Fitr bayramı müsəlmanlar üçün böyük əhəmiyyət daşıyır, çünki bir ay oruc tutub ibadət etdikdən sonra Allahdan bunun mükafatını almağa hazırlaşırlar. Bu səbəbdən də bu gün bir tərəfdən sevinc günüdür, çünki hər bir müsəlman ilahi vəzifəni yerinə yetirdiyinə görə sevinir. İmam Baqir (ə) Həzrət Rəsulallahın (s) belə buyurduğunu nəql edir: "Şəvval ayının birinci günü olduqda bir carçı belə car çəkir: "Ey möminlər, öz mükafatlarınızı almağa tələsin!"" Bu vaxt İmam Baqir (ə) buyurdu: "Allahın mükafatı padşahların mükafatına bənzəməz." (Yəni Allahın mükafatı olduqca böyükdür və mənəvi mükafatları, itaətlərin qəbul olunmasını, Allahın razılığını əhatə edir.) İmam (ə) sonda təkidlə buyurdu: "Şəvval ayının birinci günü mükafatların alınması günüdür." Şəvval ayının birinci günü üçün bir neçə əməl qeyd olunubdur:
1) Fitr bayramı gecəsinin əməllərində qeyd olunan təkbirləri demək: bu təkbirləri sübh namazından və bayram namazından sonra deyin.
2) Sübh namazından sonra bu cümləylə başlayan duanı oxuyun:
اَللّٰهُمَّ اِنِّىْ تَوَجَّهْتُ اِلَيْكَ بِمُحَمَّدٍ اِمَامِىْ …
<font color="000000"><b>Allahım, mən Məhəmmədin adıyla sənə tərəf üz tutdum...</b></font>
Bu dua Seyid ibn Tavusdan nəql olunub.
3) Bayram namazından qabaq fitrə zəkatını ayırın: əgər ətrafınızda fitrə zəkatı düşən şəxs varsa, ona verin, əks təqdirdə onu kənara qoyun. Fitrə zəkatı təxminən 3 kq. buğda və ya başqa bir qida məhsulu – yaşadığınız şəhərdə əksər insanların istifadə etdikləri qida məhsulundan – götürülür. Fitrə zəkatı təkidlə buyurulan vacib əməldir və ramazan ayının orucunun qəbul olunması şərtidir. Allah-Təala Quranda da bu zəkatı (bayram) namazından önəmli hesab edərək buyurur:
"Heç şübhəsiz, zəkat verən və Rəbbini yad edən, sonra namaz qılan kəs nicat tapdı." (Əla surəsi, 14-15)
4) Qüsl etmək: Şeyx Tusinin qeyd etdiyinə görə sübh azanından qabaq bayram namazını qılanadək bu qüslü etmək olar. Qüsl etməzdən öncə bu duanı oxu:
اَللّٰهُمَّ اِيْمَانًا بِكَ
<font color="000000"><b>Ey Allahım, Sənə olan imanıma, Sənin Kitabını təsdiq etdiyimə və Peyğəmbərin Məhəmmədin – Allahın salamı olsun ona və xanidanına! – sünnəsinə tabe olduğuma xatir.</b></font>
وَ تَصْدِيْقًا بِكِتَابِكَ
وَ اتِّبَاعَ سُنَّةِ نَبِيِّكَ مُحَمَّدٍ
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
Sonra "Bismillah" de və qüsl et.
اَللّٰهُمَّ اجْعَلْهُ كَفَّارَةً لِذُنُوْبِيْ
<font color="000000"><b>Ey Allahım, bunu günahlarımın kəffarəsi qərar ver, dinimi pak et. Ey Allahım, murdarlığı məndən uzaq et.</b></font>
اَللّٰهُمَّ اَذْهِبْ عَنِّيْ الدَّنَسَ۔
5) Şeyx Tusi qeyd edir ki, bu gün ən gözəl libaslarını geyin, ətirlən və vüqarla bayram namazı qılınan məkana tərəf hərəkət et.
