RAMAZANIN ON YEDDİNCİ GECƏSİ
Belə bir gecədə Həzrət Rəsulallah (s) Bədr məntəqəsində Qureyş kafirlərinin qoşunu ilə üz-üzə gəldi və ramazan ayının on yeddisi günü Bədr döyüşü baş verdi. Baxmayaraq ki, müsəlmanlar sayca müşriklərdən qat-qat az idilər və onların döyüş təczihatları da az idi, lakin Allah-Təala İslam qoşununu müşriklərə qalib etdi. Bu qələbə İslamın böyük qələbələrindən biri idi. Bu səbəbdən də alimlər bu günü mübarək bir gün hesab etmiş və bu gündə qüsl etmək, sədəqə vermək, Allaha şükür etməyin müstəhəb olduğunu bildirmişlər. Ramazan ayının on yeddinci gecəsində ibadət etməyin də böyük fəziləti vardır.
Bir çox rəvayətlərə istinadən, ramazan ayının on yeddinci gecəsi – belə ki, səhəri gün Bədr döyüşü baş verdi – Həzrət Rəsulallah (ə) səhabələrinə buyurdu: "Kim quyudan su çəkib gətirə bilər?" Səhabələrdən heç biri dillənmədi (çünki bu iş olduqca təhlükəli idi). Bu vaxt Əli (ə) ayağa qalxdı və su gətirmək üçün çadırdan çıxdı. Həmin gecə sərt və zülmət bir gecə idi. Soyuq külək əsirdi. Həzrət Əli (ə) su quyusuna çatdı. Quyu dərin olduğundan o həzrət quyudan su çəkmək üçün bir qab tapmadı və bunun üçün özü quyuya daxil oldu. Özü ilə götürdüyü su məşkini su ilə doldurub quyudan çıxdı. Geri dönərkən qəfildən möhkəm külək əsdi. Həzrət Əli (ə) yerə oturdu və külək yatdıqdan sonra ayağa qalxıb hərəkət etdi. Elə bu vaxt bir daha möhkəm külək əsdi. O həzrət çarəsiz qalıb yenə də yerə oturdu və külək yatdıqdan sonra yoluna davam etdi. Üçüncü dəfə də əvvəlki kimi möhkəm külək əsdi, bu dəfə də o həzrət yerə oturub küləyin yatmasını gözlədi. Külək yatdıqdan sonra yoluna davam edib Rəsulallahın (ə) hüzuruna gəldi. Həzrət Peyğəmbər (ə) ondan soruşdu: "Ey Əbul-Həsən, nə üçün gec gəldin?" O həzrət baş verənləri danışdı. Həzrət Peyğəmbər (ə) ondan soruşdu: "O möhkəm küləklərin nə olduğunu başa düşdünmü?" Həzrət Əli (ə): "Xeyr"- deyə cavab verdi. Həzrət Peyğəmbər (ə) buyurdu: "Birinci külək Cənab Cəbrailin min mələklə enişinin küləyi idi və onlar sənə salam dedilər. İkinci külək Mikailin min mələklə enişinin küləyi idi və onlar da sənə salam dedilər. Üçüncüsü isə İsrafilin min mələklə enişi idi və onlar da əvvəlkilər kimi sənə salam dedilər. Onlar döyüşdə bizə kömək etmək üçün gəlmişlər."
Əmirəl-möminin Əlinin (ə) bir gecədə üç min üç fəzilətə nail olduğunu nəzmə çəkən şair də bu hadisəyə işarə etmişdir, yəni Allahın üç müqərrəb mələyi üç min mələklə birlikdə o həzrətə salam demişlər. Seyid Himyəri də öz şeirində Əmirəl-möminin Əlinin (ə) mədhində bu hadisəyə işarə edərək yazır:
اُقْسِمُ بِاللّٰهِ وَ اٰلاۤئِهِ
<font color="000000"><b>And içirəm Allaha və Onun nemətlərinə ki, insan söylədiyi sözlərə görə sorğu-sual olunacaqdır. Həqiqətən Əli ibn Əbu Talibin (ə) fitrəti təqva və yaxşı əməl ilə yoğurulmuşdur. Nizələr döyüş təndirini alovlandırdığı və sücaətlilər ondan qorxub geri çəkildiyi zaman o, əlində bərq vuran itilənmiş qılıncla düşmənlərinin üstünə yürüş edərdi, Sanki şir öz balalarının əhatəsində meşədə ov üçün hərəkət edir. Əli o kəsdir ki, bir gecədə Mikail və Cəbrail hərəsi min mələklə ona salam dedi, sonra İsrafil də min mələklə gəlib ona salam dedi. Onlar Bədr gecəsi kömək üçün enmişdilər, eynilə Əbabil quşları kimi.</b></font>
وَ الْمَرْءُ عَمَّا قَالَ مَسْئُولٌ
اِنَّ عَلِيِّ بْنَ اَبِي طَالِبٍ
عَلَى الْتُّقَى وَ الْبِرِّ مَجْبُولٌ
كَانَ اِذَا الْحَرْبُ مَرَتْهَا الْقَنَا
وَ اَحْجَمَتْ عَنْهَا الْبَهَالِيلُ
يَمْشِي اِلَى الْقِرْنِ وَ فِي كَفِّهِ
اَبْيَضُ مَاضِي الْحَدِّ مَصْقُولٌ
مَشْيَ الْعَفَرْنَا بَيْنَ اَشْبَالِهِ
اَبْرَزَهُ لِلْقَنَصِ الْغِيلُ
ذَاكَ الَّذِي سَلَّمَ فِي لَيْلَةٍ
عَلَيْهِ مِيكَالٌ وَ جِبْرِيلٌ
مِيكَالُ فِي اَلْفٍ وَ جِبْرِيلُ فِي
اَلْفٍ وَ يَتْلُوهُمْ سَرَافِيلُ
لَيْلَةَ بَدْرٍ مَدَدا اُنْزِلُوا
كَاَنَّهُمْ طَيْرٌ اَبَابِيلُ