Əllamə Məclisi Şeyx Mufiddən, Şəhid-Əvvəldən və "Məzar-Kəbir" kitabının müəllifindən nəql edir:
Həzrət Məhdinin (ə.f) babasını və atasını ziyarət etdikdən sonra o həzrətin hərəminin qapısı ağzında dayan və de:
اَلسَّلَامُ عَلَيْكَ يَا خَلِيْفَةَ اللّٰهِ
Salam olsun sənə ey Allahın xəlifəsi və hidayət olunmuş atalarının xəlifəsi. Salam olsun sənə ey əvvəlki canişinlərin canişini. Salam olsun sənə ey aləmlərin Rəbbinin sirrini qoruyan. Salam olsun sənə ey şərafətli seçilmişlər arasında Allahın azuqəsi. Salam olsun sənə ey parlaq nurların övladı. Salam olsun sənə ey işıq saçan nişanələrin övladı. Salam olsun sənə ey pak xanidanın övladı. Salam olsun sənə ey peyğəmbər elmlərinin xəzinəsi. Salam olsun sənə ey Allahın qapısı: o qapı ki, yalnız oradan Allaha çatmaq üçün daxil olmaq olar. Salam olsun sənə ey Allahın yolu: o yol ki, ondan başqasını tutub gedənlər həlak olurlar. Salam olsun sənə ey Tuba ağacı və Sidrətul-muntəha. Salam olsun sənə ey Allahın nuru: o nur ki, əsla sönməz. Salam olsun sənə ey Allahın hüccəti: o hüccət ki, məxfi qalmaz. Salam olsun sənə ey yerdə və göydə olanlara Allahın hüccəti. Salam olsun sənə o kəsin salamı kimi ki, Allahın tanıtdırdığı kimi səni tanımış və layiq olduğun, hətta ondan da üstün olduğun bəzi sifətlərinlə səni vəsf etmişdir. Şəhadət verirəm ki, həqiqətən sən keçmişdəkilərə və gələcəkdəkilərə hüccətsən; sənin dəstən qalibdir, ardıcılların nicat tapmış və düşmənlərin ziyana uğramışlardır; sən bütün elmlərin xəzinəsi, bütün düyünləri açan, hər haqqı haqq sahibinə verən, hər batili yox edənsən. Ey mövlam, mən sənin imamlığına, hidayətçiliyinə, vəliliyinə və bələdçiliyinə razıyam. Sənin əvəzinə başqa birisini qəbul etməmiş və səndən başqa vəli seçməyəcəyəm. Şəhadət verirəm ki, həqiqətən sən iradı olmayan təsbit olunmuş haqqsan; Allahın sənin barəndə olan vədi haqqdır, qeyb dövrünün uzanması və çox vaxtın keçməsinə görə məndə şəkk-şübhə yaranmayacaqdır, səndən xəbərsizlər və sənə qarşı cahil olanlarla birlikdə sərgərdan olmayacağam, sənin hazır olacağın günlərin intizarını çəkirəm. Sənsən sözü yerə düşməyən şəfaətçi və kənarlaşdırılmayan vəli. Allah səni dinə kömək, möminləri izzətləndirmək, haqqı danan və dindən çıxanlardan intiqam almaq üçün qoruyub saxlamışdır. Şəhadət verirəm ki, həqiqətən sənin vəliliyini qəbul etməklə əməllər qəbul olunar və təmizlənər, yaxşı əməllər bir neçə dəfə artar və günahlar məhv olar; elə isə, sənin vəliliyin altına daxil olan və imamlığını iqrar edən kəsin əməlləri qəbul olunar, sözü təsdiq edilər, mükafatı bir neçə dəfə artar və günahları məhv olar; sənin vəliliyindən xaric olan, səni tanımayan və sənin yerinə başqa birisini qəbul edən kəsi Allah üzü üstə oda atar, əməllərini qəbul etməz və Qiyamət günü onun əməllərinə bir dəyər verməz.