6) Bayram namazından qabaq günün əvvəlində iftar et. Yaxşı olar ki, xurma ilə iftar edəsən. Şeyx Mufid yazır: "Seyiduş-şuhəda İmam Hüseynin (ə) türbətindən bir qədər yemək müstəhəbdir. Bu, hər dərdə şəfadır."
7) Günəş doğduqdan sonra bayram namazı qılmaq üçün müsəllaya (namaz qılmaq üçün məkan) tərəf hərəkət edin (necə ki, Həzrət Rəsulallahdan (s) nəql olunubdur). Məsumların (ə) buyurduqları duaları oxuyun, o cümlədən, İmam Baqir (ə) buyurub: "Fitr və Qurban bayramları günü, cümə günləri namaza getmək üçün hazırlaşarkən bu duanı oxu:
اَللّٰهُمَّ مَنْ تَهَيَّاَ فِيْ هٰذَا الْيَوْمِ
<font color="000000"><b>Ey Allahım, əgər bu gün kimsə bəxşiş və ətalarına ümid edərək (Sənin) məxluqatından birinə (yeni aya, yeni günə) daxil olmağa hazırlanıbsa, lakin mən, ey Ağam, yalnız Sənin bəxşişlərinə və ətalarına ümid bəsləyərək Sənə tərəf hazırlanmışam. Sənin peyğəmbərin Məhəmmədin – Allahın salamı olsun ona və xanidanına! – ümmətinin bayramlarından birində sübhü açdım. Əlbəttə, mən Sənin dərgahına nə güvəndiyim və pişkeş gətirdiyim layiqli bir əmələ ümid bəsləyib daxil olmuşam, nə də ki, bir məxluqa üz tutmuş və onu arzulamışam. Əksinə, təvazökarlıqla və günahlarımı, özümə qarşı etdiyim pislikləri etiraf edərək dərgahına gəlmişəm. Ey əzəmətli, ey əzəmətli, ey əzəmətli! Böyük günahlarımı bağışla, çünki böyük günahları Səndən qeyri kimsə bağışlamır.Ey o kəs ki, Səndən qeyri İlah yoxdur, ey rəhimlilərin ən rəhimlisi.</b></font>
اَوْ تَعَبَّاَ اَوْ اَعَدَّ وَ اسْتَعَدَّ
لِوِفَادَةٍ اِلٰى مَخْلُوْقٍ
رَجَاۤءَ رِفْدِهِ وَ نَوَافِلِهِ
وَ فَوَاضِلِهِ وَ عَطَايَاهُ
فَاِنَّ اِلَيْكَ يَا سَيِّدِيْ تَهْيِئَتِيْ وَ تَعْبِئَتِيْ
وَ اِعْدَادِيْ وَ اسْتِعْدَادِيْ
رَجَاۤءَ رِفْدِكَ وَ جَوَاۤئِزِكَ
وَ نَوَافِلِكَ وَ فَوَاضِلِكَ
وَ فَضَاۤئِلِكَ وَ عَطَايَاكَ
وَ قَدْ غَدَوْتُ اِلٰى عِيْدٍ مِنْ اَعْيَادِ اُمَّةِ نَبِيِّكَ مُحَمَّدٍ
صَلَوَاتُ اللّٰهِ عَلَيْهِ وَ عَلٰىۤ اٰلِهِ
وَ لَمْ اَفِدْ اِلَيْكَ الْيَوْمَ بِعَمَلٍ صَالِحٍ اَثِقُ بِهِ قَدَّمْتُهُ
وَ لَا تَوَجَّهْتُ بِمَخْلُوْقٍ اَمَّلْتُهُ
وَ لٰكِنْ اَتَيْتُكَ خَاضِعًا
مُقِرًّا بِذُنُوْبِيْ وَ اِسَاۤءَتِيْ اِلٰى نَفْسِيْ
فَيَا عَظِيْمُ يَا عَظِيْمُ يَا عَظِيْمُ
اِغْفِرْ لِيَ الْعَظِيْمَ مِنْ ذُنُوْبِيْ
فَاِنَّهُ لَا يَغْفِرُ الذُّنُوْبَ الْعِظَامَ اِلَّاۤ اَنْتَ
يَا لَاۤ اِلٰهَ اِلَّا ۤاَنْتَ
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