EN اردو Roman AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
5) Mərhum Seyid İbn Tavus səhih sənədlə İmam Sadiqdən (ə) nəql edir: Qədir-xum günü iki rəkət namaz qıl, namazdan sonra səcdəyə gedib yüz dəfə Allaha şükür de (məsələn, "Şukrən lilləh" de). Sonra səcdədən qalx və bu duanı oxu:
اَللّٰهُمَّ اِنِّيۤ اَسْاَلُكَ بِاَنَّ لَكَ الْحَمْدَ
<font color="000000"><b>Ey Allahım, Səndən istəyirəm ona xatir ki, həmd-səna Sənə məxsusdur, Sən yeganəsən və şərikin yoxdur, Sən tək, yeganə və ehtiyacsızsan, doğmamısan və doğulmamısan, Sənin tayın-bərabərin yoxdur; (Səndən istəyirəm ona xatir ki,) həqiqətən Məhəmməd Sənin bəndən və elçindir, Sənin salamın olsun ona və onun xanidanına. Ey o kəs ki, hər gün bir işdəsən, bu Sənin işindən biri idi ki, mənə lütf edib məni icabət etdiyin kəslərdən, Öz dininin və dəvətinin əhlindən qərar verdin; xilqətimin başlanğıcında fəzl, kərəm və səxavətinlə məni buna müvəffəq etdin; sonra Öz mehribanlığın və rəhmətinlə fəzl ardınca fəzl, bəxşiş ardınca bəxşiş və kərəm ardınca kərəm qərar verdin; ta ki, mənim xilqətimi yeniləikdən sonra bu əhd-peymanı mənimlə yenilədin, bir halda ki, mən unutqanlıq və qəflət içində idim; Sən nemətini mənə xatırlatmaqla, onunla mənə minnət qoymaqla və məni ona yönəltməklə Öz nemətini mənə tamamladın; elə isə, ey mənim Məbudum, Ağam və Mövlam, bu Sənin işindir ki, bu neməti mənə tamamlayasan və onu məndən almaysan, ta məni öldürənədək bu nemət içində qalım, bu halda da, Sən məndən razı qalasan, həqiqətən Sən Öz nemətini mənə tamamlamaqda nemət verənlərin ən layiqlisisən. Ey Allahım, Sənin lütfün sayəsində biz eşitdik, itaət etdik və Sənə tərəf çağıranın çağırışına cavab verdik, elə isə həmd-səna Sənə məxsusdur, biz Sənin məğfirətini istəyirik; ey Rəbbimiz, dönüş Sənə tərəfdir, biz tək və şəriki olmayan Allaha və Onun elçisi Məhəmmədə - Allahın salamı olsun ona və xanidanına - iman gətirdik, Allaha tərəf dəvət edənin dəvətini təsdiq və qəbul etdik, mövlamız və möminlərin mövlası Əmirəl-möminin Əli ibn Əbu Talibi dost tutmaqda Onun elçisinə tabe olduq: o kəs ki, Allahın bəndəsi və Onun elçisinin qardaşıdır, böyük doğru danışan və Allahın Öz məxluqatına hüccətidir, Allah onunla Öz peyğəmbərini və haqq, aşkar dinini qüvvətləndirdi, o, Allahın dininin nişanəsi və bayrağı, Onun elminin xəzinadarı, Allahın qeybinin xəzinəsi, Allah sirrinin məkanı, Allahın Öz xəlqinə əmini və məxluqatına