"Qamus" duası adı ilə məşhurdur.
Şeyx Nuri "Səhifətun sanəviyətun Ələviyyə" kitabında bu duanı nəql etmiş və belə buyurmuşdur: "Tilsim və təsxirlə məşğul olan alimlərin sözlərində bu dua üçün çox qəribə izahlar və çox güclü təsirlərə malik olması gəlmişdir. Onlara etimad etmədiyimdən onları nəql etmirəm. Amma duanın özünü keçmiş dövrün alimlərinə tabe olaraq gətirirəm. Dua belədir:
بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Bağışlayan və mehriban Allahın adı ilə! İlahi, məni yeganəliyinlə bağlı mərifət dəryasına daxil et və vəhdaniyyət dənizində yuyundur! Qüvvət, iqtidar və hakimiyyətinin yeganəliyinə xatir məni qüvvətli et ki, rəhmət, lütf və yaxınlığının aydınlığı simamda zahir olduğu, əzəmət və heybətin vücudumda əks etdiyi, mərhəmət, paklamaq və təlimin sayəsində izzət və böyüklük məqamına yetişdiyim halda, Sənin geniş rəhmət fəzana daxil olum. Mənə (əynimə) izzət libası geyindirib (duası) qəbul olunanlardan et, vüsalına qovuşmaq və Səninlə rabitə saxlamaq yollarını keçməyi mənə asanlaşdır, başımı kəramət və vüqar tacı ilə uca, qəlbimi dünya və axirətdə dostlarınla munis, mübarək adlarının nurundan mənə böyüklük və gözəlliyi ruzi et ki, qəlb və ruhlar mənə müti, cisim və bədənlər mənim yanımda təvazökar olsunlar. Ey qarşısında qoluzorlular zəlil və xar, müqabilində padşahların başları təvazökar (aşağı) olan! Səndən Sənin özünə sığınmaqdan başqa pənah yeri yoxdur. Sənin yardımından başqa, nə bir yardım var, nə də səndən başqasına etimad etmək olar. İlahi, məni həsəd edənlərin məkri və inadkarların şərinin zülmətindən qoru! Mənə rəhm et ki, Sənin ərşinin pərdələri (mühafizəsi) altında yer tutum, ey ehsan edənlərin ən səxavətlisi, zahirimi razılığına səbəb olanları əldə etməklə möhkəmləndir, qəlbim və batinimi sənə doğru seyri-süluk etmək yolunda mərifətlə nuraniləşdir. İlahi, Sənin dərgahına daxil olduğum və Sənə etimad etdiyim halda, oradan necə əliboş və məhrum geri qayıdım?! Məni dua etməyə əmr etdiyin və indi də mənim Sənə üz tutaraq pənah gətirdiyim halda, sonsuz rəhmət və bəxşişlərindən məyus edərsənmi?! Mənimlə düşmənlərim arasında, Öz düşmənlərin arasında fasilə saldığın kimi ayrılıq və fasilə sal. Sənə and verirəm müqəddəs nurunu və böyüklüyünü, düşmənlərimin gözlərini məni görməkdən məhrum və kor et. Sənə and verirəm müqəddəs nurunu və böyüklüyünü, həqiqətən, Sən, Səninlə raz-niyaz edənlərə böyük nemətləri kəramətlə bəxş edənsən. Lütf və rəhmətinə xatir, ey diri və əbədi, izzət və calal sahibi, bizim sərvərimiz və peyğəmbərimiz Məhəmməd və onun pak-pakizə olan Əhli-beytinə salam yetir!
