EN اردو Roman AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
MÜSLİM İBN ƏQİLİN (R.Ə) ZİYARƏTİ
Kufə məscidinin əməllərini yerinə yetirib qurtardıqdan sonra məscidin kənarında yerləşən Müslim ibn Əqilin (r.ə) – İmam Hüseynin (ə) xüsusi səfiri və Kərbəla şəhidləri qafiləsinin ilk şəhidi - qəbrinə tərəf get. Qəbrin kənarında dayanıb de:
اَلْحَمْدُ لِلّٰهِ الْمَلِكِ الْحَقِّ الْمُبِيْنِ
<font color="000000"><b>Həmd-səna haqq və aşkar hökmdar olan Allaha məxsusdur. O hökmdar ki, tüğyankar asilər onun əzəməti qarşısında kiçikdir; göylərin və yerlərin əhli onun rəbliyini etiraf edir; bütün məxluqat onun yeganəliyini iqrar edir. Allahın salamı olsun məxluqatın ağasına və onun girami xanidanına; elə bir salam ki, bununla onların gözü aydın olsun, cin və insdən olan bütün düşmənlərinin burnu isə yerə sürtülsün. Səhər və axşam uca və əzəmətli Allahın salamı, eləcə də müqərrəb mələklərin, göndərilmiş peyğəmbərlərin, seçilmiş imamların, saleh bəndələrin, bütün şəhidlərin və siddiqlərin pak-pakizə salamları olsun sənə ey Müslim ibn Əqil ibn Əbu Talib, Allahın rəhməti və bərəkəti olsun sənə. Şəhadət verirəm ki, sən namaz qıldın, zəkat verdin, əmr bil-məruf və nəhy ənil-munkər etdin, Allah yolunda layiqincə cihad etdin, Allah yolunda mücahidlərin yolu ilə şəhid oldun, ta ki izzətli və cəlalətli Allah səndən razı qaldığı bir halda Onun görüşünə nail oldun. Şəhadət verirəm ki, sən Allahla olan əhd-peymanına vəfa etdin, canını Allahın hüccətinə və Allahın hüccətinin övladına kömək yolunda fəda etdin, ta ki əcəlin çatdı. Şəhadət verirəm sənin göndərilmiş peyğəmbərin canişininə, Peyğəmbərin nəvəsinə, alim bələdçiyə (yol göstərənə), təbliğ edən canişinə və zülmə məruz qalan zülm çəkənə təslim olduğuna, əhdə vəfa etdiyinə və onlara xeyirxahlıq etdiyinə. Elə isə Allah Peyğəmbərin, Əmirəl-mömininin, Həsənin və Hüseynin tərəfindən ən yaxşı mükafatı dözümünə, xeyirxahlığına və köməyinə görə sənə əta etsin. Axirət evi necə də gözəldir! Allah sənin qatillərinə, sənin qətlinə fərman verənlərə, sənə zülm edənlərə, sənə iftira atanlara, haqqını dananlara və hörmətini saxlamayanlara lənət etsin. Allah lənət etsin o kəslərə ki, səninlə beyət etdikdən sonra sənə xəyanət etdilər, səni tək qoyub düşmənə təslim etdilər, camaatı sənin əleyhinə qaldırıb sənə kömək etmədilər. Həmd-səna