şahididir. Ey Allahım, ey Rəbbimiz, biz imana çağıran carçının səsini eşitdik və o: "Rəbbinizə iman gətirin"- deyirdi, biz də iman gətirdik; ey Rəbbimiz, elə isə, bizim günahlarımızı bağışla, pis cəhət və əməllərimizin üstünü ört, bizi yaxşı insanlarla öldür; ey Rəbbimiz, Öz elçilərinlə bizə vəd etdiklərini bizə əta et, Qiyamət günü bizi rüsvay etmə, həqiqətən Sən vədinə xilaf çıxmarsan; ey Rəbbimiz, biz Sənin ehsanın və lütfünlə Sənə tərəf dəvət edənin dəvətinin qəbul etdik, Sənin elçinə tabe olduq və onu təsdiq etdik, həmçinin möminlərin mövlasını təsdiq etdik, cibtə və tağuta kafir olduq; elə isə, bizim vali seçdiyimizi bizə vali et və bizi imamlarımızla məhşur et (məhşərə gətir), həqiqətən bizim onlara iman və etiqadımız vardır, biz onlara təslimik, onların gizlində və aşkarda olanına, hazır və qaib olanına, diri və ölü olanına imanımız vardır, biz onların imamlığına və rəhbərliyinə razıyıq, onlar bizimlə Allah arasında bizə başqalarından kifayət edirlər, biz onları əvəz edən axtarmır və onlardan geyri özümüzə həmdəm seçmirik, cin və insdən – istər əvvəlkilərdən, istər sonrakılardan – onlara qarşı müharibə qaldıran kəslərdən Allaha şikayət edirik, biz cibtə, tağuta, dörd bütə və onların yolunu gedənlərə, həmçinin cin və insdən – dövranın başlanğıcından axırınadək – onları dost tutanlara kafirik. Ey Allahım, Səni şahid tuturaq ki, biz Məhəmməd və Ali-Məhəmmədin – Allahın salamı olsun ona və onlara - tapındığı dinə tapınmışıq, bizim söylədiklərimiz onların söylədikləridir, bizim dinimiz onların tapındıqları dindir, onlar nə deyiblərsə, biz də dedik, onlar nəyə tapındılarsa, biz də tapındıq, onlar nəyi inkar etdilərsə, bi də inkar etdik, onlar nəyi sevdilərsə, biz də onu sevdik, onlar kimə düşmən oldularsa, biz də ona düşmən olduq, onlar kimə lənət dedilərsə, biz də ona lənət dedik, onlar kimdən uzaq oldularsa, biz də ondan uzaq olduq, onlar kimə mərhəmət etdilərsə, bizdə ona mərhəmət etdik; biz öz mövlalarımıza – Allahın salamı olsun onlara – iman gətirdik, təslim olduq, razı olduq və tabe olduq. Ey Allahım, elə isə, bunu bizim üçün tamamla və əlimizdən alma, bunu bizim qarşımızda müvəqqəti deyil, daimi və sabit qərargah qərar ver, nə qədər ki sağıq bizi onda yaşat və öldürəndə bizi onda öldür; Ali-Məhəmməd bizim İmamlarımızdır, biz onlara iqtida edirik, onları dost tuturuq, onların düşmənlərinə - bu Allah düşmənlərinə düşmənik, elə isə, bizi dünya və axirətdə onlarla birlikdə et və bizi müqərrəblərdən et, həqiqətən biz buna razıyıq, ey rəhimlilərin ən rəhimlisi.</b></font>
