ اَدْرٰٮكَ مَا سِجِّيْنٌؕ‏(8)
<font color="000000"><b>(8) Və sən nə bilirsən ki, «Siccin» nədir?</b></font>
كِتٰبٌ مَّرْقُوْمٌؕ‏(9)
<font color="000000"><b>(9) (O,) rəqəmlənmiş (yazılmış) (əhatəli) bir kitabdır (bütün pis əməl sahiblərinin cəzası orada qeyd olunmuşdur).</b></font>
وَيْلٌ يَّوْمَئِذٍ لِّلْمُكَذِّبِيْنَۙ‏(10)
<font color="000000"><b>(10) Vay halına o gün təkzib edənlərin.</b></font>
الَّذِيْنَ يُكَذِّبُوْنَ بِيَوْمِ الدِّيْنِؕ‏(11)
<font color="000000"><b>(11) O kəslərin ki, cəza gününü təkzib edirlər.</b></font>
وَمَا يُكَذِّبُ بِهٖۤ اِلَّا كُلُّ مُعْتَدٍ اَثِيْمٍۙ‏(12)
<font color="000000"><b>(12) Və onu ancaq həddini aşan daim günah edən şəxs təkzib edər.</b></font>
اِذَا تُتْلٰى عَلَيْهِ اٰيٰتُنَا قَالَ اَسَاطِيْرُ الْاَوَّلِيْنَؕ‏(13)
<font color="000000"><b>(13) O kəs ki, Bizim ayələrimiz ona oxunduğu zaman «Bu keçmişdəkilərin əfsanələridir» – deyər.</b></font>
كَلَّا‌ بَلْ رَانَ عَلٰى قُلُوْبِهِمْ مَّا كَانُوْا يَكْسِبُوْنَ‏(14)
<font color="000000"><b>(14) Belə deyildir (Bizim ayələrimiz əfsanə deyil), əslində onların qəlblərini qazandıqları (günahlar) paslandırmışdır.</b></font>
كَلَّاۤ اِنَّهُمْ عَنْ رَّبِّهِمْ يَوْمَئِذٍ لَّمَحْجُوْبُوْنَ‌ؕ‏(15)
<font color="000000"><b>(15) Belə deyil (Onların güman etdiyi kimi deyil,) şübhəsiz, o gün onlar Rəbbin(in lütfün)dən məhrum olacaqlar.</b></font>
ثُمَّ اِنَّهُمْ لَصَالُوا الْجَحِيْمِؕ‏(16)
<font color="000000"><b>(16) Sonra onlar mütləq cəhənnəmə daxil olacaqlar, (onun hərarətini dadacaq və orada yanacaqlar.)</b></font>
ثُمَّ يُقَالُ هٰذَا الَّذِىْ كُنْتُمْ بِهٖ تُكَذِّبُوْنَؕ‏(17)
<font color="000000"><b>(17) Sonra da onlara: «Bu, həmin təkzib və inkar etdiyinizdir!» deyiləcəkdir.</b></font>
كَلَّاۤ اِنَّ كِتٰبَ الْاَبْرَارِ لَفِىْ عِلِّيِّيْنَؕ‏(18)
<font color="000000"><b>(18) Belə deyildir (hesab-kitabsız deyil), həqiqətən, yaxşı əməl sahiblərinin mükafat əməl dəftəri «İlliyyin»dədir.</b></font>
وَمَاۤ اَدْرٰٮكَ مَا عِلِّيُّوْنَؕ‏(19)
<font color="000000"><b>(19) Sən nə bilirsən ki, «İlliyyin» nədir?</b></font>
كِتٰبٌ مَّرْقُوْمٌۙ‏(20)
<font color="000000"><b>(20) (O,) rəqəmlənmiş (yazılmış) (əhatəli) bir kitabdır (yaxşıların mükafatı orada qeyd olunmuşdur),</b></font>
يَّشْهَدُهُ الْمُقَرَّبُوْنَؕ‏(21)
<font color="000000"><b>(21) (Allah) dərgahına yaxın olanlar onu görərlər və mələklər onun yanında hazır olarlar.</b></font>
اِنَّ الْاَبْرَارَ لَفِىْ نَعِيْمٍۙ‏(22)
<font color="000000"><b>(22) Şübhəsiz, yaxşı əməl sahibləri bolluca nemət içindədirlər.</b></font>
عَلَى الْاَرَآئِكِ يَنْظُرُوْنَۙ‏(23)
<font color="000000"><b>(23) Zinətlənmiş fəxri kürsülər üzərində (əyləşib) (Cənnət nemətlərinə və Haqqın camalına) tamaşa edərlər.</b></font>
تَعْرِفُ فِىْ وُجُوْهِهِمْ نَضْرَةَ النَّعِيْمِ‌ۚ‏(24)
<font color="000000"><b>(24) Sən onların üzlərində bolluca nemət sevinci və təravəti görərsən.</b></font>
يُسْقَوْنَ مِنْ رَّحِيْقٍ مَّخْتُوْمٍۙ‏(25)
<font color="000000"><b>(25) Onlara saf və xalis, möhürlənmiş şərabdan içirdilər.</b></font>
خِتٰمُهٗ مِسْكٌ ‌ؕ وَفِىْ ذٰلِكَ فَلْيَتَنَافَسِ الْمُتَنَافِسُوْنَ‏(26)
<font color="000000"><b>(26) Onun möhrü müşkdəndir və son qurtumları müşk ətri verər. Qoy yarışanlar bu nemətlər üçün yarışsınlar! (Dünyada xeyir əməllərdə bir-birini ötsünlər).</b></font>
وَ مِزَاجُهٗ مِنْ تَسْنِيْمٍۙ‏(27)
<font color="000000"><b>(27) Və o şərabın qarışığı (yuxarıdan aşağıya axan) «təsnim» (çeşməsin)dəndir.</b></font>
عَيْنًا يَّشْرَبُ بِهَا الْمُقَرَّبُوْنَؕ‏(28)
<font color="000000"><b>(28) O elə bir çeşmədir ki, ondan (Allah) dərgahına yaxın olanlar içərlər.</b></font>
اِنَّ الَّذِيْنَ اَجْرَمُوْا كَانُوْا مِنَ الَّذِيْنَ اٰمَنُوْا يَضْحَكُوْنَ ۖ‏(29)
<font color="000000"><b>(29) Həqiqətən, günahkarlar (dünyada) iman gətirənlərin halına gülürdülər.</b></font>
وَاِذَا مَرُّوْا بِهِمْ يَتَغَامَزُوْنَ ۖ‏(30)
<font color="000000"><b>(30) Onların yanlarından keçərkən, (məsxərə edərək) qaş-gözlə bir-birinə işarə edirdilər.</b></font>
وَاِذَا انْقَلَبُوْۤا اِلٰٓى اَهْلِهِمُ انْقَلَبُوْا فَكِهِيْنَ ۖ‏(31)
<font color="000000"><b>(31) Öz adamlarının yanına dönəndə, (onlara məsxərə etdiklərinə görə) şad halda dönürdülər.</b></font>
وَاِذَا رَاَوْهُمْ قَالُوْۤا اِنَّ هٰٓؤُلَاۤءِ لَضَآلُّوْنَۙ‏(32)
<font color="000000"><b>(32) Onları gördükdə: «Şübhəsiz, bunlar azmışlardır» – deyirdilər.</b></font>
وَمَاۤ اُرْسِلُوْا عَلَيْهِمْ حٰفِظِيْنَۙ‏(33)
<font color="000000"><b>(33) Halbuki, onlar bunlar (möminlər) üzərində nəzarətçi göndərilməmişdilər (ki, onların haqq yola gəlmələrinə və ya azğınlıqda qalmalarına nəzarət etsinlər).</b></font>
فَالْيَوْمَ الَّذِيْنَ اٰمَنُوْا مِنَ الْكُفَّارِ يَضْحَكُوْنَۙ‏(34)
<font color="000000"><b>(34) Bu gün (isə) iman gətirənlər kafirlərə gülərlər.</b></font>
عَلَى الْاَرَآئِكِۙ يَنْظُرُوْنَؕ‏(35)
<font color="000000"><b>(35) Onlar (Cənnət) taxtlar(ının) üzərində (əyləşərək Cənnətdəki- lərin və Cəhənnəmdəkilərin) halına tamaşa edərlər.</b></font>
هَلْ ثُوِّبَ الْكُفَّارُ مَا كَانُوْا يَفْعَلُوْنَ‏(36)
<font color="000000"><b>(36) (Tamaşa edərlər ki,) görəsən kafirlərə, etdikləri əməllərinə görə cəza verildimi? (Ya batil əqidələri və əməlləri vücudlarında təcəssüm olunmaqla cəzalandırıldılarmı?)</b></font>
İNŞİQAQ (YARILMA) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اِذَا السَّمَآءُ انْشَقَّتْۙ‏(1)
<font color="000000"><b>(1) Göylər yarılacağı</b></font>
وَاَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْۙ‏(2)
<font color="000000"><b>(2) Və öz Rəbbi(nin mütləq iradəsi)nə qulaq asacağı zaman; (Onun belə etməsi) daha layiqlidir.</b></font>
وَاِذَا الْاَرْضُ مُدَّتْؕ‏(3)
<font color="000000"><b>(3) Yer genişlənəcəyi (böyüyüb dağlarsız, dənizlərsiz, dümdüz olacağı) zaman,</b></font>
وَاَلْقَتْ مَا فِيْهَا وَتَخَلَّتْۙ‏(4)
<font color="000000"><b>(4) Qoynunda olanları çölə tullayıb boşaldacağı zaman,</b></font>
وَاَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْؕ‏(5)
<font color="000000"><b>(5) Öz Rəbbi(nin mütləq iradəsi)nə qulaq asacağı zaman; (Onun belə etməsi) daha layiqlidir. (Bu iki cümlədə məqsəd budur ki: «İnsan öz Rəbbinə qovuşacaq və onunla haqq-hesab çəkiləcəkdir»).</b></font>
يٰۤاَيُّهَا الْاِنْسَانُ اِنَّكَ كَادِحٌ اِلٰى رَبِّكَ كَدْحًا فَمُلٰقِيْهِ‌ۚ‏(6)
<font color="000000"><b>(6) Ey insan, şübhəsiz, sən öz Rəbbin(in camal və cəlalını, savab və cəzasını görməy)ə doğru böyük bir səylə (yaradılışla və təbii yol ilə) çalışıb çabalayırsan. Beləliklə, sən Ona qovuşacaqsan.</b></font>
فَاَمَّا مَنْ اُوْتِىَ كِتٰبَهٗ بِيَمِيْنِهٖۙ‏(7)
<font color="000000"><b>(7) Kimin əməl dəftəri sağ əlinə verilərsə</b></font>
فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَّسِيْرًا ۙ‏(8)
<font color="000000"><b>(8) Onunla tez, asan, haqq-hesab çəkiləcək.</b></font>
وَّيَنْقَلِبُ اِلٰٓى اَهْلِهٖ مَسْرُوْرًا ؕ‏(9)
<font color="000000"><b>(9) Və o, yaxınlarının (Cənnətdəki doğmalarının, huri və qılmanların) yanına sevinc və şadlıqla qayıdar.</b></font>
وَاَمَّا مَنْ اُوْتِىَ كِتٰبَهٗ وَرَآءَ ظَهْرِهٖۙ‏(10)
<font color="000000"><b>(10) Kimin əməl dəftəri arxa tərəfindən (sol əlinə) verilərsə,</b></font>
فَسَوْفَ يَدْعُوْا ثُبُوْرًا ۙ‏(11)
<font color="000000"><b>(11) O, tezliklə fəryad edib öz ölümünü istəyər.</b></font>
وَّيَصْلٰى سَعِيْرًا ؕ‏(12)
<font color="000000"><b>(12) Və şölə çəkən oda daxil olar və yanar.</b></font>
اِنَّهٗ كَانَ فِىْۤ اَهْلِهٖ مَسْرُوْرًا ؕ‏(13)
<font color="000000"><b>(13) O, öz yaxınlarının arasında (axirətdən qəflətdə, mal-dövlət və rütbəyə görə) sevinc içində idi.</b></font>
اِنَّهٗ ظَنَّ اَنْ لَّنْ يَّحُوْرَ ۛۚ‏(14)
<font color="000000"><b>(14) O elə zənn edirdi ki, əsla (Allaha tərəf) qayıtmayacaq.</b></font>
بَلٰٓى ۛۚ اِنَّ رَبَّهٗ كَانَ بِهٖ بَصِيْرًا ؕ‏(15)
<font color="000000"><b>(15) Xeyr (qayıdacaqdır), həqiqətən, Rəbbi daim onun (hər bir) halını görəndir.</b></font>
فَلَاۤ اُقْسِمُ بِالشَّفَقِۙ‏(16)
<font color="000000"><b>(16) Xeyr, and olsun (qürubdan sonrakı) məğribin qırmızılığına (şəfəqə),</b></font>
وَالَّيْلِ وَمَا وَسَقَۙ‏(17)
<font color="000000"><b>(17) Və and olsun gecəyə və (gecənin) topladıqlarına (gündüz ora-bura yayılmış canlılara),</b></font>
وَالْقَمَرِ اِذَا اتَّسَقَۙ‏(18)
<font color="000000"><b>(18) And olsun hilal halında tədriclə nuru kamilləşməkdə (bədirlənməkdə olan) aya ki,</b></font>
لَتَرْكَبُنَّ طَبَقًا عَنْ طَبَقٍؕ‏(19)
<font color="000000"><b>(19) Şübhəsiz, siz haldan-hala düşəcəksiniz! (Dünyada cisminizin təkamül yolu nütfə halından ölüm halına kimi otuz haldan çoxdur. Ruhunuzun təkamül yolu isə İslamı qəbul etməkdən İlahi yaxınlıq olan kamaladəkdir. Dünyadan sonra Bərzəxə daxil olmaq, Qiyamətə keçmək və onun duracaqlarından Cənnətə və Cəhənnəmə daxil olmağa qədər yol gedəcəksiniz).</b></font>
فَمَا لَهُمْ لَا يُؤْمِنُوْنَۙ‏(20)
<font color="000000"><b>(20) Bəs, onlara nə olub ki, iman gətirmirlər?!</b></font>
وَاِذَا قُرِئَ عَلَيْهِمُ الْقُرْاٰنُ لَا يَسْجُدُوْنَ ؕ ۩‏(21)
