ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
İMAMLARIN (Ə) QƏBİRLƏRİNİN ZİYARƏTİNDƏN SONRA OXUNAN DUA
Bu duanı da Seyid İbn Tavus "Misbahuz-zair"də qeyd etmişdir. Bu duanı hər bir İmamın (ə) ziyarətindən sonra oxumaq olar:
اَللّٰهُمَّ اِنِّی زُرْتُ هٰذَا الْاِمَامَ مُقِرًّا بِاِمَامَتِهِ مُعْتَقِدًا لِفَرْضِ طَاعَتِهِ فَقَصَدْتُ مَشْهَدَهُ بِذُنُوْبِی وَ عُیُوْبِی وَ مُوْبِقَاتِ اٰثَامِیْ وَ كَثْرَةِ سَیِّئَاتِیْ وَ خَطَایَایَ وَ مَا تَعْرِفُهُ مِنِّی مُسْتَجِیْرًا بِعَفْوِكَ مُسْتَعِیْذًا بِحِلْمِكَ رَاجِیًا رَحْمَتَكَ لَاجِئًا اِلٰى رُكْنِكَ عَاۤئِذًا بِرَاْفَتِكَ مُسْتَشْفِعًا بِوَلِیِّكَ وَ ابْنِ اَوْلِیَاۤئِكَ وَ صَفِیِّكَ وَ ابْنِ اَصْفِیَاۤئِكَ وَ اَمِیْنِكَ وَ ابْنِ اُمَنَاۤئِكَ وَ خَلِیْفَتِكَ وَ ابْنِ خُلَفَاۤئِكَ الَّذِیْنَ جَعَلْتَهُمُ الْوَسِیْلَةَ اِلٰى رَحْمَتِكَ وَ رِضْوَانِكَ وَ الذَّرِیْعَةَ اِلٰى رَاْفَتِكَ وَ غُفْرَانِكَ اَللّٰهُمَّ وَ اَوَّلُ حَاجَتِیْۤ اِلَیْكَ اَنْ تَغْفِرَ لِیْ مَا سَلَفَ مِنْ ذُنُوْبِیْ عَلٰى كَثْرَتِهَا وَ اَنْ تَعْصِمَنِیْ فِیْمَا بَقِیَ مِنْ عُمْرِیْ وَ تُطَهِّرَ دِیْنِیْ مِمَّا یُدَنِّسُهُ وَ یَشِیْنُهُ وَ یُزْرِیْ بِهِ وَ تَحْمِیَهُ مِنَ الرَّیْبِ وَ الشَّكِّ وَ الْفَسَادِ وَ الشِّرْكِ، وَ تُثَبِّتَنِیْ عَلٰى طَاعَتِكَ وَ طَاعَةِ رَسُوْلِكَ وَ ذُرِّیَّتِهِ النُّجَبَاۤءِ السُّعَدَاۤءِ صَلَوَاتُكَ عَلَیْهِمْ وَ رَحْمَتُ وَ سَلَامُكَ وَ بَرَكَاتُكَ وَ تُحْیِیَنِیْ
Ey Allahım, mən bu İmamı onun imamətini iqrar etdiyim və ona itaətin vacibliyinə etiqadım olduğu bir halda ziyarət etdim; günahlar və eyiblərlə, məni incidən cinayətlərlə, çoxlu günahlarım və səhvlərimlə, Sənin mənim barəmdə bildiklərinlə onun məzarının ziyarətinə üz tutdum, bir halda ki, Sənin əfvinə ümidvaram və Sənin helminə sığınmışam, Sənin rəhmətinə ümidvaram və Sənin qüdrətinə sığınmışam, Sənin lütfünün altında qərar tutmuşam; Sənin vəlini və Sənin vəlinin övladını, Sənin seçdiyini və Sənin seçdiyinin övladını, Sənin əminini və Sənin əmininin övladını, Sənin xəlifəni və Sənin xəlifənin övladını şəfaətçi qərar vermişəm; (Əgər bu duanı Əmirəl-mömininin (ə) ziyarətindən sonra oxusan, dörd yerdə işlənən "övlad" (ibn) sözünün yerinə "qardaş" (əbi) sözünü de); o kəslər ki, onları Öz rəhmətinə və razılığına çatmaq vasitəsi, Öz lütfünə və əfvinə çatmaq yolu qərar vermisən. Ey Allahım, Sənin dərgahına olan ilk diləyim budur ki, mənim keçmiş çoxlu günahlarımı bağışlayasan və qalan ömrümdə