EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
RAMAZANDA SÜBH VAXTI OXUNAN DUA
Şeyx Tusi "Misbah" kitabında aşağıdakı duanı Ramazan ayında sübh vaxtı oxumağı tövsiyə etmişdir:
یَا عُدَّتِيْ فِيْ كُرْبَتِيْ،
<font color="000000"><b>Ey bəlalar zamanı qüvvə və ehtiyatım, ey çətinlikdə munisim, ey malik olduğum nemətlərin sahibi, ey arzularımın sonu! İlahi, Sən eyiblərimi örtən, qorxumu asayişə çevirən, günahlarımı bağışlayansan, xətalarımı bağışla! İlahi, Səndən cəhənnəm oduna görə xar və zəlilliklə ah-nalə etməkdən öncə, imanla ah-nalə etməyi diləyirəm. Ey tək və yeganə olan, ey ehtiyacsız, ey doğmayan, doğulmayan və heç bir tayı-bərabəri olmayan, ey istəyənə rəhmət və mehribanlıqla əta edən, istəməyənlərə də Öz fəzilət və kərəmindən xeyir bəxş edən! Sənə and verirəm daimi kərəmini, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir, mənə də onun vasitəsilə dünya və axirət xeyrini əldə edə biləcəyim geniş və əhatəli rəhmətini nəsib et! İlahi, həqiqətən, Səndən tövbə ilə bağışlanmaq dilədikdən sonra bir daha mürtəkib olduğum və Sənin üçün yaxşı bir əməli yerinə yetirmək istədikdə, nəfsimin dəxalət edərək Səni razılığından başqasına yönəltdiyi günahımı bağışlamağını diləyirəm! İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir, bəxşiş, ehsan və həlimliyinə xatir zülm və günahlarımdan keç, ey kərim olan, hacət istəyənləri məhrum etməyən və onlardan nemətlərini kəsməyən! Ey Ondan başqa, üstün məqamlı birinin olmadığı və ey Ondan başqa, kimsənin (bəndələrə) yaxın olmadığı kəs! Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir, ey bu gecə (3 dəfə) və bu saatda (3 dəfə) dəryanı Musa üçün yaran, mənə rəhm et! İlahi, qəlbimi nifaqdan, əməlimi riyakarlıqdan, dilimi yalandan, gözlərimi xəyanətdən pak və uzaq et. Şübhəsiz, Sən gözlərin xəyanəti və qəlblərdə olanlardan agahsan! Ey Rəbbim, bu, cəhənnəm odundan Sənə sığınan, fəryadına yetişməyini istəyən, Sənə doğru qayıdan, xətalarından Sənə yönələn, günahlarını etiraf edən, tövbə ilə Rəbbinə üz tutan bəndənin, ümidsiz fəqirin, qorxduğu halda pənah axtaran, hüznlü, kədər və qəmli olanın, nemət dəryanda qərq olan qəribin, kimsəsiz və qorxuda olanın, Səndən başqa, günahlarını bağışlayacaq, zəifliyini qüvvətləndirəcək, kədərini