مناجات الرَّاغبين
MÜŞTAQLARIN MİNACATI
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Rəhman və Rəhim Allahın adı ilə. Ey mənim Məbudum! Əgər Sənə tərəf aparan yolda mənim yol azuqəm azdırsa, amma heç şübhəsiz, Sənə etdiyim təvəkkülə xoşgümanam. Əgər günahım məni Sənin cəzandan qorxudursa, amma heç şübhəsiz, ümidim məni Sənin intiqamından arxayınlığa yönəldir. Əgər günahım Sənin əzabını mənə şamil edirsə, amma Sənin mükafatına olan xoş gümanım məni agah (xəbərdar) edir. Əgər qəflət və diqqətsizlik məni Səninlə görüşə hazırlaşmaqdan qafil edirsə, amma kərəm və bəxşişini tanımaq məni qəflətdən oyadır. Əgər itaətsizlikdə həddi aşmaq mənimlə Sənin aranda fasilə yaradırsa, amma bağışlanma və razılıq müjdəsi məni Sənə yaxınlaşdırır. Cah-cəlalına və müqəddəs nuruna xatir Səndən istəyir, mərhəmət və yaxşılıq lütfkarlığına xatir Sənə yalvarıram ki, arzu etdiklərim barədə olan gümanımı gerçəkləşdirəsən; mən Sənin bol bəxşişlərini, yanındakı gözəl nemətləri, yaxınlığında məqam və dərgahına nəzər etməkdən bəhrələnməyi arzulayıram. İndi mən Sənin həyat bəxş edən mehribanlıq mehinin qarşısında dayanmışam, Sənin bəxşiş və lütf yağışını diləyirəm. Qəzəbindən razılığına və Səndən (Sənin əzabından) Sənə (Sənin bəxşişinə) tərəf qaçıram. Dərgahında olanların ən yaxşısına ümid bəsləyir, Sənin bəxşişlərinə güvənir və Sənin qəyyumluğuna möhtacam.
اِلٰهِىْ اِنْ كَانَ قَلَّ زَادِىْ فِىْ الْمَسِيْرِ اِلَيْكَ، فَلَقَدْ حَسُنَ ظَنِّىْ بِالتَّوَكَّلِ عَلَيْكَ،
Ey mənim Məbudum! (Mənim barəmdə) başladığın fəzl və ehsanı başa çatdır. Mənə əta etdiyin bəxşişi məndən alma. Səbrin ilə üzərini örtdüyün əməllərimi ifşa etmə. Bildiyin pis əməllərimi bağışla.
وَ اِنْ كَانَ جُرْمِىْ قَدْ اَخَافَنِىْ مِنْ عُقُوْبَتِكَ، فَاِنَّ رَجَاۤئِىْ قَدْ اَشْعَرَنِىْ بِالْاَمْنِ مِنْ نِقْمَتِكَ،
Ey mənim Məbudum! Səni Sənin dərgahında şəfaətçi edirəm və Səndən (Sənin əzabından) Sənə (Sənin bəxşişinə) sığınıram. Sənin dərgahına gəlmişəm, belə ki, yaxşılığını arzulayıram, səxavətinə rəğbət bəsləyirəm, rəhmət yağışını diləyirəm, fəzl və kərəm buludundan rəhmət diləyirəm, razılığını arzulayıram, dərgahını məqsəd və hədəf etmişəm, kərəminin dənizinə daxil olmuşam, dərgahında olan ən üstün xeyirləri istəyirəm, camalının hüzuruna daxil olmuşam, Səni istəmişəm, (Sənin rəhmət) dərgahına ayaq döyürəm, əzəmət və cəlalına sığınıram. Elə isə, Özünün layiq olduğu məğfirətə və rəhməti mənim barəmdə həyata keçir. Mənim layiq olduğum əzab və intiqamı mənim barəmdə həyata keçirmə. Rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi!