وَحْدَكَ لَا شَرِيْكَ لَكَ
وَ اَنَّكَ وَاحِدٌ اَحَدٌ صَمَدٌ
لَمْ تَلِدْ وَ لَمْ تُوْلَدْ
وَ لَمْ يَكُنْ لَكَ كُفُوًا اَحَدٌ
وَ اَنَّ مُحَمَّدًا عَبْدُكَ وَ رَسُوْلُكَ
صَلَوَاتُكَ عَلَيْهِ وَ اٰلِهٖ۔
يَا مَنْ هُوَ كُلَّ يَوْمٍ فِي شَاْنٍ
كَمَا كَانَ مِنْ شَاْنِكَ اَنْ تَفَضَّلْتَ عَلَيَّ
بِاَنْ جَعَلْتَنِي‏مِنْ اَهْلِ اِجَابَتِكَ
وَ اَهْلِ دِيْنِكَ
وَ اَهْلِ دَعْوَتِكَ
وَ وَفَّقْتَنِيْ لِذٰلِكَ فِيْ مُبْتَدَاِ خَلْقِيْ
تَفَضُّلًا مِنْكَ وَ كَرَمًا وَ جُوْدًا
ثُمَّ اَرْدَفْتَ الْفَضْلَ فَضْلًا
وَ الْجُوْدَ جُوْدًا
وَ الْكَرْمَ كَرَمًا
رَأْفَةً مِنْكَ وَ رَحْمَةً
اِلٰیۤ اَنْ جَدَّدْتَ ذٰلِكَ الْعَهْدَ لِيْ تَجْدِيْدًا
بَعْدَ تَجْدِيْدِكَ خَلْقِيْ
وَ كُنْتُ نَسْيًا مَنْسِيًّا
نَاسِيًا سَاهِيًا غَافِلًا
فَاَتْمَمْتَ نِعْمَتَكَ
بِاَنْ ذَكَّرْتَنِيْ ذٰلِكَ
وَ مَنَنْتَ بِهٖ عَلَيَّ
وَ هَدَيْتَنِيْ لَهٗ
فَلْيَكُنْ مِنْ شَأْنِكَ
يَاۤ اِلٰهِيْ وَ سَيِّدِيْ وَ مَوْلَايَ
اَنْ تُتِمَّ لِيْ ذٰلِكَ وَ لَا تَسْلُبْنِيْهِ
حَتّٰى تَتَوَفَّانِيْ عَلٰى ذٰلِكَ
وَ اَنْتَ عَنِّيْ رَاضٍ
فَاِنَّكَ اَحَقُّ الْمُنْعِمِيْنَ
اَنْ تُتِمَّ نِعْمَتَكَ عَلَيَّ۔
اَللّٰهُمَّ سَمِعْنَا وَ اَطَعْنَا
وَ اَجَبْنَا دَاعِيَكَ بِمَنِّكَ
فَلَكَ الْحَمْدُ
غُفْرَانَكَ رَبَّنَا
وَ اِلَيْكَ الْمَصِيْرُ
اٰمَنَّا بِاللهِ وَحْدَهٗ
لَا شَرِيْكَ لَهٗ
وَ بِرَسُوْلِهٖ مُحَمَّدٍ
صَلَّی اللهُ عَلَیْهِ وَآلِهِ
وَ صَدَّقْنَا وَ اَجَبْنَا دَاعِيَ اللهِ
وَ اتَّبَعْنَا الرَّسُوْلَ فِيْ مُوَالَاةِ مَوْلَانَا
وَ مَوْلَى الْمُؤْمِنِيْنَ
اَمِيْرِ الْمُؤْمِنِيْنَ
عَلِيِّ بْنِ اَبِيْ طَالِبٍ
عَبْدِ اللهِ وَ اَخِيْ رَسُوْلِهٖ
وَ الصِّدِّيْقِ الْاَكْبَرِ
وَ الْحُجَّةِ عَلٰى بَرِيَّتِهِ
الْمُؤَيِّدِ بِهٖ نَبِيُّهٗ
وَ دِينُهُ الْحَقَّ الْمُبِيْنَ
عَلَمًا لِدِيْنِ اللهِ
وَ خَازِنًا لِعِلْمِهٖ
وَ عَيْبَةِ غَيْبِ اللهِ
وَ مَوْضِعِ سِرِّ اللهِ
وَ اَمِيْنَ اللهِ عَلٰى خَلْقِهٖ
وَ شَاهِدَهُ فِيْ بَرِيَّتِهٖ۔
اَللّٰهُمَّ رَبَّنَا اِنَّنَا سَمِعْنَا مُنَادِيًا
يُنَادِيْ لِلْاِيْمَانِ اَنْ اٰمِنُوْا بِرَبِّكُمْ فَاٰمَنَّا
رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوْبَنَا
وَ كَفِّرْ عَنَّا سَيِّئَاتِنَا
وَ تَوَفَّنَا مَعَ الْاَبْرَارِ
رَبَّنَا وَ اٰتِنَا مَا وَعَدْتَنَا عَلٰى‏ رُسُلِكَ
وَ لَا تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ
اِنَّكَ لَا تُخْلِفُ الْمِيْعَادَ۔
فَاِنَّا يَا رَبَّنَا بِمَنِّكَ وَ لُطْفِكَ
اَجَبْنَا دَاعِيَكَ