aradan aparacaq biri olmayanın halıdır. Ey Allah, ey kərim olan, Sənə minnətsiz olaraq səcdə etdikdən və bağışlanmaq dilədikdən sonra simamı cəhənnəm atəşində yandırma! Əslində, həmd və sitayiş yalnız Sənə məxsusdur və Sən fəzl və minnət sahibisən! Ey Rəbbim, ey Rəbbim, ey Rəbbim, zəifliyimə, taqətsiz bədənimə, dərimin zərifliyinə, əsəb sistemimin dağılması, ətim, cisim və bədənimin parçalanıb məhv olmasına (çürüməsinə), tənhalığıma, ehtiyaclı olduqda qorxuma və kiçik bəlalar müqabilində ah-nalə etməyimə rəhm et! Ey Rəbbim, həsrət və hüzn günü (qiyamət günü) Səndən gözaydınlığı və şadlıq diləyirəm! Üzlər qaralan günü Səndən üzümün parlaq olmasını və qiyamətin böyük (şiddətli) sıxıntısından mənə aman verməyini istəyirəm! Qəlb və gözlərin haldan-hala düşəcəyi və dünyadan ayrılacağımız gün Səndən bəşarət və müjdə diləyirəm! Həmd-səna yalnız həyatda olduğum və kömək istədiyim halda ümid bəslədiyim, ehtiyac və çarəsizlik günü (qiyamət günü) ehtiyatına ümid etdiyim, başqasından istəsəm məni əliboş qaytarar deyə, yalnız Ondan istədiyim, digərlərinə ümid etsəm, məni naümid edər deyə, yalnız Ona ümid bəslədiyim Allaha məxsusdur! Həmd olsun nemət, ehsan, xeyirxahlıq, fəzilət, əzəmət və kəramət sahibi, bütün nemətlər və xeyirlərin maliki, məqsədlərin sonu olan və arzuları həyata keçirən Allaha! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, Sənə yəqin etmək və ümidvar olmağı mənə nəsib et, Sənə ümid etməyi qəlbimdə sabitləşdir, Səndən başqasına ümid və etimad etməyəcək qədər başqasından ümidimi üz, ey istədiyi kəsə lütf edən! Bütün hallarda razı olduqların və mənim üçün bəyəndiklərini mənə mərhəmət et! Ey Rəbbim, mən atəşə tab gətirməkdə zəifəm! Elə isə, məni odla (cəhənnəmlə) cəzalandırma! İlahi, dualarımı qəbul, ah-naləmə, qorxu, zillət və xarlığıma rəhm et, mənə pənah ver və fəryadıma yet! Ey Rəbbim, həqiqətən, mən dünyəvi hacətləri əldə etməkdə zəifəm, Sənin isə ehsan və kərəmin genişdir! Ey Rəbbim, Sənin bunlara qadir olduğun və zatən ehtiyacsız olduğun üçün Səndən bu il, bu ay və bu saatda mənə camaata verdiklərin nemətlərdən ehtiyacsız olacağım və onlara göz dikməyəcəyim pak və halal ruzi nəsib etməyini diləyirəm! Ey Rəbbim, yalnız Səndən istəyir, Sənə rəğbət göstərir və