وَ اِنْ كَانَ ذَنْبِىْ قَدْ عَرَضَنِىْ لِعِقَابِكَ، فَقَدْ اٰذَنَنِىْ حُسْنُ ثِقَتِىْ بِثَوَابِكَ،
وَ اِنْ اَنَا مَتْنِى الْغَفْلَةُ عَنِ الْاِسْتِعْدَادِ لِلِقَاۤئِكَ، فَقَدْ نَبَّهَتْنِى الْمَعْرِفَةُ بِكَرَمِكَ وَاٰلاۤئِكَ،
وَ اِنْ اَوْحَشَ مَا بَيْنِىْ وَ بَيْنَكَ فَرْطُ الْعِصْيَانِ وَالطُّغْيَانِ، فَقَدْ اٰنَسَنِىْ بُشْرَى الْغُفْرَانِ وَالرِّضْوَانِ.
اَسْئَلُكَ بِسُبُحَاتِ وَجْهِكَ وَ بِاَنْوَارِ قُدْسِكَ، وَابْتَهِلُ اِلَيْكَ بِعَوَاطِفِ رَحْمَتِكَ وَلَطَاۤئِفِ بِرِّكَ،
اَنْ تُحَقِّقَ ظَنِّىْ بِمَا اُؤَمِّلُهٗ مِنْ جَزِيْلِ اِكْرَامِكَ وَ جَمِيْلِ اِنْعَامِكَ، فِىْ الْقُرْبٰى مِنْكَ وَالزُّلْفٰى لَدَيْكَ،
وَالتَّمَتِّعُ بِالنَّظَرِ اِلَيْكَ، وَهَآ اَنَا مُتَعَرِّضٌ لِنَفَحَاتِ رَوْحِكَ وَعَطْفِكَ، وَ مُنْتَجِعٌ غَيْثَ جُوْدِكَ وَ لُطْفِكَ،
فَآرٌّمِنْ سَخَطِكَ اِلٰى رِضَاكَ، هَارِبٌ مِنْكَ اِلَيْكَ، رَاجٍ اَحْسَنَ مَا لَدَيْكَ، مُعَوِّلٌ عَلٰى مَوَاهِبِكَ،
مُفْتَقِرٌ اِلٰى رِعَايَتِكَ، اِلٰهِىْ مَا بَدَاْتَ بِهٖ مِنْ فَضْلِكَ فَتَمِّمْهُ،
وَمَا وَهَبْتَ لِىْ مِنْ كَرَمِكَ فَلَا تَسْلُبْهُ، وَمَا سَتَرْتَهٗ عَلَيَّ بِحِلْمِكَ فَلَا تَهْتِكْهُ،
وَمَا عَلِمْتَهٗ مِنْ قَبِيْحِ فِعْلِىْ فَاغْفِرْهُ، اِلٰهِىْ اِسْتَشْفَعْتُ بِكَ اِلَيْكَ، وَاسْتَجَرْتُ بِكَ مِنْكَ،
اَتَيْتُكَ طَامِعًا فِىٓ اِحْسَانِكَ، رَاغِبًا فِىْ امْتِنَانِكَ، مُسْتَسْقِيًا وَابِلَ طَوْلِكَ، مُسْتَمْطِرًا غَمَامَ فَضْلِكَ،
طَالِبًا مِرْضَاتَكَ، قَاصِدًا جَنَابَكَ، وَارِدًا شَرِيْعَةَ رِفْدِكَ، مُلْتَمِسًا سَنِيَّ الْخَيْرَاتِ مِنْ عِنْدِكَ،
وَافِدًا اِلٰى حَضْرَةِ جَمَالِكَ، مُرِيْدًا وَجْهَكَ، طَارِقًاۢ بَابَكَ، مُسْتَكِيْنًا لِعَظَمَتِكَ وَ جَلَالِكَ،
فَافْعَلْ بِىْ مَآ اَنْتَ اَهْلُهٗ مِنَ الْمَغْفِرَةِ وَالرَّحْمَةِ،
وَلَا تَفْعَلْ بِىْ مَا اَنَا اَهْلُهٗ مِنْ الْعَذَابِ وَالنِّقْمَةِ، بِرَحْمَتِكَ يَآ اَرْحَمَ الرَّاحِمِيْنَ