وَ اتَّبَعْنَا الرَّسُوْلَ وَ صَدَّقْنَاهُ
وَ صَدَّقْنَا مَوْلَى الْمُؤْمِنِيْنَ
وَ كَفَرْنَا بِالْجِبْتِ وَ الطَّاغُوْتِ
فَوَلِّنَا مَا تَوَلَّيْنَا
وَ احْشُرْنَا مَعَ اَئِمَّتِنَا
فَاِنَّا بِهِمْ مُؤْمِنُوْنَ مُوْقِنُوْنَ
وَ لَهُمْ مُسَلِّمُوْنَ
اٰمَنَّا بِسِرِّهِمْ وَ عَلَانِيَتِهِمْ
وَ شَاهِدِهِمْ وَ غَاۤئِبِهِمْ
وَ حَيِّهِمْ وَ مَيِّتِهِمْ
وَ رَضِيْنَا بِهِمْ اَئِمَّةً
وَ قَادَةً وَ سَادَةً
وَ حَسْبُنَا بِهِمْ
بَيْنَنَا وَ بَيْنَ اللهِ دُوْنَ خَلْقِهٖ
لَا نَبْتَغِيْ بِهِمْ بَدَلًا
وَ لَا نَتَّخِذُ مِنْ دُوْنِهِمْ وَلِيْجَةً
وَ بَرِئْنَا اِلَی اللهِ
مِنْ كُلِّ مَنْ نَصَبَ لَهُمْ حَرْبًا
مِّنَ الْجِنِّ وَ الْاِنْسِ
مِنَ الْاَوَّلِيْنَ وَ الْاٰخِرِيْنَ
وَ كَفَرْنَا بِالْجِبْتِ وَ الطَّاغُوْتِ
وَ الْاَوْثَانِ الْاَرْبَعَةِ
وَ اَشْيَاعِهِمْ وَ اَتْبَاعِهِمْ
وَ كُلِّ مَنْ وَالَاهُمْ
مِنَ الْجِنِّ وَ الْاِنْسِ
مِنْ اَوَّلِ الدَّهْرِ اِلٰیۤ اٰخِرِهٖ
اَللّٰهُمَّ اِنَّا نُشْهِدُكَ
اَنَّا نَدِيْنُ بِمَا دَانَ بِهٖ مُحَمَّدٌ وَ اٰلُ مُحَمَّدٍ
صَلَّى اللهُ عَلَيْهِ وَ عَلَيْهِمْ
وَ قَوْلُنَا مَا قَالُوْا
وَ دِيْنُنَا مَا دَانُوْا بِهٖ
مَا قَالُوْا بِهٖ قُلْنَا
وَ مَا دَانُوْا بِهٖ دِنَّا
وَ مَاۤ اَنْكَرُوْا اَنْكَرْنَا
وَ مَنْ وَالَوْا وَالَيْنَا
وَ مَنْ عَادَوْا عَادَيْنَا
وَ مَنْ لَعَنُوْا لَعَنَّا
وَ مَنْ تَبَرَّءُوْا مِنْهُ تَبَرَّاْنَا مِنْهُ
وَ مَنْ تَرَحَّمُوْا عَلَيْهِ تَرَحَّمْنَا عَلَيْهِ
اٰمَنَّا وَ سَلَّمْنَا
وَ رَضِيْنَا وَ اتَّبَعْنَا مَوَالِيَنَا
صَلَوَاتُ اللهِ عَلَيْهِمْ۔
اَللّٰهُمَّ فَتَمِّمْ لَنَا ذٰلِكَ وَ لَا تَسْلُبْنَاهُ
وَ اجْعَلْهُ مُسْتَقِرًّا ثَابِتًا عِنْدَنَا
وَ لَا تَجْعَلْهُ مُسْتَعَارًا
وَ اَحْيِنَا مَاۤ اَحْيَيْتَنَا عَلَيْهِ
وَ اَمِتْنَا اِذَاۤ اَمَتَّنَا عَلَيْهِ
اٰلُ مُحَمَّدٍ اَئِمَّتُنَا
فَبِهِمْ نَأْتَمُّ
وَ اِيَّاهُمْ نُوَالِيْ
وَ عَدُوَّهُمْ عَدُوَّ اللهِ نُعَادِيْ
فَاجْعَلْنَا مَعَهُمْ فِيْ الدُّنْيَا وَ الْاٰخِرَةِ
وَ مِنَ الْمُقَرَّبِيْنَ
فَاِنَّا بِذٰلِكَ رَاضُوْنَ
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
Dua tamam olduqdan sonra yenidən səcdəyə get və hər zikri yüz dəfə de:
اَلْحَمْدُ لِلّٰهِ
<font color="000000"><b>Həmd olsun Allaha, Allah şükürlər olsun.</b></font>
شُكْرً الِلّٰهِ
İmam Sadiq (ə) daha sonra buyurdu: "Kim bu əməli yerinə yetirsə, Qədir-xum günü Həzrət Rəsulallahın (s) yanında olub onunla beyət edən kəsin savabını əldə edər." (Muhəddis Qummi deyir: "Yaxşı olar ki, bu namazı zöhrə yaxın qılasınız, belə ki, Həzrət Peyğəmbər (s) Həzrət Əlini (ə) bu saatda öz canişini təyin etmişdir.")
