Bağışlayan və mehriban Allahın adıyla.
لَا لِاَمْرِهِ تَعْقِلُوْنَ
Nə onun əmrlərini təfəkkür edirsiniz,
وَ لَا مِنْ اَوْلِيَاۤئِهِ تَقْبَلُوْنَ
nə də onun vəlilərinin sözlərini qəbul edirsiniz.
حِكْمَةٌ بَالِغَةٌ فَمَا تُغْنِيْ النُّذُرُ
Bu müdrik bir hikmətdir. Xəbərdarlıqlar bir fayda verməz
عَنْ قَوْمٍ لَایُؤْمِنُونَ،
iman gətirməyənlərə.
اَلسَّلَامُ عَلَيْنَا وَ عَلٰى عِبَادِ اللّٰهِ الصَّالِحِيْنَ
Salam olsun bizə və Allahın saleh bəndələrinə.
Ali-Yasin ziyarəti "Biharul-ənvar"a istinadən belədir:
سَلَامٌ عَلٰىۤ اٰلِ يٰسٓ,
Salam olsun Ali-Yasinə.
اَلسَّلَامُ عَلَيْكَ يَا دَاعِيَ اللّٰهِ وَ رَبَّانِيَّ اٰيَاتِهِ،
Salam olsun sənə ey Allaha tərəf dəvət edən və Allah ayələri ilə tərbiyələnən.
اَلسَّلَامُ عَلَيْكَ يَا بَابَ اللّٰهِ وَ دَيَّانَ دِيْنِهِ،
Salam olsun sənə ey Allahın (rəhmət) qapısı və Onun dininin mübəlliği (hakimi).
اَلسَّلَامُ عَلَيْكَ يَا خَلِيْفَةَ اللّٰهِ وَ نَاصِرَ حَقِّهِ،
Salam olsun sənə ey Allahın xəlifəsi və Onun haqqının köməkçisi.
اَلسَّلَامُ عَلَيْكَ يَا حُجَّةَ اللّٰهِ وَ دَلِيْلَ اِرَادَتِهِ،
Salam olsun sənə ey Allahın hüccəti və Onun iradəsinin bələdçisi.
اَلسَّلَامُ عَلَيْكَ يَا تَالِيَ كِتَابِ اللّٰهِ وَ تَرْجُمَانَهُ،
Salam olsun sənə ey Allahın kitabını tilavət edən və onun təfsirçisi (tərcümanı).
اَلسَّلَامُ عَلَيْكَ فِيۤ اٰنَاۤءِ لَيْلِكَ وَ اَطْرَافِ نَهَارِكَ،
Salam olsun sənə gecə və gündüz boyunca.
اَلسَّلَامُ عَلَيْكَ يَا بَقِيَّةَ اللّٰهِ فِيْ اَرْضِهِ،
Salam olsun sənə ey yer üzündə Allahın azuqəsi (Bəqiyyətullah).
اَلسَّلَامُ عَلَيْكَ يَا مِيْثَاقَ اللّٰهِ، الَّذِيْ اَخَذَهُ وَ وَكَّدَهُ.
Salam olsun sənə ey Allahın aldığı və möhkəmləndirdiyi əhd-peyman.
اَلسَّلَامُ عَلَيْكَ يَا وَعْدَ اللّٰهِ، الَّذِيْ ضَمِنَهُ.
Salam olsun sənə ey Allahın zəmanət verdiyi vəd.
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْعَلَمُ الْمَنْصُوْبُ،
Salam olsun sənə ey (hidayət üçün) təyin edilən nişanə (bayraq),
وَ الْعِلْمُ الْمَصْبُوْبُ،
və (başımıza) yağan elm,
وَ الْغَوْثُ وَ الرَّحْمَةُ الْوَاسِعَةُ
və dada çatan (ğəvs), geniş rəhmət,
وَعْدًا غَيْرَ مَكْذُوْبٍ.
yalan olmayan (doğru) vəd!
اَلسَّلَامُ عَلَيْكَ حِيْنَ تَقُوْمُ.
Salam olsun sənə ayağa qalxdığın zaman.