məni (günahlardan) qoruyasan; dinimi onu bulaşdıran, puç və dəyərsiz edən işlərdən pak edəsən, dinimi şəkk-şübhədən, fəsaddan və şirkdən qoruyasan; məni Öz itaətində, Sənin elçinin və onun nəcib, səadətli zürriyəsinin – Sənin salavatın, rəhmətin, salamın və bərəkətin olsun onlara – itaətində sabitqədəm edəsən; nə qədər ki sağam, məni onların itaətində edəsən və öldüyüm vaxt da məni onların itaətində edəsən; onların sevgisini və məhəbbətini, onların düşmənlərinə olan kini, onların dostları ilə dostluğu və onlara qarşı yaxşılıq hissini mənim ürəyimdən silməyəsən. Ey Rəbbim, Səndən istəyirəm ki, bu ziyarəti məndən qəbul edəsən; məni Öz ibadətinə və ibadətdə davamiyyətə bağlı edəsən, onu yerinə yetirməkdə mənə şövq bəxş edəsən; günahları və haramları mənim nəzərimdə xoşagəlməz edəsən və məni onlardan uzaqlaşdırasan; məni namazda səhlənkarlıq etməkdən, onu yüngül saymaqdan və onu təxirə salmaqdan uzaq edəsən, onu yerinə yetirməkdə məni müvəffəq edəsən, necə ki, onu vacib etmisən və Sənin elçinin – Sənin salamın, rəhmətin və bərəkətin ona və xanidanına olsun – sünnəsinə uyğun şəkildə xüzu və xüşu ilə onu yerinə yetirməyi əmr etmisən; məni zəkat və sədəqə verməyə, yaxşı işlər görməyə, Ali-Məhəmmədin – salam olsun onlara - şiələrinə yaxşılıq və ehsan etməyə rəğbətli edəsən; mənə Beytullahul-həramın həcc ziyarətini, Sənin Peyğəmbərinin və İmamların – salam olsun onlara – qəbirlərinin ziyarətini mənə ruzi etməyincə məni dünyadan aparmayasan. Ey Rəbbim, Səndən həqiqi və Sənin razı qaldığın tövbəni, sitayiş etdiyin (xalis) niyyəti və qəbul etdiyin saleh əməli istəyirəm; Səndən ölüm anında məni bağışlamağını və mənə mərhəmət göstərməni, can verməyin çətinliklərini mənə asan etməyini, məni Məhəmmədin və onun xanidanının – Allahın salamı olsun ona və onlara – zümrəsində məhşur etməyini, rəhmətinlə məni Cənnətə daxil etməyini istəyirəm; (Səndən istəyirəm ki,) Sənə itaətdə göz yaşlarımı çoxaldasan, məni Sənə yaxın edən işlər üçün göz yaşlarımı axıdasan və qəlbimi övliyalarına qarşı mehriban edəsən; (Səndən istəyirəm ki,) məni bu dünyada ziyanlardan, bəlalardan, ağır xəstəliklərdən, əlacsız dərdlərdən, bütün bəlalardan və (acı) hadisələrdən amanda saxlayasan; (Səndən istəyirəm ki,) qəlbimi haramdan döndərəsən və itaətsizliyi mənim nəzərimdə xoşagəlməz edəsən; halalı mənim nəzərimdə sevimli edəsən və onun qapılarını