6) Zöhrdən yarım saat əvvəl qüsl alıb və iki rəkət namaz qılmaq tövsiyə olunur. Hər rəkətdə bir dəfə <font><b><a href="https://www.divinepearls.com/surah1">Fatihə</a></b></font> surəsi, on dəfə <font><b><a href="https://www.divinepearls.com/surah112">İxlas</a></b></font> surəsi, on dəfə "Ayətəl-Kürsi" və on dəfə <font><b><a href="https://www.divinepearls.com/surah97">Qədr</a></b></font> surəsini oxumaq lazımdır. Namazdan sonra bu cümləylə başlayan duanı oxuyun:
رَبَّنَاۤ اِنَّنَا سَمِعْنَا مُنَادِيًا۔۔۔
<font color="000000"><b>Ey Rəbbimiz, biz çağıranı eşitdik...</b></font>
7) Bu gündə Nudbə duasını oxuyun.
8) Şeyx Mufiddən nəql olunur ki, bu duanı Qədir-xum günü oxuyun:
اَللّٰهُمَّ اِنِّيْۤ اَسْاَلُكَ بِحَقِّ مُحَمَّدٍ نَبِيِّكَ
<font color="000000"><b>Ey Allahım, Səndən istəyirəm peyğəmbərin Məhəmmədin və vəlin Əlinin haqqına xatir, o məqam və mərtəbəyə xatir ki, onun vasitəsilə bu iki nəfəri digər xəlqinin arasından xüsusi etdin, (Səndən istəyirəm ki,) Məhəmmədə və Əliyə salam göndərəsən, təcili olan hər xeyri əta etməkdə onlardan başlayasan. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər: o kəslər ki, imam və rəhbər, dəvət edənlər və sərvərlər, parlayan ulduzlar və işıq saçan nişanələr, bəndələrin işini idarə edənlər və abad məkanların sütünları, göndərilən dəvə və dərin dəryalarda hərəkət edən nicat gəmiləridir. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər: o kəslər ki, Sənin elminin xəzinələri, tövhidinin və dininin sütunları, kəramətinin mədənləridir, Sənin insanlar arasından seçdiklərin və insanların ən üstünüdür, təqvalı, seçilmiş və yaxşı əməl sahibləridir, insanların üz tutduqları qapıdır: kim bu qapıya gələrsə, nicat tapar və kim ondan üz döndərərsə, süqut edər. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər: o zikr əhli ki, Sən onlardan soruşmağı əmr etmisən, o qohum-əqrəba ki, Sən onları sevməyi əmr etmisən, haqqlarını vacib buyurmusan və Cənnəti onların izləri ilə gedənlər üçün dönüş yeri qərar vermisən. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, belə ki, onlar Sənə itaət etməyi əmr etdilər, Sənə qarşı çıxmaqdan çəkindirdilər, Sənin bəndələrini tövhidinə hidayət etdilər. Ey Allahım, Səndən istəyirəm peyğəmbərin, sevimlin, seçilmişin, əminin və insanlara göndərdiyin elçin Məhəmmədin haqqına xatir, (Səndən istəyirəm) din rəhbəri, üzüağların öndəri, vəfalı canişin, böyük doğru