اَلسَّلَامُ عَلَيْكَ حِيْنَ تَقْعُدُ.
Salam olsun sənə əyləşdiyin zaman.
اَلسَّلَامُ عَلَيْكَ حِيْنَ تَقْرَاُ وَ تُبَيِّنُ.
Salam olsun sənə (Quran) oxuduğun və bəyan (təfsir) etdiyin zaman.
اَلسَّلَامُ عَلَيْكَ حِيْنَ تُصَلِّيْ وَ تَقْنُتُ.
Salam olsun sənə namaz qıldığın və qunut tutduğun zaman.
اَلسَّلَامُ عَلَيْكَ حِيْنَ تَرْكَعُ وَ تَسْجُدُ.
Salam olsun sənə rüku və səcdə etdiyin zaman.
اَلسَّلَامُ عَلَيْكَ حِيْنَ تُهَلِّلُ وَ تُكَبِّرُ.
Salam olsun sənə təhlil (Lə ilahə illəllah) və təkbir (Allahu əkbər) dediyin zaman.
اَلسَّلَامُ عَلَيْكَ حِيْنَ تَحْمَدُ وَ تَسْتَغْفِرُ.
Salam olsun sənə həmd-səna dediyin və bağışlanma dilədiyin zaman.
اَلسَّلَامُ عَلَيْكَ حِيْنَ تُصْبِحُ وَ تُمْسِيۤ.
Salam olsun sənə sabaha daxil olduğun və axşama çatdığın zaman.
اَلسَّلَامُ عَلَيْكَ فِي اللَّيْلِ اِذَا يَغْشٰى،
Salam olsun sənə (zülmət çökdüyü) gecədə,
وَ النَّهَارِ اِذَا تَجَلّٰىۤ.
və (aydınlaşdığı) gündüzdə.
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْاِمَامُ الْمَأْمُوْنُ.
Salam olsun sənə ey etibarlı (əmin) imam.
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْمُقَدَّمُ الْمَأْمُوْلُ
Salam olsun sənə ey hamının arzuladığı önə keçən.
اَلسَّلَامُ عَلَيْكَ بِجَوَامِعِ السَّلَامِ.
Bütün salamlar (kamil şəkildə) sənə olsun.
اُشْهِدُكَ يَا مَوْلَايَ،
Ey mövlam, səni şahid tutur (və şəhadət verirəm) ki,
اَنِّيۤ اَشْهَدُ اَنْ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ،
mən şəhadət verirəm ki, Allahdan başqa heç bir ilah yoxdur,
وَحْدَهُ لَا شَرِيْكَ لَهُ،
O təkdir, şəriki yoxdur,
وَ اَنَّ مُحَمَّدًا عَبْدُهُ وَ رَسُوْلُهُ،
və Məhəmməd Onun bəndəsi və elçisidir,
لَا حَبِيْبَ اِلَّا هُوَ وَ اَهْلُهُ،
ondan və onun Əhli-beytindən başqa məhbub yoxdur.
وَ اُشْهِدُكَ يَا مَوْلَايَ،
Ey mövlam, səni şahid tuturam ki,
اَنَّ عَلِيًّا اَمِيْرَ الْمُؤْمِنِيْنَ حُجَّتُهُ،
Əmirəl-möminin Əli Allahın hüccətidir,
وَ الْحَسَنَ حُجَّتُهُ،
Həsən Onun hüccətidir,
وَ الْحُسَيْنَ حُجَّتُهُ،
Hüseyn Onun hüccətidir,
وَ عَلِيَّ بْنَ الْحُسَيْنِ حُجَّتُهُ،
Əli ibn Hüseyn Onun hüccətidir,
وَ مُحَمَّدَ بْنَ عَلِيٍّ حُجَّتُهُ،
Məhəmməd ibn Əli Onun hüccətidir,
وَ جَعْفَرَ بْنَ مُحَمَّدٍ حُجَّتُهُ،
Cəfər ibn Məhəmməd Onun hüccətidir,
وَ مُوْسَى بْنَ جَعْفَرٍ حُجَّتُهُ،
Musa ibn Cəfər Onun hüccətidir,
وَ عَلِيَّ بْنَ مُوْسٰى حُجَّتُهُ،
Əli ibn Musa Onun hüccətidir,
وَ مُحَمَّدَ بْنَ عَلِيٍّ حُجَّتُهُ،
Məhəmməd ibn Əli Onun hüccətidir,
وَ عَلِيَّ بْنَ مُحَمَّدٍ حُجَّتُهُ،
Əli ibn Məhəmməd Onun hüccətidir,
وَ الْحَسَنَ بْنَ عَلِيٍّ حُجَّتُهُ،
Həsən ibn Əli Onun hüccətidir.