mənim üzümə açasan, niyyətimi və əməlimi halal barəsində sabit (dönməz) edəsən; (Səndən istəyirəm ki,) ömrümü uzadasan və çətinlik qapılarını üzümə bağlayasan; (Səndən istəyirəm ki,) mənə əta etdiklərini məndən almayasan, mənə ehsan etdiklərini məndən geri döndərməyəsən, mənə verdiyin nemətləri məndən almayasan; (Səndən istəyirəm ki,) mənə əta etdiklərini artırasan və onları çoxaldasan, mənə çoxlu, bol, halal, şirin, davamlı və kifayət edən mal, baqi və kafi izzət, geniş və əlçatmaz məqam, çoxlu və hərtərəfli nemət ruzi edəsən; (Səndən istəyirəm ki,) məni bu işlərdə yorucu səylərdən və ağır işlərdən ehtiyacsız edəsən, məni onlardan xilas edəsən, dinimin, canımın, övladlarımın və mənə əta etdiklərinin salamatlığı ilə yanaşı; (Səndən istəyirəm ki,) mənim malımı-mülkümü və mənə bəxş etdiklərini qoruyasan, zalımların əlini məndən kəsəsən, məni vətənimə qaytarasan, dünya və axirətdə məni arzularımın sonuna çatdırasan, işimin sonunu bəyənilən, gözəl və etibarlı edəsən; məni səxavətli, əliaçıq, xoşrəftar edəsən və məni paxıllıqdan, dardüşüncəli olmaqdan, ikiüzlülükdən, yalandan, böhtandan və batil sözdən uzaq edəsən; (Səndən istəyirəm ki,) Məhəmməd və Ali-Məhəmmədin məhəbbətini, onların şiələrinin məhəbbətini mənim qəlbimin dərinliklərində qərar verəsən. Ey Rəbbim, Öz rəhmətinə və bəxşişinə xatir məni, ailəmi, malımı, övladlarımı, dərdimə şərik olanları, qardaşlarımı, dostlarımı və nəslimi qoru. Ey Allahım, bu, mənim Sənin dərgahına olan diləklərimdir ki, dar düşüncəm və tamahıma görə onları artırdım, lakin bunlar Sənin yanında çox kiçik və dəyərsizdir, (onları həyata keçirmək) Sənə asan və sadədir. Elə isə, Səndən istəyirəm Məhəmmədin və Ali-Məhəmmədin – salam olsun ona və onlara – Sənin yanında olan məqamına və onların Sənin üzərində olan haqqlarına xatir, onlara, bütün peyğəmbərlərə və elçilərə, seçilmişlərə və bəndələrinin arasındakı xalis övliyalara vacib qıldığın haqqa xatir, ismi-əzəminə xatir bütün diləklərimi həyata keçir və istəklərimi qəbul et, ümidimi və arzumu boşa çıxarma. Ey Allahım, bu qəbrin sahibinin şəfaətini mənim barəmdə qəbul et. Ey mənim mövlam, ey Allahın vəlisi, ey Allahın əmini, səndən istəyirəm ki, izzətli və cəlalətli Allah dərgahında olan bütün diləklərim üçün mənə şəfaətçi olasan, pak atalarının və seçilmiş övladlarının haqqına xatir. Çünki adları müqəddəs olan Allahın yanında