Allahı, Onun mələklərini və ey mövlam, səni bu sözlərə şahid tuturam ki, onun zahiri və batini, pünhanı və aşkarı birdir. Sən buna şahidsən. Bu, sənin yanında olan əhdim və sənin hüzurunda olan peymanımdır. Çünki sən dinin nizamı, təqvalıların böyük öndəri, yeganəpərəstlərin izzətisən və bunu mənə aləmlərin Rəbbi əmr etmişdir. Dövran və ömürlər uzandıqca, mənim sənə olan yəqinim, məhəbbətim, təvəkkülüm və etimadım çoxalacaq; sənin zühuruna olan təvəqqe və intizarım, sənin kənarında cihad etməyə rəğbətim artacaq. Mən canımı, malımı, övladımı və ailəmi, Rəbbimin mənə bəxş etdiyi hər şeyi sənin qarşında fəda edirəm, onları sənin əmrinin və qadağanın ixtiyarına buraxıram. Ey mövlam, əgər sənin parlaq günlərini və aşkar nişanələrini görsəm, mən sənin o qulunam ki, ixtiyarım sənin əmr və qadağana tabedir. Bunun vasitəsilə də sənin qarşında şəhid olmaq və sənin yanında nicat tapmağa ümid bəsləyirəm. Ey mövlam, əgər sən zühur etməzdən öncə mən vəfat edərəmsə, sənin və sənin pak atalarının vasitəsilə Uca Allahın dərgahına təvəssül edirəm və Ondan istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərsin; sənin zühurun zamanı geri qayıtmağı və sənin dövranına ricət etməyi mənə nəsib etsin. Ta ki, sənə itaət etməklə məqsədimə çatım və sənin düşmənlərindən intiqam almaqla ürəyimi sevindirim. Ey mövlam, mən sənin ziyarətində aləmlərin Rəbbinin cəzasından qorxan, peşman günahkarların durumunda qərar tutmuşam. Sənin şəfaətinə təvəkkül edirəm, sənə tabe olmaqla və sənin şəfaətin vasitəsilə günahlarımın məhv olmasına, eyiblərimin örtülməsinə və xətalarımın bağışlanmasına ümid bəsləyirəm. Elə isə, ey mövlam, arzusu həyata keçdiyi zaman öz dostunun kənarında ol, Allahdan onun xətalarının bağışlanmasını istə. Çünki o sənin ətəyindən tutmuş, sənin vəliliyindən yapışmış və sənin düşmənlərindən şikayətçidir. Ey Allahım, Məhəmmədə və onun xanidanına salam göndər və vəlinə vəd etdiyinə vəfa qıl. Ey Allahım, onun ayinini aşkar et, dəvətini zahir et, onu öz düşmənlərinə və Sənin düşmənlərinə qalib et, ey aləmlərin Rəbbi. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, bərəkətli hüccətini və yer üzündə pünhan olanı, o intizar çəkən nigaranı zahir et (zühuruna qərar ver). Ey Allahım, ona izzətlə kömək et, onun üçün yaxın və asan qələbə qərar ver. Ey Allahım, din unudulduqdan sonra onun vasitəsilə dinə izzət bəxş et, haqq qürub etdikdən sonra onun vasitəsilə haqqı aşkar et, onun vasitəsilə zülmətləri işıqlandır və qəm-qüssəni dağıt. Ey Allahım, onun vasitəsilə şəhərləri əmin-amanlıq içində et və bəndələrini hidayət et. Ey Allahım, onun əli ilə yer üzünü ədalətlə doldur, necə ki, zülm ilə dolmuşdu. Çünki Sən eşidən və cavab verənsən. Salam olsun sənə ey Allahın vəlisi, səni özünə dost tutana hərəminə daxil olmaq üçün icazə ver. Allahın salamı olsun sənə və sənin pak atalarına, Allahın rəhməti və bərəkəti olsun sənə.