وَ اَشْهَدُ اَنَّكَ حُجَّةُ اللّٰهِ،
Şəhadət verirəm ki, sən (də) Allahın hüccətisən;
اَنْتُمُ الْاَوَّلُ وَ الْاٰخِرُ،
siz əvvəl və axırsınız,
وَ اَنَّ رَجْعَتَكُمْ حَقٌّ لَا رَيْبَ فِيْهَا،
və sizin rəcətiniz (qayıdışınız) haqdır, onda heç bir şəkk yoxdur.
يَوْمَ لَا يَنْفَعُ نَفْسًا اِيْمَانُهَا،
O gün ki, heç bir kəsə imanı fayda verməz,
لَمْ تَكُنْ اٰمَنَتْ مِنْ قَبْلُ
əgər əvvəlcədən iman gətirməyibsə,
اَوْ كَسَبَتْ فِيۤ اِيْمَانِهَا خَيْرًا.
yaxud imanında bir xeyir qazanmayıbsa (əməl etməyibsə).
وَ اَنَّ الْمَوْتَ حَقٌّ،
Və həqiqətən ölüm haqdır,
وَ اَنَّ نَاكِرًا وَ نَكِيْرًا حَقٌّ،
və Nakir ilə Nəkir (mələkləri) haqdır.
وَ اَشْهَدُ اَنَّ النَّشْرَ حَقٌّ،
Şəhadət verirəm ki, (əməllərin) yayılması (nəşr) haqdır,
وَ الْبَعْثَ حَقٌّ،
dirilmə (bə's) haqdır,
وَ اَنَّ الصِّرَاطَ حَقٌّ،
və Sirat haqdır,
وَ الْمِرْصَادَ حَقٌّ،
pusqu (mirsad) haqdır,
وَ الْمِيْزَانَ حَقٌّ،
tərəzi (mizan) haqdır,
وَ الْحَشْرَ حَقٌّ،
məhşərə cəm edilmək haqdır,
وَ الْحِسَابَ حَقٌّ،
haqq-hesab haqdır,
وَ الْجَنَّةَ وَ النَّارَ حَقٌّ،
Cənnət və Cəhənnəm haqdır,
وَ الْوَعْدَ وَ الْوَعِيْدَ بِهِمَا حَقٌّ.
onlar barəsindəki vəd və hədə-qorxu haqdır.
يَا مَوْلَايَ شَقِيَ مَنْ خَالَفَكُمْ،
Ey mövlam, sizinlə müxalif olan bədbəxtdir,
وَ سَعِدَ مَنْ اَطَاعَكُمْ،
sizə tabe olan isə xoşbəxtdir.
فَاشْهَدْ عَلٰى مَاۤ اَشْهَدْتُكَ عَلَيْهِ،
Elə isə, səni şahid tutduğum şeylərə (mətləbə) şahidlik et.
وَ اَنَا وَلِيٌّ لَكَ،
Mən sənin dostunam (vəliyəm),
بَرِيۤءٌ مِنْ عَدُوِّكَ،
sənin düşmənindən uzağam (bizaram).
فَالْحَقُّ مَا رَضِيْتُمُوْهُ،
Haqq, sizin razı qaldığınız şeydir,
وَ الْبَاطِلُ مَاۤ اَسْخَطْتُمُوْهُ،
batil isə, sizin qəzəbləndiyiniz (əsxat) şey.
