EN اردو Roman AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
RAMAZANIN BİRİNCİ GÜNÜ
Bu gün üçün aşağıdakı əməllər nəql olunubdur:
1) Qüsl etmək.
2) Gülab ilə ətirlənmək.
3) İki rəkət namaz qılmaq: birinci rəkətdə <font><b><a href="https://www.divinepearls.com/surah1">Fatihə</a></b></font> və <font><b><a <font><b><a href="https://www.divinepearls.com/surah48">Fəth</a></b></font> surəsi, ikinci rəkətdə <font><b><a href="https://www.divinepearls.com/surah1">Fatihə</a></b></font> surəsi və istənilən bir surə oxunur. Hədisdə buyurulur ki, hər kim bu namazı qılsa, həmin il Allah pis hadisələri ondan uzaq edər və o, gələn ilədək Allahın pənahında olar.
4) Hər ayın əvvəlində qılınan iki rəkət namazı qılmaq və sədəqə vermək.
5) Şəfəq doğandan sonra bu duanı oxu:
اَللّٰهُمَّ قَدْ حَضَرَ شَهْرُ رَمَضَانَ،
<font color="000000"><b>Ey Allahım, ramazan ayı gəldi və Sən bu ayın orucunu bizə vacib etdin; insanları hidayət edən, hidayət dəlillərini ehtiva edən və haqqı batildən ayıran Quranı bu ayda nazil etdin. Ey Allahım, bu ayın orucunu tutmaqda bizə kömək et və onu bizdən qəbul et; bu ayı bizdən salamat təhvil al, bu ayı rahatlıq və sağlamlıq baxımından bizim üçün salamat et, çünki Sən hər şeyə qadirsən.</b></font>
وَقَدِ افْتَرَضْتَ عَلَيْنَا صِيَامَهُ،
وَاَنْزَلْتَ فِيْهِ الْقُرَاٰنَ
هُدًى لِلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدٰى وَالْفُرْقَانِ،
اَللّٰهُمَّ اَعِنَّا عَلٰى صِيَامِهِ،
وَتَقَبَّلْهُ مِنَّا
وَتَسَلَّمْهُ مِنَّا
وَسَلِّمْهُ لَنَا في يُسْرٍ مِنَكَ وَعَافِيَةٍ
اِنَّكَ عَلٰى كُلِّ شَيْءٍ قَدِيْرٌ۔
6) Əllamə Məclisi "Zadul-məad"da yazır: Şeyx Kuleyni, Şeyx Tusi və başqaları səhih sənədlə nəql etmişlər ki, İmam Musa Kazim (ə) buyurdu: "Mübarək ramazan ayının birinci günü bu duanı oxuyun. Hər kim bu duanı Allahın razılığına xatir və pis bir məqsəd, riya olmadan oxusa, həmin il ərzində fitnə və azğınlıq ona üz verməz, onun dininə və ya bədəninə bəla gəlməz. Mütəal Allah onu həmin ilin bəlalarının şərindən qoruyar. Dua belədir:
اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِاِسْمِكَ الَّذِيْ دَانَ لَهُ كُلُّ شَيْءٍ،
<font color="000000"><b>Ey Allahım, Səndən istəyirəm o adına xatir ki, hər şey onun qarşısında boyun əymişdir; (Səndən istəyirəm) o rəhmətinə xatir ki, hər şeyi bürümüşdür; (Səndən istəyirəm) o əzəmətinə xatir ki, hər şey onun qarşısında kiçilmişdir; (Səndən istəyirəm) o izzətinə xatir ki, hər şeyi alçaqda qoymuşdur; (Səndən istəyirəm) o qüvvətinə xatir ki, hər şey onun qarşısında boyun əymişdir; (Səndən istəyirəm) o cəbərutuna xatir ki, hər şeyə qalib olmuşdur; (Səndən istəyirəm) o elminə xatir ki, hər şeyi əhatə etmişdir. Ey nur, ey (hər nöqsandan) münəzzəh və pak! Ey hər şeydən əvvəl mövcud olan və hər şeydən sonra baqi qalan! Ey Allah, ey Rəhman! Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, nemətləri dəyişdirən günahlarımı bağışla, əzab-əziyyəti nazil edən günahlarımı bağışla, ümidləri qıran günahlarımı bağışla, düşməni qalib edən günahlarımı bağışla, duaları geri qaytaran günahlarımı bağışla, bəlanın nazil olmasını haqlı edən günahlarımı bağışla, göydəki yağışın yağmasının qarşısını alan günahlarımı bağışla, pərdələri qaldıran günahlarımı bağışla, fani olmağı tezləşdirən günahlarımı bağışla, peşmançılıq gətirən günahlarımı bağışla, pərdələri yırtan günahlarımı bağışla. Yarılmayan möhkəm zirehini mənim əynimə geyindir, gecə və gündüz qorxub çəkindiyim şərlərdən ilin qarşıdakı günlərində məni salamat et. Ey Allahım, ey yeddi göyün və yeddi yerin Rəbbi, onlarda və onların arasında olanların Rəbbi, ey əzəmətli ərşin Rəbbi, ey "yeddi ayə"nin (yəni <font><b><a href="https://www.divinepearls.com/surah1">Fatihə</a></b></font> surəsinin və ya yeddi surənin) və əzəmətli Quranın Rəbbi, ey İsrafilin, Mikailin və Cəbrailin Rəbbi, ey elçilərin sərvəri və peyğəmbərlərin sonuncusu Məhəmmədin – Allahın salamı olsun ona və xanidanına – Rəbbi! Səndən istəyirəm Sənə xatir və Özünü adlandırdığın adlara xatir, ey əzəmətli, Sənsən əzəmətli nemət ilə minnət qoyan, hər iztirab və nigarançılığı uzaqlaşdıran, böyük bəxşişləri əta edən, yaxşı əməlləri bir neçə bərabər azaldan və çoxaldan, istədiyini edən. Ey Qadir, ey Allah, ey Rəhman! Məhəmmədə və onun Əhli-beytinə salam göndər, bu ilin qarşıda gələn günlərində mənə Öz örtüyünü geyindir, üzümü Öz nurunla nurlandır, məni Öz məhəbbətinlə sev, məni Öz razılığına, şərafətli kəramətinə və böyük ətalarına nail et, mənə Öz dərgahında olan ən üstün neməti və Öz xəlqinə əta etdiyinin ən üstününü əta et, bunlarla yanaşı sağlamlıq libasını mənim əynimə geyindir. Ey şikayət olunan ünvan, ey hər sirrə şahid olan, ey hər gizlini bilən, ey istədiyi bəlanın qarşısını alan, ey əfv kərimi, ey ən yaxşı güzəşt edən, məni İbrahimin dinində və onun fitrətində, Məhəmmədin – Allahın salamı olsun ona və xanidanına – dinində və sünnəsində ən yaxşı tərzdə öldür; Sənin dostlarını dost tutduğum və düşmənlərinə düşmən kəsildiyim bir halda məni öldür. Ey Allahım, məni Səndən uzaqlaşdıran hər bir əməl, söz və rəftardan bu il məni uzaq et; məni Sənə tərəf sövq etdirən hər bir əməl, söz və rəftara tərəf bu il məni sövq etdir. Ey rəhimlilərin ən rəhimlisi, ziyanlı