<font color="000000"><b>(21) Onlara Quran oxunduqda, səcdəyə qapanmırlar?!</b></font>
بَلِ الَّذِيْنَ كَفَرُوْا يُكَذِّبُوْنَۖ‏(22)
<font color="000000"><b>(22) Əksinə, kafir olanlar daim təkzib edirlər.</b></font>
وَاللّٰهُ اَعْلَمُ بِمَا يُوْعُوْنَۖ‏(23)
<font color="000000"><b>(23) Allah onların öz qəlblərində gizlətdiklərini (küfr və inadı) daha yaxşı biləndir.</b></font>
فَبَشِّرْهُمْ بِعَذَابٍ اَلِيْمٍۙ‏(24)
<font color="000000"><b>(24) Belə isə, onlara ağrılı bir əzabın mücdəsini ver!</b></font>
اِلَّا الَّذِيْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ لَهُمْ اَجْرٌ غَيْرُ مَمْنُوْنٍ‏(25)
<font color="000000"><b>(25) Yalnız iman gətib yaxşı iş görənlərdən başqa. Onlar üçün minnətsiz və bitib-tükənmək bilməyən bir mükafat vardır.</b></font>
BURUC (BÜRCLƏR) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَالسَّمَآءِ ذَاتِ الْبُرُوْجِۙ‏(1)
<font color="000000"><b>(1) And olsun bürcləri olan göyə,</b></font>
وَالْيَوْمِ الْمَوْعُوْدِۙ‏(2)
<font color="000000"><b>(2) Və and olsun vəd olunmuş günə (Qiyamət gününə)</b></font>
وَشَاهِدٍ وَّمَشْهُوْدٍؕ‏(3)
<font color="000000"><b>(3) Və and olsun («Uxdud» hadisəsini) müşahidə edənə və onların müşahidə etdiklərinə («Uxdud»da yandırılanlara, öz ümmətinə şahid olan hər bir peyğəmbərə və onun ümmətindən şahid olduğu hər bir saleh şəxsə, axirətdə bütün keçmiş peyğəmbərlərə şahid olacaq İslam Peyğəmbərinə və onun şahid olduğu kəslərə, axirətdə insanların əməllərinə şahid olan hər bir mələyə, onların şahid olduğu əməli saleh insanlara, Allah evini ziyarət edənlərə şahid olan «Həcərül-Əsvəd»ə və onun şahid olduqlarına);</b></font>
قُتِلَ اَصْحٰبُ الْاُخْدُوْدِۙ‏(4)
<font color="000000"><b>(4) Ölüm olsun o «xəndək» sahiblərinə (onlara qarşı çıxan möminləri odla dolu xəndəyə atan kafir və zalım şaha və onun köməkçilərinə)!</b></font>
النَّارِ ذَاتِ الْوَقُوْدِۙ‏(5)
<font color="000000"><b>(5) O odunla dolu şölələnən atəş.</b></font>
اِذْ هُمْ عَلَيْهَا قُعُوْدٌ ۙ‏(6)
<font color="000000"><b>(6) O zaman onlar odun ətrafında (tamaşa etmək üçün) əyləşmişdilər.</b></font>
وَّهُمْ عَلٰى مَا يَفْعَلُوْنَ بِالْمُؤْمِنِيْنَ شُهُوْدٌ ؕ‏(7)
<font color="000000"><b>(7) Və möminlərin başlarına gətirdiklərinə tamaşa edirdilər.</b></font>
وَمَا نَقَمُوْا مِنْهُمْ اِلَّاۤ اَنْ يُّؤْمِنُوْا بِاللّٰهِ الْعَزِيْزِ الْحَمِيْدِۙ‏(8)
<font color="000000"><b>(8) Onlar möminlərə yalnız (sifətləri və işləri) həmd olunmuş, yenilməz qüdrət sahibi olan Allaha iman gətirdiklərinə görə eyib və irad tuturdular.</b></font>
الَّذِىْ لَهٗ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ‌ؕ وَ اللّٰهُ عَلٰى كُلِّ شَىْءٍ شَهِيْدٌ ؕ‏(9)
<font color="000000"><b>(9) O Allah ki, bütün göylərin və yerin həqiqi mülkiyyəti və malikiyyəti Ona məxsusdur (çünki, yaradılış, qorumaq və tədbir – bunların hamısı Onun əlindədir). Allah hər bir şeyə nəzarətçi və şahiddir.</b></font>
اِنَّ الَّذِيْنَ فَتَنُوا الْمُؤْمِنِيْنَ وَ الْمُؤْمِنٰتِ ثُمَّ لَمْ يَتُوْبُوْا فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ الْحَرِيْقِؕ‏(10)
<font color="000000"><b>(10) Şübhəsiz, mömin kişilərə və möminə qadınlara əzab və işgəncə verib sonra da tövbə etməyən kimsələr üçün cəhənnəm(in cürbəcür) əzabı və yandırıb-yaxan atəş əzabı vardır. (Bu ayədə ilk üç andın məqsədi göstərilir və dördüncü ayədən doqquzuncu ayəyədək and içilənlərin başlarına gətirilənlərin şərh edilir.)</b></font>
اِنَّ الَّذِيْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ لَهُمْ جَنّٰتٌ تَجْرِىْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ ؕؔ ذٰلِكَ الْفَوْزُ الْكَبِيْرُؕ‏(11)
<font color="000000"><b>(11) Şübhəsiz, iman gətirib saleh əməllər edənlər üçün (evlərinin və ağaclarının) altında çaylar axan Cənnətlər vardır! Budur böyük qurtuluş!</b></font>
اِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيْدٌ ؕ‏(12)
<font color="000000"><b>(12) Həqiqətən, sənin Rəbbinin qəhri (intiqamı) çox şiddətlidir.</b></font>
اِنَّهٗ هُوَ يُبْدِئُ وَيُعِيْدُ‌ ۚ‏(13)
<font color="000000"><b>(13) Həqiqətən, (məxluqları) yoxdan var edən və (öldükdən, məhv olduqdan sonra yenidən əvvəlki halına) qaytaran Odur.</b></font>
وَهُوَ الْغَفُوْرُ الْوَدُوْدُۙ‏(14)
<font color="000000"><b>(14) Odur! (İtaətkarları) bağışlayan və çox sevən!</b></font>
ذُو الْعَرْشِ الْمَجِيْدُ ۙ‏(15)
<font color="000000"><b>(15) (O,) ərşin sahibi (varlıq aləmində hökm sahibi) və (zat və sifətləri baxımdan) şanlı-şövkətlidir.</b></font>
فَعَّالٌ لِّمَا يُرِيْدُ ؕ‏(16)
<font color="000000"><b>(16) İstədiyini qüdrətlə yerinə yetirəndir.</b></font>
هَلْ اَتٰٮكَ حَدِيْثُ الْجُنُوْدِۙ‏(17)
<font color="000000"><b>(17) O, qoşunların (Allahın və Onun peyğəmbərlərinə qarşı qoşun çəkən keçmiş ümmətlərin) xəbəri sənə gəlib çatdımı?</b></font>
فِرْعَوْنَ وَثَمُوْدَؕ‏(18)
<font color="000000"><b>(18) Firon və (Saleh peyğəmbərin qövmü olan) Səmud (qoşunları necə məhv oldular)?!</b></font>
بَلِ الَّذِيْنَ كَفَرُوْا فِىْ تَكْذِيْبٍۙ‏(19)
<font color="000000"><b>(19) (Yalnız onlar təkzib etmədilər), (sənin qövmündən) kafir olan kəslər, (daha şiddətlə) inkar etməkdədir.</b></font>
وَّاللّٰهُ مِنْ وَّرَآئِهِمْ مُّحِيْطٌۚ‏(20)
<font color="000000"><b>(20) (Halbuki,) Allah onları hər cəhətdən (vücud, elm və qüdrət baxımından) əhatə edəndir. (Onların bütün ixtiyarı Allahın əlindədir)</b></font>
بَلْ هُوَ قُرْاٰنٌ مَّجِيْدٌ ۙ‏(21)
<font color="000000"><b>(21) (Bu kitab sehr və əfsanə deyildir,) əksinə o, oxunmalı, şanlı-şövkətli bir kitabdır.</b></font>
فِىْ لَوْحٍ مَّحْفُوْظٍ‏(22)
<font color="000000"><b>(22) O, (yalan, təhrif, şeytan və cinlərdən) qorunmuş Lövhdə (Lövhi-Məhfuzda) yazılmışdır.</b></font>
TARİQ (GECƏ GƏLƏN) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَالسَّمَآءِ وَالطَّارِقِۙ‏(1)
<font color="000000"><b>(1) And olsun göyə və gecə gələnə!</b></font>
وَمَاۤ اَدْرٰٮكَ مَا الطَّارِقُۙ‏(2)
<font color="000000"><b>(2) Sən nə bilirsən o, gecə gələn nədir?!</b></font>
النَّجْمُ الثَّاقِبُۙ‏(3)
<font color="000000"><b>(3) O, (nuru qaranlıqları) yaran parlaq bir ulduzdur.</b></font>
اِنْ كُلُّ نَفْسٍ لَّمَّا عَلَيْهَا حَافِظٌؕ‏(4)
<font color="000000"><b>(4) (Bütün bunlara and olsun) elə bir kəs yoxdur ki, onun (və əməllərinin) üzərində (əqidə və əməllərini səhifələrdə yazmaqla onu dünyada hadisələrdən saxlayan və Bərzəxdə və Qiyamətdə – əbədi mənzilin sərhədinə yetişənəcən onu qoruyan bir şəxsdən, ya bir dəstədən ibarət olan) bir gözətçi olmasın!</b></font>
فَلْيَنْظُرِ الْاِنْسَانُ مِمَّ خُلِقَؕ‏(5)
<font color="000000"><b>(5) Elə isə, insan baxmalıdır ki, nədən yaradılmışdır.</b></font>
خُلِقَ مِنْ مَّآءٍ دَافِقٍۙ‏(6)
<font color="000000"><b>(6) O, sıçrayan bir sudan (kişi və qadın nütfəsinin qatışığından) yaradılmışdır.</b></font>
يَّخْرُجُ مِنْۢ بَيْنِ الصُّلْبِ وَالتَّرَآئِبِؕ‏(7)
<font color="000000"><b>(7) O, (su kişinin) belindən və (qadının) sinə sümüyünün arasından çıxır.</b></font>
اِنَّهٗ عَلٰى رَجْعِهٖ لَقَادِرٌؕ‏(8)
<font color="000000"><b>(8) Şübhəsiz ki, O (yaradan Allah) onu (insanı ölümdən sonra həyata) qaytarmağa da qadirdir.</b></font>
يَوْمَ تُبْلَى السَّرَآئِرُۙ‏(9)
<font color="000000"><b>(9) Gizlin sirlərin aşkar olacaqı (beyinlərin imanı və küfrü, nəfslərin fəzilətləri və rəzilətləri, qəlblərin sirləri və əməllərin gizliləri meydana çıxacağı) gün</b></font>
فَمَا لَهٗ مِنْ قُوَّةٍ وَّلَا نَاصِرٍؕ‏(10)
<font color="000000"><b>(10) (O gün, İlahi əzabının müqabilində) onun nə bir gücü, nə də bir köməkçisi olar.</b></font>
وَالسَّمَآءِ ذَاتِ الرَّجْعِۙ‏(11)
<font color="000000"><b>(11) And olsun dönüşü olan göyə! (Buxarlar göyə qalxdıqdan sonra yağış şəklində qayıdırlar və ulduzları qürub etdikdən sonra şərq tərəfdən geri qayıdırlar.)</b></font>
وَالْاَرْضِ ذَاتِ الصَّدْعِۙ‏(12)
<font color="000000"><b>(12) And olsun (bulaqların qaynaması, bitkilərin bitməsi və Qiyamət günü qoynundakıları çölə tökmək üçün) yarıqları olan yerə ki,</b></font>
اِنَّهٗ لَقَوْلٌ فَصْلٌۙ‏(13)
<font color="000000"><b>(13) Quran şübhəsiz, (haqla batili) ayıran qəti bir kəlamdır!</b></font>
وَّمَا هُوَ بِالْهَزْلِؕ‏(14)
<font color="000000"><b>(14) Və əsla boş bir söz və zarafat deyildir!</b></font>
اِنَّهُمْ يَكِيْدُوْنَ كَيْدًا ۙ‏(15)
<font color="000000"><b>(15) Əlbəttə, onlar daim hiylə və məkr işlədirlər.</b></font>
وَّاَكِيْدُ كَيْدًا ۚۖ‏(16)
<font color="000000"><b>(16) Və mən də (hiylələrinin müqabilində) bir tədbir tökərəm.</b></font>
فَمَهِّلِ الْكٰفِرِيْنَ اَمْهِلْهُمْ رُوَيْدًا‏(17)
<font color="000000"><b>(17) Belə isə, (ya Peyğəmbər!) kafirlərə möhlət ver və onları bir az öz başlarına burax (bir müddət mücadilə, mübarizə və intiqama başlama).</b></font>
ƏLA (ƏN UCA) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
سَبِّحِ اسْمَ رَبِّكَ الْاَعْلَىۙ‏(1)
<font color="000000"><b>(1) Ən üstün və uca olan Rəbbinin adını pak və müqəddəs tut! (Dillə Onun paklığına sitayiş et, qəlblə Onu hər bir eyb və nöqsandan pak bil, və Ona məxsus adları Ondan başqasına aid etmə, o adları təhrif etmə və nalayiq yozumlar etmə.)</b></font>