danışan, haqqla batili ayıran, Sənə şahid olan, Sənə tərəf yönəldən, Sənin əmrini aşkar edən, Sənin yolunda cihad edən və tənə vuranların tənəsi onu bu yoldan çəkindirməyən Əmirəl-mömininin haqqına xatir ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən və qərar verəsən məni bu gündə - xəlqinlə Öz vəlin barəsində əhd-peyman bağladığın və dini onlar üçün kamil etdiyin bu gündə - onun hörmətini tanıyanlardan və fəzilətini iqrar edənlərdən, oddan azad və xilas olanlardan, nemətlərimə həsəd aparanları sevindirmə. Ey Allahım, onu Öz böyük bayramın qərar verdiyin, göydə onu əhdi-məhud günü və yerdə onu əhd-peyman alınan və haqq-hesab yığıncağı günü adlandırdığın kimi Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, onun vasitəsilə gözlərimizi aydın et, pərakəndəliyimizi bir yerə topla, bizi hidayət etdikdən sonra azdırma, bizi Sənin nemətlərinə şükür edənlərdən et, ey rəhimlilərin ən rəhimlisi.Həmd-səna o Allaha məxsusdur ki, bu günün fəzilətini bizə tanıtdırdı, bu günün hörmətinə görə bizi bəsirətli (gözüaçıq, vəzifələrini bilən) etdi, bizi onunla girami etdi, onu tanımaqla bizi şərafətli etdi və onun nuru ilə bizi hidayət etdi. Ey Rəsulallah, ey Əmirəl-möminin, gecə və gündüz baqi olduqca məndən sizə və sizin itrətinizə, dostlarınıza ən yaxşı salamım olsun; istəyimə çatmaq, diləyimin həyata keçməsi və işlərimin asan olması üçün mən sizin vasitənizlə öz Rəbbim və sizin Rəbbiniz olan Allaha üz tuturam. Ey Allahım, Məhəmməd və Ali-Məhəmmədin haqqına xatir Səndən istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən, bu günün haqqını və onun hörmətini inkar edənlərə, Sənin nurunu söndürməkdən ötrü yolunu kəsənlərə lənət edəsən, lakin Allah Öz nurunun aşkar olmasını istəmişdir. Ey Allahım, peyğəmbərin Məhəmmədin Əhli-beytinin işinə fərəc (yol açıqlığı və asanlıq) ver, onlardan və onların vasitəsilə möminlərdən giriftarlığı uzaqlaşdır. Ey Allahım, yer üzü zülm və ədalətsizliklə dolduğu kimi onların vasitəsilə yer üzünü ədalətlə doldur, onlara vəd etdiyinə vəfa et, həqiqətən Sən vədinə xilaf çıxmazsan.</b></font>
وَ عَلِيٍّ وَلِيِّكَ
وَ الشَّأْنِ وَ الْقَدْرِ الَّذِيْ خَصَصْتَهُمَا بِهِ دُوْنَ خَلْقِكَ
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ عَلِيٍّ
وَ اَنْ تَبْدَاَ بِهِمَا فِيْ كُلِّ خَيْرٍ عَاجِلٍ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
۟اِلْاَئِمَّةِ الْقَادَةِ
وَ الدُّعَاةِ السَّادَةِ
