NƏBƏ (BÖYÜK XƏBƏR) SURƏSİ
Məkkədə nazil olmuşdur, qırx ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
عَمَّ يَتَسَآءَلُوْنَۚ(1)
<font color="000000"><b>(1) (Kafirlər) bir-birlərindən nə haqqında soruşurlar?</b></font>
عَنِ النَّبَاِ الْعَظِيْمِۙ(2)
<font color="000000"><b>(2) Böyük bir xəbər (Qiyamətin gəlməsi, yaxud Quranın haqq olması) haqqında.</b></font>
الَّذِىْ هُمْ فِيْهِ مُخْتَلِفُوْنَؕ(3)
<font color="000000"><b>(3) Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar (bəzisi onu qeyri-mümkün, bəzisi onu az ehtimal olunan, bəzisi şəkk-şübhə etmiş və bəzisi də bunu bilməklərinə baxmayaraq inkar etmişlər).</b></font>
كَلَّا سَيَعْلَمُوْنَۙ(4)
<font color="000000"><b>(4) Xeyr, belə deyildir (onların düşündüyü kimi deyil). Tezliklə biləcəklər.</b></font>
ثُمَّ كَلَّا سَيَعْلَمُوْنَ(5)
<font color="000000"><b>(5) Yenə də xeyr, belə deyildir. Onlar tezliklə biləcəklər. (Bu iki ayə «böyük xəbər»i inkar edənlər üçün bir təhdiddir).</b></font>
اَلَمْ نَجْعَلِ الْاَرْضَ مِهٰدًا ۙ(6)
<font color="000000"><b>(6) Məgər Biz yeri rahatlıq beşiyi etmədikmi? (Bu ayədən etibarən on altıncı ayəyə qədər, «böyük xəbər»in isbatı üçün doqquz dəlil gətirilir).</b></font>
وَّالْجِبَالَ اَوْتَادًا ۙ(7)
<font color="000000"><b>(7) Dağları (onun səthində) mıxlar (etmədikmi)?</b></font>
وَّخَلَقْنٰكُمْ اَزْوَاجًا ۙ(8)
<font color="000000"><b>(8) Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq.</b></font>
وَّجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا ۙ(9)
<font color="000000"><b>(9) Yuxunuzu (bədəninizin) rahatlıq vasitəsi etdik. (və ruhun bədənə göstəriş vermə imkanının bir növ kəsilmə vasitəsi etdik).</b></font>
وَّجَعَلْنَا الَّيْلَ لِبَاسًا ۙ(10)
<font color="000000"><b>(10) Gecəni (hər şeyi bürüyən) örtük etdik.</b></font>
وَّجَعَلْنَا النَّهَارَ مَعَاشًا(11)
<font color="000000"><b>(11) Gündüzü yaşayış və dolanışıq üçün çalışma vaxtı etdik.</b></font>
وَّبَنَيْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا ۙ(12)
<font color="000000"><b>(12) Sizin başınızın üstündə yeddi möhkəm və sabit göy qurduq.</b></font>
وَّ جَعَلْنَا سِرَاجًا وَّهَّاجًا ۙ(13)
<font color="000000"><b>(13) Olduqca parlaq və yandırıcı bir çıraq (günəş) yaratdıq.</b></font>
وَّاَنْزَلْنَا مِنَ الْمُعْصِرٰتِ مَآءً ثَجَّاجًا ۙ(14)
<font color="000000"><b>(14) (Buluda) təzyiq göstərən küləklərdən və topa halında bir-birinə sıxılmış buludlardan (yağış, qar və dolu şəklində) bolluca axar su nazil etdik ki,</b></font>
لِّنُخْرِجَ بِهٖ حَبًّا وَّنَبَاتًا ۙ(15)
<font color="000000"><b>(15) Onunla dən və bitkiləri (torpağın köksündən) çıxaraq.</b></font>