Sənə ümid bəsləyirəm. Sən bunlara layiqsən. Səndən başqasına ümid bəsləmir və etimad etmirəm, ey mehribanların ən mehribanı! Ey Rəbbim, mən özümə zülm edənlərdənəm, məni bağışla, rəhm et və mənə sağlamlıq ver, ey bütün səsləri eşidən, ey əldən çıxan şeyləri bir yerə toplayan, ey məxluqatı öldükdən sonra dirildən! Ey aləmdəki zülmət və qaranlığın Onun görməsinə mane olmayan, məxluqatın səsini bir-birindən ayırd edərək (səhv salmadan) eşidən, bir işlə məşğul olmaq onu digər bir işdən yayındırmayan! Mühəmmədə (salam olsun ona və onun Əhli-beytinə) indiyə qədər istənilən, sənin onun üçün istədiyin və yaxud qiyamətə qədər istəniləcək hacətlərin ən üstününü bəxş et! Mənə də həyatımı yaxşılaşdıracaq (asanlaşdıracaq) sağlamlıq və günahların zərər vura bilməyəcəyi gözəl aqibət nəsib et! İlahi, başqalarından bir şey istəməmək qədər mənə qismət etdiklərinə razı olmağı əta et! İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir, rəhmət xəzinələrinin qapısını mənim üçün aç, mənə dünya və axirətdə sonradan onun vasitəsilə heç zaman cəzalandırmayacağın rəhmət nəsib et, bundan sonra geniş rəhmətin sayəsində Səndən başqasından bir şey istəməyəcək qədər bizə halal və pak ruzi ver, onun şükrünü yerinə yetirməyi, Səndən başqasına deyil, yalnız Səndən hacət istəməyi və digərlərindən ehtiyacsız olmağı bizə əta et! Ey ehsan edən, ey nemət verən, ey ucaldan, ey mülk və qüdrət sahibi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir, bütün mühüm işlərdə bizə yardımçı ol, bizə afiyət nəsib et, bütün işlərimizə bərəkət ver və hacətlərimizi həyata keçir! İlahi, çətinliyindən qorxduğumuzu bizə asanlaşdır və çətinliyindən qorxduqlarımız Sənin üçün asandır. Xoşagəlməz hadisələri asanlaşdır, sıxıntıdan qorxumu asudəliyə çevir, qəlbimdən qorxunu çıxart, qorxduğum bəlaları məndən uzaqlaşdır, ey mehribanların ən mehribanı! İlahi, qəlbimi Sənə məhəbbət, Səndən qorxu və yəqinlə, Sənə iman və şövqlə doldur, ey əzəmət və ehsan sahibi! İlahi, həqiqətən, Sənin üzərimdə haqqın böyükdür! Elə isə, nemətlərini mənə ehsan et və boynumda haqqı olanların haqqını Özün ödə! Sən bütün qonaqlara ziyafət verəcəyini Özünə vacib etmisən və mən də sənə qonağam. Elə isə, bu gecə məni cənnət əhlindən et, ey mənə cənnət və məğfirəti hədiyyə edən! Səndən başqa heç bir güc və qüdrət yoxdur!</b></font>
