⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
0:00
RAMAZAN AYININ HƏR GÜNÜN QISA DUALARI HAQQINDA
İbn Abbas nəql edir ki, Həzrət Rəsulallah (s) mübarək ramazan ayının hər gününün orucu üçün saysız fəzilətlər bəyan etdi. Həmçinin o həzrət hər gün üçün fəzilətli bir dua bəyan etdi. Biz bu duaları burada nəzərinizə çatdırırıq.
BİRİNCİ GÜNÜN DUASI
اَللّٰهُمَّ اجْعَلْ صِيَامِيْ فِيْهِ صِيَامَ الصَّآئِمِيْنَ،
Ey Allahım, bu ayda mənim orucumu həqiqi oruc tutanların orucundan qərar ver,
وَقِيَامِيْ فِيْهِ قِيَامَ الْقَآئِمِيْنَ،
və gecə ibadətimi gecə ibadətkarlarının ibadətindən qərar ver.
وَنَبِّهْنِيْ فِيْهِ عَنْ نَوْمَةِ الْغَافِلِيْنَ،
Bu ayda məni qəflət yuxusundan oyat,
وَهَبْ لِىْ جُرْمِيْ فِيْهِ يَا اِلـٰهَ الْعَالَمِيْنَ،
bu ayda cinayətlərimi mənə bağışla, ey aləmlərin Rəbbi,
وَاعْفُ عَنِّي يَا عَافِيًا عَنِ الْمُجْرِمِيْنَ۔
məni əfv et, ey cinayətkarları əfv edən.