وَ الْمَعْرُوْفُ مَاۤ اَمَرْتُمْ بِهِ،
Yaxşı əməl (məruf), sizin əmr etdiyinizdir,
وَ الْمُنْكَرُ مَا نَهَيْتُمْ عَنْهُ،
pis əməl (munkər) isə, sizin çəkindirdiyinizdir.
فَنَفْسِيْ مُؤْمِنَةٌ بِاللّٰهِ،
Mənim nəfsim Allaha iman gətirib,
وَحْدَهُ لَا شَرِيْكَ لَهُ،
O təkdir, şəriki yoxdur,
وَ بِرَسُوْلِهِ وَ بِاَمِيْرِ الْمُؤْمِنِيْنَ،
və Onun elçisinə və Əmirəl-mömininə (imanım var),
وَ بِكُمْ يَا مَوْلَايَ، اَوَّلِكُمْ وَ اٰخِرِكُمْ،
və sizə ey mövlam, birincinizdən sonuncunuzadək.
وَ نُصْرَتِيْ مُعَدَّةٌ لَكُمْ،
Mənim köməyim sizin üçün hazırdır,
وَ مَوَدَّتِيْ خَالِصَةٌ لَكُمْ،
sevgim (məvəddətim) sizin üçün xalisdir.
اٰمِيْنَ اٰمِيْنَ۔
Amin, Amin!
Sonra bu duanı oxu:
اَللّٰهُمَّ اِنِّيۤ اَسْاَلُكَ، اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ
Ey Allahım, Səndən istəyirəm ki, Məhəmmədə salam göndərəsən,
نَبِيِّ رَحْمَتِكَ، وَ كَلِمَةِ نُوْرِكَ،
rəhmət peyğəmbərinə və nur kəlmənə.
وَ اَنْ تَمْلَاَ قَلْبِيْ نُورَ الْيَقِيْنِ،
Və Səndən istəyirəm ki, qəlbimi yəqinlik nuru ilə doldurasan,
وَ صَدْرِيْ نُوْرَ الْاِيْمَانِ،
sinəmi iman nuru ilə,
وَ فِكْرِيْ نُوْرَ النِّيَّاتِ،
düşüncəmi (fikrimi) niyyət nuru ilə,
وَ عَزْمِيْ نُوْرَ الْعِلْمِ،
əzmimi (iradəmi) elm nuru ilə,
وَ قُوَّتِيْ نُوْرَ الْعَمَلِ،
qüvvəmi (gücümü) əməl nuru ilə,
وَ لِسَانِيْ نُوْرَ الصِّدْقِ،
dilimi sədaqət nuru ilə,
وَ دِيْنِيْ نُوْرَ الْبَصَاۤئِرِ مِنْ عِنْدِكَ،
dinimi Öz dərgahından olan bəsirət nuru ilə,
وَ بَصَرِيْ نُوْرَ الضِّيَاۤءِ،
gözümü ziya (işiq) nuru ilə,
وَ سَمْعِيْ نُوْرَ الْحِكْمَةِ،
qulağımı hikmət nuru ilə,
وَ مَوَدَّتِيْ نُوْرَ الْمُوَالَاةِ لِمُحَمَّدٍ وَ اٰلِهِ
və sevgimi Məhəmməd və Ali-Məhəmmədə olan dostluq nuru ilə,
عَلَيْهِمُ السَّلَامُ،
onlara salam olsun.
حَتّٰىۤ اَلْقَاكَ وَ قَدْ وَفَيْتُ بِعَهْدِكَ وَ مِيْثَاقِكَ،
Ta ki, Sənin əhd-peymanına vəfa etdiyim halda Səninlə görüşüm.
فَتُغَشِّيَنِيْ رَحْمَتَكَ [رَحْمَتُكَ]
Elə isə məni Öz rəhmətinə büründür (əhatə et),
يَا وَلِيُّ يَا حَمِيْدُ.
ey Vəli, ey Həmid (Həmd olunan)!