الَّذِىْ خَلَقَ فَسَوّٰى ۙ‏(2)
<font color="000000"><b>(2) O kəs ki, (hər bir varlığı) xəlq etdi və (onun tərkib hissələrini yaradılışındakı əsl məqsədə uyğun olaraq) qaydaya saldı (nizamladı).</b></font>
وَالَّذِىْ قَدَّرَ فَهَدٰى ۙ‏(3)
<font color="000000"><b>(3) Və o kəs ki, (hər bir məxluq üçün kəmiyyət və keyfiyyət baxımından) bir əndazə (ölçü) qoydu, beləliklə də (onları öz kamilliklərinə doğru) yönəltdi.</b></font>
وَالَّذِىْۤ اَخْرَجَ الْمَرْعٰى ۙ‏(4)
<font color="000000"><b>(4) O kəs ki, (yerin köksündən) otlaq çıxartdı.</b></font>
فَجَعَلَهٗ غُثَآءً اَحْوٰىؕ‏(5)
<font color="000000"><b>(5) (Al-əlvan rənglərə boyandıqdan) sonra onu qara rəngli quru çör-çöpə döndərdi.</b></font>
سَنُقْرِئُكَ فَلَا تَنْسٰٓىۙ‏(6)
<font color="000000"><b>(6) (Ya Peyğəmbər!) Tezliklə sənə (bütün Quranı – əzəli elmdə və Lövhi-Məhfuzda olan əsl tənzimi ilə) oxudarıq, belə ki, əsla unutmazsan.</b></font>
اِلَّا مَا شَآءَ اللّٰهُ‌ؕ اِنَّهٗ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفٰىؕ‏(7)
<font color="000000"><b>(7) Allahın istədiyindən başqa (ki, əsla istəməz də, lakin Onun qüdrəti daim məhfuzdur), həqiqətən, O, aşkar olanı da, gizli olanı da bilir.</b></font>
وَنُيَسِّرُكَ لِلْيُسْرٰى ‌ۖ‌ۚ‏(8)
<font color="000000"><b>(8) Və səni (dəvətdə və hidayətdə olan) ən asan yol üçün hazır və müyəssər edərik.</b></font>
فَذَكِّرْ اِنْ نَّفَعَتِ الذِّكْرٰىؕ‏(9)
<font color="000000"><b>(9) Əgər öyüd - nəsihət fayda verəcəksə (onlara) öyüd-nəsihət ver,</b></font>
سَيَذَّكَّرُ مَنْ يَّخْشٰىۙ‏(10)
<font color="000000"><b>(10) (Allahdan) qorxmaq qabiliyyətinə malik olan şəxs tezliklə öyüd-nəsihət alacaqdır.</b></font>
وَيَتَجَنَّبُهَا الْاَشْقَىۙ‏(11)
<font color="000000"><b>(11) Ən bədbəxt şəxs (və Allahdan qorxmayan), ondan (öyüd-nəsihətdən) uzaqlaşar.</b></font>
الَّذِىْ يَصْلَى النَّارَ الْكُبْرٰى‌ۚ‏(12)
<font color="000000"><b>(12) O kəs ki, ən böyük oda girəcək və yanacaqdır.</b></font>
ثُمَّ لَا يَمُوْتُ فِيْهَا وَلَا يَحْيٰىؕ‏(13)
<font color="000000"><b>(13) Sonra isə orada nə (həqiqətən,) öləcək və nə də (rahat) yaşayacaqdır.</b></font>
قَدْ اَفْلَحَ مَنْ تَزَكّٰىۙ‏(14)
<font color="000000"><b>(14) Həqiqətən, nicat tapdı (o kəs) ki, özünü (fəsadlı əqidələrdən, əxlaqi rəzalətlərdən və çirkin əməllərdən) pak etdi, təkamülə yetişdi və zəkat verdi</b></font>
وَذَكَرَ اسْمَ رَبِّهٖ فَصَلّٰى‌ ؕ‏(15)
<font color="000000"><b>(15) Və öz Rəbbinin adını zikr etdi və namaz qıldı.</b></font>
بَلْ تُؤْثِرُوْنَ الْحَيٰوةَ الدُّنْيَاۖ‏(16)
<font color="000000"><b>(16) Lakin (siz o nicatın sorağına getmirsiniz), əksinə, siz dünya həyatını üstün tutursunuz.</b></font>
وَالْاٰخِرَةُ خَيْرٌ وَّ اَبْقٰىؕ‏(17)
<font color="000000"><b>(17) Halbuki axirət daha xeyirli və daha baqidir.</b></font>
اِنَّ هٰذَا لَفِى الصُّحُفِ الْاُوْلٰىۙ‏(18)
<font color="000000"><b>(18) Həqiqətən, bu (deyilənlər: mənəvi paklıq və nicat, öyüd-nəsihət və namaz, dünyanı axirətdən üstün tutma) bütün keçmiş səmavi kitablarda yazılmışdır.</b></font>
صُحُفِ اِبْرٰهِيْمَ وَمُوْسٰى‏(19)
<font color="000000"><b>(19) İbrahimin və Musanın kitablarında.</b></font>
ĞAŞİYƏ (BÜRÜYƏN) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
هَلْ اَتٰٮكَ حَدِيْثُ الْغَاشِيَةِؕ‏(1)
<font color="000000"><b>(1) (Dəhşəti bütün aləmi) bürüyəcək hadisənin (Qiyamətin) xəbəri sənə yetişdimi?</b></font>
وُجُوْهٌ يَّوْمَئِذٍ خَاشِعَةٌ ۙ‏(2)
<font color="000000"><b>(2) O gün (bəzi) üzlər zəlil və çökmüş olar.</b></font>
عَامِلَةٌ نَّاصِبَةٌ ۙ‏(3)
<font color="000000"><b>(3) Onlar (əbəs yerə) səy edənlər, zəhmətə düşənlərdir. (Onların dünyəvi əməlləri axirət əzab-əziyyətinə səbəb olar). Yaxud da axirət əzabının içərisində əziyyət çəkənlərdir.</b></font>
تَصْلٰى نَارًا حَامِيَةً ۙ‏(4)
<font color="000000"><b>(4) Çox hərarətli oda girəcəklər, onun hərarətini dadacaq və yanacaqlar.</b></font>
تُسْقٰى مِنْ عَيْنٍ اٰنِيَةٍؕ‏(5)
<font color="000000"><b>(5) Qaynar bulaqdan içirdiləcəklər.</b></font>
لَيْسَ لَهُمْ طَعَامٌ اِلَّا مِنْ ضَرِيْعٍۙ‏(6)
<font color="000000"><b>(6) Onların yeməyi qurumuş, acı tikandan başqa bir şey olmaz. (Onu heç heyvanlar da yeməz).</b></font>
لَّا يُسْمِنُ وَلَا يُغْنِىْ مِنْ جُوْعٍؕ‏(7)
<font color="000000"><b>(7) (O yemək onları) nə kökəldər və nə də aclıqdan qurtarar.</b></font>
وُجُوْهٌ يَّوْمَئِذٍ نَّاعِمَةٌ ۙ‏(8)
<font color="000000"><b>(8) O gün (bəzi) üzlər (isə) şad və təravətli olar.</b></font>
لِّسَعْيِهَا رَاضِيَةٌ ۙ‏(9)
<font color="000000"><b>(9) Onlar öz (dünyəvi) səylərindən razı və xoşnud olacaqlar.</b></font>
فِىْ جَنَّةٍ عَالِيَةٍۙ‏(10)
<font color="000000"><b>(10) Ali və uca məqamlı Cənnətdə olarlar.</b></font>
لَّا تَسْمَعُ فِيْهَا لَاغِيَةً ؕ‏(11)
<font color="000000"><b>(11) Əsla orada boş və bihudə bir söz eşitməzsən və eşitməzlər.</b></font>
فِيْهَا عَيْنٌ جَارِيَةٌ‌ ۘ‏(12)
<font color="000000"><b>(12) Orada daim axan bulaq var.</b></font>
فِيْهَا سُرُرٌ مَّرْفُوْعَةٌ ۙ‏(13)
<font color="000000"><b>(13) Orada uca, qiymətli taxtlar var.</b></font>
وَّاَكْوَابٌ مَّوْضُوْعَةٌ ۙ‏(14)
<font color="000000"><b>(14) (Bulağın yanında onların qarşısına) piyalələr qoyulmuşdur.</b></font>
وَّنَمَارِقُ مَصْفُوْفَةٌ ۙ‏(15)
<font color="000000"><b>(15) Bir-birinin yanına düzülmüş yastıqlar</b></font>
وَّزَرَابِىُّ مَبْثُوْثَةٌ ؕ‏(16)
<font color="000000"><b>(16) (Və döşənmiş, dəbdəbəli) xalçalar (vardır)</b></font>
اَفَلَا يَنْظُرُوْنَ اِلَى الْاِ بِلِ كَيْفَ خُلِقَتْ‏(17)
<font color="000000"><b>(17) Məgər onlar dəvəyə baxmırlarmı ki, necə yaradılmışdır?</b></font>
وَاِلَى السَّمَآءِ كَيْفَ رُفِعَتْ‏(18)
<font color="000000"><b>(18) Və göyü (görmürlər) ki, necə ucaldılmışdır?</b></font>
وَاِلَى الْجِبَالِ كَيْفَ نُصِبَتْ‏(19)
<font color="000000"><b>(19) Və dağlara (baxmırlar) ki, (yerin səthinə) necə mıxlanmış və qamətləri dikəlmişdir?</b></font>
وَاِلَى الْاَرْضِ كَيْفَ سُطِحَتْ‏(20)
<font color="000000"><b>(20) Və bu yeri (görmürlər) ki, necə döşənmiş və düzənlənmişdır?</b></font>
فَذَكِّرْ ؕ اِنَّمَاۤ اَنْتَ مُذَكِّرٌ ؕ‏(21)
<font color="000000"><b>(21) Belə isə, öyüd-nəsihət ver ki, sən (Peyğəmbər olaraq) ancaq öyüd-nəsihət verənsən.</b></font>
لَسْتَ عَلَيْهِمْ بِمُصَۜيْطِرٍۙ‏(22)
<font color="000000"><b>(22) Sən onların üzərində hakim deyilsən (onların qəlbinə hakim deyilsən ki, onları iman gətirməyə məcbur edəsən, nə də onların cəmiyyətlərinə hakim deyilsən ki, zorla hökm yürüdəsən və nə onların talelərinə hakim deyilsən ki, onlara axirət cəzası verəsən).</b></font>
اِلَّا مَنْ تَوَلّٰى وَكَفَرَۙ‏(23)
<font color="000000"><b>(23) (Öyüd-nəsihət verməyinə davam et,) lakin kim (sənin öyüd-nəsihətindən sonra) üz çevirər və kafir olarsa,</b></font>
فَيُعَذِّبُهُ اللّٰهُ الْعَذَابَ الْاَكْبَرَؕ‏(24)
<font color="000000"><b>(24) Allah ona ən böyük əzabla əzab verər.</b></font>
اِنَّ اِلَيْنَاۤ اِيَابَهُمْۙ‏(25)
<font color="000000"><b>(25) Şübhəsiz ki, onların axır dönüşü Bizə tərəfdir!</b></font>
ثُمَّ اِنَّ عَلَيْنَا حِسَابَهُمْ‏(26)
<font color="000000"><b>(26) Bu zaman, şübhəsiz, onları haqq-hesaba çəkmək də Bizim öhdəmizdədir.</b></font>
FƏCR (DAN YERİ) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَالْفَجْرِۙ‏(1)
<font color="000000"><b>(1) And olsun dan yerinə (hər günün dan yerinə və ya bayramların dan yerinə, yaxud sübh namazına),</b></font>
وَلَيَالٍ عَشْرٍۙ‏(2)
<font color="000000"><b>(2) Və (and olsun) on gecəyə (İlin ən yaxşı vaxtları olan Zilhiccə ayının ilk, yaxud Ramazan ayının axır on gecəsinə),</b></font>
وَّالشَّفْعِ وَالْوَتْرِۙ‏(3)
<font color="000000"><b>(3) Və (and olsun) cütə və təkə (erkək və dişi olmaqla cüt olan bütün məxluqlara, tək olan Allaha və yaxud gecənin axırlarında qılınan «şəfi» və «vətr» namazına),</b></font>
وَالَّيْلِ اِذَا يَسْرِ‌ۚ‏(4)
<font color="000000"><b>(4) Və (and olsun sübhə tərəf) keçib getməkdə olan gecəyə ki, (Allah kafirlərə əzab verəcəkdir.)</b></font>
هَلْ فِىْ ذٰلِكَ قَسَمٌ لِّذِىْ حِجْرٍؕ‏(5)
<font color="000000"><b>(5) Ağıl sahibi olan üçün bu işlərdə bir and varmı? (Bəli, bu işlərin şərafətindən və sirlərindən agah olan kəs üçün and vardır.)</b></font>
اَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍۙ‏(6)
<font color="000000"><b>(6) Məgər qəlb gözü ilə görmədin və bilmədin ki, sənin Rəbbin (Hudun) Ad (qövmü) ilə necə rəftar etdi?</b></font>
اِرَمَ ذَاتِ الْعِمَادِۙ‏(7)
<font color="000000"><b>(7) Hündür qəsrləri, uca sütunları və qədd-qamətli insanları olan İrəm (şəhərinin əhalisi) ilə</b></font>
الَّتِىْ لَمْ يُخْلَقْ مِثْلُهَا فِى الْبِلَادِۙ‏(8)
<font color="000000"><b>(8) Elə bir şəhər ki, onun bənzəri şəhərlər arasında (bəşər əli ilə) yaradılmamışdı.</b></font>
وَثَمُوْدَ الَّذِيْنَ جَابُوا الصَّخْرَ بِالْوَادِۙ‏(9)
<font color="000000"><b>(9) (Omanla Həzər-Mout arasında olan) o, vadinin sinəsində qayaları yarıb (evlər tikən) Səmudla (Salehin qövmü ilə).</b></font>
