EN اردو Roman AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
ZİL-HİCCƏNİN AXIRINCI GÜNÜ
Bu gün İslami qəməri təqvimin axırıncı günüdür. Buna görə də Mərhum Seyid İbn Tavus nəql edir ki, bu gündə iki rəkət namaz qıl: hər rəkətdə bir dəfə <font><b><a href="https://www.divinepearls.com/surah1">Fatihə</a></b></font> surəsini, on dəfə <font><b><a href="https://www.divinepearls.com/surah112">İxlas</a></b></font> surəsini və on dəfə "Ayətəl-kürsi"ni oxu. Namazı qılıb qurtardıqdan sonra de:
اَللّٰهُمَّ مَا عَمِلْتُ فِيْ هٰذِهِ السَّنَةِ
<font color="000000"><b>Ey Allahım, bu ildə Sənin qadağan etidiyin və razı olmadığın əməllərdən yerinə yetirdiyim, mənim unutduğum və Sənin isə unutmadığın, Sənə qarşı cürət etdikdən sonra məni Özünə tərəf qayıdışa (tövbəyə) çağırdığın əməllərə görə, ey Allahım, Səndən bağışlanma diləyirəm, elə isə, onları bağışla; məni Sənə yaxınlaşdıran əməllərdən yerinə yetirdiklərimi məndən qəbul et və ümidimi Özündən qırma, ey Kərim.</b></font>
مِنْ عَمَلٍ نَهَيْتَنِيْ عَنْهُ وَ لَمْ تَرْضَهُ
وَ نَسِيْتُهُ وَ لَمْ تَنْسَهُ
وَ دَعَوْتَنِيْۤ اِلَى التَّوْبَةِ بَعْدَ اجْتِرَاۤئِيْ عَلَيْكَ
اَللّٰهُمَّ فَاِنِّيْۤ اَسْتَغْفِرُكَ مِنْهُ فَاغْفِرْ لِيْ
وَ مَا عَمِلْتُ مِنْ عَمَلٍ يُقَرِّبُنِيْۤ اِلَيْكَ
فَاقْبَلْهُ مِنِّيْ وَ لَا تَقْطَعْ رَجَاۤئِيْ مِنْكَ يَا كَرِيْمُ
Sən bu əməli yerinə yetirdikdə şeytan deyər: "Vay olsun mənə! Bu il ərzində çəkdiyim zəhməti bu əməl ilə məhv etdi və ilini xeyirlə başa vurdu." Bu namazı şəmsi təqvimin axırıncı günü "qəsdi-istihbab" (müstəhəb olma niyyəti ilə) qılmaq tövsiyə olunur.