İMAM RZANIN (Ə) ZİYARƏTİNDƏN SONRA OXUNAN DUA
Əllamə Məclisi Şeyx Mufiddən nəql edir: Müstəhəbdir ki, hörmətli zəvvar İmam Rzanı (ə) ziyarət etdikdən sonra bu duanı oxusun:
اَللّٰهُمَّ اِنِّيْۤ اَسْاَلُكَ يَاۤ اَللّٰهُ
Ey Allahım, Səndən istəyirəm; ey o Allah ki, hökmranlığı daimidir, izzəti əbədidir, hakimiyyəti iqtidarlıdır, böyüklükdə təkdir, əbədilikdə yeganədir, məxluqat arasında ədalətlidir, hökm çıxartmaqda alimdir, cəzanı təxirə salmaqda alicənabdır. İlahi, ehtiyaclarım Sənə yönəlmiş və arzularım dərgahında bəllidir. Hər bir xeyirli bir işə məni müvəffəq etdikdə, Sən məni ona tərəf yönəltdin və Sən mənim ona doğru olan yolum oldun. Ey istəklər qarşısında aciz qalmayan qüdrətli! Ey hər rəğbətlinin sığındığı güc-qüvvə sahibi! Daim Sənin nemətlərdən faydalanmış , Sənin ehsan və kərəmin mənim kənarımda olmuşdur. Səndən istəyirəm hər şeyə nüfuz edən qüdrətinə xatir, az bir dua ilə uzaqlaşdırdığın qəti hökmünə xatir; o nəzərinə xatir ki, onu dağlara saldın və dağlar dikəldilər, onu yerlərə saldın və yerlər açılıb sərildilər, onu asimanlara saldın və asimanlar yüksəldilər, onu sulara saldın və sular axdılar; ey bəşərin görmə vasitələrindən yüksəkdə duran kəs, ey zehindən keçən incə düşüncələrdən daha lətif olan kəs; ey Ağam, Səni yalnız Sənin tərəfindən olan tövfiq sayəsində həmd-səna etmək olar ki, bunun özü də başqa bir həmd-səna tələb edir və ən kiçik nemətlərinə şükür etmək belə başqa bir şükrü tələb edir. Nə vaxt nemətlərin saya gələr, ey mənim məbudum?! Nemətlərinə necə minnətdar olmaq olar, ey mənim mövlam?! Nə vaxt nemətlərinin əvəzini vermək olar, ey mənim sərvərim?! Sənin nemətlətin sayəsindədir ki, sitayiş edənlər sitayiş edirlər. Sənin şükrünün sayəsindədir ki, şükür edənlər şükür edirlər. Günahların bağışlanmasında etimad ediləcək və xətakarların (xətalarının) gizlədilməsinə zəmin yaradacaq kəs Sənsən. Qüdrətinlə çətinlikləri həll edən Sənsən. Sənin səbrin nə qədər günahların üstünü örtdü və beləcə onlar aradan getdilər. Sənin fəzl və kərəmin nə qədər yaxşılıqları artırdı və beləcə onların mükafatları çoxaldı. Sən qat-qat ucasan ondan ki, Sənin ədalətindən qeyri bir şeydən qorxsunlar, Sənin ehsan və lütfündən qeyri bir şeyə ümidvar olsunlar. Elə isə, fəzl və kərəminin tələbilə mənə minnət qoy və ədalətinin hökmü ilə məni xar etmə. Ey Ağam, əgər yer mənim günahlarımdan xəbərdar olsaydı, məni öz təkinə çəkərdi; yaxud dağlar məni bir-birinə çırpardı; asimanlar məni özünə tərəf