şərafətli məqam, ali dərəcə və geniş cah-cəlal sənə məxsusdur. Ey Allahım, əgər Sənin qarşında bu İmamdan və onun pak atalarından və övladlarından – salam olsun onlara – daha hörmətli bir kəs tanısaydım, hökmən onları öz şəfaətçim, istək və diləklərimin önündə qərar verərdim; (Ey Allahım,) məndən eşit və qəbul et, mənim barəmdə Özünün layiq olduğunu yerinə yetir, ey rəhimlilərin ən rəhimlisi. Ey Allahım, Səndən istəmədiklərimi, din, dünya və axirətimin xeyrinə olan, lakin zehnimdən keçməyənləri qəbul edib mənə minnət qoy, məni qoru, mənə bəxş et və məni bağışla; kim mənə pislik etmək niyyətində olarsa – istər üsyankar Şeytan, istər zalım sultan, istər dində mənə müxalif olan, istər dünya işlərində mənimlə çəkişən kimsə, istər mənim nemətlərimə həsəd aparan, istər zülmkar, istər üsyankar kimsə olsun – onun əlini məndən kəs, onun məkrini məndən uzaq et, onu mənim yerimə özü ilə məşğul et, onun şərini və onun davamçılarının və şeytanlarının şərini məndən uzaq et; mənə ziyan vuran və zərər yetirən şeylərdən mənə pənah ver, bildiyim və bilmədiyim xeyirləri mənə əta et. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, məni, atamı, anamı, qardaşlarımı, bacılarımı, əmilərimi, bibilərimi, dayılarımı, xalalarımı, babalarımı, nənələrimi, övladlarımı və onların nəsillərini, zövcələrimi, nəslimi, qohumlarımı, dostlarımı, qonşularımı, şərqdə və qərbdə olan din qardaşlarımı bağışla; bütün mömin və möminə dostlarımı – istər həyatda olanları, istərsə də dünyadan köçənləri -, mənim iş öyrətdiyim kəsləri və ya mənə iş öyrədən kəsləri bağışla. Ey Allahım, onları mənim dualarımda, Sənin hüccətinin və vəlinin ziyarətində şərik et; məni onların xeyirli dualarında şərik et, rəhmətinə xatir ey rəhimlilərin ən rəhimlisi. Onların tərəfindən Öz vəlinə salam çatdır. Allahın salamı, rəhməti və bərəkəti olsun sənə ey sərvərim, ey mövlam, ey filankəsin oğlu filankəs ("filankəsin oğlu filankəs" ifadəsi yerinə ziyarət etdiyin İmamın (ə) və onun atasının adını de) Allahın salamı olsun sənə, sənin ruhuna və bədəninə; sən mənim Allaha çatmaq üçün vasitəm və yolumsan; səni sevmək və arzulamaq mənim boynumda olan bir haqqdır, elə isə, izzətli və cəlalətli Allah dərgahında istəklərimdən agah olmaq və Allahın rəhməti və qüdrəti sayəsində bu məkandan əlidolu və səndən istədiyim istəklərin həyata keçməsilə geri qayıtmaqda mənə şəfaətçi ol. Ey Allahım, mənə kamil əql, yüksək düşüncə, davamlı izzət, pak qəlb, çoxlu əməl, gözəl ədəb ruzi et və bütün bunları mənim ziyanıma deyil, xeyrimə et, Öz rəhmətinə xatir ey rəhimlilərin ən rəhimlisi.