o Allaha məxsusdur ki, odu onların əbədi məkanı qərar vermişdir. Od necə də pis yerdir! Şəhadət verirəm ki, sən məzlumcasına qətlə yetirildin və Allah sizə veridyi vədə vəfa edəcəkdir. Səni ziyarət etmək üçün hüzuruna gəlmişəm, bir halda ki, sənin haqqını tanıyıram, əmrinə tabeyəm və yolunun davamçısıyam. Sənə kömək üçün gəlmişəm, ta ki ən yaxşı hakim olan Allah hökm çıxarsın. Mən hər zaman sizinləyəm, sizin düşmənlərinizlə deyil. Allahın salamı olsun hazır və qayib ikən sizə, sizin ruhlarınıza və cisimlərinizə. Allahın salamı, rəhməti və bərəkəti olsun sizə. Allah lənət etsin əli və dili ilə sizinlə müharibəyə qalxan camaata.</b></font>
الْمُتَصَاغِرِ لِعَظَمَتِهِ جَبَابِرَةُ الطَّاغِيْنَ
الْمُعْتَرِفِ بِرُبُوْبِيَّتِهِ جَمِيْعُ اَهْلِ السَّمَاوَاتِ وَ الْاَرَضِيْنَ
الْمُقِرِّ بِتَوْحِيْدِهِ سَاۤئِرُ الْخَلْقِ اَجْمَعِيْنَ
وَ صَلَّى اللّٰهُ عَلٰى سَيِّدِ الْاَنَامِ
وَ اَهْلِ بَيْتِهِ الْكِرَامِ
صَلَاةً تَقَرُّ بِهَا اَعْيُنُهُمْ
وَ يَرْغَمُ بِهَا اَنْفُ شَانِئِهِمْ
مِنَ الْجِنِّ وَ الْاِنْسِ اَجْمَعِيْنَ
سَلَامُ اللّٰهِ الْعَلِيِّ الْعَظِيْمِ
وَ سَلَامُ مَلَاۤئِكَۃِ الْمُقَرَّبِيْنَ
وَ اَنْبِيَاۤئِهِ الْمُرْسَلِيْنَ
وَ اَئِمَّتِهِ الْمُنْتَجَبِيْنَ
وَ عِبَادِهِ الصَّالِحِيْنَ
وَ جَمِيْعِ الشُّهَدَاۤءِ وَ الصِّدِّيْقِينَ
وَ الزَّاكِيَاتُ الطَّيِّبَاتُ
فِيْمَا تَغْتَدِيْ وَ تَرُوْحُ
عَلَيْكَ يَا مُسْلِمَ بْنَ عَقِيْلِ بْنِ اَبِيْ طَالِبٍ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
اَشْهَدُ اَنَّكَ اَقَمْتَ الصَّلَاةَ
وَ اٰتَيْتَ الزَّكَاةَ
وَ اَمَرْتَ بِالْمَعْرُوْفِ
وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ
وَ جَاهَدْتَ فِي اللّٰهِ حَقَّ جِهَادِهِ
وَ قُتِلْتَ عَلٰى مِنْهَاجِ الْمُجَاهِدِيْنَ فِيْ سَبِيْلِهِ
حَتّٰى لَقِيْتَ اللّٰهَ عَزَّ وَ جَلَّ وَ هُوَ عَنْكَ رَاضٍ
وَ اَشْهَدُ اَنَّكَ وَفَيْتَ بِعَهْدِ اللّٰهِ
وَ بَذَلْتَ نَفْسَكَ فِي نُصْرَةِ حُجَّةِ اللّٰهِ وَ ابْنِ حُجَّتِهِ
حَتّٰى اَتَاكَ الْيَقِيْنُ
اَشْهَدُ لَكَ بِالتَّسْلِيْمِ وَ الْوَفَاۤءِ
وَ النَّصِيْحَةِ لِخَلَفِ النَّبِيِّ الْمُرْسَلِ
وَ السِّبْطِ الْمُنْتَجَبِ
وَ الدَّلِيْلِ الْعَالِمِ
وَ الْوَصِيِّ الْمُبَلِّغِ
وَ الْمَظْلُوْمِ الْمُهْتَضَمِ
فَجَزَاكَ اللّٰهُ عَنْ رَسُوْلِهِ
وَ عَنْ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
وَ عَنِ الْحَسَنِ وَ الْحُسَيْنِ
اَفْضَلَ الْجَزَاۤءِ
بِمَا صَبَرْتَ وَ احْتَسَبْتَ وَ اَعَنْتَ
فَنِعْمَ عُقْبَى الدَّارِ