وَ خَلِيْفَةَ اٰبَاۤئِهِ الْمَهْدِيِّيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَصِيَّ الْاَوْصِيَاۤءِ الْمَاضِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا حَافِظَ اَسْرَارِ رَبِّ الْعَالَمِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا بَقِيَّةَ اللّٰهِ مِنَ الصَّفْوَةِ الْمُنْتَجَبِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ الْاَنْوَارِ الزَّاهِرَةِ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ الْاَعْلَامِ الْبَاهِرَةِ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ الْعِتْرَةِ الطَّاهِرَةِ
اَلسَّلَامُ عَلَيْكَ يَا مَعْدِنَ الْعُلُوْمِ النَّبَوِيَّةِ
اَلسَّلَامُ عَلَيْكَ يَا بَابَ اللّٰهِ
الَّذِيْ لَا يُؤْتٰى اِلَّا مِنْهُ
اَلسَّلَامُ عَلَيْكَ يَا سَبِيْلَ اللّٰهِ
الَّذِيْ مَنْ سَلَكَ غَيْرَهُ هَلَكَ
اَلسَّلَامُ عَلَيْكَ يَا نَاظِرَ شَجَرَةِ طُوْبٰى وَ سِدْرَةِ الْمُنْتَهٰى
اَلسَّلَامُ عَلَيْكَ يَا نُوْرَ اللّٰهِ الَّذِيْ لَا يُطْفٰىۤ
اَلسَّلَامُ عَلَيْكَ يَا حُجَّةَ اللّٰهِ الَّتِيْ لَا تَخْفٰىۤ
اَلسَّلَامُ عَلَيْكَ يَا حُجَّةَ اللّٰهِ
عَلٰى مَنْ فِي الْاَرْضِ وَ السَّمَاۤءِ
اَلسَّلَامُ عَلَيْكَ سَلَامَ مَنْ عَرَفَكَ بِمَا عَرَّفَكَ بِهِ اللّٰهُ
وَ نَعَتَكَ بِبَعْضِ نُعُوْتِكَ
الَّتِيۤ اَنْتَ اَهْلُهَا وَ فَوْقَهَا
اَشْهَدُ اَنَّكَ الْحُجَّةُ عَلٰى مَنْ مَضٰى وَ مَنْ بَقِيَ
وَ اَنَّ حِزْبَكَ هُمُ الْغَالِبُوْنَ
وَ اَوْلِيَاۤءَكَ هُمُ الْفَاۤئِزُوْنَ
وَ اَعْدَاۤءَكَ هُمُ الْخَاسِرُوْنَ
وَ اَنَّكَ خَازِنُ كُلِّ عِلْمٍ
وَ مُبْطِلُ كُلِّ بَاطِلٍ
رَضِيْتُكَ يَا مَوْلَايَ اِمَامًا وَ هَادِيًا
لَاۤ اَبْتَغِيْ بِكَ بَدَلًا
وَ لَاۤ اَتَّخِذُ مِنْ دُوْنِكَ وَلِيًّا
اَشْهَدُ اَنَّكَ الْحَقُّ الثَّابِتُ
الَّذِيْ لَا عَيْبَ فِيْهِ
وَ اَنَّ وَعْدَ اللّٰهِ فِيْكَ حَقٌّ
لَا اَرْتَابُ لِطُوْلِ الْغَيْبَةِ وَ بُعْدِ الْاَمَدِ
وَ لَاۤ اَتَحَيَّرُ مَعَ مَنْ جَهِلَكَ وَ جَهِلَ بِكَ
مُنْتَظِرٌ مُتَوَقِّعٌ لِاَيَّامِكَ
وَ اَنْتَ الشَّافِعُ الَّذِيْ لَا يُنَازَعُ [تُنَازَعُ]
وَ الْوَلِيُّ الَّذِيْ لَا يُدَافَعُ [تُدَافَعُ]
ذَخَرَكَ اللّٰهُ لِنُصْرَةِ الدِّيْنِ
وَ اِعْزَازِ الْمُؤْمِنِيْنَ
وَ الْاِنْتِقَامِ مِنَ الْجَاحِدِيْنَ الْمَارِقِيْنَ۔
اَشْهَدُ اَنَّ بِوِلَايَتِكَ تُقْبَلُ الْاَعْمَالُ
وَ تُضَاعَفُ الْحَسَنَاتُ