çəkərdi; yaxud dənizlər məni qərq edərdi. Ey Ağam, ey Ağam, ey Ağam! Ey Mövlam, ey Mövlam, ey Mövlam! Mən dəfələrlə Sənin qonaqlığına gəlmişəm, elə isə, istək diləyənlərə vədə etdiklərindən məni məhrum etmə. Ey ariflərin tanıdığı, ey abidlərin ibadət etdiyi, ey şakirlərin şükür etdiyi, ey zakirlərin həmnişini, ey sitayiş edənlərin sitayiş etdiyi, ey dilək diləyənlərin yanında hazır olan, ey hər yeganəpərəstin vəsf etdiyi, ey sevənlərin məhbubu, ey istəyənlərin istəyinə cavab verən, ey tövbə edənlərin dönüş yeri; ey o kəs ki, Səndən qeyri kimsə qeybi bilmir; ey o kəs ki, Səndən qeyri kimsə pisliyi uzaqlaşdırmır; ey o kəs ki, Səndən qeyri kimsə işləri idarə etmir; ey o kəs ki, Səndən qeyri kimsə günahı bağışlamır; ey o kəs ki, Səndən qeyri kimsə məxluqatı yaratmır; ey o kəs ki, Səndən qeyri kimsə yağış endirmir! Məhəmmədə və Ali-Məhəmmədə salam göndər və məni bağışla, ey bağışlayanların ən yaxşısı! Ey Rəbbim, həya ilə Səndən bağışlanma diləyirəm, ümidvarlıqla Səndən bağışlanma diləyirəm, tövbə ilə Səndən bağışlanma diləyirəm, rəğbət ilə Səndən bağışlanma diləyirəm, qorxu ilə Səndən bağışlanma diləyirəm, itaət ilə Səndən bağışlanma diləyirəm, iman ilə Səndən bağışlanma diləyirəm, (günahı) etiraf ilə Səndən bağışlanma diləyirəm, ixlas ilə Səndən bağışlanma diləyirəm, təqva ilə Səndən bağəşlanma diləyirəm, təvəkkül ilə Səndən bağışlanma diləyirəm, xüşu ilə Səndən bağışlanma diləyirəm, (əmrlərinə) əməl etməklə və Səndən Sənə tərəf qaçmaqla Səndən bağışlanma diləyirəm. Məhəmmədə və Ali-Məhəmmədə salam göndər və rəhmətini mənə, ata-anama şamil et, necə ki, bütün məxluqatına şamil etmisən. Ey rəhimlilərin ən rəhimlisi! Ey o kəs ki, bağışlayan və mehriban adlandırılmısan; ey o kəs ki, bağışlayan və mehriban adlandırılmısan; ey kəs ki, bağışlayan və mehriban adlandırılmısan! Məhəmmədə və Ali-Məhəmmədə salam göndər və mənim tövbəmi qəbul et, əməlimi paklaşdır, səyimi mükafatlandır, çarəsizliyimə rəhm et, səsimi pərdə arxasında saxlama (istəyimi unutma) və məni naümid etmə, ey dada çağıranların dadına çatan! Mənim salamımı və duamı İmamlarıma çatdır. Səndən dilədiyim hər bir istəkdə onları mənə şəfaətçi et. Mənim hədiyyəmi onların şəninə layiq olan şəkildə onlara çatdır və Özünün layiq olduğu şəkildə bu hədiyyəni artır; o qədər ki, Səndə qeyri kimsə onu saya bilməsin. Uca və əzəmətli Allahdan qeyri kimsə qüc-qüvvə sahibi deyil. Allah elçilərinin ən pakı Məhəmmədə və onun xanidanına salam göndərsin.