وَفِرْعَوْنَ ذِى الْاَوْتَادِۙ‏(10)
<font color="000000"><b>(10) Və güclü qoşunları olan, yaxud (çadırlarda istifadə olunan və məhkum olunanlara işkəncə vermək üçün işlədilən) mıxlar sahibi olan Fironla.</b></font>
الَّذِيْنَ طَغَوْا فِى الْبِلَادِۙ‏(11)
<font color="000000"><b>(11) O kəslər ki, şəhərlərdə tüğyan etdilər.</b></font>
فَاَكْثَرُوْا فِيْهَا الْفَسَادَۙ‏(12)
<font color="000000"><b>(12) Və oralarda çoxlu fitnə-fəsad törətdilər.</b></font>
فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ ۙۚ‏(13)
<font color="000000"><b>(13) Beləliklə, Rəbbin onlar(ın başların)a müxtəlif əzabların qamçısını endirdi.</b></font>
اِنَّ رَبَّكَ لَبِالْمِرْصَادِؕ‏(14)
<font color="000000"><b>(14) Həqiqətən də, sənin Rəbbin (onlara) nəzarət edir.</b></font>
فَاَمَّا الْاِنْسَانُ اِذَا مَا ابْتَلٰٮهُ رَبُّهٗ فَاَكْرَمَهٗ وَنَعَّمَهٗ ۙ فَيَقُوْلُ رَبِّىْۤ اَكْرَمَنِؕ‏(15)
<font color="000000"><b>(15) Amma insana gəldikdə, nə zaman Rəbbi onu imtahana çəksə, ehtiram göstərsə və nemət bəxş etsə, deyər: «Rəbbim məni əziz tutmuşdur» (hər bir işə izn vermişdir).</b></font>
وَاَمَّاۤ اِذَا مَا ابْتَلٰٮهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهٗ ۙ فَيَقُوْلُ رَبِّىْۤ اَهَانَنِ‌ۚ‏(16)
<font color="000000"><b>(16) Amma nə zaman onu imtahan edib ruzisini azaltsa, «Rəbbim məni alçaltdı» – deyər.</b></font>
كَلَّا‌ بَلْ لَّا تُكْرِمُوْنَ الْيَتِيْمَۙ‏(17)
<font color="000000"><b>(17) Belə deyildir. (Güman edirsiniz ki, nemətin çoxluğu əməldə azadlıq verməkdir, onun azlığı alçaldılmaq. Həm gümanınız yalnışdır. Həm də). Əslində siz yetimə ehtiram göstərmirsiniz.</b></font>
وَلَا تَحٰٓضُّوْنَ عَلٰى طَعَامِ الْمِسْكِيْنِۙ‏(18)
<font color="000000"><b>(18) Bir-birinizi yoxsulları yedirtməyə rəğbətləndirmirsiniz.</b></font>
وَتَاْكُلُوْنَ التُّرَاثَ اَكْلًا لَّمًّا ۙ‏(19)
<font color="000000"><b>(19) Və öz mirasınızı başqalarının mirası ilə birgə yeyirsiniz. (Hər bir mirası dünyadan gedən şəxs (həmin malı) halal və haram(ına varmadan) toplamış olsa belə mənimsəyirsiniz).</b></font>
وَّتُحِبُّوْنَ الْمَالَ حُبًّا جَمًّا ؕ‏(20)
<font color="000000"><b>(20) Və (dünya) malı(nı) lap çox sevirsiniz.</b></font>
كَلَّاۤ اِذَا دُكَّتِ الْاَرْضُ دَكًّا دَكًّا ۙ‏(21)
<font color="000000"><b>(21) Belə deyildir (sizin güman etdiyiniz kimi deyil). Bu yer(in yüksəklikləri) ardıcıl bir-birinə çırpılıb parça-parça olacağı (və yer saf və dümdüz şəklə düşəcəyi) zaman,</b></font>
وَّجَآءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا ۚ‏(22)
<font color="000000"><b>(22) Rəbbinin (təkid etdiyi əmri və cəlalının, mütləq hakimiyyətinin təcəllisi) yetişəcəyi və mələklər (Məhşər səhnəsinə enib) səf-səf gələcəyi</b></font>
وَجِاىْٓءَ يَوْمَئِذٍۢ بِجَهَنَّمَ ۙ‌ يَوْمَئِذٍ يَّتَذَكَّرُ الْاِنْسَانُ وَاَنّٰى لَهُ الذِّكْرٰىؕ‏(23)
<font color="000000"><b>(23) Və Cəhənnəmin (yaxına) gətiriləcəyi gün – məhz o gün insan (tovhid həqiqətlərini, yaradılış və şəriət məqsədlərini) xatırlayar, amma bu xatırlamaqdan ona nə (fayda)?!</b></font>
يَقُوْلُ يٰلَيْتَنِىْ قَدَّمْتُ لِحَيَاتِى‌ۚ‏(24)
<font color="000000"><b>(24) O: «Kaş ki, mən öz (əbədi) həyatım üçün əvvəlcədən (yaxşı əməllər) göndərmiş olaydım!» – deyər.</b></font>
فَيَوْمَئِذٍ لَّا يُعَذِّبُ عَذَابَهٗۤ اَحَدٌ ۙ‏(25)
<font color="000000"><b>(25) Beləliklə, o gün heç kim Onun (Allahın) əzabı kimi əzab verə bilməz! (Elə bir əzab ki, dünyada heç kim onun mislini edə bilməzdi).</b></font>
وَّلَا يُوْثِقُ وَثَاقَهٗۤ اَحَدٌ ؕ‏(26)
<font color="000000"><b>(26) Və heç kim Onun kimi zəncirləyə bilməz.</b></font>
يٰۤاَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُۖ‏(27)
<font color="000000"><b>(27) Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir),</b></font>
ارْجِعِىْۤ اِلٰى رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً‌ ۚ‏(28)
<font color="000000"><b>(28) Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq!</b></font>
فَادْخُلِىْ فِىْ عِبٰدِىۙ‏(29)
<font color="000000"><b>(29) Mənim bəndələrimin zümrəsinə daxil ol!</b></font>
وَادْخُلِىْ جَنَّتِى‏(30)
<font color="000000"><b>(30) Və Mənim Cənnətimə daxil ol!</b></font>
BƏLƏD (ŞƏHƏR) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
لَاۤ اُقْسِمُ بِهٰذَا الْبَلَدِۙ‏(1)
<font color="000000"><b>(1) Xeyr, and olsun bu şəhərə (əzəmətli Məkkəyə),</b></font>
وَاَنْتَ حِلٌّ ۢ بِهٰذَا الْبَلَدِۙ‏(2)
<font color="000000"><b>(2) Sənin yerləşdiyin bu şəhərə;</b></font>
وَوَالِدٍ وَّمَا وَلَدَ ۙ‏(3)
<font color="000000"><b>(3) Və and olsun ataya və dünyaya gətirdiyi övlada (Adəmə və onun övladlarından olan məsumlara, Kə’bənin və Məkkənin baniləri olan İbrahimə və övladı İsmailə və saleh övladı olan hər bir saleh möminə) ki,</b></font>
لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِىْ كَبَدٍؕ‏(4)
<font color="000000"><b>(4) Şübhəsiz, Biz insanı zəhmətdə və məşəqqətdə yaratmışıq (kam almağı nakamlığla, ləzzətləri acılıqlarla müşayət olunur).</b></font>
اَيَحْسَبُ اَنْ لَّنْ يَّقْدِرَ عَلَيْهِ اَحَدٌ‌ ۘ‏(5)
<font color="000000"><b>(5) Yoxsa o elə güman edir ki, əsla heç kimin ona gücü çatmayacaqdır (buna görə də küfr və tüğyan edir)?!</b></font>
يَقُوْلُ اَهْلَكْتُ مَالًا لُّبَدًا ؕ‏(6)
<font color="000000"><b>(6) (Minnət qoymaq və bəxş etdiklərini qabartmaq məqsədi ilə) «Mən çox mal tələf etdim!» – deyir.</b></font>
اَيَحْسَبُ اَنْ لَّمْ يَرَهٗۤ اَحَدٌ ؕ‏(7)
<font color="000000"><b>(7) Yoxsa güman edir ki, heç kim onu (bəxşiş etdiyi zaman) görməmişdir?!</b></font>
اَلَمْ نَجْعَلْ لَّهٗ عَيْنَيْنِۙ‏(8)
<font color="000000"><b>(8) Məgər Biz ona iki (görən) göz vermədikmi?!</b></font>
وَلِسَانًا وَّشَفَتَيْنِۙ‏(9)
<font color="000000"><b>(9) Və (eləcə də) bir dil və iki dodaq (vermədikmi)?!</b></font>
وَهَدَيْنٰهُ النَّجْدَيْنِ‌ۚ‏(10)
<font color="000000"><b>(10) Və ona (ağıl vermək və peyğəmbər göndərməklə) iki yolu (maddi və mənəvi cəhətdən xeyir və şər yolunu) göstərmədikmi?!</b></font>
فَلَا اقْتَحَمَ الْعَقَبَةَۖ‏(11)
<font color="000000"><b>(11) Beləliklə o, aşırımı və çətin yolu («Əqəbə»ni) aşa bilmədi.</b></font>
وَمَاۤ اَدْرٰٮكَ مَا الْعَقَبَةُ ؕ‏(12)
<font color="000000"><b>(12) Və sən nə bilirsən ki, çətin yol («Əqəbə») nədir?!</b></font>
فَكُّ رَقَبَةٍ ۙ‏(13)
<font color="000000"><b>(13) (O) Bir qul azad etməkdir.</b></font>
اَوْ اِطْعٰمٌ فِىْ يَوْمٍ ذِىْ مَسْغَبَةٍ ۙ‏(14)
<font color="000000"><b>(14) Yaxud qıtlıq və aclıq günü yemək verməkdir.</b></font>
يَّتِيْمًا ذَا مَقْرَبَةٍ ۙ‏(15)
<font color="000000"><b>(15) Qohum olan bir yetimə,</b></font>
اَوْ مِسْكِيْنًا ذَا مَتْرَبَةٍ ؕ‏(16)
<font color="000000"><b>(16) Və ya yerə sərilmiş bir miskinə!</b></font>
ثُمَّ كَانَ مِنَ الَّذِيْنَ اٰمَنُوْا وَتَوَاصَوْا بِالصَّبْرِ وَتَوَاصَوْا بِالْمَرْحَمَةِ ؕ‏(17)
<font color="000000"><b>(17) Bunlardan əlavə, iman gətirən və bir-birinə səbr, mehribanlıq və bağışlamaq tövsiyə edən kəslərdən olmaqdır.</b></font>
اُولٰٓئِكَ اَصْحٰبُ الْمَيْمَنَةِ ؕ‏(18)
<font color="000000"><b>(18) Onlar xeyir-bərəkət və səadət əshabıdır (sahibləridir).</b></font>
وَالَّذِيْنَ كَفَرُوْا بِاٰيٰتِنَا هُمْ اَصْحٰبُ الْمَشْئَمَةِ ؕ‏(19)
<font color="000000"><b>(19) Bizim ayələrimizi və nişanələrimizi inkar edənlər isə nəhslik və bədbəxtlik əshabıdırlar (sahibləridirlər).</b></font>
عَلَيْهِمْ نَارٌ مُّؤْصَدَةٌ‏(20)
<font color="000000"><b>(20) Onlar üçün hər yanı qapalı bir od vardır (yaxıb-yandırması çoxdur, çıxış yolu isə bağlıdır).</b></font>
ŞƏMS (GÜNƏŞ) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَالشَّمْسِ وَضُحٰٮهَاۙ‏(1)
<font color="000000"><b>(1) And olsun günəşə və onun şüasının vüsətinə,</b></font>
وَالْقَمَرِ اِذَا تَلٰٮهَا  ۙ‏(2)
<font color="000000"><b>(2) And olsun (günəşin) ardınca çıxmaqda olan aya.</b></font>
وَالنَّهَارِ اِذَا جَلّٰٮهَا ۙ‏(3)
<font color="000000"><b>(3) And olsun yeri işıqlı, havanı nurlu və günəşi görünən edən zaman gündüzə.</b></font>
وَالَّيْلِ اِذَا يَغْشٰٮهَا ۙ‏(4)
<font color="000000"><b>(4) And olsun günəşi örtməkdə, üfüqləri və havanı qaranlıq etməkdə olan gecəyə.</b></font>
وَالسَّمَآءِ وَمَا بَنٰٮهَا ۙ‏(5)
<font color="000000"><b>(5) And olsun göyə və onu bina edən (O qüdrətli varlığa, vücuda),</b></font>
وَالْاَرْضِ وَمَا طَحٰٮهَا ۙ‏(6)
<font color="000000"><b>(6) And olsun bu yerə və onu döşəyənə (O qüdrət sahibinə).</b></font>
وَنَفْسٍ وَّمَا سَوّٰٮهَا ۙ‏(7)
<font color="000000"><b>(7) Və and olsun (insanın) nəfs(sin)ə və ona doğru-düzgün biçim verənə. (Bədən üzvlərini bir-birinə mütənasib və xüsusiyyətlərini isə həm bədən, həm də xarici mühitlə uyğun yaradana).</b></font>
فَاَلْهَمَهَا فُجُوْرَهَا وَتَقْوٰٮهَا ۙ‏(8)
<font color="000000"><b>(8) Sonra da günahlarını və təqvalı olmağını ona ilham etmiş və onu iş görməyə qadir etmişdir.</b></font>
قَدْ اَفْلَحَ مَنْ زَكّٰٮهَا ۙ‏(9)
<font color="000000"><b>(9) Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır!.</b></font>
وَقَدْ خَابَ مَنْ دَسّٰٮهَا ؕ‏(10)