وَ النُّجُوْمِ الزَّاهِرَةِ
وَ الْاَعْلَامِ الْبَاهِرَةِ
وَ سَاسَةِ الْعِبَادِ
وَ اَرْكَانِ الْبِلَادِ
وَ النَّاقَةِ الْمُرْسَلَةِ
وَ السَّفِيْنَةِ النَّاجِيَةِ
الْجَارِيَةِ فِيْ اللُّجَجِ الْغَامِرَةِ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
خُزَّانِ عِلْمِكَ
وَ اَرْكَانِ تَوْحِيْدِكَ
وَ دَعَاۤئِمِ دِيْنِكَ
وَ مَعَادِنِ كَرَامَتِكَ
وَ صَفْوَتِكَ مِنْ بَرِيَّتِكَ
وَ خِيَرَتِكَ مِنْ خَلْقِكَ
الْاَتْقِيَاۤءِ الْاَنْقِيَاۤءِ
النُّجَبَاۤءِ الْاَبْرَارِ
وَ الْبَابِ الْمُبْتَلٰى بِهِ النَّاسُ
مَنْ اَتَاهُ نَجَا
وَ مَنْ اَبَاهُ هَوٰى،
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
اَهْلِ الذِّكْرِ الَّذِيْنَ اَمَرْتَ بِمَسْاَلَتِهِمْ
وَ ذَوِيْ الْقُرْبَى الَّذِيْنَ اَمَرْتَ بِمَوَدَّتِهِمْ
وَ فَرَضْتَ حَقَّهُمْ
وَ جَعَلْتَ الْجَنَّةَ مَعَادَ مَنِ اقْتَصَّ اٰثَارَهُمْ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
كَمَاۤ اَمَرُوْا بِطَاعَتِكَ
وَ نَهَوْا عَنْ مَعْصِيَتِكَ
وَ دَلُّوْا عِبَادَكَ عَلٰى وَحْدَانِيَّتِكَ
اَللّٰهُمَّ اِنِّيْۤ اَسْاَلُكَ بِحَقِّ مُحَمَّدٍ
نَبِيِّكَ وَ نَجِيْبِكَ
وَ صَفْوَتِكَ وَ اَمِيْنِكَ
وَ رَسُوْلِكَ اِلٰى خَلْقِكَ
وَ بِحَقِّ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
وَ يَعْسُوْبِ الدِّيْنِ
وَ قَاۤئِدِ الْغُرِّ الْمُحَجَّلِيْنَ
الْوَصِيِّ الْوَفِيِّ
وَ الصِّدِّيْقِ الْاَكْبَرِ
وَ الْفَارُوْقِ بَيْنَ الْحَقِّ وَ الْبَاطِلِ
وَ الشَّاهِدِ لَكَ
وَ الدَّآلِّ عَلَيْكَ
وَ الصَّادِعِ بِاَمْرِكَ
وَ الْمُجَاهِدِ فِيْ سَبِيْلِكَ
لَمْ تَأْخُذْهُ فِيْكَ لَوْمَةُ لَاۤئِمٍ
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ،
وَ اَنْ تَجْعَلَنِيْ فِيْ هٰذَا الْيَوْمِ
الَّذِيْ عَقَدْتَ فِيْهِ لِوَلِيِّكَ الْعَهْدَ فِيْۤ اَعْنَاقِ خَلْقِكَ
وَ اَكْمَلْتَ لَهُمُ الدِّيْنَ
مِنَ الْعَارِفِيْنَ بِحُرْمَتِهِ
وَ الْمُقِرِّيْنَ بِفَضْلِهِ
مِنْ عُتَقَاۤئِكَ وَ طُلَقَاۤئِكَ مِنَ النَّارِ
وَ لَا تُشْمِتَ بِيْ حَاسِدِيْ النِّعَمِ
اَللّٰهُمَّ فَكَمَا جَعَلْتَهُ عِيْدَكَ الْاَكْبَرَ
وَ سَمَّيْتَهُ فِيْ السَّمَاۤءِ يَوْمَ الْعَهْدِ الْمَعْهُوْدِ
وَ فِي الْاَرْضِ يَوْمَ الْمِيْثَاقِ الْمَأْخُوْذِ وَ الْجَمْعِ الْمَسْئُوْلِ
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اَقْرِرْ بِهِ عُيُوْنَنَا
وَ اجْمَعْ بِهِ شَمْلَنَا
وَ لَا تُضِلَّنَا بَعْدَ اِذْ هَدَيْتَنَا
وَ اجْعَلْنَا لِاَنْعُمِكَ مِنَ الشَّاكِرِيْنَ
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ
اَلْحَمْدُ لِلّٰهِ الَّذِيْ عَرَّفَنَا فَضْلَ هٰذَا الْيَوْمِ
وَ بَصَّرَنَا حُرْمَتَهُ
وَ كَرَّمَنَا بِهِ
وَ شَرَّفَنَا بِمَعْرِفَتِهِ
وَ هَدَانَا بِنُوْرِهِ