aqibətindən və Sənin qəzəbinə tuş gəlməkdən qorxduğum – belə ki, Sənin kərim üzünün məndən dönəcəyinə və buna görə Sənin dərgahında olan qismətimin azalacağından qorxduğum - hər bir əməl, söz və rəftar sahibi olmaqdan məni çəkindir, ey rəuf, ey rəhim. Ey Allahım, bi ilin qarşıda gələn günlərində məni Öz mühafizən, pənahın və himayən altında qərar ver; Öz salamatlıq örtüyünü mənim üzərimə ört və Öz kəramətinlə mənə bəxş et. Sənə pənah gətirən izzətli oldu, Sənin sitayişin ucadır, Səndən qeyri Məbud yoxdur. Ey Allahım, məni keçmiş övliyaların arasında salehlərin ardıcıllarından qərar ver, məni onlara qovuşdur, Sənin tərəfindən həqiqətini söyləyənlərə təslim olmağımı qərar ver. Ey Allahım, Sənə pənah aparıram xətalarımın, zülmlərimin və özümə qarşı təcavüzkarlığımın məni əhatə etməsindən, həvayi-nəfsimə tabe olmaqdan, şəhvətlərə məşğul olmaqdan, nəticədə bütün bunların mənimlə Sənin rəhmətin və razılığın arasında maneə yaratmasından; hətta işin o yerə çatmasından ki, Sənin dərgahında unudulum, Sənin qəzəbinə və cəzana səbəb olan işlərə əl atım. Ey Allahım, necə ki, Peyğəmbərin Məhəmmədin – Allahın salamı olsun ona və xanidanına – düşməndən olan qorxusunda ona kifayət etdin, onun kədərini aradan qaldırdın, qəm-qüssəsini dağıtdın, ona verdiyin vədəyə vəfa etdin və onunla bağladığın əhd-peymanı başa çatdırdın, ey Allahım, eləcə də, bu ildə qorxunu, bəlaları, xəstəlikləri, fitnələri, şərləri, kədərləri, məişət sıxıntılarını məndən uzaq et; mənim yanımda olan nemətinin ömrümün axırınadək davamlı olması vasitəsilə Öz rəhmətinlə məni mükəmməl salamatlığa qovuşdur. Səndən istəyirəm o kəs kimi ki, günah işlətmiş və özünə zülm etmişdir, çarəsiz qalmış və günahını etiraf edir. Səndən istəyirəm ki, mənim keçmiş günahlarımı bağışlayasan; o günahlar ki, Sənin mühafizəçilərin onları qeyd etmiş və kərim mələklərin onları saymışlar. İlahi, (Səndən istəyirəm ki,) ömrümün qalan hissəsində, ömrümün axırınadək məni günahlardan qoruyasan. Ey Allah, ey Rəhman, ey Rəhim, Məhəmmədə və Ali-Məhəmmədə, Məhəmmədin Əhli-beytinə salam göndər, Səndən istədiklərimi və bunun üçün rəğbətlə Sənin dərgahına üz tutduğum istəklərimi mənə ver, çünki Sən Özün mənə dua etməyi əmr etmisən və onu qəbul etməyi öhdənə götürmüsən, ey rəhimlilərin ən rəhimlisi.</b></font>
وَبِرَحْمَتِكَ الَّتِيْ وَسِعَتْ كُلَّ شَيْءٍ،
وَبِعَظَمَتِكَ الَّتِيْ تَوَاضَعَ لَهَا كُلُّ شَيْءٍ،
وَبِعِزَّتِكَ الَّتِيْ قَهَرَتْ كُلَّ شَيْءٍ،
وَبِقُوَّتِكَ الَّتِيْ خَضَعَ لَهَا كُلُّ شَيْءٍ،
وَبِجَبَرُوْتِكَ الَّتِيْ غَلَبَتْ كُلَّ شَىْءٍ،
وَبِعِلْمِكَ الَّذِيْ اَحَاطَ بِكُلِّ شَيْءٍ،
