⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
0:00
ƏHD DUASI
İmam Sadiq (ə) buyurmuşdur ki, hər kim qırx gün sübh vaxtı bu duanı oxusa, İmam Zamanın (ə.f) köməkçilərindən olar. Heç şübhəsiz, bu kimi dualar o şəxslər xüsusunda təsirli olar ki, İmam Zamanın (ə.f) əsgəri olmaq üçün lazım gələn şərtləri kəsb etmişlər, özlərini islah etdikdən sonra cəmiyyətin islahı üçün çalışırlar, o həzrətin dostları sırasında olmaq ləyaqətini əldə etmişlər. Sonra da bu duanı oxumaqla İmam Zamanın (ə.f) xidmətində olmaq üçün zəmanət əldə edirlər. Bu dua "Məzar-Kəbir", "Misbahuz-zair" və "Biharul-ənvar"da cüzi fərqlərlə qeyd olunmuşdur.
Biz isə bu duanı geniş yayılan nüsxəyə istinadən nəql edirik:
اَللّٰهُمَّ رَبَّ النُّوْرِ الْعَظِيْمِ
Ey Allahım, ey əzəmətli nurun rəbbi
وَ رَبَّ الْكُرْسِيِّ الرَّفِيْعِ
ey uca kürsinin rəbbi
وَ رَبَّ الْبَحْرِ الْمَسْجُوْرِ
ey təlatümlü dəryanın rəbbi
وَ مُنْزِلَ التَّوْرَاةِ وَ الْاِنْجِيْلِ وَ الزَّبُوْرِ
ey Tövratı, İncili və Zəburu nazil edən
وَ رَبَّ الظِّلِّ وَ الْحَرُوْرِ
ey kölgənin və isti küləyin rəbbi
وَ مُنْزِلَ الْقُرْاٰنِ الْعَظِيْمِ
ey əzəmətli Quranı nazil edən
وَ رَبَّ الْمَلَاۤئِكَةِ الْمُقَرَّبِيْنَ
ey müqərrəb mələklərin
وَ الْاَنْبِيَاۤءِ وَ الْمُرْسَلِيْنَ
peyğəmbərlərin və elçilərin rəbbi!
اَللّٰهُمَّ اِنِّيۤ اَسْاَلُكَ بِوَجْهِكَ الْكَرِيْمِ
Ey Allahım, Səndən istəyirəm kərim zatının
وَ بِنُوْرِ وَجْهِكَ الْمُنِيْرِ
nurlu camalının nurunun
وَ مُلْكِكَ الْقَدِيْمِ
və qədim hökmranlığının haqqına xatir
يَا حَيُّ يَا قَيُّوْمُ
ey Həyy, ey Qəyyum
اَسْاَلُكَ بِاسْمِكَ الَّذِيۤ اَشْرَقَتْ بِهِ السَّمَاوَاتُ وَ الْاَرَضُوْنَ
Səndən istəyirəm o adına xatir ki, onunla göylər və yerlər işıqlanmışlar
وَ بِاسْمِكَ الَّذِيْ يَصْلَحُ بِهِ الْاَوَّلُوْنَ وَ الْاٰخِرُوْنَ
və o adına xatir ki, onunla keçmişdəkilər və gələcəkdəkilər saleh olmuşlar
يَا حَيًّا قَبْلَ كُلِّ حَيٍّ
ey hər diridən öncə diri olan
وَ يَا حَيًّا بَعْدَ كُلِّ حَيٍّ
və ey bütün dirilərdən sonra diri olan
وَ يَا حَيًّا حِيْنَ لَا حَيَّ
və ey heç bir diri mövcud olmadığı zaman diri olan
يَا مُحْيِيَ الْمَوْتٰى وَ مُمِيْتَ الْاَحْيَاۤءِ
ey ölüləri dirildən və diriləri öldürən
يَا حَيُّ لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ۔
ey o diri ki, Səndən qeyri İlah yoxdur!