الدَّاۤئِمُ فِيْ مُلْكِهِ
الْمُطَاعُ فِيْ سُلْطَانِهِ
الْمُتَفَرِّدُ فِيْ كِبْرِيَاۤئِهِ
الْمُتَوَحِّدُ فِيْ دَيْمُوْمِيَّةِ بَقَاۤئِهِ
الْعَادِلُ فِيْ بَرِيَّتِهِ
الْعَالِمُ فِيْ قَضِيَّتِهِ
الْكَرِيْمُ فِيْ تَأْخِيْرِ عُقُوْبَتِهِ
اِلٰهِيْ حَاجَاتِيْ مَصْرُوْفَةٌ اِلَيْكَ
وَ اٰمَالِيْ مَوْقُوْفَةٌ لَدَيْكَ
وَ كُلَّمَا وَفَّقْتَنِيْ مِنْ خَيْرٍ
فَاَنْتَ دَلِيْلِيْ عَلَيْهِ وَ طَرِيْقِيْ اِلَيْهِ
يَا قَدِيْرًا لَا تَئُوْدُهُ الْمَطَالِبُ
يَا مَلِيًّا يَلْجَاُ اِلَيْهِ كُلُّ رَاغِبٍ
مَا زِلْتُ مَصْحُوْبًا مِنْكَ بِالنِّعَمِ
جَارِيًا عَلٰى عَادَاتِ الْاِحْسَانِ وَ الْكَرَمِ
اَسْاَلُكَ بِالْقُدْرَةِ النَّافِذَةِ فِيْ جَمِيْعِ الْاَشْيَاۤءِ
وَ قَضَاۤئِكَ الْمُبْرَمِ الَّذِيْ تَحْجُبُهُ بِاَيْسَرِ الدُّعَاۤءِ
وَ بِالنَّظْرَةِ الَّتِيْ نَظَرْتَ بِهَاۤ اِلَى الْجِبَالِ فَتَشَامَخَتْ
وَ اِلَى الْاَرَضِيْنَ فَتَسَطَّحَتْ
وَ اِلَى السَّمَاوَاتِ فَارْتَفَعَتْ
وَ اِلَى الْبِحَارِ فَتَفَجَّرَتْ
يَا مَنْ جَلَّ عَنْ اَدَوَاتِ لَحَظَاتِ الْبَشَرِ
وَ لَطُفَ عَنْ دَقَاۤئِقِ خَطَرَاتِ الْفِكَرِ
لَا تُحْمَدُ يَا سَيِّدِيْۤ اِلَّا بِتَوْفِيْقٍ مِنْكَ يَقْتَضِيْ حَمْدًا
وَ لَا تُشْكَرُ عَلٰۤى اَصْغَرِ مِنَّةٍ اِلَّا اسْتَوْجَبْتَ بِهَا شُكْرًا
فَمَتٰى تُحْصٰى نَعْمَاۤؤُكَ يَاۤ اِلٰهِيْ
وَ تُجَازٰىۤ اٰلَاۤؤُكَ يَا مَوْلَايَ
وَ تُكَافَاُ صَنَاۤئِعُكَ يَا سَيِّدِيْ
وَ مِنْ نِعَمِكَ يَحْمَدُ الْحَامِدُوْنَ
وَ مِنْ شُكْرِكَ يَشْكُرُ الشَّاكِرُوْنَ
وَ اَنْتَ الْمُعْتَمَدُ لِلذُّنُوْبِ فِيْ عَفْوِكَ
وَ النَّاشِرُ عَلَى الْخَاطِئِيْنَ جَنَاحَ سَتْرِكَ
وَ اَنْتَ الْكَاشِفُ لِلضُّرِّ بِيَدِكَ
فَكَمْ مِنْ سَيِّئَةٍ اَخْفَاهَا حِلْمُكَ حَتّٰى دَخِلَتْ
وَ حَسَنَةٍ ضَاعَفَهَا فَضْلُكَ حَتّٰى عَظُمَتْ عَلَيْهَا مُجَازَاتُكَ
جَلَلْتَ اَنْ يُخَافَ مِنْكَ اِلَّا الْعَدْلُ
وَ اَنْ يُرْجٰى مِنْكَ اِلَّا الْاِحْسَانُ وَ الْفَضْلُ
فَامْنُنْ عَلَيَّ بِمَاۤ اَوْجَبَهُ فَضْلُكَ
وَ لَا تَخْذُلْنِيْ بِمَا يَحْكُمُ بِهِ عَدْلُكَ
سَيِّدِيْ لَوْ عَلِمَتِ الْاَرْضُ بِذُنُوْبِيْ لَسَاخَتْ بِيْ
اَوِ الْجِبَالُ لَهَدَّتْنِيْ
اَوِ السَّمَاوَاتُ لَاخْتَطَفَتْنِيْ
اَوِ الْبِحَارُ لَاَغْرَقَتْنِيْ
سَيِّدِيْ سَيِّدِيْ سَيِّدِيْ
مَوْلَايَ مَوْلَايَ مَوْلَايَ
قَدْ تَكَرَّرَ وُقُوْفِيْ لِضِيَافَتِكَ