يَا نُوْرُ يَا قُدُّوْسُ،
يَا اَوَّلَ قَبْلَ كُلِّ شَيْءٍ،
وَيَا بَاقِيًا بَعْدَ كُلِّ شَيْءٍ،
يَا اَللهُ يَا رَحْمٰنُ،
صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
وَاغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِيْ تُغَيِّرُ النِّعَمَ،
وَاغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِيْ تُنْزِلُ النِّقَمَ،
وَاغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِيْ تَقْطَعُ الرَّجَاۤءَ،
وَاغْفِرْ لِيَ لذُّنُوْبَ الَّتِيْ تُدِيْلُ الْاَعْدَاۤءَ،
وَاغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِىْ تَرُدُّ الدُّعَاۤءَ،
وَاغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِيْ يُسْتَحَقُّ بِهَا نُزُوْلُ الْبَلَاۤءِ
وَاغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِيْ تَحْبِسُ غَيْثَ السَّمَاۤءِ،
وَاغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِيْ تَكْشِفُ الْغِطَاۤءَ،
وَاغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِيْ تُعَجِّلُ الْفَنَاۤءَ،
وَاغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِيْ تُوْرِثُ النَّدَمَ،
وَاغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِيْ تَهْتِكُ الْعِصَمَ،
وَاَلْبِسْنِيْ دِرْعَكَ الْحَصِيْنَةَ الَّتِيْ لَا تُرَامُ،
وَعَافِنِيْ مِنْ شَرِّ مَا اُحَاذِرُ بِاللَّيْلِ وَالنَّهَارِ فِيْ مُسْتَقْبِلِ سَنَتِيْ هٰذِهِ،
اَللّٰهُمَّ رَبَّ السَّمَاوَاتِ السَّبْعِ،
وَرَبَّ الْاَرَضِيْنَ السَّبْعِ وَمَا فِيْهِنَّ وَما بَيْنَهُنَّ،
وَرَبَّ الْعَرْشِ الْعَظِيْمِ،
وَرَبَّ السَبْعِ الْمَثَانِيْ، وَالْقُرْاٰنِ الْعَظِيْمِ،
وَرَبَّ اِسْرَافِيْلَ وَمِيْكَاۤئِيْلَ وَجَبْرَاۤئِيْلَ،
وَرَبَّ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَاٰلِهِ سَيِّدِ الْمُرْسَلِيْنَ وَخَاتَمِ النَّبِيِّيْنَ،
اَسْاَلُكَ بِكَ وَبِمَا سَمَّيْتَ بِهِ نَفْسَكَ
يَا عَظِيْمُ اَنْتَ الَّذِيْ تَمُنَّ بِالْعَظِيْمِ،
وَتَدْفَعُ كُلَّ مَحْذُوْرٍ،
وَتُعْطِيْ كُلَّ جَزِيْلٍ،
وَتُضَاعِفُ الْحَسَنَاتِ بِالْقَلِيْلِ وَبِالْكَثِيْرِ،
وَتَفْعَلُ مَا تَشَاۤءُ
يَا قَدِيْرُ يَا اَللهُ يَا رَحْمٰنُ،
صَلِّ عَلٰى مُحَمَّدٍ وَاَهْلِ بَيْتِهِ،
وَاَلْبِسْنِيْ فِيْ مُسْتَقْبَلِ سَنَتِيْ هٰذِهِ سِتْرَكَ،
وَنَضِّرْ وَجْهِيْ بِنُوْرِكَ،
وَاَحِبَّنِيْ بِمَحَبَّتِكَ،
وَبَلِّغْنِيْ رِضْوَانَكَ،
وَشَرِيْفَ كَرَامَتِكَ،
وَجَسِيْمَ عَطِيَّتِكَ،
وَاَعْطِنِيْ مِنْ خَيْرِ مَا عِنْدَكَ
وَمِنْ خَيْرِ مَا اَنْتَ مُعْطِيْهِ اَحَدًا مِنْ خَلْقِكَ،
وَاَلْبِسْنِيْ مَعَ ذٰلِكَ عَافِيَتَكَ
يَا مَوْضِعَ كُلِّ شَكْوٰى،
وَيَا شَاهِدَ كُلِّ نَجْوٰى،
وَيَا عَالِمَ كُلِّ خَفِيَّةِ،
وَيَا دَافِعَ مَا تَشَاۤءُ مِنْ بَلِيَّةٍ،
يَا كَرِيْمَ الْعَفْوِ،
يَا حَسَنَ التَّجَاوُزِ،
تَوَفَّنِيْ عَلٰى مِلَّةِ اِبْرَاهِيْمَ وَفِطْرَتِهِ،
وَعَلٰى دِيْنِ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَاٰلِهِ وَسُنَّتِهِ،