رَبِّ اَدْخِلْنِيْ فِيْ لُجَّةِ بَحْرِ اَحَدِيَّتِكَ
وَ طَمْطَامِ يَمِّ وَحْدَانِيَّتِكَ
وَ قَوِّنِيْ بِقُوَّةِ سَطْوَةِ سُلْطَانِ فَرْدَانِيَّتِكَ
حَتّٰى اَخْرُجَ اِلٰى فَضَاۤءِ سَعَةِ رَحْمَتِكَ
وَ فِيْ وَجْهِيْ لَمَعَاتُ بَرْقِ الْقُرْبِ مِنْ اٰثَارِ حِمَايَتِكَ
بِتَعْلِيْمِكَ وَ تَزْكِيَتِكَ
وَ اَلْبِسْنِيْ خِلَعَ الْعِزَّةِ وَ الْقَبُوْلِ
وَ سَهِّلْ لِيْ مَنَاهِجَ الْوُصْلَةِ وَ الْوُصُوْلِ
وَ تَوِّجْنِيْ بِتَاجِ الْكَرَامَةِ وَ الْوَقَارِ
وَ اَلِّفْ بَيْنِيْ وَ بَيْنَ اَحِبَّاۤئِكَ
فِيْ دَارِ الدُّنْيَا وَ دَارِ الْقَرَارِ
وَ ارْزُقْنِيْ مِنْ نُوْرِ اسْمِكَ هَيْبَةً وَ سَطْوَةً
تَنْقَادُ لِيَ الْقُلُوْبُ وَ الْاَرْوَاحُ
وَ تَخْضَعُ لَدَيَّ النُّفُوْسُ وَ الْاَشْبَاحُ
يَا مَنْ ذَلَّتْ لَهُ رِقَابُ الْجَبَابِرَةِ
وَ خَضَعَتْ لَدَيْهِ اَعْنَاقُ الْاَكَاسِرَةِ
لَا مَلْجَاَ وَ لَا مَنْجٰى مِنْكَ اِلَّا اِلَيْكَ
وَ لَاۤ اِعَانَةَ اِلَّا بِكَ
وَ لَاۤ اِتِّكَاۤءَ اِلَّا عَلَيْكَ
اِدْفَعْ عَنِّيْ كَيْدَ الْحَاسِدِيْنَ،
وَ ظُلُمَاتِ شَرِّ الْمُعَانِدِيْنَ
وَ ارْحَمْنِيْ تَحْتَ سُرَادِقَاتِ عَرْشِكَ
يَاۤ اَكْرَمَ الْاَكْرَمِيْنَ
اَيِّدْ ظَاهِرِيْ فِيْ تَحْصِيْلِ مَرَاضِيْكَ
وَ نَوِّرْ قَلْبِيْ وَ سِرِّيْ بِالْاِطِّلَاعِ عَلٰى مَنَاهِجِ مَسَاعِيْكَ
اِلٰهِيْ كَيْفَ اَصْدُرُ عَنْ بَابِكَ بِخَيْبَةٍ مِنْكَ
وَ قَدْ وَرَدْتُهُ عَلٰى ثِقَةٍ بِكَ
وَ كَيْفَ تُؤْيِسُنِيْ [تُوْئِسُنِيْ] مِنْ عَطَاۤئِكَ
وَ قَدْ اَمَرْتَنِيْ بِدُعَاۤئِكَ
وَ هَا اَنَا مُقْبِلٌ عَلَيْكَ
بَاعِدْ بَيْنِيْ وَ بَيْنَ اَعْدَاۤئِي
كَمَا بَاعَدْتَ بَيْنَ اَعْدَاۤئِي
اخْتَطِفْ اَبْصَارَهُمْ عَنِّيْ
الْمُعْطِيْ جَلَاۤئِلَ النِّعَمِ الْمُكَرَّمَةِ
لِمَنْ نَاجَاكَ بِلَطَاۤئِفِ رَحْمَتِكَ
يَا ذَا الْجَلَالِ وَ الْاِكْرَامِ
وَ صَلَّى اللهُ عَلٰى سَيِّدِنَا وَ نَبِيِّنَا مُحَمَّدٍ
وَ اٰلِهِ اَجْمَعِيْنَ الطَّيِّبِيْنَ الطَّاهِرِيْنَ۔