فَمَنْ جَاۤءَ بِوِلَايَتِكَ
وَ اعْتَرَفَ بِاِمَامَتِكَ
وَ تَضَاعَفَتْ حَسَنَاتُهُ
وَ مَنْ عَدَلَ عَنْ وِلَايَتِكَ
وَ اسْتَبْدَلَ بِكَ غَيْرَكَ
كَبَّهُ اللّٰهُ عَلٰى مِنْخَرِهِ فِيْ النَّارِ
وَ لَمْ يَقْبَلِ اللّٰهُ لَهُ عَمَلًا
وَ لَمْ يُقِمْ لَهُ يَوْمَ الْقِيَامَةِ وَزْنًا
اُشْهِدُ اللّٰهَ وَ اُشْهِدُ مَلَاۤئِكَتَهُ
وَ اُشْهِدُكَ يَا مَوْلَايَ بِهٰذَا
وَ سِرُّهُ كَعَلَانِيَتِهِ
وَ اَنْتَ الشَّاهِدُ عَلٰى ذٰلِكَ
وَ هُوَ عَهْدِيۤ اِلَيْكَ
اِذْ اَنْتَ نِظَامُ الدِّيْنِ
وَ يَعْسُوْبُ الْمُتَّقِيْنَ
وَ عِزُّ الْمُوَحِّدِيْنَ
وَ بِذٰلِكَ اَمَرَنِيْ رَبُّ الْعَالَمِيْنَ
فَلَوْ تَطَاوَلَتِ الدُّهُوْرُ
وَ تَمَادَتِ الْاَعْمَارُ [الْاَعْصَارُ]
لَمْ اَزْدَدَ فِيْكَ اِلَّا يَقِيْنًا
وَ عَلَيْكَ اِلَّا مُتَّكَلًا وَ مُعْتَمَدًا [تَوَكُّلًا وَ اِعْتِمَادًا]
وَ لِظُهُوْرِكَ اِلَّا مُتَوَقِّعًا وَ مُنْتَظَرًا [تَوَقُّعًا وَ انْتِظَارًا]
وَ لِجِهَادِيْ بَيْنَ يَدَيْكَ مُتَرَقَّبًا [اِلَّا تَرَقُّبًا]
فَاَبْذُلُ نَفْسِيْ وَ مَالِيْ
وَ جَمِيْعَ مَا خَوَّلَنِيْ رَبِّيْ بَيْنَ يَدَيْكَ
وَ التَّصَرُّفَ بَيْنَ اَمْرِكَ وَ نَهْيِكَ
مَوْلَايَ فَاِنْ اَدْرَكْتُ اَيَّامَكَ الزَّاهِرَةَ
وَ اَعْلَامَكَ الْبَاهِرَةَ
الْمُتَصَرِّفُ بَيْنَ اَمْرِكَ وَ نَهْيِكَ
اَرْجُوْ بِهِ الشَّهَادَةَ بَيْنَ يَدَيْكَ
مَوْلَايَ فَاِنْ اَدْرَكَنِيْ الْمَوْتُ قَبْلَ ظُهُوْرِكَ
فَاِنِّيۤ اَتَوَسَّلُ بِكَ
وَ بِاٰبَاۤئِكَ الطَّاهِرِيْنَ اِلَى اللّٰهِ تَعَالٰى
وَ اَسْاَلُهُ اَنْ يُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اَنْ يَجْعَلَ لِيْ كَرَّةً فِيْ ظُهُوْرِكَ
وَ رَجْعَةً فِيۤ اَيَّامِكَ
لِاَبْلُغَ مِنْ طَاعَتِكَ مُرَادِيْ
وَ اَشْفِيَ مِنْ اَعْدَاۤئِكَ فُؤَادِيْ
مَوْلَايَ وَقَفْتُ فِيْ زِيَارَتِكَ
مَوْقِفَ الْخَاطِئِيْنَ النَّادِمِيْنَ
الْخَاۤئِفِيْنَ مِنْ عِقَابِ رَبِّ الْعَالَمِيْنَ
وَ قَدِ اتَّكَلْتُ عَلٰى شَفَاعَتِكَ
وَ رَجَوْتُ بِمُوَالَاتِكَ وَ شَفَاعَتِكَ
فَكُنْ لِوَلِيِّكَ يَا مَوْلَايَ
عِنْدَ تَحْقِيْقِ اَمَلِهِ
وَ اسْاَلِ اللّٰهَ غُفْرَانَ زَلَلِہِ
فَقَدْ تَعَلَّقَ بِحَبْلِكَ
وَ تَمَسَّكَ بِوِلَايَتِكَ
وَ تَبَرَّاَ مِنْ اَعْدَاۤئِكَ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
وَ اَنْجِزْ لِوَلِيِّكَ مَا وَعَدْتَهُ۔
اللّٰهُمَّ اَظْهِرْ كَلِمَتَهُ