مَاۤ اَحْیَیْتَنِیْ عَلٰى طَاعَتِهِمْ وَ تُمِیْتَنِیْۤ اِذَاۤ اَمَتَّنِیْ عَلٰى طَاعَتِهِمْ وَ اَنْ لَّا تَمْحُوَ مِنْ قَلْبِیْ مَوَدَّتَهُمْ وَ مَحَبَّتَهُمْ وَ بُغْضَ اَعْدَاۤئِهِمْ وَ مُرَافَقَةَ اَوْلِیَاۤئِهِمْ وَ بِرَّهُمْ وَ اَسْاَلُكَ یَا رَبِّ اَنْ تَقْبَلَ ذٰلِكَ مِنِّی وَ تُحَبِّبَ اِلَیَّ عِبَادَتَكَ وَ الْمُوَاظَبَةَ عَلَیْهَا وَ تُنَشِّطَنِیْ لَهَا وَ تُبَغِّضَ اِلَیَّ مَعَاصِیَكَ وَ مَحَارِمَكَ وَ تَدْفَعَنِیْ عَنْهَا وَ تُجَنِّبَنِیْ التَّقْصِیْرَ فِیْ صَلَوَاتِیْ وَ الْاِسْتِهَانَةَ بِهَا وَ التَّرَاخِیَ عَنْهَا وَ تُوَفِّقَنِیْ لِتَاْدِیَتِهَا كَمَا فَرَضْتَ وَ اَمَرْتَ بِهِ عَلٰى سُنَّةِ رَسُوْلِكَ صَلَوَاتُكَ عَلَیْهِ وَ اٰلِهِ وَ رَحْمَتُكَ وَ بَرَكَاتُكَ خُضُوْعًا وَ خُشُوْعًا وَ تَشْرَحَ صَدْرِیْ لِاِیْتَاۤءِ الزَّكَاةِ، وَ اِعْطَاۤءِ الصَّدَقَاتِ وَ بَذْلِ الْمَعْرُوْفِ وَ الْاِحْسَانِ اِلٰى شِیْعَةِ اٰلِ مُحَمَّدٍ عَلَیْهِمُ السَّلَامُ وَ مُوَاسَاتِهِمْ وَ لَا تَتَوَفَّانِیْۤ اِلَّا بَعْدَ اَنْ تَرْزُقَنِیْ حَجَّ بَیْتِكَ الْحَرَامِ وَ زِیَارَةَ قَبْرِ نَبِیِّكَ وَ قُبُوْرِ الْاَئِمَّةِ عَلَیْهِمُ السَّلَامُ وَ اَسْاَلُكَ یَا رَبِّ تَوْبَةً نَصُوْحًا تَرْضَاهَا وَ نِیَّةً
تَحْمَدُهَا وَ عَمَلًا صَالِحًا تَقْبَلُهُ وَ اَنْ تَغْفِرَ لِیْ وَ تَرْحَمَنِیْۤ اِذَا تَوَفَّیْتَنِیْ وَ تُهَوِّنَ عَلَیَّ سَكَرَاتِ الْمَوْتِ وَ تَحْشُرَنِیْ فِیْ زُمْرَةِ مُحَمَّدٍ وَّ اٰلِهِ صَلَوَاتُ اللهِ عَلَیْهِ وَ عَلَیْهِمْ وَ تُدْخِلَنِیْ الْجَنَّةَ بِرَحْمَتِكَ وَ تَجْعَلَ دَمْعِیْ غَزِیْرًا فِیْ طَاعَتِكَ وَ عَبْرَتِیْ جَارِیَةً فِیْمَا یُقَرِّبُنِیْ مِنْكَ وَ قَلْبِیْ عَطُوْفًا عَلٰۤى اَوْلِیَاۤئِكَ وَ تَصُوْنَنِیْ فِیْ هٰذِهِ الدُّنْیَا مِنَ الْعَاهَاتِ وَ الْاٰفَاتِ وَ الْاَمْرَاضِ الشَّدِیْدَةِ، وَ الْاَسْقَامِ الْمُزْمِنَةِ وَ جَمِیْعِ اَنْوَاعِ الْبَلَاۤءِ وَ الْحَوَادِثِ وَ تَصْرِفَ قَلْبِیْ عَنِ الْحَرَامِ وَ تُبَغِّضَ اِلَیَّ مَعَاصِیَكَ وَ تُحَبِّبَ اِلَیَّ الْحَلَالَ وَ تَفْتَحَ لِیْۤ اَبْوَابَهُ وَ تُثَبِّتَ نِیَّتِیْ وَ فِعْلِی عَلَیْهِ وَ تَمُدَّ فِیْ عُمْرِیْ وَ تُغْلِقَ اَبْوَابَ الْمِحَنِ عَنِّیْ وَ لَا تَسْلُبْنِیْ مَا مَنَنْتَ بِهِ عَلَیَّ وَ لَا تَسْتَرِدَّ شَیْئًا مِمَّاۤ اَحْسَنْتَ بِهِ اِلَیَّ وَ لَا تَنْزِعَ مِنِّیْ النِّعَمَ الَّتِیْۤ اَنْعَمْتَ بِهَا عَلَیَّ وَ تَزِیْدَ فِیْمَا خَوَّلْتَنِیْ وَ تُضَاعِفَهُ اَضْعَافًا مُضَاعَفَةً وَ تَرْزُقَنِیْ مَالًا كَثِیْرًا