وَعَلٰى خَيْرِ الْوَفَاةِ، فَتَوَفَّنِيْ مُوَالِيًا لِاَوْلِيَآئِكَ،
وَمُعَادِيًا لِاَعْدَآئِكَ،
اَللّٰهُمَّ وَجَنِّبْنِيْ فِيْ هٰذِهِ السَّنَةِ
كُلَّ عَمَلٍ اَوْ قَوْلٍ اَوْ فِعْلٍ يُبَاعِدُنِيْ مِنْكَ،
وَاَجْلِبْنِيْ اِلَى كُلِّ عَمَلٍ اَوْ قَوْلٍ اَوْ فِعْلٍ
يُقَرِّبُنِيْ مِنْكَ فِيْ هٰذِهِ السَّنَةِ
يَا اَرْحَمَ الرَّاحِمِيْنَ،
وَامْنَعْنِيْ مِنْ كُلِّ عَمَلٍ اَوْ قَوْلٍ اَوْ فِعْلٍ
يَكُوْنُ مِنِّي اَخَافُ ضَرَرَ عَاقِبَتِهِ،
وَاَخَافُ مَقْتَكَ اِيَّايَ عَلَيْهِ
حِذَارَ اَنْ تَصْرِفَ وَجْهَكَ الْكَرِيْمَ عَنِّيْ
فَاَسْتَوْجِبَ بِهِ نَقْصًا مِنْ حَظٍّ لِيْ عِنْدَكَ
يَا رَؤُوْفُ يَا رَحِيْمُ،
اَللّٰهُمَّ اجْعَلْنِيْ فِيْ مُسْتَقْبَلِ سَنَتِيْ هٰذِهِ فِيْ حِفْظِكَ
وَفِيْ جِوَارِكَ وَفِيْ كَنَفِكَ،
وَجَلِّلْنِيْ سِتْرَ عَافِيَتِكَ،
وَهَبْ لِيْ كَرَامَتَكَ،
عَزَّ جَارُكَ
وَجَلَّ ثَنَآؤُكَ
وَلَا اِلـٰهَ غَيْرُكَ،
اَللّٰهُمَّ اجْعَلْنِيْ تَابِعًا لِصَالِحِيْ مَنْ مَضٰى مِنْ اَوْلِيَآئِكَ،
وَاَلْحِقْنِيْ بِهِمْ
وَاجْعَلْنِيْ مُسْلِمًا لِمَنْ قَالَ بِالصِّدْقِ عَلَيْكَ مِنْهُمْ،
وَاَعُوْذُ بِكَ اَللّٰهُمَّ اَنْ تُحِيْطَ بِيْ خَطِيْئَتِيْ وَظُلْمِيْ
وَاِسْرَافِيْ عَلٰى نَفْسِيْ، وَاتِّبَاعِيْ لِهَوَايَ،
وَاشْتِغَالِيْ بِشَهَوَاتِيْ،
فَيَحُوْلُ ذٰلِكَ بَيْنِيْ وَبَيْنَ رَحْمَتِكَ وَرِضْوَانِكَ
فَاَكُوْنُ مَنْسِيًّا عِنْدَكَ،
مُتَعَرِّضًا لِسَخَطِكَ وَنِقْمَتِكَ،
اَللّٰهُمَّ وَفِّقْنِيْ لِكُلِّ عَمَلٍ صَالِحٍ تَرْضٰى بِهِ عَنِّي،
وَقَرِّبْنِي اِلَيْكَ زُلْفِى،
اَللّٰهُمَّ كَمَا كَفَيْتَ نَبِيَّكَ مُحَمَّدًا صَلَّى اللهُ عَلَيْهِ وَاٰلِهِ هَوْلَ عَدُوِّهِ،
وَفَرَّجْتَ هَمَّهُ،
وَكَشَفْتَ غَمَّهُ،
وَصَدَقْتَهُ وَعْدَكَ،
وَاَنْجَزْتَ لَهُ عَهْدَكَ،
اَللّٰهُمَّ فَبِذٰلِكَ فَاكْفِنِيْ هَوْلَ هٰذِهِ السَّنَةِ
وَاٰفَاتِهَا وَاَسْقَامَهَا
وَفِتْنَتَهَا وَشُرُوْرَهَا
وَاَحْزَانَهَا وَضِيْقَ الْمَعَاشِ فِيْهَا،
وَبَلِّغْنِيْ بِرَحْمَتِكَ كَمَالَ الْعَافِيَةِ
بِتَمَامِ دَوَامِ النِّعْمَةِ عِنْدِيْ اِلٰى مُنْتَهٰى اَجَلِيْ،
اَسْاَلُكَ سُؤَالَ مَنْ اَسَاۤءَ وَظَلَمَ وَاسْتَكَانَ وَاعْتَرَفَ،
وَاَسْاَلُكَ اَنْ تَغْفِرَ لِيْ مَا مَضٰى مِنَ الذُّنُوْبِ
الَّتِيْ حَصْرَتَهَا حَفَظَتُكَ
وَاَحْصَتْهَا كِرَامُ مَلَآئِكَتِكَ عَلَيَّ،
وَاَنْ تَعْصِمَنِيْ اِلـٰهِيْ مِنَ الذُّنُوْبِ
فِيْـمَا بَقِيَ مِنْ عُمْرِيْ اِلٰى مُنْتَهٰى اَجَلِيْ،
يَا اَللهُ يَا رَحْمٰنُ يَا رَحِيْمُ،
صَلِّ عَلٰى مُحَمَّدٍ وَاَهْلِ بَيْتِ مُحَمَّدٍ،
وَاٰتِنِيْ كُلَّ مَا سَاَلْتُكَ وَرَغِبْتُ اِلَيْكَ فِيْهِ،
فَاِنَّكَ اَمَرْتَنِيْ بِالدُّعَاۤءِ
وَتَكَفَّلْتَ لِيْ بِالْاِجَابَةِ
يَا اَرْحَمَ الرَّاحِمِيْنَ۔
Yaxşı olar ki, bu dua "qəməri" il, həmçinin "şəmsi" il başlandıqda qəsdi-qürbət (Allaha yaxınlaşmaq niyyəti) ilə oxunsun.