وَ انْصُرْهُ عَلٰى عَدُوِّهِ وَ عَدُوِّكَ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اَظْهِرْ كَلِمَتَكَ التَّآمَّةَ
وَ مُغَيَّبَكَ فِيۤ اَرْضِكَ
الْخَاۤئِفَ الْمُتَرَقِّبَ
اَللّٰهُمَّ انْصُرْهُ نَصْرًا عَزِيْزًا
وَ افْتَحْ لَهُ فَتْحًا يَسِيْرًا
اَللّٰهُمَّ وَ اَعِزَّ بِهِ الدِّيْنَ بَعْدَ الْخُمُوْلِ
وَ اَطْلِعْ بِهِ الْحَقَّ بَعْدَ الْاُفُوْلِ
وَ اَجْلِ بِهِ الظُّلْمَةَ
وَ اكْشِفْ بِهِ الْغُمَّةَ
اَللّٰهُمَّ وَ اٰمِنْ بِهِ الْبِلَادَ
اَللّٰهُمَّ امْلَأْ بِهِ الْاَرْضَ عَدْلًا وَ قِسْطًا
كَمَا مُلِئَتْ ظُلْمًا وَ جَوْرًا
اِنَّكَ سَمِيْعٌ مُجِيْبٌ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَلِيَّ اللّٰهِ
اٰئْذَنْ لِوَلِيِّكَ فِي الدُّخُوْلِ اِلٰى حَرَمِكَ
صَلَوَاتُ اللّٰهِ عَلَيْكَ
وَ عَلٰىۤ اٰبَاۤئِكَ الطَّاهِرِيْنَ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ۔
Sonra o həzrətin qeybə çəkildiyi sərdabəyə tərəf hərəkət et, icazə alıb içəri daxil ol və de:
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Bağışlayan və mehriban Allahın adıyla.
Təmkinlə və hüzuri-qəlblə aşağı en, sərdabənin daxilində iki rəkət namaz qıl. Namazdan sonra de:
اَللّٰهُ اَكْبَرُ اَللّٰهُ اَكْبَرُ اَللّٰهُ اَكْبَرُ
Allah böyükdür, Allah böyükdür, Allahdan qeyri İlah yoxdur, Allah böyükdür, həmd-səna Allaha məxsusdur. Həmd olsun o Allaha ki, bizi bu ziyarətə hidayət etdi, dostlarını və düşmənlərini bizə tanıtdırdı, bizi İmamlarımızın ziyarətinə müvəffəq etdi; bizi "nasibi" düşmənlərdən, "təfvizi qulatlar"dan və hər şeyə yüngül yanaşan şəkk-şübhə əhlindən etmədi. Salam olsun Allahın vəlisinə və Allahın vəlilərinin övladına. Salam olsun Allah dostlarının ucaldılması və Allah düşmənlərinin darmadağın edilməsi üçün azuqə saxlanılana. Salam olsun o nura ki, kafirlər onu söndürmək istəyirdilər, lakin kafirlərin xoşuna gəlməsə də Allah onun nurunu kamilləşdirdi və onu uzun ömürlə qüvvətləndirdi, ta ki kafirlərin xoşuna gəlməsə də haqq onun əli ilə zahir olsun. Şəhadət verirəm ki, Allah səni uşaq ikən seçdi və böyüdükdə Öz elmini sənin üçün kamilləşdirdi. Həqiqətən sən bütlər və tağutlar məhv olmayana qədər sağ qalacaq, ölməyəcəksən. Ey Allahım, onun qeyb dövründə və