اَللّٰهُمَّ بَلِّغْ مَوْلَانَاالْاِمَامَ الْهَادِيَ الْمَهْدِيَّ الْقَاۤئِمَ بِاَمْرِكَ
Ey Allahım, mövlamıza - hidayət edən, hidayət olunmuş və Sənin əmrinlə ayağa qalxan İmama –
صَلَوَاتُ اللّٰهِ عَلَيْهِ وَ عَلٰىۤ اٰبَاۤئِهِ الطَّاهِرِيْنَ
Allahın salamı olsun ona və onun pak atalarına –
عَنْ جَمِيْعِ الْمُؤْمِنِيْنَ وَ الْمُؤْمِنَاتِ
bütün mömin və möminələr tərəfindən
فِيْ مَشَارِقِ الْاَرْضِ وَ مَغَارِبِهَا
yerin şərqində və qərbində
سَهْلِهَا وَ جَبَلِهَا
dərələrində və dağlarında
وَ بَرِّهَا وَ بَحْرِهَا
quruda və dəryalarda olanlar tərəfindən
وَ عَنِّيْ وَ عَنْ وَالِدَيَّ
həmçinin mənim və valideynlərim tərəfindən
مِنَ الصَّلَوَاتِ زِنَةَ عَرْشِ اللّٰهِ
Allahın ərşinin ağırlığı
وَ مِدَادَ كَلِمَاتِهِ
kəlmələrinin sayı
وَ مَاۤ اَحْصَاهُ عِلْمُهُ وَ اَحَاطَ بِهِ كِتَابُهُ
elmində saya gələn və Kitabının əhatə etdiyi hər şey qədər (salamlar göndər).
اَللّٰهُمَّ اِنِّيۤ اُجَدِّدُ لَهُ فِيْ صَبِيْحَةِ يَوْمِيْ هٰذَا
Ey Allahım, mən bu gün sübh
وَ مَا عِشْتُ مِنْ اَيَّامِيْ
və ömrümün ötən günlərində
عَهْدًا وَ عَقْدًا وَ بَيْعَةً لَهُ فِيْ عُنُقِيْ
onun mənim boynumda olan əhd-peymanını və beyətini təzələyirəm
لَاۤ اَحُوْلُ عَنْهَا وَ لَا اَزُوْلُ اَبَدًا
ondan əsla üz döndərmərəm və əl çəkmərəm.
اَللّٰهُمَّ اجْعَلْنِيْ مِنْ اَنْصَارِهِ
Ey Allahım, məni onun köməkçilərindən
وَ اَعْوَانِهِ وَ الذَّآبِّيْنَ عَنْهُ
yavərlərindən, müdafiəçilərindən
وَ الْمُسَارِعِيْنَ اِلَيْهِ فِيْ قَضَاۤءِ حَوَاۤئِجِهِ
onun istəklərini həyata keçirmək üçün tələsənlərdən
وَ الْمُمْتَثِلِيْنَ لِاَوَامِرِهِ‏
əmrlərinə itaət edənlərdən
وَ الْمُحَامِيْنَ عَنْهُ
onu himayə edənlərdən
وَ السَّابِقِيْنَ اِلٰۤى اِرَادَتِهِ
onun istəklərini yerinə yetirməkdə önə keçənlərdən
وَ الْمُسْتَشْهَدِيْنَ بَيْنَ يَدَيْهِ
onun qarşısında şəhid olmaq istəyənlərdən qərar ver.
اَللّٰهُمَّ اِنْ حَالَ بَيْنِيْ وَ بَيْنَهُ الْمَوْتُ الَّذِيْ جَعَلْتَهُ عَلٰى عِبَادِكَ حَتْمًا مَقْضِيًّا،
Ey Allahım, əgər bəndələrin üçün qəti tale qərar verdiyin ölüm mənimlə onun arasında ayrılıq salarsa,
فَاَخْرِجْنِيْ مِنْ قَبْرِيْ مُؤْتَزِرًا كَفَنِيْ
onda məni qəbrimdən kəfənlə xaric et
شَاهِرًا سَيْفِيْ
sivrilmiş qılınc
مُجَرِّدًا قَنَاتِيْ
hazırlanmış nizə ilə
مُلَبِّيًا دَعْوَةَ الدَّاعِيْ فِي الْحَاضِرِ وَ الْبَادِيۤ
şəhər və kənddə o İmamın çağırışına ləbbeyk deyim.