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə (İmam Zamana) salam göndər;
حُجَّتِكَ فِيۤ اَرْضِكَ،
Sənin yer üzündəki hüccətinə,
وَ خَلِيْفَتِكَ فِيْ بِلَادِكَ،
şəhərlərindəki (diyarlarındakı) xəlifənə,
وَ الدَّاعِيۤ اِلٰى سَبِيْلِكَ،
Sənin yoluna dəvət edənə,
وَ الْقَاۤئِمِ بِقِسْطِكَ،
Sənin ədalətinlə (qist) qiyam edənə,
وَ الثَّاۤئِرِ بِاَمْرِكَ،
Sənin əmrinlə intiqam alan (ayağa qalxan) kəsə,
وَلِيِّ الْمُؤْمِنِيْنَ
möminlərin vəlisinə (dostuna),
وَ بَوَارِ الْكَافِرِيْنَ،
kafirləri həlak edənə,
وَ مُجَلِّيْ الظُّلْمَةِ
zülməti aradan qaldırana (aydınlaşdırana),
وَ مُنِيْرِ الْحَقِّ،
haqqı nurlandıran (açan) kəsə,
وَ النَّاطِقِ بِالْحِكْمَةِ وَ الصِّدْقِ،
hikmət və sədaqətlə (sidqlə) danışana,
وَ كَلِمَتِكَ التَّآمَّةِ فِيۤ اَرْضِكَ،
yer üzündəki kamil kəlmənə,
الْمُرْتَقِبِ الْخَاۤئِفِ،
nigaran intizar çəkən və (Allahdan) qorxana,
وَ الْوَلِيِّ النَّاصِحِ،
xeyirxah vəliyə,
سَفِيْنَةِ النَّجَاةِ
nicat gəmisinə,
وَ عَلَمِ الْهُدٰى،
hidayət nişanəsinə (bayrağına),
وَ نُوْرِ اَبْصَارِ الْوَرٰى،
məxluqatın gözlərinin nuruna,
وَ خَيْرِ مَنْ تَقَمَّصَ وَ ارْتَدٰى،
köynək (qəba) və əba geyinən kəslərin ən xeyirlisinə,
وَ مُجَلِّي الْعَمٰىۤ،
korluğu (cəhaləti) aradan qaldırana,
اَلَّذِيْ يَمْلَاُ الْاَرْضَ عَدْلًا وَ قِسْطًا،
o kəsə ki, yer üzünü ədalət və dürüstlüklə dolduracaq,
كَمَا مُلِئَتْ ظُلْمًا وَ جَوْرًا،
necə ki, zülm və sitəmlə dolmuşdu.
اِنَّكَ عَلٰى كُلِّ شَيْءٍ قَدِيْرٌ.
Həqiqətən Sən hər şeyə qadirsən.
اَللّٰهُمَّ صَلِّ عَلٰى وَلِيِّكَ
Ey Allahım, Öz vəlinə salam göndər,
وَ ابْنِ اَوْلِيَاۤئِكَ، الَّذِيْنَ فَرَضْتَ طَاعَتَهُمْ،
Sənin o vəlilərinin övladına ki, onlara itaəti fərz (vacib) etdin,
وَ اَوْجَبْتَ حَقَّهُمْ،
və onların haqqını (tanımağı) vacib etdin,
وَ اَذْهَبْتَ عَنْهُمُ الرِّجْسَ
ricsi (çirkinliyi) onlardan uzaq etdin
وَ طَهَّرْتَهُمْ تَطْهِيْرًا.
və onları pakdan-pak (tərtəmiz) etdin.
اَللّٰهُمَّ انْصُرْهُ وَ انْتَصِرْ بِهِ لِدِيْنِكَ،
Ey Allahım, ona kömək et və onunla dininə kömək (qələbə) ver,
وَ انْصُرْ بِهِ اَوْلِيَاۤءَكَ، وَ اَوْلِيَاۤءَهُ
onun vasitəsilə Öz dostlarına və onun dostlarına kömək et,
وَ شِيْعَتَهُ وَ اَنْصَارَهُ
və onun şiələrinə və köməkçilərinə (yardım et),
وَ اجْعَلْنَا مِنْهُمْ.
bizi də onlardan qərar ver!
