EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
İMAM HÜSEYNİN (Ə) BEŞİNCİ ZİYARƏTİ
Etibarlı sənədlə nəql olunur ki, İbrahim ibn Əbul-Bəlad dedi: "İmam Musa ibn Cəfər (ə) mənə buyurdu: "İmam Hüseynin (ə) ziyarətinə getdikdə nə deyirsən?" Mən ərz etdim: "Belə deyirəm:
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَبَا عَبْدِ اللّٰهِ
<font color="000000"><b>Salam olsun sənə ey Əba Əbdullah. Salam olsun sənə ey Rəsulallahın övladı. Şəhadət verirəm ki, sən namaz qıldın, zəkat verdin, əmr bil-məruf və nəhy ənil-munkər etdin, hikmət və gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət etdin. Şəhadət verirəm ki, sənin qanını təkənlər və hörmətini sındıranlar Davudun və İsa ibn Məryəmin dilində lənətlənmişlər və əzab içindədirlər. Çünki onlar itaətsizlik etdilər və həddi aşdılar.</b></font>
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ رَسُوْلِ اللّٰهِ
اَشْهَدُ اَنَّكَ قَدْ اَقَمْتَ الصَّلَاةَ
وَ اٰتَيْتَ الزَّكَاةَ
وَ اَمَرْتَ بِالْمَعْرُوْفِ
وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ
وَ دَعَوْتَ اِلٰى سَبِيْلِ رَبِّكَ
بِالْحِكْمَةِ وَ الْمَوْعِظَةِ الْحَسَنَةِ
وَ اَشْهَدُ اَنَّ الَّذِيْنَ سَفَكُوْا دَمَكَ وَ اسْتَحَلُّوْا حُرْمَتَكَ
مَلْعُوْنُوْنَ مُعَذَّبُوْنَ عَلٰى لِسَانِ دَاوُدَ وَ عِيْسَى ابْنِ مَرْيَمَ
ذٰلِكَ بِمَا عَصَوْا وَ كَانُوْا يَعْتَدُوْنَ۔
İmam (ə) buyurdu: "Bəli, elədir."