وَاسِعًا سَاۤئِغًا هَنِیْۤئًا نَامِیًا وَافِیًا وَ عِزًّا بَاقِیًا كَافِیًا وَ جَاهًا عَرِیْضًا مَنِیْعًا وَ نِعْمَةً سَابِغَةً عَآمَّةً وَ تُغْنِیَنِیْ بِذٰلِكَ عَنِ الْمَطَالِبِ الْمُنَكَّدَةِ وَ الْمَوَارِدِ الصَّعْبَةِ وَ تُخَلِّصَنِیْ مِنْهَا مُعَافًى فِیْ دِیْنِیْ وَ نَفْسِیْ وَ وَلَدِیْ وَ مَاۤ اَعْطَیْتَنِیْ، وَ مَنَحْتَنِیْ وَ تَحْفَظَ عَلَیَّ مَالِیْ وَ جَمِیْعَ مَا خَوَّلْتَنِیْ وَ تَقْبِضَ عَنِّیْۤ اَیْدِی الْجَبَابِرَةِ وَ تَرُدَّنِیْۤ اِلٰى وَطَنِیْ وَ تُبَلِّغَنِیْ نِهَایَةَ اَمَلِیْ فِی دُنْیَایَ وَ اٰخِرَتِیْ وَ تَجْعَلَ عَاقِبَةَ اَمْرِیْ مَحْمُوْدَةً حَسَنَةً سَلِیْمَةً وَ تَجْعَلَنِیْ رَحِیْبَ الصَّدْرِ وَاسِعَ الْحَالِ حَسَنَ الْخُلْقِ بَعِیْدًا مِنَ الْبُخْلِ وَ الْمَنْعِ وَ النِّفَاقِ وَ الْكِذْبِ وَ الْبَهْتِ وَ قَوْلِ الزُّوْرِ وَ تُرْسِخَ فِی قَلْبِیْ مَحَبَّةَ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ وَ شِیْعَتِهِمْ وَ تَحْرُسَنِیْ یَا رَبِّ فِیْ نَفْسِیْ وَ اَهْلِیْ وَ مَالِیْ وَ وَلَدِیْ وَ اَهْلِ حُزَانَتِیْ وَ اِخْوَانِیْ وَ اَهْلِ مَوَدَّتِیْ وَ ذُرِّیَّتِیْ بِرَحْمَتِكَ وَ جُوْدِكَ اَللّٰهُمَّ هٰذِهِ حَاجَاتِیْ عِنْدَكَ وَ قَدِ اسْتَكْثَرْتُهَا لِلُؤْمِیْ وَ شُحِّیْ وَ هِیَ
عِنْدَكَ صَغِیْرَةٌ حَقِیْرَةٌ وَ عَلَیْكَ سَهْلَةٌ یَسِیْرَةٌ فَاَسْاَلُكَ بِجَاهِ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ عَلَیْهِ وَ عَلَیْهِمُ السَّلَامُ عِنْدَكَ وَ بِحَقِّهِمْ عَلَیْكَ وَ بِمَاۤ اَوْجَبْتَ لَهُمْ، وَ بِسَاۤئِرِ اَنْبِیَاۤئِكَ وَ رُسُلِكَ وَ اَصْفِیَاۤئِكَ وَ اَوْلِیَاۤئِكَ الْمُخْلَصِیْنَ مِنْ عِبَادِكَ وَ بِاسْمِكَ الْاَعْظَمِ الْاَعْظَمِ لَمَّا قَضَیْتَهَا كُلَّهَا وَ اَسْعَفْتَنِیْ بِهَا وَ لَمْ تُخَیِّبْ اَمَلِیْ وَ رَجَاۤئِیْ اَللّٰهُمَّ وَ شَفِّعْ صَاحِبَ هٰذَا الْقَبْرِ فِیَّ یَا سَیِّدِیْ یَا وَلِیَّ اللهِ یَاۤ اَمِیْنَ اللهِ اَسْاَلُكَ اَنْ تَشْفَعَ لِیْۤ اِلَى اللهِ عَزَّ وَ جَلَّ فِیْ هٰذِهِ الْحَاجَاتِ كُلِّهَا بِحَقِّ اٰبَاۤئِكَ الطَّاهِرِیْنَ وَ بِحَقِّ اَوْلَادِكَ الْمُنْتَجَبِیْنَ فَاِنَّ لَكَ عِنْدَ اللهِ تَقَدَّسَتْ اَسْمَاۤؤُهُ الْمَنْزِلَةَ الشَّرِیْفَةَ وَ الْمَرْتَبَةَ الْجَلِیْلَةَ وَ الْجَاهَ الْعَرِیْضَ اَللّٰهُمَّ لَوْ عَرَفْتُ مَنْ هُوَ اَوْجَهُ عِنْدَكَ مِنْ هٰذَا الْاِمَامِ وَ مِنْ اٰبَاۤئِهِ وَ اَبْنَاۤئِهِ الطَّاهِرِیْنَ عَلَیْهِمُ السَّلَامُ وَ الصَّلَاةُ لَجَعَلْتُهُمْ شُفَعَاۤئِیْ وَ قَدَّمْتُهُمْ اَمَامَ حَاجَتِیْ وَ طَلِبَاتِیْ هٰذِهِ فَاسْمَعْ مِنِّیْ وَ اسْتَجِبْ