<font color="000000"><b>(10) Və (nəfsini) pisliklərə bulaşdırıb cəhalət, küfr və pozğunluq pərdəsi altında gizlədən kəs, şübhəsiz, ziyana uğramışdır!</b></font>
كَذَّبَتْ ثَمُوْدُ بِطَغْوٰٮهَآ  ۙ‏(11)
<font color="000000"><b>(11) Səmud (qövmü) azğınlıq üzündən (Salehi) təkzib etmişdi.</b></font>
اِذِ انْۢبَعَثَ اَشْقٰٮهَا  ۙ‏(12)
<font color="000000"><b>(12) Onların ən bədbəxti ayağa qalxdığı (Salehin dəvəsini öldürmək üçün könüllü olduğu) zaman,</b></font>
فَقَالَ لَهُمْ رَسُوْلُ اللّٰهِ نَاقَةَ اللّٰهِ وَسُقْيٰهَا ؕ‏(13)
<font color="000000"><b>(13) Allahın peyğəmbəri onlara demişdi: «Allahın dəvəsinə ziyan yetirməkdən və ona öz növbəsində su içməyə mane olmaqdan çəkinin!».</b></font>
فَكَذَّبُوْهُ فَعَقَرُوْهَا  ۙفَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُمْ بِذَنْۢبِهِمْ فَسَوّٰٮهَا  ۙ‏(14)
<font color="000000"><b>(14) Amma onlar onu (Salehi) təkzib etmişdilər və Allahın dəvəsini öldürmüşdülər. Rəbbi də günahlarının cəzası olaraq onların hamısının kökünü kəsib yerlə yeksan etdi.</b></font>
وَلَا يَخَافُ عُقْبٰهَا‏(15)
<font color="000000"><b>(15) Və (Allah) bu işin aqibətin(ə görə heç bir kəs)dən qorxmaz.</b></font>
LEYL (GECƏ) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَالَّيْلِ اِذَا يَغْشٰىۙ‏(1)
<font color="000000"><b>(1) And olsun (hər yeri zülmətə) bürüməkdə olan gecəyə;</b></font>
وَالنَّهَارِ اِذَا تَجَلّٰىۙ‏(2)
<font color="000000"><b>(2) And olsun, cilvələnməkdə olan gündüzə.</b></font>
وَمَا خَلَقَ الذَّكَرَ وَالْاُنْثٰٓىۙ‏(3)
<font color="000000"><b>(3) And olsun erkəyi və dişini (Adəmi və Həvvanı, hər bir canlının erkəyini, dişisini və hər bir bitkinin erkəyini və dişisini) yaradana ki,</b></font>
اِنَّ سَعْيَكُمْ لَشَتّٰىؕ‏(4)
<font color="000000"><b>(4) Həqiqətən, sizin səy və çalışmanız olduqca müxtəlifdir. (Bəzən bəxşiş, təqva və təsdiq üçün, bəzən isə xəsislik, özünü Allaha möhtac bilməmək və təkzib üçün çalışırsınız).</b></font>
فَاَمَّا مَنْ اَعْطٰى وَاتَّقٰىۙ‏(5)
<font color="000000"><b>(5) Amma kim (öz malından və var-yoxundan Allah yolunda) bəxş etsə və təqvalı olsa,</b></font>
وَصَدَّقَ بِالْحُسْنٰىۙ‏(6)
<font color="000000"><b>(6) Və Allahın vədlərini təsdiq etsə,</b></font>
فَسَنُيَسِّرُهٗ لِلْيُسْرٰىؕ‏(7)
<font color="000000"><b>(7) Biz onu tezliklə asan olan yola (iman və itaətə) hazırlayarıq (elə bir ruh yüksəlişi verərik ki, təqva yolunu getmək onun üçün rahat olar).</b></font>
وَاَمَّا مَنْۢ بَخِلَ وَاسْتَغْنٰىۙ‏(8)
<font color="000000"><b>(8) Amma kim xəsislik etsə və özünü (Allaha və Onun yardımına) möhtac olmadığını sansa,</b></font>
وَكَذَّبَ بِالْحُسْنٰىۙ‏(9)
<font color="000000"><b>(9) Və İlahi vədləri təkzib etsə,</b></font>
فَسَنُيَسِّرُهٗ لِلْعُسْرٰىؕ‏(10)
<font color="000000"><b>(10) Tezliklə onu çətin bir yola hazırlayarıq (elə bir əhval-ruhiyyə verərik ki, təqva yolunu getmək ona çətin olar).</b></font>
وَمَا يُغْنِىْ عَنْهُ مَالُهٗۤ اِذَا تَرَدّٰىؕ‏(11)
<font color="000000"><b>(11) Və (bədbəxtlik uçurumuna, ya qəbir quyusuna, ya Cəhənnəmin dibinə) düşəcəyi zaman mal-dövlətinin ona heç bir faydası olmayacaq.</b></font>
اِنَّ عَلَيْنَا لَلْهُدٰىۖ‏(12)
<font color="000000"><b>(12) Şübhəsiz, (insanları din hökmlərinə, dünyada peyğəmbərin göstərişlərinə və sağlam ağıla uyğun yaşamağa) hidayət etmək Bizim öhdəmizdədir.</b></font>
وَاِنَّ لَنَا لَلْاٰخِرَةَ وَالْاُوْلٰى‏(13)
<font color="000000"><b>(13) Və şübhəsiz, axirət də dünya da (ilk yaradılan aləm və yox olduqdan sonra yenidən qaytarılan aləm) Bizə məxsusdur və Bizim iradəmizə tabedir.</b></font>
فَاَنْذَرْتُكُمْ نَارًا تَلَظّٰى‌ۚ‏(14)
<font color="000000"><b>(14) Beləliklə, (Mən) sizi şölələnən oddan çəkindirdim.</b></font>
لَا يَصْلٰٮهَاۤ اِلَّا الْاَشْقَىۙ‏(15)
<font color="000000"><b>(15) Ora yalnız ən azğın kafir girər və yanar.</b></font>
الَّذِىْ كَذَّبَ وَتَوَلّٰىؕ‏(16)
<font color="000000"><b>(16) O kəs ki, (dünyada kafir oldu və peyğəmbərlərin dəvətini) təkzib etdi və (ondan) üz çevirdi.</b></font>
وَسَيُجَنَّبُهَا الْاَتْقَىۙ‏(17)
<font color="000000"><b>(17) Tezliklə ən təqvalı şəxslər ondan uzaqlaşdırılacaq (nicat tapacaq). (Amma ən təqvalı olmayanlar, bir də ən bədbəxt olmayan şəxslər – yəni fasiqlər də ondan uzaqlaşdırılar, ora yalnız ən bədbəxt şəxslər daxil olar).</b></font>
الَّذِىْ يُؤْتِىْ مَالَهٗ يَتَزَكّٰى‌ۚ‏(18)
<font color="000000"><b>(18) O kəs ki, paklanmaq (və ruhunun kamala yetməsi üçün) öz malını (Allah yolunda) verir</b></font>
وَمَا لِاَحَدٍ عِنْدَهٗ مِنْ نِّعْمَةٍ تُجْزٰٓىۙ‏(19)
<font color="000000"><b>(19) Və onun boynunda heç kəsin neməti və minnəti də yoxdur ki, bu, onun mükafatı olsun,</b></font>
اِلَّا ابْتِغَآءَ وَجْهِ رَبِّهِ الْاَعْلٰى‌ۚ‏(20)
<font color="000000"><b>(20) O, ancaq özünün ən uca olan Rəbbinin razılığını qazanmaq üçün (belə edər).</b></font>
وَلَسَوْفَ يَرْضٰى‏(21)
<font color="000000"><b>(21) Və əlbəttə, o, tezliklə (axirətdə Haqqın sonsuz lütfləri ilə) razı olacaqdır.</b></font>
ZUHA (SƏHƏR) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَالضُّحٰىۙ‏(1)
<font color="000000"><b>(1) And olsun günəşin doğmasına və aydın gündüzə.</b></font>
وَالَّيْلِ اِذَا سَجٰىۙ‏(2)
<font color="000000"><b>(2) And olsun sakitləşməkdə və (hər yeri) bürüməkdə olan gecəyə ki,</b></font>
مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلٰىؕ‏(3)
<font color="000000"><b>(3) (Ya Muhəmməd), Rəbbin səni tərk etməmiş və (sənə) acığı tutmayıb.</b></font>
وَلَلْاٰخِرَةُ خَيْرٌ لَّكَ مِنَ الْاُوْلٰىؕ‏(4)
<font color="000000"><b>(4) Və şübhəsiz, axirət sənin üçün dünyadan daha xeyirlidir.</b></font>
وَلَسَوْفَ يُعْطِيْكَ رَبُّكَ فَتَرْضٰىؕ‏(5)
<font color="000000"><b>(5) Həqiqətən, Rəbbin tezliklə sənə (o qədər) əta edər ki, (Ondan) razı qalarsan.</b></font>
اَلَمْ يَجِدْكَ يَتِيْمًا فَاٰوٰى‏(6)
<font color="000000"><b>(6) Məgər (O) səni yetim ikən tapıb, sığınacaq və pənah vermədimi?! (Və məgər səni zəmanəndə yeganə və tək tapıb bütün aləmi ətrafında cəm etmədimi?)</b></font>
وَوَجَدَكَ ضَآ لًّا فَهَدٰى‏(7)
<font color="000000"><b>(7) Və səni (din mərifətlərindən) xəbərsiz tapıb, (vəhy vasitəsilə) yol göstərdi.</b></font>
وَوَجَدَكَ عَآئِلًا فَاَغْنٰىؕ‏(8)
<font color="000000"><b>(8) Və səni fəqir və ehtiyac (içində) tapıb, ehtiyacsız etdi.</b></font>
فَاَمَّا الْيَتِيْمَ فَلَا تَقْهَرْؕ‏(9)
<font color="000000"><b>(9) Belə isə əsla yetimi alçaltma və qovma!</b></font>
وَاَمَّا السَّآئِلَ فَلَا تَنْهَرْؕ‏(10)
<font color="000000"><b>(10) Və dilənçini (də) acıqla qovma.</b></font>
وَاَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ‏(11)
<font color="000000"><b>(11) Və Rəbbinin (sənə əta etdiyi) nemətindən söhbət aç! (De ki, sən özün Allahın varlıq aləminə olan ilk hədiyyəsisən, yaradılış qapısının fəth olunma vasitəsisən, ən kamil insaniyyətə, ən kamil ağıla, əzəmətli əxlaqa, peyğəmbərliyin xətm olunmasına, ən dolğun bir dinə, əbədilik Qurana, zat müqəddəsliyinə və canişinlərin ismətinə maliksən).</b></font>
ŞƏRH (AÇMA) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَۙ‏(1)
<font color="000000"><b>(1) Məgər Biz sənin sinəni (köksünü) genişləndirmədikmi? (Sənə bolluca səbr və hövsələ vermədikmi ki, böyük bir tutumla Xaliqə yetişmək və insanlarla rabitə qurmaq məqamını özündə yerləşdirəsən, elmlər, hikmət və din hökmlərinin mədəni olasan, ilahi mənbədən vəhy almaq və bəşər cəmiyyətinə onu yetirmək istedadına malik olasan və insanlara rəhbərlik və ümmətə atalıq edəsən.)</b></font>
وَوَضَعْنَا عَنْكَ وِزْرَكَۙ‏(2)
<font color="000000"><b>(2) Və (nübuvvət) yükünün ağırlığını səndən götürmədikmi? (Onu sənin üçün yüngül etmədikmi?)</b></font>
الَّذِىْۤ اَنْقَضَ ظَهْرَكَۙ‏(3)
<font color="000000"><b>(3) Elə bir yük ki, onun ağırlığı sənin belini bükmüşdü.</b></font>
وَرَفَعْنَا لَكَ ذِكْرَكَؕ‏(4)
<font color="000000"><b>(4) Və adını sənin (əzəmətin) üçün ucaltdıq (ki, bütün kainatda uca məqamlarda zikr olunsun, Allahın adı ilə birgə çəkilsin, tovhid və peyğəmbərliyə birlikdə şəhadət verilsin. Allah, mələklər və insanlar səni mədh etsinlər, şöhrətin tədriclə yer kürəsini əhatə etsin və axirətdə Məhmud – bəyənilən olasan).</b></font>
فَاِنَّ مَعَ الْعُسْرِ يُسْرًا ۙ‏(5)
<font color="000000"><b>(5) (Bil ki,) şübhəsiz, hər bir çətinliklə yanaşı bir asanlıq var.</b></font>
اِنَّ مَعَ الْعُسْرِ يُسْرًا ؕ‏(6)
<font color="000000"><b>(6) Bəli, hər bir çətinlikdən sonra bir asanlıq vardır!</b></font>
فَاِذَا فَرَغْتَ فَانْصَبْۙ‏(7)
<font color="000000"><b>(7) (Ya Peyğəmbər) Elə ki (risaləti təbliğ etməkdən) azad oldun, (Allahın ibadətində) çalış!</b></font>
وَاِلٰى رَبِّكَ فَارْغَب‏(8)
<font color="000000"><b>(8) Və öz Rəbbinə rəğbət göstər!</b></font>
TİN (ƏNCİR) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَالتِّيْنِ وَالزَّيْتُوْنِۙ‏(1)
<font color="000000"><b>(1) And olsun əncirə və onun ağacına, zeytuna və onun ağacına (və ya Dəməşqdə və Beytül-Müqəddəsdə olan iki dağa – «Tin» və «Zeytun» dağlarına).</b></font>
وَطُوْرِ سِيْنِيْنَۙ‏(2)