لَعَنَ اللّٰهُ مَنْ قَتَلَكَ
وَ لَعَنَ اللّٰهُ مَنْ اَمَرَ بِقَتْلِكَ
وَ لَعَنَ اللّٰهُ مَنْ ظَلَمَكَ
وَ لَعَنَ اللّٰهُ مَنِ افْتَرٰى عَلَيْكَ
وَ لَعَنَ اللّٰهُ مَنْ جَهِلَ حَقَّكَ
وَ اسْتَخَفَّ بِحُرْمَتِكَ
وَ لَعَنَ اللّٰهُ مَنْ بَايَعَكَ وَ غَشَّكَ
وَ خَذَلَكَ وَ اَسْلَمَكَ
وَ مَنْ اَلَبَّ عَلَيْكَ وَ لَمْ يُعِنْكَ
الْحَمْدُ لِلّٰهِ الَّذِيْ جَعَلَ النَّارَ مَثْوَاهُمْ
وَ بِئْسَ الْوِرْدُ الْمَوْرُوْدُ
اَشْهَدُ اَنَّكَ قُتِلْتَ مَظْلُوْمًا
وَ اَنَّ اللّٰهَ مُنْجِزٌ لَكُمْ مَا وَعَدَكُمْ
جِئْتُكَ زَاۤئِرًا عَارِفًا بِحَقِّكُمْ
مُسَلِّمًا لَكُمْ
تَابِعًا لِسُنَّتِكُمْ
وَ نُصْرَتِيْ لَكُمْ مُعَدَّةٌ
حَتّٰى يَحْكُمَ اللّٰهُ وَ هُوَ خَيْرُ الْحَاكِمِيْنَ
فَمَعَكُمْ مَعَكُمْ
لَا مَعَ عَدُوِّكُمْ
صَلَوَاتُ اللّٰهِ عَلَيْكُمْ
وَ عَلٰى اَرْوَاحِكُمْ وَ اَجْسَادِكُمْ
وَ شَاهِدِكُمْ وَ غَاۤئِبِكُمْ
وَ السَّلَامُ عَلَيْكُمْ وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
قَتَلَ اللّٰهُ اُمَّةً قَتَلَتْكُمْ بِالْاَيْدِيْ وَ الْاَلْسُنِ۔
Nəzərinizə çatdıraq ki, yuxarıda qeyd olunan cümlələrin bir qismi "Məzar-Kəbir"də izni-duxul ünvanında qeyd olunubdur. Sonra zərihə işarə edərək de:
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْعَبْدُ الصَّالِحُ
<font color="000000"><b>Salam olsun sənə ey ləyaqətli bəndə, Allaha, Onun elçisinə, Əmirəl-mömininə, Həsənə və Hüseynə - salam olsun onlara – müti olan. Həmd-səna Allaha məxsusdur, salam olsun Allahın seçilmiş bəndələri Məhəmmədə və onun xanidanına, Allahın salamı, rəhməti, bərəkəti və məğfirəti Peyğəmbərin xanidanına və sənin ruhuna və cisminə olsun. Şəhadət verirəm ki, sən Bədr döyüşçülərinin və Allah yolunda cihad edənlərin yolunu getdin, o mücahidlər ki, Allah düşmənləri ilə cihadda və Allah dostlarına köməkdə böyük səy göstərdilər. Elə isə, Allah səni mükafatlandırsın: elə bir mükafatla ki, Onun əhd-peymanına vəfa edənlərin, Onun dəvətini qəbul edənlərin və Onun vəliyyi-əmrinə itaət edənlərin hər birinə verdiyi mükafatın ən üstünü, çoxu və firavanı olsun. Şəhadət verirəm ki, sən xeyirxahlıq üçün çalışdın və son həddədək səy göstərdin, ta ki, Allah səni şəhidlərin zümrəsində ayağa qaldırdı, ruhunu səadətlilərlə birlikdə qərar verdi, sənə Öz cənnətindən ən geniş və üstün mənzilini əta etdi. Sənin yadını "illiyyinə" ucaltdı, səni peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə məhşur etdi. Onlar necə də yaxşı yoldaşlardır! Şəhadət verirəm ki, sən süstlük və tənbəllik etmədin, işin mahiyyətini dərk edərək (bəsirətlə) onu həyata keçirdin, salehlərə iqtida etdin və peyğəmbərlərin davamçısı oldun. Elə isə, Allah bizi, səni və Öz Peyğəmbərini və övliyalarını təvazökarların mənzilində bir yerə cəm etsin. O, həqiqətən rəhimlilərin ən rəhimlisidir.</b></font>
الْمُطِيْعُ لِلّٰهِ وَ لِرَسُوْلِهِ وَ لِاَمِيْرِ الْمُؤْمِنِيْنَ
وَ الْحَسَنِ وَ الْحُسَيْنِ عَلَيْهِمُ السَّلَامُ
اَلْحَمْدُ لِلّٰهِ
وَ سَلَامٌ [سَلَامُهُ‏] عَلٰى عِبَادِهِ الَّذِيْنَ اصْطَفٰى
مُحَمَّدٍ وَ اٰلِهِ
وَ السَّلَامُ عَلَيْكُمْ وَ رَحْمَةُ اللّٰهِ
وَ بَرَكَاتُهُ وَ مَغْفِرَتُهُ
وَ عَلٰى رُوْحِكَ وَ بَدَنِكَ
اَشْهَدُ اَنَّكَ مَضَيْتَ عَلٰى مَا مَضٰى عَلَيْهِ [بِهِ‏] الْبَدْرِيُّوْنَ
الْمُجَاهِدُوْنَ فِي سَبِيْلِ اللّٰهِ
الْمُبَالِغُوْنَ فِيْ جِهَادِ اَعْدَاۤئِهِ
وَ نُصْرَةِ اَوْلِيَاۤئِهِ
فَجَزَاكَ اللّٰهُ اَفْضَلَ الْجَزَاۤءِ
وَ اَكْثَرَ الْجَزَاۤءِ
وَ اَوْفَرَ جَزَاۤءِ اَحَدٍ مِمَّنْ وَفٰى بِبَيْعَتِهِ
وَ اسْتَجَابَ لَهُ دَعْوَتَهُ
وَ اَطَاعَ وُلَاةَ اَمْرِهِ
اَشْهَدُ اَنَّكَ قَدْ بَالَغْتَ فِي النَّصِيْحَةِ
وَ اَعْطَيْتَ غَايَةَ الْمَجْهُوْدِ
حَتّٰى بَعَثَكَ اللّٰهُ فِي الشُّهَدَاۤءِ
وَ جَعَلَ رُوْحَكَ مَعَ اَرْوَاحِ السُّعَدَاۤءِ
وَ اَعْطَاكَ مِنْ جِنَانِهِ اَفْسَحَهَا مَنْزِلًا
وَ اَفْضَلَهَا غُرَفًا
وَ رَفَعَ ذِكْرَكَ فِي الْعِلِّيِّيْنَ
وَ حَشَرَكَ مَعَ النَّبِيِّيْنَ وَ الصِّدِّيْقِيْنَ
وَ الشُّهَدَاۤءِ وَ الصَّالِحِيْنَ
وَ حَسُنَ اُوْلٰۤئِكَ رَفِيْقًا
اَشْهَدُ اَنَّكَ لَمْ تَهِنْ وَ لَمْ تَنْكُلْ
وَ اَنَّكَ قَدْ مَضَيْتَ عَلٰى بَصِيْرَةٍ مِنْ اَمْرِكَ
مُقْتَدِيًا بِالصَّالِحِيْنَ
وَ مُتَّبِعًا لِلنَّبِيِّيْنَ
فَجَمَعَ اللّٰهُ بَيْنَنَا وَ بَيْنَكَ
وَ بَيْنَ رَسُوْلِهِ وَ اَوْلِيَاۤئِهِ
فِيْ مَنَازِلِ الْمُخْبِتِيْنَ
فَاِنَّهُ اَرْحَمُ الرَّاحِمِيْنَ۔
Sonra qəbrin baş tərəfində iki rəkət namaz qıl və namazı ona hədiyyə edib de:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
<font color="000000"><b>Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, mənim üçün (bağışlanmamış) bir günah saxlama...</b></font>
وَ لَا تَدَعْ لِىْ فِيْ هٰذَا الْمَكَانِ الْمُكَرَّمِ...
Bu dua Həzrət Abbasın (ə) hərəmində oxunan duadır və bir qədər irəlidə qeyd olunacaqdır. Cənab Müslim ilə vidalaşmaq istədikdə, Həzrət Abbasın (ə) ziyarətində qeyd olunan vidanı oxu.