وَّجَنّٰتٍ اَلْفَافًا ؕ(16)
<font color="000000"><b>(16) (Eləcə də) çoxlu sayda və bir-birinə sarmaşan ağacları olan bağlar.</b></font>
اِنَّ يَوْمَ الْفَصْلِ كَانَ مِيْقَاتًا ۙ(17)
<font color="000000"><b>(17) Həqiqətən, (insanlar arasında) hökmetmə və (haqla batilin, yaxşıyla pisin) ayrılma günü (İlahinin əzəli elmində və Lövhi-Məhfuzda yazılana uyğun olaraq) vəd olunmuş bir vaxtdır (hamının bir-birini tanıması, bütün işlərə baxılma, yaxşı və pis işlərin müəyyən edilməsi, mükafat və cəzaların verilmə vədəsidir. Bu ayədən etibarən surənin axırınadək «böyük xəbər»in baş verməsi, bəşər idrakından yuxarı olan o səhnənin hadisələri və həqiqətləri vəsf olunur).</b></font>
يَّوْمَ يُنْفَخُ فِى الصُّوْرِ فَتَاْتُوْنَ اَفْوَاجًا ۙ(18)
<font color="000000"><b>(18) Sura (üçüncü dəfə) üfürüləcəyi gün siz (qəbirlərdən çıxıb haqq-hesab olunmaq üçün) dəstə-dəstə gələcəksiniz.</b></font>
وَّفُتِحَتِ السَّمَآءُ فَكَانَتْ اَبْوَابًا ۙ(19)
<font color="000000"><b>(19) (O gün) göy açılar və (çoxlu sayda mələklərin nazil olması üçün) qapılar şəklinə düşər.</b></font>
وَّ سُيِّرَتِ الْجِبَالُ فَكَانَتْ سَرَابًا ؕ(20)
<font color="000000"><b>(20) Dağlar (öz yerlərindən) hərəkətə gətirilər və (məhv olar və nəzərlərdə) ilğıma dönər.</b></font>
اِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا ۙ(21)
<font color="000000"><b>(21) Əlbəttə, Cəhənnəm (o gün bir) pusqudur. (Mələklər «sirat» körpüsünün yanında möminləri düşməndən qorumaq və kafirləri Cəhənnəmə çəkmək üçün pusqu qurarlar).</b></font>
لِّلطّٰغِيْنَ مَاٰبًا ۙ(22)
<font color="000000"><b>(22) Üsyankarlar üçün dönüş yeridir.</b></font>
لّٰبِثِيْنَ فِيْهَاۤ اَحْقَابًا ۚ(23)
<font color="000000"><b>(23) Onlar uzun müddət (əbədiyyətə qədər) orada qalacaqlar.</b></font>
لَا يَذُوْقُوْنَ فِيْهَا بَرْدًا وَّلَا شَرَابًا ۙ(24)
<font color="000000"><b>(24) Onlar orada nə bir sərinlik (sərin hava və su) dadarlar, nə də içəcək.</b></font>
اِلَّا حَمِيْمًا وَّغَسَّاقًا ۙ(25)
<font color="000000"><b>(25) Qaynar sudan və çirk və qan qarışıq sudan (irindən) başqa</b></font>
جَزَآءً وِّفَاقًا ؕ(26)
<font color="000000"><b>(26) (Onların dünyadakı əqidə, əxlaq və əməllərinə) uyğun cəza olaraq.</b></font>
اِنَّهُمْ كَانُوْا لَا يَرْجُوْنَ حِسَابًا ۙ(27)
<font color="000000"><b>(27) Həqiqətən, onlar haqq-hesab (günün)ə heç bir ümid bəsləmirdilər.</b></font>
وَّكَذَّبُوْا بِاٰيٰتِنَا كِذَّابًا ؕ(28)
<font color="000000"><b>(28) Və Bizim ayələrimizi və nişanələrimizi şiddətlə və israrla təkzib edirdilər.</b></font>
وَكُلَّ شَىْءٍ اَحْصَيْنٰهُ كِتٰبًا ۙ(29)
<font color="000000"><b>(29) Biz hər bir şeyi saymış, Lövhi-Məhfuz kitabında yazmışıq və onların hər bir əməlini əməl dəftərlərində qeyd etmişik.</b></font>
