Ey Allahım, Sənə təvəssül edir və Səndən öz hacətimi diləyirəm;
وَمَنْ طَلَبَ حَاجَةً اِليَ النَّاسِ
kim öz hacətini insanlardan diləsə də,
فَاِنِّي لَآ اَطْلُبُ حَاجَتي اِلَّا مِنْكَ
mən öz hacətimi yalnız Səndən diləyirəm;
وَحْدَكَ لَا شَرِيْكَ لَكَ،
Sən yeganəsən və şərikin yoxdur.
وَاَسْاَلُكَ بِفَضْلِكَ وَرِضْوَانِكَ
Lütf və razılığına xatir Səndən istəyirəm ki,
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَاَهْلِ بَيْتِهِ،
Məhəmmədə və onun Əhli-beytinə salam göndərəsən;
وَاَنْ تَجْعَلَ لِيْ فِيْ عَامِيْ هٰذٰ اِلٰى بَيْتِكَ الْحَرَامِ سَبِيْلًا
(Səndən istəyirəm ki,) bu ildə mənim üçün Öz evinə tərəf bir yol qərar verəsən,
حِجَّةً مَبْرُوْرَةً
yaxşı həcci yerinə yetirməkdən ötrü,
مُتَقَبَّلَةً زَاكِيَةً
qəbul olunmuş, pakizə
خَالِصَةً لَكَ
və Sənin üçün xalis olan
تَقَرُّ بِهَا عَيْنِيْ،
ta onunla gözlərim aydın olsun
وَتَرْفَعُ بِهَا دَرَجَتِيْ،
və rütbəm (Sənin yanında) yüksəlsin;
وَتَرْزُقَنِيْ اَنْ اَغُضَّ بَصَرِيْ،
günahlara göz yummağı,
وَاَنْ اَحْفَظَ فَرْجِيْ،
iffəti qorumağı,
وَاَنْ اَكُفَّ بِهَا عَنْ جَمِيْعِ مَحَارِمَكَ،
bütün günahlardan uzaqlaşmağı mənə əta et,
حَتّٰى لَايَكُوْنَ شَيْءٌ اٰثَرَ عِنْدِيْ مِنْ طَاعَتِكَ وَخَشْيَتِكَ،
ta mənim üçün Sənə itaət etmək və Səndən (Sənə qarşı çıxmaqdan) qorxmaq,
وَالْعَمَلِ بِمَا اَحْبَبْتَ،
Sənin üçün sevimli olan işləri yerinə yetirmək
وَالتَّرْكِ لِمَا كَرِهْتَ وَنَهَيْتَ عَنْهُ،
və Sənin bəyənmədiyin işləri tərk etməkdən mühüm heç nə olmasın;
وَاجْعَلْ ذٰلِكَ فِيْ يُسْرٍ وَيَسَارٍ
bütün bu istəklərimi asayiş, imkan
وَ عَافِيَةٍ وَمَآ اَنْعَمْتَ بِهِ عَلَيَّ،
və salamatlıqda qərar ver; mənə verdiyin nemətlərə şükür etməyi mənə ruzi et.
وَاَسْاَلُكَ اَنْ تَجْعَلَ وَفَاتِيْ قَتْلًا فِيْ سَبِيْلِكَ،
Səndən istəyirəm ki, ölümümü Sənin yolunda şəhadət
تَحْتَ رَايَةِ نَبِيِّكَ مَعَ اَوْلِيَآئِكَ،
və Peyğəmbərinin bayrağı altında Öz dostlarınla birgə qərar verəsən.
وَاَسْاَلُكَ اَنْ تَقْتُلَ بِيْ اَعْدَاۤءَكَ وَاَعْدَاۤءَ رَسُوْلِكَ،
Səndən istəyrəm ki, mənim vasitəmlə Öz düşmənlərini və Peyğəmbərinin düşmənlərini məhv edəsən.
وَاَسْاَلُكَ اَنْ تُكْرِمَنِيْ بِهَوَانِ مَنْ شِئْتَ مِنْ خَلْقِكَ،
Səndən istəyirəm ki, (xar olmasını) rəva gördüyün məxluqunu xar edib məni girami edəsən,
وَلَا تُهِنِّي بِكَرَامَةِ اَحَدٍ مِنْ اَوْلِيَاۤءِكَ
dostlarını girami edib məni xar etməyəsən.
اَللّٰهُمَّ اجْعَلْ لِيْ مَعَ الرَّسُوْلِ سَبِيْلًا،
Ey Allahım, elçin ilə birlikdə olmaqda mənə bir yol qərar ver.
حَسْبِيَ اللهُ مَا شَاۤءَ اللهُ۔
Allah mənə kifayət edir və Onun istədiyi olur.
Seyid İbn Tavus "İqbal" kitabında qeyd edir ki, Əbu Bəsir İmam Sadiqin (ə) belə buyurduğunu nəql etmişdir: "Allahın evini ziyarət etməyə müvəffəq olmaq üçün ramazan ayının gecələrində məğrib namazından sonra bu duanı oxuyun." Kəf'əmi "Bələdul-əmin" kitabında yazır: "Bu duanı ramazan ayının birinci gecəsi və ramazan ayının hər günü oxumaq müstəhəbdir."