olmadığı dövrdə ona və onun xidmətçilərinə, köməkçilərinə salam göndər; onu yaxşıca qoru və onun üçün möhkəm sığınacaq qərar ver. Ey Allahım, onun düşmənlərini şiddətlə məhv et, onun dostlarını və ziyarətçilərini mühafizə et. Ey Allahım, necə ki, onu yad etməklə qəlbimə həyat bəxş etmisən, silahımı da ona kömək üçün hazır et. Əgər ölüm mənimlə onun görüşü arasında ayrılıq salarsa - o ölüm ki, onu bəndələrin üçün qəti etmisən və bəndələrin istəməsə də onlara müsəllət etmisən – elə isə, onun qiyamı dövründə məni qəbirdən kəfənlə xaric et, ta ki, onun kənarında cihad edim: o dəstədə ki, Kitabında onları sitayiş edib buyurmusan: "Onlar sanki dəmir tikililərdir". Ey Allahım, intizar uzun çəkdi, pis əməl sahibləri bizi məzəmmət etdilər və dost tapmaq bizim üçün çətinləşdi. Ey Allahım, vəlinin mübarək çöhrəsini həyatda ikən və öldükdən sonra bizə göstər. Ey Allahım, mən bu məkanın sahibinin qarşısında rəcət üçün hazıram və Sənə mütiyəm. Dada çat, dada çat, dada çat, ey Sahibəz-zaman! Sənə çatmaq üçün səmimi dostlarımdan ayrıldım, səni ziyarət etmək üçün vətənimi tərk etdim, inancımı şəhərlərin əhlindən gizlətdim, ta ki, sənin və mənim Rəbbimin yanında mənə şəfaətçi olasan; mənim sərvərlərim olan atalarının yanında mənim xeyirli aqibətim, nemətlərimin çoxalması və lütf qapılarının üzümə açılması üçün mənə şəfaətçi olasan. Ey Allahım, Məhəmmədə və haqq yavərləri, camaatın öndərləri olan Ali-Məhəmmədə salam göndər. Səndən dilədiklərimi mənim üçün həyata keçir. Dualarımda dinim və dünyam üçün xeyirli olan, lakin mənim vurğulamadığım istəkləri mənə əta et. Çünki Sən həmd olunan və şəni ucasan. Allahın salamı olsun Məhəmmədə və onun pak xanidanına.
لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
وَ اللّٰهُ اَكْبَرُ وَ لِلّٰهِ الْحَمْدُ
الْحَمْدُ لِلّٰهِ الَّذِيْ هَدَانَا لِهٰذَا
وَ عَرَّفَنَا اَوْلِيَاۤءَهُ وَ اَعْدَاۤءَهُ
وَ وَفَّقَنَا لِزِيَارَةِ اَئِمَّتِنَا
وَ لَمْ يَجْعَلْنَا مِنَ الْمُعَانِدِيْنَ النَّاصِبِيْنَ
وَ لَا مِنَ الْغُلَاةِ الْمُفَوِّضِيْنَ
وَ لَا مِنَ الْمُرْتَابِيْنَ الْمُقَصِّرِيْنَ
اَلسَّلَامُ عَلٰى وَلِيِّ اللّٰهِ وَ ابْنِ اَوْلِيَاۤئِهِ