<font color="000000"><b>(2) Və and olsun Sina dağına (Allah Musa ilə orada danışmış və Tövratı üç gün dalbadal ayaq üstə qalan Musanın qulağına çatdırmış, onun qəlbinə nazil etmişdi).</b></font>
وَهٰذَا الْبَلَدِ الْاَمِيْنِۙ‏(3)
<font color="000000"><b>(3) Və and olsun bu əmin-amanlıq (olan) şəhərə (şəriət baxımından toxunulmaz olan Məkkeyi-Müəzzəməyə) ki,</b></font>
لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِىْۤ اَحْسَنِ تَقْوِيْمٍ‏(4)
<font color="000000"><b>(4) Həqiqətən, Biz insanı(n cismini və ruhunu) ən gözəl bir biçimdə yaratdıq (ona düzgün qamət, mütənasib üzvlər, düşünən beyin və fəzilətlərə qadir olan bir ruh verdik).</b></font>
ثُمَّ رَدَدْنٰهُ اَسْفَلَ سَافِلِيْنَۙ‏(5)
<font color="000000"><b>(5) Sonra isə onu rəzillərin ən aşağı dərəcəsinə qaytardıq (maddi cəhətdən cismi və fikri zəiflik halında, mənəvi cəhətdən – bütün dəlillər təqdim edilib tamamlandıqdan sonra – cəhl və bədbəxtlik halında buraxarıq).</b></font>
اِلَّا الَّذِيْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ فَلَهُمْ اَجْرٌ غَيْرُ مَمْنُوْنٍؕ‏(6)
<font color="000000"><b>(6) Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa. Onlar üçün minnətsiz və saysız-hesabsız bir mükafat vardır.</b></font>
فَمَا يُكَذِّبُكَ بَعْدُ بِالدِّيْنِ‏(7)
<font color="000000"><b>(7) Belə isə (ey insan), bundan sonra səni cəza (gününü) təkzib etməyə vadar edən nədir?!</b></font>
اَلَيْسَ اللّٰهُ بِاَحْكَمِ الْحٰكِمِيْنَ‏(8)
<font color="000000"><b>(8) Məgər Allah hökm edənlərin, hakimlərin ən yaxşısı deyilmi?</b></font>
ƏLƏQ (LAXTALANMIŞ QAN) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اِقْرَاْ بِاسْمِ رَبِّكَ الَّذِىْ خَلَقَ‌ۚ‏(1)
<font color="000000"><b>(1) Oxu! (Bu kitabı bütün məxluqatı) yaradan Rəbbinin adı ilə,</b></font>
خَلَقَ الْاِنْسَانَ مِنْ عَلَقٍ‌ۚ‏(2)
<font color="000000"><b>(2) O, insanı (Adəm övladını) laxtalanmış qandan yaratdı.</b></font>
اِقْرَاْ وَرَبُّكَ الْاَكْرَمُۙ‏(3)
<font color="000000"><b>(3) Oxu (və tərəddüd etmə) ki, sənin Rəbbin (bütün kərimlərdən) daha kərimdir. (O səni oxuma-yazma bilməsən belə oxuda bilər).</b></font>
الَّذِىْ عَلَّمَ بِالْقَلَمِۙ‏(4)
<font color="000000"><b>(4) O (Rəbbin) ki, (bəşərə) qələm vasitəsilə elm öyrətdi.</b></font>
عَلَّمَ الْاِنْسَانَ مَا لَمْ يَعْلَمْؕ‏(5)
<font color="000000"><b>(5) İnsana bilmədiyini öyrətdi.</b></font>
كَلَّاۤ اِنَّ الْاِنْسَانَ لَيَطْغٰٓىۙ‏(6)
<font color="000000"><b>(6) (İnsan bu nemətlər üçün şükr edirmi?! Xeyr) Belə deyil, (əksinə insan) həqiqətən, azğınlıq edər!</b></font>
اَنْ رَّاٰهُ اسْتَغْنٰىؕ‏(7)
<font color="000000"><b>(7) Özünü ehtiyacsız gördüyü üçün.</b></font>
اِنَّ اِلٰى رَبِّكَ الرُّجْعٰىؕ‏(8)
<font color="000000"><b>(8) Şübhəsiz, (bütün canlıların öldükdən sonra dönüşü) sənin Rəbbinədir.</b></font>
اَرَءَيْتَ الَّذِىْ يَنْهٰىؕ‏(9)
<font color="000000"><b>(9) Mənə de, məgər o kəs ki, mane olur.</b></font>
عَبْدًا اِذَا صَلّٰىؕ‏(10)
<font color="000000"><b>(10) Bir bəndəyə namaz qıldığı vaxt (məgər o, əzaba layiq deyilmi)?!</b></font>
اَرَءَيْتَ اِنْ كَانَ عَلَى الْهُدٰٓىۙ‏(11)
<font color="000000"><b>(11) Mənə de, əgər (namaz qılan şəxs) doğru yoldadırsa,</b></font>
اَوْ اَمَرَ بِالتَّقْوٰىۙ‏(12)
<font color="000000"><b>(12) Yaxud (başqalarını) təqvalı olmağa çağırırsa (onda ona mane olmaq yaxşı bir işdirmi)?!</b></font>
اَرَءَيْتَ اِنْ كَذَّبَ وَتَوَلّٰىؕ‏(13)
<font color="000000"><b>(13) Mənə de, əgər (bu mane olan haqqı) təkzib edir və üz döndərirsə (məgər əzaba layiq deyildirmi)?!</b></font>
اَلَمْ يَعْلَمْ بِاَنَّ اللّٰهَ يَرٰىؕ‏(14)
<font color="000000"><b>(14) Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!</b></font>
كَلَّا لَئِنْ لَّمْ يَنْتَهِ ۙ لَنَسْفَعًۢا بِالنَّاصِيَةِۙ‏(15)
<font color="000000"><b>(15) Belə deyildir! (Onun güman etdiyi kimi deyil. O güman edir ki, ona əzab verməyəcəyik). Şübhəsiz, əgər (inadından) əl çəkməsə, onun kəkilindən yapışıb (əzaba doğru) sürüyəcəyik.</b></font>
نَاصِيَةٍ كَاذِبَةٍ خَاطِئَةٍ‌ ۚ‏(16)
<font color="000000"><b>(16) (Yolunu azmış) günahkar yalançının kəkilindən!</b></font>
فَلْيَدْعُ نَادِيَهٗ ۙ‏(17)
<font color="000000"><b>(17) (Əgər istəyirsə) öz tərəfdarlarını (köməyə) çağırsın.</b></font>
سَنَدْعُ الزَّبَانِيَةَ ۙ‏(18)
<font color="000000"><b>(18) Biz də od məmurlarını çağırarıq.</b></font>
كَلَّا ؕ لَا تُطِعْهُ وَاسْجُدْ وَاقْتَرِبْ۩‏(19)
<font color="000000"><b>(19) Belə deyildir (o heç bir şey edə bilməz) Sən əsla ona itaət etmə! (Öz Rəbbinə) səcdə et və Ona yaxın ol!</b></font>
QƏDR (QƏDR GECƏSİ) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اِنَّاۤ اَنْزَلْنٰهُ فِىْ لَيْلَةِ الْقَدْرِ ۖ ۚ‏(1)
<font color="000000"><b>(1) Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik (Quran bütünlüklə, bir dəfəyə, feyz mənbəyindən birinci səmaya, yaxud Peyğəmbərin mübarək qəlbinə Qədr gecəsində nazil oldu. Sonra isə 23 il ərzində tədriclə birinci göydən Peyğəmbərin mübarək qəlbinə və Peyğəmbərin mübarək qəlbindən də ümmətə çatdırıldı).</b></font>
وَمَاۤ اَدْرٰٮكَ مَا لَيْلَةُ الْقَدْرِؕ‏(2)
<font color="000000"><b>(2) Sən nə bilirsən ki, Qədr gecəsi nədir?</b></font>
لَيْلَةُ الْقَدْرِ  ۙ خَيْرٌ مِّنْ اَلْفِ شَهْرٍؕ‏(3)
<font color="000000"><b>(3) Qədr gecəsi min aydan daha xeyirlidir.</b></font>
تَنَزَّلُ الْمَلٰٓئِكَةُ وَالرُّوْحُ فِيْهَا بِاِذْنِ رَبِّهِمْ‌ۚ مِّنْ كُلِّ اَمْرٍ ۛۙ‏(4)
<font color="000000"><b>(4) O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər.</b></font>
سَلٰمٌ   ۛهِىَ حَتّٰى مَطْلَعِ الْفَجْرِ‏(5)
<font color="000000"><b>(5) O gecə dan yeri sökülənə qədər hamı salamatlıqda və (Allahın) rəhmət(in)də olar. Və (o gecə mələklərin yer üzündəki məsumu və saleh bəndələri) salamlama gecəsidir.</b></font>
BƏYYİNƏ (AÇIQ-AYDIN DƏLİL) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
لَمْ يَكُنِ الَّذِيْنَ كَفَرُوْا مِنْ اَهْلِ الْكِتٰبِ وَالْمُشْرِكِيْنَ مُنْفَكِّيْنَ حَتّٰى تَاْتِيَهُمُ الْبَيِّنَةُ ۙ‏(1)
<font color="000000"><b>(1) Kitab əhlindən kafir olan kəslər və müşriklər özlərinə açıq-aydın bir dəlil gəlməyincə (səmavi kitab gətirmiş, ərəb olan, Məkkəli Peyğəmbərin gəlməsi barədə bir-birilə mübahisə etməkdən və çəkişmədən) ayrılmadılar. (Kitab əhli onun gəlməsini iddia, müşriklərsə onu inkar edirdilər, dəlil gəldikdən sonra birləşib onun əleyhinə çıxdılar);</b></font>
رَسُوْلٌ مِّنَ اللّٰهِ يَتْلُوْا صُحُفًا مُّطَهَّرَةً ۙ‏(2)
<font color="000000"><b>(2) (Bu dəlil isə) pak səhifələri (onlara) oxuyan, Allah tərəfindən göndərilmiş (peyğəmbər)dir.</b></font>
فِيْهَا كُتُبٌ قَيِّمَةٌ ؕ‏(3)
<font color="000000"><b>(3) Onlarda (o səhifələrdə) sabit və möhkəm yazılar (əqlə uyğun olan və nəsx olunması mümkün olmayan İlahi hökmlər və mərifətlər) vardır.</b></font>
وَمَا تَفَرَّقَ الَّذِيْنَ اُوْتُوا الْكِتٰبَ اِلَّا مِنْۢ بَعْدِ مَا جَآءَتْهُمُ الْبَيِّنَةُ ؕ‏(4)
<font color="000000"><b>(4) Lakin (səmavi) kitab verilən kəslər onlara yalnız açıq-aydın dəlil (Peyğəmbər və Quran) gəldikdən sonra (etiqadlarında) təfriqəyə və ixtilafa düşdülər (və onu qəbul etmək məsələsində parçalandılar).</b></font>
وَمَاۤ اُمِرُوْۤا اِلَّا لِيَعْبُدُوا اللّٰهَ مُخْلِصِيْنَ لَهُ الدِّيْنَ ۙ حُنَفَآءَ وَيُقِيْمُوا الصَّلٰوةَ وَيُؤْتُوا الزَّكٰوةَ‌ وَذٰلِكَ دِيْنُ الْقَيِّمَةِ ؕ‏(5)
<font color="000000"><b>(5) Halbuki, onlara (bu səmavi kitabda) yalnız bu əmr edilmişdi ki, öz etiqadlarında, dinlərində və itaətlərində Allaha ixlasla və Haqqa dönərək ibadət etsinlər, namaz qılsınlar və zəkat versinlər. Sabit və möhkəm din budur!</b></font>
اِنَّ الَّذِيْنَ كَفَرُوْا مِنْ اَهْلِ الْكِتٰبِ وَ الْمُشْرِكِيْنَ فِىْ نَارِ جَهَنَّمَ خٰلِدِيْنَ فِيْهَا ‌ؕ اُولٰٓئِكَ هُمْ شَرُّ الْبَرِيَّةِ ؕ‏(6)
<font color="000000"><b>(6) Şübhəsiz, kitab əhlindən (İslama qarşı çıxıb) kafir olanların və müşriklərin yeri Cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidir.</b></font>
اِنَّ الَّذِيْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِۙ اُولٰٓئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ ؕ‏(7)
<font color="000000"><b>(7) Şübhəsiz, iman gətirib və saleh iş görənlər isə yaradılmışların ən yaxşılarıdırlar.</b></font>
جَزَآؤُهُمْ عِنْدَ رَبِّهِمْ جَنّٰتُ عَدْنٍ تَجْرِىْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِيْنَ فِيْهَاۤ اَبَدًا ‌ؕ رَضِىَ اللّٰهُ عَنْهُمْ وَرَضُوْا عَنْهُ ‌ؕ ذٰلِكَ لِمَنْ خَشِىَ رَبَّهٗ‏(8)
<font color="000000"><b>(8) Onların Rəbbi yanındakı mükafatları (evlərinin və ağaclarının) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Bu (mükafat) öz Rəbbindən qorxan kəslər üçündür.</b></font>
ZƏLZƏLƏ SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اِذَا زُلْزِلَتِ الْاَرْضُ زِلْزَالَهَا ۙ‏(1)
<font color="000000"><b>(1) Yer özünə məxsus (yaradılışın tarixində yalnız bircə dəfə baş verəcək) bir titrəyişlə titrədiyi zaman,</b></font>
وَاَخْرَجَتِ الْاَرْضُ اَثْقَالَهَا ۙ‏(2)
<font color="000000"><b>(2) Yer öz qiymətli yüklərini və çox dəyərli mallarını (ölüləri, mədənləri və xəzinələri) çıxarıb atacağı zaman,</b></font>