اَللّٰهُمَّ اَعِذْهُ مِنْ شَرِّ كُلِّ بَاغٍ وَ طَاغٍ،
Ey Allahım, onu hər zalımın (baği) və tüğyankarın şərrindən qoru (sığındır),
وَ مِنْ شَرِّ جَمِيْعِ خَلْقِكَ،
və bütün məxluqatının şərrindən.
وَ احْفَظْهُ مِنْ بَيْنِ يَدَيْهِ وَ مِنْ خَلْفِهِ
Onu öndən (əlləri arasından) və arxadan qoru,
وَ عَنْ يَمِيْنِهِ وَ عَنْ شِمَالِهِ،
sağından və solundan (qoru),
وَ احْرُسْهُ وَ امْنَعْهُ مِنْ اَنْ يُوْصَلَ اِلَيْهِ بِسُوۤءٍ،
onu mühafizə et və ona bir pisliyin yetişməsinin qarşısını al.
وَ احْفَظْ فِيْهِ رَسُوْلَكَ وَ اٰلَ رَسُوْلِكَ،
Onun (vücudunun) içində Öz Rəsulunu və Ali-Rəsulunu qoru.
وَ اَظْهِرْ بِهِ الْعَدْلَ،
Onun vasitəsilə ədaləti zahir et,
وَ اَيِّدْهُ بِالنَّصْرِ،
ona kömək (nüsrət) etməklə onu qüvvətləndir,
وَ انْصُرْ نَاصِرِيْهِ،
onun köməkçilərinə kömək et,
وَ اخْذُلْ خَاذِلِيْهِ،
onu xar edənləri (müxaliflərini) xar et,
وَ اقْصِمْ قَاصِمِيْهِ،
ona zərbə vuranları (düşmənlərini) məhv et.
وَ اقْصِمْ بِهِ جَبَابِرَةَ الْكُفْرِ،
Onun vasitəsilə küfrün zalımlarını (cabirlərini) dağıt,
وَ اقْتُلْ بِهِ الْكُفَّارَ وَ الْمُنَافِقِيْنَ
onun əli ilə kafirləri və münafiqləri öldür,
وَ جَمِيْعَ الْمُلْحِدِيْنَ،
və bütün dinsizləri (mülhidləri);
حَيْثُ كَانُوْا مِنْ مَشَارِقِ الْاَرْضِ وَ مَغَارِبِهَا،
harada olurlarsa olsunlar - yerin şərqindən qərbinədək,
بَرِّهَا وَ بَحْرِهَا،
istər quruda olsun, istərsə də dəryada!
وَ امْلَأْ بِهِ الْاَرْضَ عَدْلًا،
Onunla yer üzünü ədalətlə doldur,
وَ اَظْهِرْ بِهِ دِيْنَ نَبِيِّكَ،
onun vasitəsilə peyğəmbərinin dinini aşkar (zahir) et,
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ،
Allahın salamı ona və xanidanına olsun.
وَ اجْعَلْنِيْ اللّٰهُمَّ مِنْ اَنْصَارِهِ وَ اَعْوَانِهِ
Ey Allahım, məni onun köməkçilərindən və yardımçılarından,
وَ اَتْبَاعِهِ وَ شِيْعَتِهِ،
davamçılarından və şiələrindən qərar ver.
وَ اَرِنِيْ فِيۤ اٰلِ مُحَمَّدٍ عَلَيْهِمُ السَّلَامُ مَا يَأْمُلُوْنَ،
Və Məhəmməd xanidanı barədə onların arzuladıqlarını mənə göstər,
وَ فِي عَدُوِّهِمْ مَا يَحْذَرُوْنَ،
düşmənləri barədə isə onların qorxduqlarını (mənə göstər).
اِلٰهَ الْحَقِّ، اٰمِيْنَ
Ey haqq olan Məbud, qəbul et (Amin)!
يَا ذَا الْجَلَالِ وَ الْاِكْرَامِ،
Ey cəlalət və ikram sahibi!
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
Ey rəhimlilərin ən rəhimlisi!