اَلسَّلَامُ عَلَى الْمُدَّخَرِ لِكَرَامَةِ اَوْلِيَاۤءِ اللّٰهِ
اَلسَّلَامُ عَلَى النُّوْرِ
الَّذِيۤ اَرَادَ اَهْلُ الْكُفْرِ اِطْفَاۤءَهُ
فَاَبَى اللّٰهُ اِلَّاۤ اَنْ يُتِمَّ نُوْرَهُ بِكُرْهِهِمْ
وَ اَيَّدَهُ بِالْحَيَاةِ
حَتّٰى يُظْهِرَ عَلٰى يَدِهِ الْحَقَّ بِرَغْمِهِمْ
اَشْهَدُ اَنَّ اللّٰهَ اصْطَفَاكَ صَغِيْرًا
وَ اَكْمَلَ لَكَ عُلُوْمَهُ كَبِيْرًا
وَ اَنَّكَ حَيٌّ لَا تَمُوْتُ
حَتّٰى تُبْطِلَ الْجِبْتَ وَ الطَّاغُوْتَ۔
اَللّٰهُمَّ صَلِّ عَلَيْهِ
وَ عَلٰى خُدَّامِهِ وَ اَعْوَانِهِ عَلٰى غَيْبَتِهِ وَ نَأْيِهِ
وَ اسْتُرْهُ سَتْرًا عَزِيْزًا
وَ اجْعَلْ لَهُ مَعْقِلًا حَرِيْزًا
وَ اشْدُدِ اللّٰهُمَّ وَطْاَتَكَ عَلٰى مُعَانِدِيْهِ
وَ احْرُسْ مَوَالِيَهُ وَ زَاۤئِرِيْهِ
اَللّٰهُمَّ كَمَا جَعَلْتَ قَلْبِيْ بِذِكْرِهِ مَعْمُوْرًا
فَاجْعَلْ سِلَاحِيْ بِنُصْرَتِهِ مَشْهُوْرًا
وَ اِنْ حَالَ بَيْنِيْ وَ بَيْنَ لِقَاۤئِهِ
الْمَوْتُ الَّذِيْ جَعَلْتَهُ عَلٰى عِبَادِكَ حَتْمًا
وَ اَقْدَرْتَ بِهِ عَلٰى خَلِيْقَتِكَ رَغْمًا
فَابْعَثْنِيْ عِنْدَ خُرُوْجِهِ
حَتّٰىۤ اُجَاهِدَ بَيْنَ يَدَيْهِ
فِيْ الصَّفِّ الَّذِيۤ اَثْنَيْتَ عَلٰىۤ اَهْلِهِ
كَاَنَّهُمْ بُنْيَانٌ مَرْصُوْصٌ
اَللّٰهُمَّ طَالَ الْاِنْتِظَارُ
وَ شَمِتَ مِنَّا الْفُجَّارُ
وَ صَعُبَ عَلَيْنَا الْاِنْتِصَارُ
اَللّٰهُمَّ اَرِنَا وَجْهَ وَلِيِّكَ الْمَيْمُوْنَ
فِيْ حَيَاتِنَا وَ بَعْدَ الْمَنُوْنِ۔
اَللّٰهُمَّ اِنِّيۤ اَدِيْنُ لَكَ بِالرَّجْعَةِ
بَيْنَ يَدَيْ صَاحِبِ هٰذِهِ الْبُقْعَةِ
الْغَوْثَ الْغَوْثَ الْغَوْثَ
قَطَعْتُ فِيْ وُصْلَتِكَ الْخُلَّانَ
وَ هَجَرْتُ لِزِيَارَتِكَ الْاَوْطَانَ
وَ اَخْفَيْتُ اَمْرِيْ عَنْ اَهْلِ الْبُلْدَانِ
لِتَكُوْنَ شَفِيْعًا عِنْدَ رَبِّكَ وَ رَبِّيْ
وَ اِلٰۤى اٰبَاۤئِكَ وَ مَوَالِيَّ
فِي حُسْنِ التَّوْفِيْقِ لِيْ
وَ اِسْبَاغِ النِّعْمَةِ عَلَيَّ
وَ سَوْقِ الْاِحْسَانِ اِلَيَّ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اسْتَجِبْ مِنِّي مَا دَعَوْتُكَ
وَ اَعْطِنِيْ مَا لَمْ اَنْطِقْ بِهِ فِيْ دُعَاۤئِيْ
مِنْ صَلَاحِ دِيْنِيْ وَ دُنْيَايَ
اِنَّكَ حَمِيْدٌ مَجِيْدٌ
وَ صَلَّى اللّٰهُ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ الطَّاهِرِيْنَ۔
Sonra eyvana daxil ol və iki rəkət namaz qıl. Namazdan sonra de:
اَللّٰهُمَّ عَبْدُكَ الزَّاۤئِرُ
