Salam olsun sizə ey Allah elminin xəzinələri.
اَلسَّلَامُ عَلَيْكُمْ يَا تَرَاجِمَةَ وَحْيِ اللّٰهِ
Salam olsun sizə ey Allah vəhyinin müfəssirləri.
اَلسَّلَامُ عَلَيْكُمْ يَا اَئِمَّةَ الْهُدٰى
Salam olsun sizə ey hidayət rəhbərləri.
اَلسَّلَامُ عَلَيْكُمْ يَا اَعْلَامَ التُّقٰى
Salam olsun sizə ey təqva nişanələri.
اَلسَّلَامُ عَلَيْكُمْ يَا اَوْلَادَ رَسُوْلِ اللّٰهِ
Salam olsun sizə ey Rəsulallahın övladları.
اَنَا عَارِفٌ بِحَقِّكُمْ
Mən sizin haqqınızı tanıyıram;
مُسْتَبْصِرٌ بِشَأْنِكُمْ
sizin məqamınızda bəsirətliyəm,
مُعَادٍ لِاَعْدَاۤئِكُمْ
düşmənlərinizlə düşmənəm,
مُوَالٍ لِاَوْلِيَاۤئِكُمْ
dostlarınızla dostam;
بِاَبِيْ اَنْتُمْ وَ اُمِّيْ
atam-anam sizə fəda olsun,
صَلَوَاتُ اللّٰهِ عَلَيْكُمْ
Allahın salamı olsun sizə.
اَللّٰهُمَّ اِنِّي اَتَوَالٰى اٰخِرَهُمْ كَمَا تَوَالَيْتُ اَوَّلَهُمْ
Ey Allahım, onların axırıncısını birincisini dost tutduğum kimi dost tuturam,
وَ اَبْرَاُ مِنْ كُلِّ وَلِيْجَةٍ دُوْنَهُمْ
və onlardan başqa hər bir sirdaşdan (məsləkdən) uzağam;
وَ اَكْفُرُ بِالْجِبْتِ وَ الطَّاغُوْتِ وَ اللَّاتِ وَ الْعُزّٰى
cibtə, tağuta, Lat və Uzzaya kafirəm;
صَلَوَاتُ اللّٰهِ عَلَيْكُمْ يَا مَوَالِيَّ
Allahın salamı olsun sizə ey mövlalarım,
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
Allahın rəhməti və bərəkəti olsun (sizə).
اَلسَّلَامُ عَلَيْكَ يَا سَيِّدَ الْعَابِدِيْنَ وَ سُلَالَةَ الْوَصِيِّيْنَ
Salam olsun sənə ey abidlərin ağası və canişinlər nəslindən olan.
اَلسَّلَامُ عَلَيْكَ يَا بَاقِرَ عِلْمِ النَّبِيِّيْنَ
Salam olsun sənə ey peyğəmbərlərin elmini yaran.
اَلسَّلَامُ عَلَيْكَ يَا صَادِقًا مُصَدَّقًا فِي الْقَوْلِ وَ الْفِعْلِ
Salam olsun sənə ey sözdə və əməldə doğru olduğu təsdiq edilən.
يَا مَوَالِيَّ هٰذَا يَوْمُكُمْ
Ey mövlalarım, bu gün sizin gününüzdür,
وَ هُوَ يَوْمُ الثُّلَاثَاۤءِ
o gün "yəvmul-suləsa"dır (çərşənbə axşamı günüdür).
وَ اَنَا فِيْهِ ضَيْفٌ لَكُمْ
Mən bu gün sizin qonağınızam
وَ مُسْتَجِيْرٌ بِكُمْ
və sizə pənah gətirmişəm.
فَاَضِيْفُوْنِيْ وَ اَجِيْرُوْنِيْ
Elə isə, məni qonaq edin və mənə pənah verin,
بِمَنْزِلَةِ اللّٰهِ عِنْدَكُمْ
Allahın sizin yanınızda olan məqamına xatir
وَ اٰلِ بَيْتِكُمْ اَلطَّيِّبِيْنَ الطَّاهِرِيْنَ۔
və sizin pak-pakizə xanidanınızın (məqamına xatir).