وَيَا صَاحِبِيْ فِيْ شِدَّتِيْ،
وَيَا وَلِيِّيْ فِيْ نِعْمَتِيْ،
وَيَا غَايَتِيْ فِيْ رَغْبَتـِيْ،
اَنْتَ السَّاتِرُ عَوْرَتِيْ،
وَالْمُؤْمِنُ رَوْعَتِيْ،
وَالْمُقِيْلُ عَثْرَتِيْ،
فَاغْفِرْ لِيْ خَطِيٓئَتِيْ،
اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ خُشُوْعَ الْاِيْمَانِ
قَبْلَ خُشُوْعِ الذُّلِّ فِي النَّارِ،
یَا وَاحِدُ یَا اَحَدُ یَا صَمَدُ
یَا مَنْ لَمْ يَلِدْ وَلَمْ يُوْلَدْ
وَلَمْ يَكُنْ لَهُ كُفُوًا اَحَدٌ،
یَا مَنْ يُعْطِيْ مَنْ سَاَلَهُ
تَحَنُّنًا مِنْهُ وَرَحْمَةً،
وَيَبْتَدِئُ بِالْخَيْرِ مَنْ لَمْ يَسْاَلْهُ
تَفَضُّلًا مِنْهُ وَكَرَمًا،
بِكَرَمِكَ الدَّاۤئِمِ
صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
وَهَبْ لِيْ رَحْمَةً وَاسِعَةً جَامِعَةً
اَبْلُغُ بِهَا خَيْرَ الدُّنْيَا وَالْاٰخِرَةِ،
اَللّٰهُمَّ اِنِّيْ اَسْتَغْفِرُكَ لِمَا تُبْتُ اِلَيْكَ مِنْهُ ثُمَّ عُدْتُ فِيْهِ،
وَاَسْتَغْفِرُكَ لِكُلِّ خَيْرٍ اَرَدْتُ بِهِ وَجْهَكَ
فَخَالَطَنِيْ فِيْهِ مَا لَيْسَ لَكَ،
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ
وَاعْفُ عَنْ ظُلْمِيْ وَجُرْمِيْ
بِحِلْمِكَ وَجُوْدِكَ یَا كَرِيْمُ،
مَنْ لَا يَخِيْبُ سَآئِلُهُ،
وَلَا يَنْفَدُ نَآئِلُهُ،
یَا مَنْ عَلَا فَلَا شَيْءَ فَوْقَهُ،
وَدَنَا فَلَا شَيْءَ دُوْنَهُ،
صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ
وَارْحَمْنِيْ،
یَا فَالِقَ الْبَحْرِ لِمُوسَى،
اللَّيْلَةَ اللَّيْلَةَ اللَّيْلَةَ،
السَّاعَةَ السَّاعَةَ السَّاعَةَ،
اَللّٰهُمَّ طَهِّرْ قَلْبِيْ مِنَ النِّفَاقِ،
وَعَمَلِيْ مِنَ الرِّيَاۤءِ،
وَلِسَانِيْ مِنَ الْكِذْبِ،
وَعَيْنِيْ مِنَ الْخِيَانَةِ،
فَاِنَّكَ تَعْلَمُ خَآئِنَةَ الْاَعْيُنِ وَمَا تُخْفِي الصُّدُوْرُ
یَا رَبِّ هٰذَا مَقَامُ الْعَاۤئِذِ بِكَ مِنَ النَّارِ،
هٰذَا مَقَامُ الْمُسْتَجِيْرِ بِكَ مِنَ النَّارِ،
هٰذَا مَقَامُ الْمُسْتَغِيْثِ بِكَ مِنَ النَّارِ،
هٰذَا مَقَامُ الْهَارِبِ اِلَيْكَ مِنَ النَّارِ،
هٰذَا مَقَامُ مَنْ يَبُوْءُ لَكَ بِخَطِيْئَتِهِ
وَيَعْتَرِفُ بِذَنْبِهِ
وَيَتُوْبُ اِلٰى رَبِّهِ،
هٰذَا مَقَامُ الْبَاۤئِسِ الْفَقِيْرِ،
هٰذَا مَقَامُ الْخَاۤئِفِ الْمُسْتَجِيْرِ،
هٰذَا مَقَامُ الْمَحْزُوْنِ الْمَكْرُوْبِ،
هٰذَا مَقَامُ الْمَغْمُوْمِ الْمَهْمُوْمِ،
هٰذَا مَقَامُ الْغَرِيْبِ الْغَرِيْقِ،
هٰذَا مَقَامُ الْمُسْتَوْحِشِ الْفَرِقِ،
هٰذَا مَقَامُ مَنْ لَا يَجِدُ لِذَنْبِهِ غَافِرًا غَيْرَكَ،