لِیْ وَ افْعَلْ بِیْ مَاۤ اَنْتَ اَهْلُهُ یَاۤ اَرْحَمَ الرَّاحِمِیْنَ. اَللّٰهُمَّ وَ مَا قَصُرَتْ عَنْهُ مَسْاَلَتِیْ وَ عَجَزَتْ عَنْهُ قُوَّتِیْ وَ لَمْ تَبْلُغْهُ فِطْنَتِیْ مِنْ صَالِحِ دِیْنِیْ وَ دُنْیَایَ وَ اٰخِرَتِیْ فَامْنُنْ بِهِ عَلَیَّ وَ احْفَظْنِیْ وَ احْرُسْنِیْ وَ هَبْ لِیْ وَ اغْفِرْ لِیْ وَ مَنْ اَرَادَنِیْ بِسُوْۤءٍ اَوْ مَكْرُوْهٍ مِنْ شَیْطَانٍ مَرِیْدٍ اَوْ سُلْطَانٍ عَنِیْدٍ اَوْ مُخَالِفٍ فِیْ دِیْنٍ اَوْ مُنَازِعٍ فِیْ دُنْیَا اَوْ حَاسِدٍ عَلَیَّ نِعْمَةً اَوْ ظَالِمٍ اَوْ بَاغٍ فَاقْبِضْ عَنِّیْ یَدَهُ وَ اصْرِفْ عَنِّیْ كَیْدَهُ وَ اشْغَلْهُ عَنِّی بِنَفْسِهِ وَ اكْفِنِیْ شَرَّهُ وَ شَرَّ اَتْبَاعِهِ وَ شَیَاطِیْنِهِ وَ اَجِرْنِیْ مِنْ كُلِّ مَا یَضُرُّنِیْ وَ یُجْحِفُ بِیْ وَ اَعْطِنِیْ جَمِیْعَ الْخَیْرِ كُلِّهِ مِمَّاۤ اَعْلَمُ وَ مِمَّا لَاۤ اَعْلَمُ اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ
وَّ اٰلِ مُحَمَّدٍ وَ اغْفِرْ لِیْ وَ لِوَالِدَیَّ وَ لِاِخْوَانِیْ وَ اَخَوَاتِیْ وَ اَعْمَامِیْ وَ عَمَّاتِیْ وَ اَخْوَالِیْ وَ خَالَاتِیْ وَ اَجْدَادِیْ وَ جَدَّاتِیْ وَ اَوْلَادِهِمْ، وَ ذَرَارِیْهِمْ وَ اَزْوَاجِیْ وَ ذُرِّیَاتِیْ وَ اَقْرَبَاۤئِیْ وَ اَصْدِقَاۤئِیْ وَ جِیْرَانِیْ وَ اِخْوَانِیْ فِیْكَ مِنْ اَهْلِ الشَّرْقِ وَ الْغَرْبِ وَ لِجَمِیْعِ اَهْلِ مَوَدَّتِیْ مِنَ الْمُؤْمِنِیْنَ وَ الْمُؤْمِنَاتِ الْاَحْیَاۤءِ مِنْهُمْ وَ الْاَمْوَاتِ وَ لِجَمِیْعِ مَنْ عَلَّمَنِیْ خَیْرًا اَوْ تَعَلَّمَ مِنِّیْ عِلْمًا اَللّٰهُمَّ اَشْرِكْهُمْ فِیْ صَالِحِ دُعَاۤئِیْ وَ زِیَارَتِیْ لِمَشْهَدِ حُجَّتِكَ وَ وَلِیِّكَ وَ اَشْرِكْنِیْ فِیْ صَالِحِ اَدْعِیَتِهِمْ بِرَحْمَتِكَ یَاۤ اَرْحَمَ الرَّاحِمِیْنَ وَ بَلِّغْ وَلِیَّكَ مِنْهُمُ السَّلَامَ وَ السَّلَامُ عَلَیْكَ وَ رَحْمَةُ اللهِ وَ بَرَكَاتُهُ یَا سَیِّدِیْ یَا مَوْلَایَ یَا فُلَانَ بْنَ فُلَانٍ
صَلَّى اللهُ عَلَیْكَ وَ عَلٰى رُوْحِكَ وَ بَدَنِكَ اَنْتَ وَسِیْلَتِیْۤ اِلَى اللهِ وَ ذَرِیْعَتِیْۤ اِلَیْهِ وَ لِیْ حَقُّ مُوَالَاتِیْ وَ تَاْمِیْلِیْ فَكُنْ شَفِیْعِیْۤ اِلَى اللهِ عَزَّ وَ جَلَّ فِی الْوُقُوْفِ عَلٰى قِصَّتِیْ هٰذِهِ وَ صَرْفِیْ عَنْ مَوْقِفِیْ هٰذَا بِالنُّجْحِ بِمَا سَاَلْتُهُ كُلِّهِ بِرَحْمَتِهِ وَ قُدْرَتِهِ اَللّٰهُمَّ ارْزُقْنِیْ عَقْلًا كَامِلًا وَ لُبًّا رَاجِحًا وَ عِزًّا بَاقِیًا وَ قَلْبًا زَكِیًّا وَ عَمَلًا كَثِیْرًا وَ اَدَبًا بَارِعًا وَ اجْعَلْ ذٰلِكَ كُلَّهُ لِیْ وَ لَا تَجْعَلْهُ عَلَیَّ بِرَحْمَتِكَ یَاۤ اَرْحَمَ الرَّاحِمِیْنَ۔