يَا رَسُوْلَ اللّٰهِ
يَاۤ اَمِيْرَ الْمُؤْمِنِيْنَ
عَلَيْكُمَا وَ عَلٰى عِتْرَتِكُمَا
وَ عَلٰى مُحِبِّيْكُمَا مِنِّيْۤ اَفْضَلُ السَّلَامِ
مَا بَقِيَ اللَّيْلُ وَ النَّهَارُ
وَ بِكُمَاۤ اَتَوَجَّهُ اِلَى اللّٰهِ رَبِّيْ وَ رَبِّكُمَا
فِيْ نَجَاحِ طَلِبَتِيْ
وَ قَضَاۤءِ حَوَاۤئِجِيْ
وَ تَيْسِيْرِ اُمُوْرِيْۤ
اَللّٰهُمَّ اِنِّيْۤ اَسْاَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اَنْ تَلْعَنَ مَنْ جَحَدَ حَقَّ هٰذَا الْيَوْمِ
وَ اَنْكَرَ حُرْمَتَهُ
فَصَدَّ عَنْ سَبِيْلِكَ لِاِطْفَاۤءِ نُوْرِكَ
فَاَبَى اللّٰهُ اِلَّاۤ اَنْ يُتِمَّ نُوْرَهُ
اَللّٰهُمَّ فَرِّجْ عَنْ اَهْلِ بَيْتِ مُحَمَّدٍ نَبِيِّكَ
وَ اكْشِفْ عَنْهُمْ وَ بِهِمْ عَنِ الْمُؤْمِنِيْنَ الْكُرُبَاتِ
اَللّٰهُمَّ امْلَأِ الْاَرْضَ بِهِمْ عَدْلًا
كَمَا مُلِئَتْ ظُلْمًا وَ جَوْرًا
وَ اَنْجِزْ لَهُمْ مَا وَعَدْتَهُمْ
اِنَّكَ لَا تُخْلِفُ الْمِيْعَادَ۔
9) İmam Rza (ə) buyurub: "Bayram və təbrikləşmə günü olan bu gündə yaxşı olar ki, möminlər qarşılaşdıqları vaxt bu cümlə ilə bir-birinə təbrik desinlər:
اَلْحَمْدُ لِلّٰهِ الَّذِيْ جَعَلَنَا مِنَ الْمُتَمَسِّكِيْنَ
<font color="000000"><b>Həmd-səna o Allaha məxsusdur ki, bizi Əmirəl-mömininin və (ondan sonra gələn) İmamların – salam olsun onlara - rəhbərliyinə tapınan kəslərdən qərar verdi.</b></font>
بِوِلَايَةِ اَمِيْرِ الْمُؤْمِنِيْنَ وَ الْاَئِمَّةِ عَلَيْهِمُ السَّلَامُ۔
10) Bu gündə mömin qardaşlarınla görüşdüyün vaxt de:
اَلْحَمْدُ لِلّٰهِ الَّذِيْ اَكْرَمَنَا بِهٰذَا الْيَوْمِ
<font color="000000"><b>Həmd-səna o Allaha məxsusdur ki, bu gün ilə bizi girami etdi; bizi iman gətirənlərdən qərar verdi; bizi Onun dininin valilərinin rəhbərliyi və Onun ədalətini icra edənlər xüsusunda bizimlə bağladığı əhd-peymana vəfa edən kəslərdən qərar verdi; bizi "Din günü"nü inkar və təkzib edənlərdən qərar vermədi.</b></font>
وَ جَعَلَنَا مِنَ الْمُوْفِيْنَ بِعَهْدِهِ اِلَيْنَا
وَ مِيْثَاقِهِ الَّذِيْ وَاثَقَنَا بِهِ
مِنْ وِلَايَةِ وُلَاةِ اَمْرِهِ
وَ الْقُوَّامِ بِقِسْطِهِ
وَ لَمْ يَجْعَلْنَا مِنَ الْجَاحِدِيْنَ
وَ الْمُكَذِّبِيْنَ بِيَوْمِ الدِّيْنِ۔
11) Bu zikri yüz dəfə deyin:
اَلْحَمْدُ لِلّٰهِ الَّذِيْ جَعَلَ كَمَالَ دِيْنِهِ
<font color="000000"><b>Həmd-səna o Allaha məxsusdur ki, bizə Əli ibni Əbu Talib Əmirəl-mömininin rəhbərliyi ilə dinini kamil və nemətini tamam etdi.</b></font>
وَ تَمَامَ نِعْمَتِهِ
بِوِلَايَةِ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
عَلِيِّ بْنِ اَبِيْ طَالِبٍ عَلَيْهِ السَّلَامُ۔