Ey Allahım, Sənin zəvvar bəndən Sənin vəlinin hüzurundadır: o ziyarət olunan ki, ona itaəti qullara və azadlara vacib etmisən, onun vasitəsilə dostlarına cəhənnəm əzabından nicat vermisən. Ey Allahım, bu ziyarəti barəsində şəkk-şübhə olmayan təsdiq edən vəlinin tərəfindən dua ilə birgə qəbul olunmuş qərar ver. Ey Allahım, bu ziyarəti axırıncı görüş və ziyarət qərar vermə, onun ziyarətgahı, atasının və babasının ziyarəti ilə əlaqəmi kəsmə. Ey Allahım, səfər xərcimin əvəzini ver, mənə ruzi etdiklərini dünya və axirətdə mənim, qardaşlarım, valideynlərim və bütün ailəm üçün faydalı et. Səni Allaha tapşırıram ey o imam ki, möminlər sənin vasitənlə nicat tapdılar və təkzibçi kafirlər sənin əlinlə həlak oldular. Ey mövlam, ey Həsən ibn Əlinin övladı, səni, atanı və babanı ziyarət etmək üçün hüzuruna gəlmişəm, bir halda ki, sizin vasitənizlə nicat tapacağıma yəqinliyim var və sizin imamlığınıza etiqadım var. Ey Allahım, bu şəhadəti və ziyarəti Öz dərgahında ən uca dərəcələrdə yaz, məni salehlərin mənzilinə çatdır, onları sevməklə mənə fayda ver, ey aləmlərin Rəbbi.
فِيْ فِنَاۤءِ وَلِيِّكَ الْمَزُوْرِ
الَّذِيْ فَرَضْتَ طَاعَتَهُ عَلَى الْعَبِيْدِ وَ الْاَحْرَارِ
وَ اَنْقَذْتَ بِهِ اَوْلِيَاۤءَكَ مِنْ عَذَابِ النَّارِ
اَللّٰهُمَّ اجْعَلْهَا زِيَارَةً مَقْبُوْلَةً
ذَاتَ دُعَاۤءٍ مُسْتَجَابٍ
مِنْ مُصَدِّقٍ بِوَلِيِّكَ غَيْرِ مُرْتَابٍ
اَللّٰهُمَّ لَا تَجْعَلْهُ اٰخِرَ الْعَهْدِ بِهِ وَ لَا بِزِيَارَتِهِ
وَ لَا تَقْطَعْ اَثَرِيْ مِنْ مَشْهَدِهِ
وَ زِيَارَةِ اَبِيْهِ وَ جَدِّهِ
اَللّٰهُمَّ اخْلُفْ عَلَيَّ نَفَقَتِيْ
وَ انْفَعْنِيْ بِمَا رَزَقْتَنِيْ
فِيْ دُنْيَايَ وَ اٰخِرَتِيْ
لِيْ وَ لِاِخْوَانِيْ وَ اَبَوَيَّ
اَسْتَوْدِعُكَ اللّٰهَ اَيُّهَا الْاِمَامُ
الَّذِيْ يَفُوْزُ بِهِ الْمُؤْمِنُوْنَ
وَ يَهْلِكُ عَلٰى يَدَيْهِ الْكَافِرُوْنَ الْمُكَذِّبُوْنَ
يَا مَوْلَايَ يَا ابْنَ الْحَسَنِ بْنِ عَلِيٍّ
جِئْتُكَ زَاۤئِرًا لَكَ وَ لِاَبِيْكَ وَ جَدِّكَ
مُتَيَقِّنًا الْفَوْزَ بِكُمْ
مُعْتَقِدًا اِمَامَتَكُمْ
اَللّٰهُمَّ اكْتُبْ هٰذِهِ الشَّهَادَةَ وَ الزِّيَارَةَ لِيْ
عِنْدَكَ فِيْ عِلِّيِّيْنَ
وَ بَلِّغْنِيْ بَلَاغَ الصَّالِحِيْنَ
وَ انْفَعْنِيْ بِحُبِّهِمْ يَا رَبَّ الْعَالَمِيْنَ۔