وَقَالَ الْاِنْسَانُ مَا لَهَا‌ ۚ‏(3)
<font color="000000"><b>(3) Və (onun köksündən çıxan) insan (təəccüb və dəhşətlə): «Buna, nə olub?!» – deyəcəyi zaman</b></font>
يَوْمَئِذٍ تُحَدِّثُ اَخْبَارَهَا ۙ‏(4)
<font color="000000"><b>(4) Məhz o gün yer öz xəbərlərini açıb söyləyər. (Köksündəkiləri çıxarıb atmağı onun elə danışmasıdır. Yaxud da o elə dilə gələrək danışar).</b></font>
بِاَنَّ رَبَّكَ اَوْحٰى لَهَا ؕ‏(5)
<font color="000000"><b>(5) Ona görə ki, sənin Rəbbin ona vəhy etmişdir.</b></font>
يَوْمَئِذٍ يَّصْدُرُ النَّاسُ اَشْتَاتًا ۙ لِّيُرَوْا اَعْمَالَهُمْؕ‏(6)
<font color="000000"><b>(6) O gün insanlar əməllərinin (haqq-hesabının) özlərinə göstərilməsi üçün (qəbirlərdən) dəstə-dəstə çıxıb (haqq-hesab səhnəsinə tərəf) gələrlər və əməlləri(nin qarşılığı, ya eyni ilə təcəssümü) onlara göstərilsin deyə (haqq-hesab mərkəzindən öz əbədi məskənlərinə doğru) çıxarlar.</b></font>
فَمَنْ يَّعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَّرَهٗ ؕ‏(7)
<font color="000000"><b>(7) Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir.</b></font>
وَمَنْ يَّعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَّرَهٗ‏(8)
<font color="000000"><b>(8) Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir.</b></font>
ADİYAT (QAÇAN ATLAR) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَالْعٰدِيٰتِ ضَبْحًا ۙ‏(1)
<font color="000000"><b>(1) And olsun tövşüyə-tövşüyə çapan (cihad) atlar(ın)a,</b></font>
فَالْمُوْرِيٰتِ قَدْحًا ۙ‏(2)
<font color="000000"><b>(2) (And olsun) dırnaqları ilə daşdan qığılcım qoparan atlara,</b></font>
فَالْمُغِيْرٰتِ صُبْحًا ۙ‏(3)
<font color="000000"><b>(3) (And olsun) sübh çağı (düşmən üzərinə) hücum edənlərə,</b></font>
فَاَثَرْنَ بِهٖ نَقْعًا ۙ‏(4)
<font color="000000"><b>(4) Hücumları ilə toz-torpaq qaldıranlara,</b></font>
فَوَسَطْنَ بِهٖ جَمْعًا ۙ‏(5)
<font color="000000"><b>(5) O hücumla (düşmənlərin) mərkəzinə yol tapanlara (and olsun) ki,</b></font>
اِنَّ الْاِنْسَانَ لِرَبِّهٖ لَكَنُوْدٌ ۚ‏(6)
<font color="000000"><b>(6) Həqiqətən, insan öz Rəbbinə qarşı çox nankor, xəsis və itaətsizdir!</b></font>
وَاِنَّهٗ عَلٰى ذٰلِكَ لَشَهِيْدٌ ۚ‏(7)
<font color="000000"><b>(7) Və şübhəsiz, o özü də buna şahiddir.</b></font>
وَاِنَّهٗ لِحُبِّ الْخَيْرِ لَشَدِيْدٌ ؕ‏(8)
<font color="000000"><b>(8) Həqiqətən, insan mal-dövlətə fitrətən (zatən) çox hərisdir.</b></font>
اَفَلَا يَعْلَمُ اِذَا بُعْثِرَ مَا فِى الْقُبُوْرِۙ‏(9)
<font color="000000"><b>(9) Məgər o bilmirmi ki, qəbirlərdə olanlar çıxarılacağı zaman (Qiyamət günü),</b></font>
وَحُصِّلَ مَا فِى الصُّدُوْرِۙ‏(10)
<font color="000000"><b>(10) Və sinələrdə (ürəklərdə) olanlar (iman və küfr, fəzilətlər və rəzilətlər əməl dəftərində və camaat arasında) açılacağı zaman,</b></font>
اِنَّ رَبَّهُمْ بِهِمْ يَوْمَئِذٍ لَّخَبِيْرٌ‏(11)
<font color="000000"><b>(11) Şübhəsiz, o gün onların Rəbbi hallarından xəbərdardır.</b></font>
QARİƏ (QORXUYA SALAN) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اَلْقَارِعَةُ ۙ‏(1)
<font color="000000"><b>(1) (Qulaqları və ürəkləri) döyəcləyən (və Allah düşmənlərini əzən o dəhşətli) hadisə.</b></font>
مَا الْقَارِعَةُ‌ ۚ‏(2)
<font color="000000"><b>(2) Nədir o döyəcləyən və əzən (dəhşətli) hadisə?!</b></font>
وَمَاۤ اَدْرٰٮكَ مَا الْقَارِعَةُ ؕ‏(3)
<font color="000000"><b>(3) Və sən nə bilirsən ki, o döyəcləyən (dəhşətli) hadisə nədir? (O hadisə Qiyamətin qopmasıdır).</b></font>
يَوْمَ يَكُوْنُ النَّاسُ كَالْفَرَاشِ الْمَبْثُوْثِۙ‏(4)
<font color="000000"><b>(4) O gün insanlar kəpənək kimi (ətrafa) səpələnər.</b></font>
وَتَكُوْنُ الْجِبَالُ كَالْعِهْنِ الْمَنْفُوْشِؕ‏(5)
<font color="000000"><b>(5) Dağlar didilmiş rəngarəng yun kimi havada parça-parça olacaqdır.</b></font>
فَاَمَّا مَنْ ثَقُلَتْ مَوَازِيْنُهٗ ۙ‏(6)
<font color="000000"><b>(6) Amma ölçülmüş əməlləri ağır və dəyərli gələn (əqidə və əməlləri gözəl olan) kəs</b></font>
فَهُوَ فِىْ عِيْشَةٍ رَّاضِيَةٍ ؕ‏(7)
<font color="000000"><b>(7) Razı qalacağı (xoş) bir güzaran içində olacaqdır.</b></font>
وَاَمَّا مَنْ خَفَّتْ مَوَازِيْنُهٗ ۙ‏(8)
<font color="000000"><b>(8) Amma ölçülmüş əməlləri yüngül və dəyərsiz gələn, (əqidə və əməlləri fəsadlı olan) kəsin isə</b></font>
فَاُمُّهٗ هَاوِيَةٌ ؕ‏(9)
<font color="000000"><b>(9) Məskəni və pənah yeri Haviyə olacaqdır.</b></font>
وَمَاۤ اَدْرٰٮكَ مَا هِيَهْ ؕ‏(10)
<font color="000000"><b>(10) Sən nə bilirsən ki, Haviyə nədir?</b></font>
نَارٌ حَامِيَةٌ‏(11)
<font color="000000"><b>(11) Olduqca qaynar və yandırıcı bir oddur.</b></font>
TƏKƏSUR (ÇOXLUQLA ÖYÜNMƏK) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اَلْهٰٮكُمُ التَّكَاثُرُۙ‏(1)
<font color="000000"><b>(1) (Mal-dövlət, rütbə və övlad) çoxluğ(u) ilə öyünmək və (onları) çoxaltmaqda bir-birinizlə yarışa girmək sizi (Allahın zikrindən) yayındırdı.</b></font>
حَتّٰى زُرْتُمُ الْمَقَابِرَؕ‏(2)
<font color="000000"><b>(2) O vaxta qədər ki, qəbiristanlıqları ziyarət etdiniz (ölüb getdiniz. Ölüm anınıza kimi belə idiniz, yaxud fəxr etmək üçün qohumlarınızın qəbirlərini saymağa getdiniz).</b></font>
كَلَّا سَوْفَ تَعْلَمُوْنَۙ‏(3)
<font color="000000"><b>(3) Belə deyildir. (Sizin güman etdiyiniz kimi deyildir. Siz güman edirsiniz ki, yalnız dünya üçün çalışmaq lazımdır), tezliklə (Bərzəx aləminə daxil olduğunuz zaman) biləcəksiniz.</b></font>
ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُوْنَؕ‏(4)
<font color="000000"><b>(4) Əsla belə deyildir, tezliklə (Cəza günü) biləcəksiniz.</b></font>
كَلَّا لَوْ تَعْلَمُوْنَ عِلْمَ الْيَقِيْنِؕ‏(5)
<font color="000000"><b>(5) Belə deyildir. Əgər (işin həqiqətini) elmül-yəqinlə (şəkk-şübhə ehtimalı olmayan bir elmlə) bilsəydiniz,</b></font>
لَتَرَوُنَّ الْجَحِيْمَۙ‏(6)
<font color="000000"><b>(6) Şübhəsiz, Cəhənnəmi (qəlb gözü ilə) görərdiniz (lakin bilmədiniz və görmədiniz).</b></font>
ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ الْيَقِيْنِۙ‏(7)
<font color="000000"><b>(7) Sonra, şübhəsiz, onu (Cəza günü) eynül-yəqinlə (Cəhənnəmə daxil olub, orada yanmaqdan hasil olan tam bir yəqinliklə) görəcəksiniz.</b></font>
ثُمَّ لَتُسْئَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيْمِ‏(8)
<font color="000000"><b>(8) Sonra isə o gün, şübhəsiz, siz (dünyada Allahın) əta etdiyi nemətilər barəsində sorğu-sual olunacaqsınız.</b></font>
ƏSR SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَالْعَصْرِۙ‏(1)
<font color="000000"><b>(1) And olsun əsr vaxtına (ya əsr namazına, ya İslamın zühur etdiyi və Quranın cəmiyyətə təqdim olunduğu əsrə, yaxud vəd olunmuş Mehdinin (ə.f.) İlahi hökumətinin zühur dövrünə) ki,</b></font>
اِنَّ الْاِنْسَانَ لَفِىْ خُسْرٍۙ‏(2)
<font color="000000"><b>(2) Şübhəsiz, insan, (ömrünün azalması, puç olması və nəfsi istəklərinin və Şeytanın ona qalib gəlməsi baxımından) ziyan içindədir,</b></font>
اِلَّا الَّذِيْنَ اٰمَنُوْا وَ عَمِلُوا الصّٰلِحٰتِ وَتَوَاصَوْا بِالْحَقِّ   ۙ وَتَوَاصَوْا بِالصَّبْرِ‏(3)
<font color="000000"><b>(3) Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı (sabit doğru əqidə və əməlləri) və (vəzifələri yerinə yetirməkdə) səbri tövsiyə edənlərdən başqa.</b></font>
HUMƏZƏ (QEYBƏTÇİ) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَيْلٌ لِّكُلِّ هُمَزَةٍ لُّمَزَةِ ۙ‏(1)
<font color="000000"><b>(1) İnsanlarda eyib axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına.</b></font>
۟الَّذِىْ جَمَعَ مَالًا وَّعَدَّدَهٗ ۙ‏(2)
<font color="000000"><b>(2) O kəs ki, mal yığıb onu dönə-dönə sayar (və bu mal-dövləti necə əldə edib, necə xərcləmək barədə Allahın əmrinə heç bir əhəmiyyət verməz).</b></font>
يَحْسَبُ اَنَّ مَالَهٗۤ اَخْلَدَهٗ‌ ۚ‏(3)
<font color="000000"><b>(3) Və elə zənn edər ki, mal-dövlət onu əbədi yaşadacaqdır (və ölüm, yaxud bədbəxt hadisələr onu haqlamayacaqdır).</b></font>
كَلَّا‌ لَيُنْۢبَذَنَّ فِى الْحُطَمَةِ ۖ‏(4)
<font color="000000"><b>(4) (Xeyr,) belə deyildir, şübhəsiz, o Hutəməyə (əzən oda) atılacaqdır.</b></font>
وَمَاۤ اَدْرٰٮكَ مَا الْحُطَمَةُ ؕ‏(5)
<font color="000000"><b>(5) Və sən nə bilirsən ki, Hutəmə nədir?!</b></font>
نَارُ اللّٰهِ الْمُوْقَدَةُ ۙ‏(6)
<font color="000000"><b>(6) O, Allahın yanar odudur.</b></font>
الَّتِىْ تَطَّلِعُ عَلَى الْاَفْئِدَةِ ؕ‏(7)
<font color="000000"><b>(7) Elə bir od ki, (küfr, şirk və nifaq mərkəzi olan) ürəklərə nüfuz edər (və zahirdən əlavə, batini də yandırıb-yaxar).</b></font>
اِنَّهَا عَلَيْهِمْ مُّؤْصَدَةٌ ۙ‏(8)
<font color="000000"><b>(8) Həqiqətən, o odun qapısı (ondan xilas yolu) onların üzünə qapanar (və çıxış yolları olmaz).</b></font>
فِىْ عَمَدٍ مُّمَدَّدَةٍ‏(9)
<font color="000000"><b>(9) Onlar hündür sütunlara (bağlanarlar və cəzalanarlar).</b></font>
FİL SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِاَصْحٰبِ الْفِيْلِؕ‏(1)
<font color="000000"><b>(1) (Ya Peyğəmbər!) Məgər (qəlb gözü ilə) görmədin və bilmədinmi ki, Rəbbinin fil sahibləri (Allahın evi Kəbəni dağıtmaq üçün gəlmiş Əbrəhənin qoşunu ilə) necə rəftar etdi?!</b></font>
اَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِىْ تَضْلِيْلٍۙ‏(2)
<font color="000000"><b>(2) Məgər (Rəbbin) onların məkr və hiyləsini puç etmədimi?!</b></font>
وَّاَرْسَلَ عَلَيْهِمْ طَيْرًا اَبَابِيْلَۙ‏(3)
<font color="000000"><b>(3) Və onların üzərinə qatar-qatar quşlar göndərdi.</b></font>
تَرْمِيْهِمْ بِحِجَارَةٍ مِّنْ سِجِّيْلٍۙ‏(4)
<font color="000000"><b>(4) (O quşlar) onlara bişmiş gildən (xırda) daşlar atırdı.</b></font>
فَجَعَلَهُمْ كَعَصْفٍ مَّاْكُوْلٍ‏(5)
<font color="000000"><b>(5) Beləliklə, onların hamısını əzilmiş və çeynənmiş saman çöpü kimi etdi!</b></font>
QUREYŞ SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
لِاِيْلٰفِ قُرَيْشٍۙ‏(1)
<font color="000000"><b>(1) Qüreyşin (həm bir-biri ilə, həm də Məkkə əhalisi və torpağı ilə) ülfəti və ünsiyyəti üçün (fil sahiblərini məhv etdi ki, onlar sonuncu Peyğəmbərin zühurunu dərk etsinlər və ona iman gətirsinlər).</b></font>
اٖلٰفِهِمْ رِحْلَةَ الشِّتَآءِ وَالصَّيْفِ‌ۚ‏(2)
<font color="000000"><b>(2) Qışda (Yəmənə sarı) və yayda (Şama sarı) olan köçə onların ülfət (və meyl) bağlamaları üçün.</b></font>
فَلْيَعْبُدُوْا رَبَّ هٰذَا الْبَيْتِۙ‏(3)
<font color="000000"><b>(3) Bu evin (əzəmətli Kəbənin) Rəbbinə ibadət etsinlər.</b></font>
الَّذِىْۤ اَطْعَمَهُمْ مِّنْ جُوْعٍ   ۙ وَّاٰمَنَهُمْ مِّنْ خَوْفٍ‏(4)
<font color="000000"><b>(4) O Allaha ki, onlara aclıq zamanı yemək verdi və qorxudan amanda saxladı.</b></font>
MAUN (ZƏKAT) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اَرَءَيْتَ الَّذِىْ يُكَذِّبُ بِالدِّيْنِؕ‏(1)
<font color="000000"><b>(1) (Ya Peyğəmbər!) Allahın dinini və cəza gününü yalan hesab edəni gördünmü?</b></font>
فَذٰلِكَ الَّذِىْ يَدُعُّ الْيَتِيْمَۙ‏(2)
<font color="000000"><b>(2) Bəli, o, həmin o kəsdir ki, yetimi hiddətlə qovar.</b></font>
وَ لَا يَحُضُّ عَلٰى طَعَامِ الْمِسْكِيْنِؕ‏(3)
<font color="000000"><b>(3) Və (heç kimi) yoxsulları yedirtməyə rəğbətləndirməz.</b></font>
فَوَيْلٌ لِّلْمُصَلِّيْنَۙ‏(4)
<font color="000000"><b>(4) Vay halına o namaz qılanların ki,</b></font>
الَّذِيْنَ هُمْ عَنْ صَلَاتِهِمْ سَاهُوْنَۙ‏(5)
<font color="000000"><b>(5) Onlar öz namazlarından qafildirlər və ona etinasızdırlar.</b></font>
الَّذِيْنَ هُمْ يُرَآءُوْنَۙ‏(6)
<font color="000000"><b>(6) Onlar riyakarlıq edər,</b></font>
وَيَمْنَعُوْنَ الْمَاعُوْنَ‏(7)
<font color="000000"><b>(7) Və ehtiyac olan şeyləri (borc, zəkat, sədəqə, ev ləvazimatı və s. başqalarından) əsirgəyərlər. (Yetimi qovmaq və fəqirə (miskinə) etinasız yanaşmaq dini inkar etmək əlamətlərindəndirsə, onda vay halına namazdan qafil olanın, əməldə riyakarlıq edənin və zəkata mane olanın! Onların günahı daha böyükdür).</b></font>
KÖVSƏR SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اِنَّاۤ اَعْطَيْنٰكَ الْكَوْثَرَؕ‏(1)
<font color="000000"><b>(1) (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər əta etdik. (Çoxlu xeyir, sabit din, baqi kitab, sonsuz elm, Həzrət Fatimeyi–Zəhranın (s.ə) gündən-günə artıb çoxalan baqi nəslini, ümmətin alimlərini, Kövsər hovuzu və Cənnətdə çay əta etdik).</b></font>
فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ ؕ‏(2)
<font color="000000"><b>(2) Odur ki, (şükranlıq üçün) Rəbbinə itaət et və namaz qıl, (ona təkbir deyərək) əllərini boğazına qədər yuxarı qaldır (yaxud dəvə qurbanı kəs!).</b></font>
اِنَّ شَانِئَكَ هُوَ الْاَبْتَرُ‏(3)
<font color="000000"><b>(3) Həqiqətən, (sən sonsuz və nəsilsiz deyilsən), sənin düşmənin özü sonsuz və nəsli kəsilmişdir.</b></font>
KAFİRUN (KAFİRLƏR) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
قُلْ يٰۤاَيُّهَا الْكٰفِرُوْنَۙ‏(1)
<font color="000000"><b>(1) (Ya Peyğəmbər!) De: «Ey kafirlər (ey Məkkə müşrikləri və bütpərəstləri),</b></font>
لَاۤ اَعْبُدُ مَا تَعْبُدُوْنَۙ‏(2)
<font color="000000"><b>(2) Mən sizin ibadət etdiyiniz şeyə əsla ibadət etmərəm.</b></font>
وَلَاۤ اَنْتُمْ عٰبِدُوْنَ مَاۤ اَعْبُدُ‌ ۚ‏(3)
<font color="000000"><b>(3) Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz,</b></font>
وَلَاۤ اَنَا عَابِدٌ مَّا عَبَدْتُّمْۙ‏(4)
<font color="000000"><b>(4) Və nə də mən əsla sizin ibadət etdiyinizə ibadət edənəm.</b></font>
وَ لَاۤ اَنْتُمْ عٰبِدُوْنَ مَاۤ اَعْبُدُ ؕ‏(5)
<font color="000000"><b>(5) Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz.</b></font>
لَكُمْ دِيْنُكُمْ وَلِىَ دِيْنِ‏(6)
<font color="000000"><b>(6) Sizin dininiz sizə məxsusdur, mənim dinim də mənə məxsusdur (hələ ki, cihad hökmü gələnədək döyüş tərk olunmuşdur)».</b></font>
NƏSR (KÖMƏK) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اِذَا جَآءَ نَصْرُ اللّٰهِ وَالْفَتْحُۙ‏(1)
<font color="000000"><b>(1) Allahın köməyi və o (böyük) zəfər (Məkkənin fəthi və digər zəfərlər) gəldiyi zaman,</b></font>
وَرَاَيْتَ النَّاسَ يَدْخُلُوْنَ فِىْ دِيْنِ اللّٰهِ اَفْوَاجًا ۙ‏(2)
<font color="000000"><b>(2) İnsanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman,</b></font>
فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ‌ ؔؕ اِنَّهٗ كَانَ تَوَّابًا‏(3)
<font color="000000"><b>(3) Rəbbinə həmd-səna etməklə bərabər Onu zikr et, etiqad və əməldə Onu pak və nöqsansız bil. Ondan bağışlanmaq dilə. O, həqiqətən, daim nəzər yetirən və tövbələri qəbul edəndir.</b></font>
MƏSƏD (XURMA LİFİ) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
تَبَّتْ يَدَاۤ اَبِىْ لَهَبٍ وَّتَبَّؕ‏(1)
<font color="000000"><b>(1) Əbu Ləhəbin hər iki əli kəsilsin, ziyana uğrasın və ölüm olsun ona!</b></font>
مَاۤ اَغْنٰى عَنْهُ مَالُهٗ وَمَا كَسَبَؕ‏(2)
<font color="000000"><b>(2) Əsla onun nə mal-dövləti, nə də əldə etdikləri (Allahın əzabını zərrə qədər də ) ondan uzaqlaşdıra bilməz.</b></font>
سَيَصْلٰى نَارًا ذَاتَ لَهَبٍ ۖۚ‏(3)
<font color="000000"><b>(3) O, tezliklə alovlu (şöləli) oda girəcək və orada yanacaqdır.</b></font>
وَّامْرَاَ تُهٗ ؕ حَمَّالَةَ الْحَطَبِ‌ۚ‏(4)
<font color="000000"><b>(4) Və onun odun daşıyan zövcəsi də (Cəhənnəm oduna girəcəkdir).</b></font>
فِىْ جِيْدِهَا حَبْلٌ مِّنْ مَّسَدٍ‏(5)
<font color="000000"><b>(5) Onun boynunda xurma lifindən hörülmüş ip olacaqdır. (O, Peyğəmbərin yolunun üstünə iplə tikanlı çöplər daşıdığına və Peyğəmbərin əleyhinə söz gəzdirdiyinə görə Cəhənnəmdə də əməllərin eynilə təcəssüm olaraq «Zəqqum» ağacının odunlarını odlu zəncirlərlə daşıyacaqdır.)</b></font>
İXLAS SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
قُلْ هُوَ اللّٰهُ اَحَدٌ‌ ۚ‏(1)
<font color="000000"><b>(1) (Ya Peyğəmbər!) De: «Həqiqətən, Allah birdir.</b></font>
اَللّٰهُ الصَّمَدُ‌ ۚ‏(2)
<font color="000000"><b>(2) Allah böyükdür, hacətlər qibləsidir, elə bir zatdır ki, həqiqəti bəsitdir – mürəkkəb deyildir və ehtiyacsızdır.</b></font>
لَمْ يَلِدْ   ۙ وَلَمْ يُوْلَدْ ۙ‏(3)
<font color="000000"><b>(3) Nə bir kəsi doğmuş və nə bir kəsdən doğulmuşdur (Onun ata və oğul olması mümkün deyil).</b></font>
وَلَمْ يَكُنْ لَّهٗ كُفُوًا اَحَدٌ ‏(4)
<font color="000000"><b>(4) Və heç bir zaman bir kəs (tanrılıqda, xaliqiyyətdə, rübubiyyətdə, ibadətdə və itaətdə) Ona tay olmamışdır».</b></font>
FƏLƏQ (SÜBH) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
قُلْ اَعُوْذُ بِرَبِّ الْفَلَقِۙ‏(1)
<font color="000000"><b>(1) (Ya Peyğəmbər!) De: «Pənah aparıram sübhün Rəbbinə, (bulaqların və bitkilərin çıxması ilə yarılan yerin, övladların doğulması ilə əmələ gələn qohumluq əlaqələrinin və ölülərin dirilməsi üçün yarılan qəbirlərin Rəbbinə)!</b></font>
مِنْ شَرِّ مَا خَلَقَۙ‏(2)
<font color="000000"><b>(2) Yaratdıqlarının şərindən (şərr sahib olan – şeytanlar, xəbis cinlər və maddi şərlərdən).</b></font>
وَمِنْ شَرِّ غَاسِقٍ اِذَا وَقَبَۙ‏(3)
<font color="000000"><b>(3) Və (zülmətə) bürünməkdə olan qaranlıq gecənin şərindən və hücum edən hər hansı bir şər mövcudun şərrindən.</b></font>
وَمِنْ شَرِّ النَّفّٰثٰتِ فِى الْعُقَدِۙ‏(4)
<font color="000000"><b>(4) Və düyünlərə üfürən (cadugər) qadınların şərindən.</b></font>
وَمِنْ شَرِّ حَاسِدٍ اِذَا حَسَدَ‏(5)
<font color="000000"><b>(5) Və paxıllıq etdiyi zaman paxılın şərindən».</b></font>
NAS (İNSAN) SURƏSİ
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
قُلْ اَعُوْذُ بِرَبِّ النَّاسِۙ‏(1)
<font color="000000"><b>(1) (Ya Peyğəmbər!) De: «Pənah aparıram insanların Rəbbinə (yaradılış mərhələsinin əvvəlindən tərbiyə mərhələsinin sonuna qədər onları tərbiyə edənə).</b></font>
مَلِكِ النَّاسِۙ‏(2)
<font color="000000"><b>(2) İnsanların hökmdarına və (mütləq) hakiminə.</b></font>
اِلٰهِ النَّاسِۙ‏(3)
<font color="000000"><b>(3) İnsanların (həqiqi) məbuduna.</b></font>
مِنْ شَرِّ الْوَسْوَاسِ  ۙ الْخَنَّاسِ ۙ‏(4)
<font color="000000"><b>(4) Gizlincə vəsvəsə edənin, o irəli – geri çəkilənin şərindən.</b></font>
الَّذِىْ يُوَسْوِسُ فِىْ صُدُوْرِ النَّاسِۙ‏(5)
<font color="000000"><b>(5) O, (şeytanın şərindən) ki, insanların ürəklərinə vəsvəsə salır,</b></font>
مِنَ الْجِنَّةِ وَالنَّاسِ‏(6)
<font color="000000"><b>(6) İstər cinlərdən olsun, istərsə də insanlardan».</b></font>