ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
MƏĞRİB (ŞAM) NAMAZININ TƏQİBATI
Şeyx Tusi "Misbahul-mutəhəccid"də yazır ki, məğrib namazını qılıb Xanım Fatimə-Zəhra (s.ə) təsbihini dedikdən sonra bunları de: Bir dəfə de:
اِنَّ اللهَ وَ مَلَاۤئِكَتَهُ يُصَلُّوْنَ عَلَى النَّبِيِّ
Həqiqətən Allah və Onun mələkləri Peyğəmbərə salam göndərirlər, ey iman gətirənlər, ona salam deyin və (onun əmrinə) tam təslim olun. Ey Allahım, peyğəmbər Məhəmmədə, onun zürriyyəsinə və Əhli-beytinə salam göndər.
يَاۤ اَيُّهَا الَّذِيْنَ ءَامَنُوْا صَلُّوْا عَلَيْهِ وَ سَلِّمُوْا تَسْلِيْمًا
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ النَّبِيِّ
وَ عَلٰى ذُرِّيَّتِهِ
وَ عَلَى اَهْلِ بَيْتِهِ۔
Sonra yeddi dəfə de:
بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Rəhman və rəhim Allahın adı ilə. Uca və əzəmətli Allahdan qeyri sığınacaq və qüvvə yoxdur.
وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ الْعَلِيِّ الْعَظِيْمِ۔
Sonra üç dəfə de:
اَلْحَمْدُ لِلّٰهِ الَّذِيْ يَفْعَلُ مَا يَشَاۤءُ
Həmd-səna o Allaha məxsusdur ki, istədiyini edir, Ondan qeyri kimsə istədiyini edə bilmir.
وَ لَا يَفْعَلُ مَا يَشَاۤءُ غَيْرُهُ
Daha sonra de:
سُبْحَانَكَ لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ
Sən pak və münəzzəhsən, Səndən qeyri İlah yoxdur, mənim bütün günahlarımı bağışla, həqiqətən Səndən qeyri kimsə bütün günahları bağışlamır.
اغْفِرْ لِي ذُنُوْبِيْ كُلَّهَا جَمِيْعًا
فَاِنَّهُ لَا يَغْفِرُ الذُّنُوْبَ كُلَّهَا جَمِيْعًا اِلَّا اَنْتَ:
Sonra məğribin nafiləsini qıl. Məğrib namazının nafiləsi dörd rəkətdir (iki rəkət-iki rəkət qılınır). Məğrib namazı ilə onun nafiləsi arasında söz danışma.
Mərhum Şeyx Tusi yazır: Hədisə istinadən, birinci rəkətdə Fatihədən sonra Kafirun surəsini, ikinci rəkətdə İxlas surəsini oxu. O biri iki rəkətdə isə istədiyin surəni oxu.
Hədislərin birində oxuyuruq ki, İmam Həsən Əskəri (ə) (məğrib namazının nafiləsində) üçüncü rəkətdə Fatihədən sonra "Hədid" surəsinin ilk ayələrini - 1-ci ayədən 6-cı ayəyə qədər, dördüncü rəkətdə Fatihədən sonra "Həşr" surəsinin axırıncı ayələrini - 21-ci ayədən 24-cü ayəyə qədər oxuyardı.
Hər gecə, xüsusilə də cümə gecəsi nafilələrin axırıncı rəkətində yeddi dəfə bu duanı oxumaq müstəhəbdir:
اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِوَجْهِكَ الْكَرِيْمِ
Ey Allahım, kərim zatına, əzəmətli adına və qədim hökmdarlığına xatir Səndən istəyirəm ki, Məhəmmədə və onun xanidanına salam göndərəsən, böyük günahımı bağışlayasan, çünki böyüyü (böyük günahı) böyükdən (böyük Rəbbdən) qeyri kimsə bağışlamır.
وَ اسْمِكَ الْعَظِيْمِ
وَ مُلْكِكَ الْقَدِيْمِ
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
وَ اَنْ تَغْفِرَ لِيْ ذَنْبِيَ الْعَظِيْمَ
اِنَّهُ لَا يَغْفِرُ الْعَظِيْمَ اِلَّا الْعَظِيْمُ،
Nafilədən sonra bu dualar da oxunur: a) On dəfə bu kəlməni de:
مَا شَاۤءَ اللهُ
Allah nəyi istəsə (o da olacaq), Allahdan qeyri qüvvə yoxdur, Allahdan bağışlanma istəyirəm.
لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ
اَسْتَغْفِرُ اللهَ
b) Bu duanı oxu:
اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ مُوْجِبَاتِ رَحْمَتِكَ
Ey Allahım, rəhmətinə və məğfirətinə səbəb olan vasitələri, oddan və hər çətinlikdən xilas olmağı, əmin-amanlıq məkanında Cənnətə və rizvana, Sənin peyğəmbərin Məhəmmədin – salam olsun ona və onun xanidanına – qonşuluğuna nail olmağı Səndən istəyirəm. Ey Allahım, bizim bütün nemətlərimiz Sənin tərəfindəndir, Səndən qeyri İlah yoxdur. Mən Səndən bağışlanma diləyir və Sənə tərəf qayıdıram.
وَ عَزَاۤئِمَ مَغْفِرَتِكَ
وَ النَّجَاةَ مِنَ النَّارِ
وَ مِنْ كُلِّ بَلِيَّةٍ
وَ الْفَوْزَ بِالْجَنَّةِ
وَ الرِّضْوَانَ [الرِّضْوَانِ‏] فِي دَارِ السَّلَامِ
وَ جِوَارَ [جِوَارِ] نَبِيِّكَ مُحَمَّدٍ عَلَيْهِ وَ اٰلِهِ السَّلَامُ
اَللّٰهُمَّ مَا بِنَا مِنْ نِعْمَةٍ فَمِنْكَ
لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ
اَسْتَغْفِرُكَ وَ اَتُوْبُ اِلَيْكَ