اَللّٰهُمَّ اَرِنِي الطَّلْعَةَ الرَّشِيْدَةَ
Ey Allahım, o mükəmməl camalı
وَ الْغُرَّةَ الْحَمِيْدَةَ
və mədh olunan üzüağı mənə göstər
وَ اكْحُلْ نَاظِرِيْ بِنَظْرَةٍ مِنِّيۤ اِلَيْهِ
ona nəzər salmaqla gözlərimi aydın et
وَ عَجِّلْ فَرَجَهُ
onun fərəcini tezləşdir
وَ سَهِّلْ مَخْرَجَهُ
qiyamını asanlaşdır
وَ اَوْسِعْ مَنْهَجَهُ
yolunu açıq et
وَ اسْلُكْ بِيْ مَحَجَّتَهُ
məni onun yoluna hidayət et
وَ اَنْفِذْ اَمْرَهُ
əmrlərini keçərli et
وَ اشْدُدْ اَزْرَهُ
ona kömək et
وَ اعْمُرِ اللّٰهُمَّ بِهِ بِلَادَكَ
Ey Allahım, onun vasitəsilə şəhərləri abad et
وَ اَحْيِ بِهِ عِبَادَكَ
bəndələrini dirilt
فَاِنَّكَ قُلْتَ وَ قَوْلُكَ الْحَقُّ
çünki Sən belə buyurmusan və Sənin sözün haqqdır:
ظَهَرَ الْفَسَادُ فِي الْبَرِّ وَ الْبَحْرِ
Səhralarda və dəryalarda fəsad aşkar oldu,
بِمَا كَسَبَتْ اَيْدِيْ النَّاسِ
insanların əməlləri ucbatından.
فَاَظْهِرِ اللّٰهُمَّ لَنَا وَلِيَّكَ
Ey Allahım, Öz vəlini
وَ ابْنَ بِنْتِ نَبِيِّكَ
və Peyğəmbərinin qızının övladını
الْمُسَمّٰى بِاسْمِ رَسُوْلِكَ،
Sənin elçinlə adı eyni olanı bizim üçün zahir et.
حَتّٰى لَا يَظْفَرَ بِشَيْ‏ءٍ مِنَ الْبَاطِلِ اِلَّا مَزَّقَهُ
Ta ki, hər batilə qələbə çalsın və batili darmadağın etsin
وَ يُحِقَّ الْحَقَّ وَ يُحَقِّقَهُ
haqqı haqq sahibinə qaytarsın və bunu həyata keçirsin.
وَ اجْعَلْهُ اللّٰهُمَّ مَفْزَعًا لِمَظْلُوْمِ عِبَادِكَ
Ey Allahım, onu məzlum bəndələrinin sığınacağı
وَ نَاصِرًا لِمَنْ لَا يَجِدُ لَهُ نَاصِرًا غَيْرَكَ
Səndən başqa bir köməyi olmayanların köməyi
وَ مُجَدِّدًا لِمَا عُطِّلَ مِنْ اَحْكَامِ كِتَابِكَ
Kitabının kənara qoyulmuş hökmlərini yenidən bərpa edən
وَ مُشَيِّدًا لِمَا وَرَدَ مِنْ اَعْلَامِ دِيْنِكَ وَ سُنَنِ نَبِيِّكَ
dinin nişanələrini və Peyğəmbərinin sünnəsini möhkəmləndirən qərar ver.
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
Allahın salamı olsun ona və xanidanına.
وَ اجْعَلْهُ اَللّٰهُمَّ مِمَّنْ حَصَّنْتَهُ مِنْ بَأْسِ الْمُعْتَدِيْنَ
Ey Allahım, onu düşmənlərinin təhlükəsindən qoruduğun kəslərdən qərar ver.
اَللّٰهُمَّ وَ سُرَّ نَبِيَّكَ مُحَمَّدًا
Ey Allahım, Peyğəmbərini
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
Allahın salamı olsun ona və xanidanına
بِرُؤْيَتِهِ وَ مَنْ تَبِعَهُ عَلٰى دَعْوَتِهِ
onun görüşü və onun dəvətinin ardınca gedənlərlə sevindir
وَ ارْحَمِ اسْتِكَانَتَنَا بَعْدَهُ
sonra da bizim bu çarəsizliyimizə rəhm et.
اَللّٰهُمَّ اكْشِفْ هٰذِهِ الْغُمَّةَ عَنْ هٰذِهِ الْاُمَّةِ بِحُضُوْرِهِ
Ey Allahım, onun zühuru ilə bu qəm-qüssəni bu ümmətdən uzaqlaşdır
وَ عَجِّلْ لَنَا ظُهُوْرَهُ
və onun zühurunu bizim üçün tezləşdir
اِنَّهُمْ يَرَوْنَهُ بَعِيْدًا وَ نَرَاهُ قَرِيْبًا
Onlar həmin günü uzaq görürlər və biz onu yaxın görürük.
بِرَحْمَتِكَ يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
Öz rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi.
Sonra üç dəfə əlini buduna vur və hər dəfədə belə de:
اَلْعَجَلَ اَلْعَجَلَ يَا مَوْلَايَ يَا صَاحِبَ الزَّمَانِ
Tez gəl, tez gəl, ey Ağam, ey Sahib əz-Zəman.