وَلَا لِضَعْفِهِ مُقَوِّيًا اِلَّاا اَنْتَ،
وَلَا لِهَمِّهِ مُفَرِّجًا سِوَاكَ،
یَا اَللهُ یَا كَرِيْمُ،
لَا تُحْرِقْ وَجْهِيْ بِالنَّارِ بَعْدَ سُجُوْدِيْ لَكَ وَتَعْفِيْرِيْ
بِغَيْرِ مَنٍّ مِنِّي عَلَيْكَ،
بَلْ لَكَ الْحَمْدُ وَالْمَنُّ وَالتَّفَضُّلُ عَليَّ
ارْحَمْ اَيْ رَبِّ اَيْ رَبِّ
ضَعْفِيْ
وَقِلَّةَ حِيْلَتِيْ
وَرِقَّةَ جِلْدِيْ
وَتَبَدُّدَ اَوْصَالِيْ
وَتَنَاثُرَ لَحْمِيْ وَجِسْمِيْ وَجَسَدِيْ،
وَوَحْدَتِيْ وَوَحْشَتِيْ فِيْ قَبْرِيْ،
وَجَزَعِيْ مِنْ صَغِيْرِ الْبَلَاۤءِ،
اَسْاَلُكَ یَا رَبِّ قُرَّةَ الْعَيْنِ وَالْاِغْتِبَاطَ
يَوْمَ الْحَسْرَةِ وَالنَّدَامَةِ،
بَيِّضْ وَجْهِيْ یَا رَبِّ يَوْمَ تَسْوَدُّ الْوُجُوْهُ،
اٰمِنَّي مِنَ الْفَزَعِ الْاَكْبَرِ،
اَسْاَلُكَ الْبُشْرٰى يَوْمَ تُقَلَّبُ الْقُلُوْبُ وَالْاَبْصَارُ،
وَالْبُشْرٰى عِنْدَ فِرَاقِ الدُّنْيَا،
اَلْحَمْدُ لِلّٰهِ الَّذِيْ اَرْجُوْهُ عَوْنًا فِيْ حَيَاتِيْ،
وَاُعِدُّهُ ذُخْرًا لِيَوْمِ فَاقَتِيْ،
اَلْحَمْدُ لِلّٰهِ الَّذِيْ اَدْعُوهُ وَلَا اَدْعُوْ غَيْرَهُ
وَلَوْ دَعَوْتُ غَيْرَهُ لَخَيَّبَ دُعَاۤئِيْ،
اَلْحَمْدُ لِلّٰهِ الَّذِيْ اَرْجُوْهُ وَلَا اَرْجُوْ غَيْرَهُ
وَلَوْ رَجَوْتُ غَيْرَهُ لَاَخْلَفَ رَجَاۤئِي،
اَلْحَمْدُ لِلّٰهِ الْمُنْعِمِ الْمُحْسِنِ
الْمُجْمِلِ الْمُفْضِلِ
ذِي الْجَلَالِ وَالْاِكْرَامِ
وَلِيُّ كُلِّ نِعْمَةٍ،
وَصَاحِبُ كُلِّ حَسَنَةٍ،
وَمُنْتَهٰى كُلِّ رَغْبَةٍ،
وَقَاضِيْ كُلِّ حَاجَةٍ،
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ
وَارْزُقْنِي الْيَقِيْنَ وَحُسْنَ الظَّنِّ بِكَ،
وَاَثْبِتْ رَجَاۤءِكَ فِيْ قَلْبِيْ،
وَاقْطَعْ رَجَآئِي عَمَّنْ سِوَاكَ،
حَتّٰى لَا اَرْجُوْ غَيْرَكَ وَلَا اَثِقَ اِلَّا بِكَ
یَا لَطِيْفًا لِمَا تَشَاۤءُ
اُلْطُفْ لِي فِيْ جَمِيْعِ اَحْوَالِيْ بِمَا تُحِبُّ وَتَرْضِىْ،
یَا رَبِّ اِنّي ضَعِيْفٌ عَلَى النَّارِ فَلَا تُعَذِّبْنِيْ بِالنَّارِ،
یَا رَبِّ ارْحَمْ دُعَاۤئِي وَتَضَرُّعِيْ
وَخَوْفِي وَذُلِّي وَمَسْكَنَتِي
وَتَعْوِيْذِي وَتَلْوِيْذِيْ،
یَا رَبِّ اِنّي ضَعِيْفٌ عَنْ طَلَبِ الدُّنْيَا
وَاَنْتَ وَاسِعٌ كَرِيْمٌ،
اَسْاَلُكُ یَا رَبِّ بِقُوَّتِكَ عَلٰى ذٰلِكَ
وَقُدْرَتِكَ عَلَيْهِ
وَغِنَاكَ عَنْهُ
وَحَاجَتِيْ اِلَيْهِ
اَنْ تَرْزُقَنِيْ فِيْ عَامِيْ هٰذَا
وَشَهْرِي هٰذَا
وَيَوْمِيْ هٰذَا
وَسَاعَتِيْ هٰذِهِ
رِزْقًا تُغْنِيْنِيْ بِهِ عَنْ تَكَلُّفُ مَا فِي اَيْدِي النَّاسِ
مِنْ رِزْقِكَ الْحَلَالِ الطَّيِّبِ،
اَيْ رَبِّ مِنْكَ اَطْلُبُ
وَاِلَيْكَ اَرْغَبُ
