Ey Allahım, Səndən istəyirəm ki,
يَا حَلِيْمُ ذُوْ [ذَا] اَنَاةٍ
ey güzəşt edən səbirli,
غَفُوْرٌ وَدُوْدٌ
bağışlayan və mehriban,
اَنْ تَتَجَاوَزَ عَنْ سَيِّئَاتِيْ وَ مَا عِنْدِيْ
günahlarımı və məndə olanları bağışlayasan,
بِحُسْنِ مَا عِنْدَكَ
Səndə olan gözəlliyi ilə,
وَ اَنْ تُعْطِيَنِيْ مِنْ عَطَاۤئِكَ مَا يَسَعُنِيْ
Öz ətalarında məni bürüyəcək qədər əta edəsən,
وَ تُلْهِمَنِيْ فِيْمَا اَعْطَيْتَنِي الْعَمَلَ فِيْهِ
mənə əta etdiklərində (əməl etməyi) qəlbimə ilham edəsən:
بِطَاعَتِكَ وَ طَاعَةِ رَسُوْلِكَ
Sənə və Sənin elçinə itaət etməyi,
وَ اَنْ تُعْطِيَنِي مِنْ عَفْوِكَ
Öz əfvindən mənə əta edəsən
مَا اَسْتَوْجِبُ بِهِ كَرَامَتَكَ
məni kəramətə çatdıracaq qədər.
اَللّٰهُمَّ اَعْطِنِيْ مَا اَنْتَ اَهْلُهُ
Ey Allahım, Özünün layiq olduğunu mənə əta et,
وَ لَا تَفْعَلْ بِيْ مَا اَنَا اَهْلُهُ
mənim layiq olduğumu (mənə) etmə.
فَاِنَّمَا اَنَا بِكَ
Mən yalnız Səndən kömək istəyirəm (yalnız Səninləyəm),
وَ لَمْ اُصِبْ خَيْرًا قَطُّ اِلَّا مِنْكَ
və mənə gələn xeyir yalnız Səndən gəlmişdir.
يَاۤ اَبْصَرَ الْاَبْصَرِيْنَ
Ey ən yaxşı görən,
وَ يَا اَسْمَعَ السَّامِعِيْنَ
ey ən yaxşı eşidən,
وَ يَا اَحْكَمَ الْحَاكِمِيْنَ
ey ən yaxşı hakim,
وَ يَا جَارَ الْمُسْتَجِيْرِيْنَ
ey pənah axtaranların pənahı,
وَ يَا مُجِيْبَ دَعْوَةِ الْمُضْطَرِّيْنَ
ey çarəsizlərin istəyinə cavab verən,
صَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِ مُحَمَّدٍ۔
Məhəmmədə və Ali-Məhəmmədə salam göndər.