فَلَا تَحْرِمْنِيْ مَا وَعَدْتَ الْمُتَعَرِّضِيْنَ لِمَسْاَلَتِكَ
يَا مَعْرُوْفَ الْعَارِفِيْنَ
يَا مَعْبُوْدَ الْعَابِدِيْنَ
يَا مَشْكُوْرَ الشَّاكِرِيْنَ
يَا جَلِيْسَ الذَّاكِرِيْنَ
يَا مَحْمُوْدَ مَنْ حَمِدَهُ
يَا مَوْجُوْدَ مَنْ طَلَبَهُ
يَا مَوْصُوْفَ مَنْ وَحَّدَهُ
يَا مَحْبُوْبَ مَنْ اَحَبَّهُ
يَا غَوْثَ مَنْ اَرَادَهُ
يَا مَقْصُوْدَ مَنْ اَنَابَ اِلَيْهِ
يَا مَنْ لَا يَعْلَمُ الْغَيْبَ اِلَّا هُوَ
يَا مَنْ لَا يَصْرِفُ السُّوْۤءَ اِلَّا هُوَ
يَا مَنْ لَا يُدَبِّرُ الْاَمْرَ اِلَّا هُوَ
يَا مَنْ لَا يَغْفِرُ الذَّنْبَ اِلَّا هُوَ
يَا مَنْ لَا يَخْلُقُ الْخَلْقَ اِلَّا هُوَ
يَا مَنْ لَا يُنَزِّلُ الْغَيْثَ اِلَّا هُوَ
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اغْفِرْ لِيْ يَا خَيْرَ الْغَافِرِيْنَ
رَبِّ اِنِّيْۤ اَسْتَغْفِرُكَ اسْتِغْفَارَ حَيَاۤءٍ
وَ اَسْتَغْفِرُكَ اسْتِغْفَارَ رَجَاۤءٍ
وَ اَسْتَغْفِرُكَ اسْتِغْفَارَ اِنَابَةٍ
وَ اَسْتَغْفِرُكَ اسْتِغْفَارَ رَغْبَةٍ
وَ اَسْتَغْفِرُكَ اسْتِغْفَارَ رَهْبَةٍ
وَ اَسْتَغْفِرُكَ اسْتِغْفَارَ طَاعَةٍ
وَ اَسْتَغْفِرُكَ اسْتِغْفَارَ اِيْمَانٍ
وَ اَسْتَغْفِرُكَ اسْتِغْفَارَ اِقْرَارٍ
وَ اَسْتَغْفِرُكَ اسْتِغْفَارَ اِخْلَاصٍ
وَ اَسْتَغْفِرُكَ اسْتِغْفَارَ تَقْوٰى
وَ اَسْتَغْفِرُكَ اسْتِغْفَارَ تَوَكُّلٍ
وَ اَسْتَغْفِرُكَ اسْتِغْفَارَ ذِلَّةٍ
وَ اَسْتَغْفِرُكَ اسْتِغْفَارَ عَامِلٍ لَكَ
فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ تُبْ عَلَيَّ وَ عَلٰى وَالِدَيَّ
بِمَا تُبْتَ وَ تَتُوْبُ عَلٰى جَمِيْعِ خَلْقِكَ
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ
يَا مَنْ يُسَمّٰى بِالْغَفُوْرِ الرَّحِيْمِ
يَا مَنْ يُسَمّٰى بِالْغَفُوْرِ الرَّحِيْمِ
يَا مَنْ يُسَمّٰى بِالْغَفُوْرِ الرَّحِيْمِ
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ لَا تُخَيِّبْ مَسْاَلَتِيْ
يَا غَوْثَ الْمُسْتَغِيْثِيْنَ
وَ اَبْلِغْ اَئِمَّتِيْ سَلَامِيْ وَ دُعَاۤئِيْ
وَ شَفِّعْهُمْ فِيْ جَمِيْعِ مَا سَاَلْتُكَ
وَ اَوْصِلْ هَدِيَّتِيْۤ اِلَيْهِمْ كَمَا يَنْبَغِيْ لَهُمْ
وَ زِدْهُمْ مِنْ ذٰلِكَ مَا يَنْبَغِيْ لَكَ
بِاَضْعَافٍ لَا يُحْصِيْهَا غَيْرُكَ
وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ الْعَلِيِّ الْعَظِيْمِ
وَ صَلَّى اللّٰهُ عَلٰۤى اَطْيَبِ الْمُرْسَلِيْنَ
مُحَمَّدٍ وَ اٰلِهِ الطَّاهِرِيْنَ۔