وَاِيَّاكَ اَرْجُوْ
وَاَنْتَ اَهْلَ ذٰلِكَ،
لَا اَرْجُوْ غَيْرَكَ
وَلَا اَثِقُ اِلَّا بِكَ
یَا اَرْحَمَ الرَّاحِمينَ،
اَيْ رَبِّ ظَلَمْتُ نَفْسِيْ
فَاغْفِرْ لِيْ وَارْحَمْنِيْ وَعَافِنِيْ،
یَا سَامِعَ كُلِّ صَوْتٍ،
وَيَا جَامِعَ كُلِّ فَوْتٍ،
وَيَا بَارِئَ النُّفُوْسِ بَعْدَ الْمَوْتِ،
یَا مَنْ لَا تَغْشَاهُ الظُّلُمَاتُ،
وَلَا تَشْتَبِهُ عَلَيْهِ الْاَصْوَاتُ،
وَلَا يَشْغَلُهُ شَيْءٌ عَنْ شَيْءٍ،
اَعْطِ مُحَمَّدًا صَلَّى اللهُ عَلَيْهِ واٰلِهِ اَفْضَلَ مَا سَاَلَكَ
وَاَفْضَلَ مَا سُئِلْتَ لَهُ،
وَاَفْضَلَ مَا اَنْتَ مَسْؤُوْلٌ لَهُ اِلٰى يَوْمِ الْقِيَامَةِ،
وَهَبْ لِيَ الْعَافِيَةَ حَتّٰى تُهَنِّئَنِيْ الْمَعِيْشَةَ،
وَاخْتِمْ لِيْ بِخَيْرٍ حَتّٰى لَا تَضُرَّنيِ الذُّنُوْبُ،
اَللّٰهُمَّ رَضِّنِيْ بِمَا قَسَمْتَ لِيْ حَتّٰى لَا اَسْاَلَ اَحَدًا شَيْئًا،
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ
وَافْتَحْ لِيْ خَزَآئِنَ رَحْمَتِكَ،
وَارْحَمْنِيْ رَحْمَةً لَا تُعَذِّبُنِيْ بَعْدَهَا اَبَدًا فِي الدُّنْيَا وَالْاٰخِرَةِ،
وَارْزُقْنِيْ مِنْ فَضْلِكَ الْوَاسِعِ رِزْقًا حَلَالًا طَيِّبًا
لَا تُفْقِرُنِيْ اِلى اَحَدٍ بَعْدَهُ سِوَاكَ،
تَزِيْدُنِي بِذٰلِكَ شُكْرًا
وَاِلَيْكَ فَاقَةً وَفَقْرًا،
وَبِكَ عَمَّنْ سِوَاكَ غِنًا وَتَعَفُّفًا،
یَا مُحْسِنُ یَا مُجْمِلُ،
یَا مُنْعِمُ یَا مُفْضِلُ،
یَا مَلِيْكُ یَا مُقْتَدِرُ
صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ
وَاكْفِنِيْ الْمُهِمَّ كُلَّهُ،
وَاقْضِ لِيْ بِالْحُسْنٰى،
وَبَارِكْ لِي فِيْ جَمِيْعِ اُمُوْرِيْ،
وَاقْضِ لِيْ جَمِيْعَ حَوَآئِجِيْ،
اَللّٰهُمَّ يَسِّرْ لِيْ مَا اَخَافُ تَعْسِيْرَهُ،
فَاِنَّ تَيْسِيْرَ مَا اَخَافُ تَعْسِيْرَهُ عَلَيْكَ سَهْلٌ يَسِيْرٌ،
وَسَهِّلْ لِيْ مَا اَخَافُ حُزُوْنَتَهُ،
وَنَفِّسْ عَنِّي مَا اَخَافُ ضَيْقَهُ،
وَكُفَّ عَنّي مَا اَخَافُ هَمَّهُ،
وَاصْرِفْ عَنِّي مَا اَخافُ بَلِيَّتَهُ،
یَا اَرْحَمَ الرَّاحِمِيْنَ،
اَللّٰهُمَّ امْلَا قَلْبِيْ حُبًّا لَكَ،
وخَشْيَةً مِنْكَ،
وَتَصْدِيْقًا لَكَ،
وَاِيْمَانًا بِكَ،
وفَرَقًا مِنْكَ،
وَشَوْقًا اِلَيْكَ
یَا ذَا الْجَلَالِ وَالْاِكْرَامِ،
اَللّٰهُمَّ اِنَّ لَكَ حُقُوْقًا فَتَصَدَّقْ بِهَا عَلَيَّ،
وَلِلنَّاسِ قِبَلِيْ تَبِعَاتٌ فَتَحَمَّلْهَا عَنِّي،
وَقَدْ اَوْجَبْتَ لِكُلِّ ضَيْفٍ قِرَىً،
وَاَنَا ضَيْفُكَ، فَاجْعَلْ قِرَايَ اللَّيْلَةَ الْجَنَّةَ،
یَا وَهَّابَ الْجَنَّةِ
یَا وَهَّابَ الْمَغْفِرَةِ،
وَلَا حَوْلَ وَلَا قُوَّةَ اِلَّا بِكَ۔