فَذُوْقُوْا فَلَنْ نَّزِيْدَكُمْ اِلَّا عَذَابًا(30)
<font color="000000"><b>(30) Odur ki, dadın (əzabı!) Biz sizə əzabdan başqa əsla bir şey artırmayacağıq!</b></font>
اِنَّ لِلْمُتَّقِيْنَ مَفَازًا ۙ(31)
<font color="000000"><b>(31) Həqiqətən, təqvalılar üçün qurtuluş, səadət və nicat yeri var.</b></font>
حَدَآئِقَ وَاَعْنَابًا ۙ(32)
<font color="000000"><b>(32) Hasara alınmış bağlar və üzümlüklər,</b></font>
وَّكَوَاعِبَ اَتْرَابًا ۙ(33)
<font color="000000"><b>(33) Nar məməli həmyaşıd qızlar,</b></font>
وَّكَاْسًا دِهَاقًا ؕ(34)
<font color="000000"><b>(34) Və (müxtəlif şərablar və şərbətlərlə) dolu camlar (vardır).</b></font>
لَا يَسْمَعُوْنَ فِيْهَا لَغْوًا وَّلَا كِذّٰبًا ۚ(35)
<font color="000000"><b>(35) Onlar orada əsla nə boş söz eşidərlər, nə də bir yalan və təkzib; (Allah və mələklər onları və onlar da bir-birlərini təkzib etməzlər).</b></font>
جَزَآءً مِّنْ رَّبِّكَ عَطَآءً حِسَابًا ۙ(36)
<font color="000000"><b>(36) (Bu) sənin Rəbbinin tərəfindən bir mükafat(dır), kifayət qədər olan və keçmiş əməllərə görə verilən bir bəxşişdir.</b></font>
رَّبِّ السَّمٰوٰتِ وَالْاَرْضِ وَمَا بَيْنَهُمَا الرَّحْمٰنِ لَا يَمْلِكُوْنَ مِنْهُ خِطَابًا ۚ(37)
<font color="000000"><b>(37) (O,) göylərin, yerin və onların arasında olanların Rəbbidir. (O,) Məhşər əhlinin Onun hüzurunda söz deməyə (müstəqil surətdə şəfaət etməyə, yaxud Onun mühakiməsinə, mükafatına və cəzasına etiraz etməyə) əsla qadir olmadığı həmin Rəhman (olan Allah)dır.</b></font>
يَوْمَ يَقُوْمُ الرُّوْحُ وَالْمَلٰٓئِكَةُ صَفًّا ؕۙ لَّا يَتَكَلَّمُوْنَ اِلَّا مَنْ اَذِنَ لَهُ الرَّحْمٰنُ وَقَالَ صَوَابًا(38)
<font color="000000"><b>(38) Ruhun (Cəbrail, yaxud mələklərin başçısı və ya mələk cinsindən olmayan başqa şərafətli bir varlıq) və mələklərin səf-səf duracağı gün Rəhman (olan Allah)ın izn verdiyi kəslərdən başqa heç kəs danışmayacaq, (danışan da) doğru danışacaq.</b></font>
ذٰلِكَ الْيَوْمُ الْحَقُّ ۚ فَمَنْ شَآءَ اتَّخَذَ اِلٰى رَبِّهٖ مَاٰبًا(39)
<font color="000000"><b>(39) O gün haqq olan gündür, odur ki, kim istəyirsə (elə indidən) öz Rəbbinə tərəf bir dönüş yolu tutsun (elə əqidə və əməllər seçsin ki, Ona yetişsin).</b></font>
اِنَّاۤ اَنْذَرْنٰكُمْ عَذَابًا قَرِيْبًا ۖۚ يَّوْمَ يَنْظُرُ الْمَرْءُ مَا قَدَّمَتْ يَدٰهُ وَيَقُوْلُ الْكٰفِرُ يٰلَيْتَنِىْ كُنْتُ تُرٰبًا(40)
<font color="000000"><b>(40) Həqiqətən, Biz sizi yaxın olan əzabla qorxutduq. Elə bir gün(lə) ki, (o gün) hər kəs öz əlləri ilə öncədən göndərdiklərinə baxar, kafir deyər: «Kaş ki, torpaq olaydım (və heç bir məsuliyyətim olmayaydı)».</b></font>