⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
QƏLBƏ OLAN VƏSVƏSƏLƏRİ KƏNARLAŞDIRMAQ ÜÇÜN QILINAN NAMAZ
Çoxları dini inanclar barədə vəsvəsəyə, şəkk-şübhəyə məruz qalırlar. Bəziləri elə güman edir ki, bu vəsvəsələr onların imanlarını sarsıda bilər. Halbuki, bu, belə deyildir. İmam Sadiq (ə) buyurub: "Elə bir mömin yoxdur ki, qırx gün keçsin, lakin o, "nəfsin söhbəti"nə məruz qalmasın. Belə olduqda, iki rəkət namaz qılın və bu vəsvəsələrdən Allaha pənah aparın."
Həmçinin İmam Sadiq (ə) buyurub: "Həzrət Adəm (ə) "nəfsin söhbəti"ndən Allaha şikayət etdi. Cəbrail nazil olub ona dedi:
لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللهِ۔
Allahdan başqa heç bir güc və qüdrət yoxdur.
Həzrət Adəm (ə) bu zikri dedi və "nəfsin söhbəti" ondan kənarlaşdı."
Başqa bir hədisdə İmam Sadiq (ə) buyurub: "Bir kişi Həzrət Rəsulallahın (s) yanına gəlib vəsvəsələrdən, yoxsulluq və ağır borcundan şikayətləndi. Rəsulallah (s) ona buyurdu: "Bu kəlmələri təkrar-təkrar de:
تَوَكَّلْتُ عَلَى الْحَىِّ الَّذِىْ لَايَمُوْتُ
Ölməz və həmişə diri olana (Allaha) təvəkkül etdim.
وَ الْحَمْدُلِلّٰهِ الَّذِىْ لَمْ يَتَّخِذْ وَلَدًا
Həmd olsun o Allaha ki, Özünə heç bir övlad götürməmişdir,
وَ لَمْ يَكُنْ لَّهُ شَرِيْكٌ فِى الْمُلْكِ
mülkündə (hakimiyyətində) Onun heç bir şəriki yoxdur
وَلَمْ يَكُنْ لَّهُ وَلِىٌّ مِّنَ الذُّلِّ
və zəiflikdən (acizlikdən dolayı) Onun heç bir himayədara ehtiyacı yoxdur;
وَ كَبِّرْهُ تَكْبِيْرًا۔
və Onu (böyüklüyünə layiq şəkildə) uca tut (təkbir de)!
Bir müddət sonra o kişi Həzrət Rəsulallahın (s) yanına gəlib dedi: "Ey Rəsulallah (ə), Allah mənim vəsvəsəmi yox etdi, borcumu ödədi və ruzimi artırdı."
Həmçinin hədisdə buyrulur ki, şeytanın vəsvəsələrini uzaqlaşdırmaq üçün – qəlbində şəkk-şübhə yarandığı vaxt – de:
هُوَ الْاَوَّلُ وَالْاٰ خِرُ
Əvvəl və Axır Odur,
وَالظَّاهِرُ وَالْبَاطِنُ
Zahir və Batin Odur,
وَ هُوَ بِكُلِّ شَىْءٍ عَلِيْمٌ۔
və O, hər şeyi biləndir.