EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
RAMAZANIN BİRİNCİ GECƏSİ (2)
3) Seyid İbn Tavus nəql edir ki, bir gün İmam Zeynul-abidin (ə) yol gedərkən ramazan ayının hilalını gördü. O həzrət dayandı və dedi:
اَيُّهَا الْخَلْقُ الْمُطِيْعُ
<font color="000000"><b>Ey itaətkar məxluq, daim (hərəkətdə olan) və sürətlə (hərəkət edən), müəyyən mənzillərdə get-gəl edən, tədbir fələyində dövr edən! Mən o kəsə iman gətirdim ki, sənin vasitənlə qaranlıqları işıqlandırdı və göz görməyən yolları aydın etdi; səni Öz hökmranlığının nişanələrindən bir nişanə və sultanlığının əlamətlərindən bir əlamət qərar verdi; zamanı sənin vasitənlə hüdudlandırdı (müəyyənləşdirdi); səni artıb- azalmağa, çıxıb-batmağa, nur saçmağa və tutulmağa vadar etdi. Bütün bunlarda sən Ona müti oldun və Onun istəyinə tərəf tələsdin. Pak və münəzzəhdir Allah, (ondan ötrü ki,) sənin işində tökdüyü tədbir nə qədər qəribədir və sənin işində göstərdiyi məharət nə qədər dəqiqdir. O səni yeni iş üçün yeni ayın açarı qərar verdi. Mənim və sənin Rəbbin, mənim və sənin Xaliqin, mənim və sənin təqdiratını (taleyini) müəyyən edən, mənə və sənə surət bəxş edən Allahdan istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərsin, səni dövranın aradan aparmadığı bərəkət ayı və günahların çirkləndirmədiyi pak ay qərar versin; səni bəlalardan əmin-amanlıq və pis olan hər şeydən salamatlıq ayı qərar versin; səni bir nəhsi olmayan səadətli ay, kədəri olmayan xoşbəxt ay, çətinliyi olmayan asan ay və şəri olmayan xeyirli ay qərar versin; səni əmin-amanlıq və iman, nemət və ehsan, salamatlıq və İslam ayı qərar versin. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, bizi, bu ayın üzərinə nur saçdığı kəslərin ən razı olanı, ona baxan kəslərin ən təmizi və bu ayda Sənə ibadət edənlərin ən xoşbəxti qərar ver. Ey Allahım, bu ayda bizi itaət və tövbəyə müvəffəq et, bu ayda bizi günahlardan və xətalardan qoru, bu ayda bizə Sənin nemətinə şükür etməyi ilham et, bu ayda bizə sağlamlıq qalxanlarını geyindir, bu ayda Sənə kamil itaət etməklə Öz minnətini bizə tamamla, çünki Sən çox nemət sahibi və həmd olunansan. Allahın salamı olsun Məhəmmədə və onun pak xanidanına, bizi dəvət etdiyin işləri və Sənin vacib itaətini yerinə yetirmək üçün bu ayda Öz tərəfindən bizə kömək yetir və bunları (ibadətləri) bizdən qəbul et. Həqiqətən Sən hər kərimdən kərim və hər rəhimlidən rəhimlisən. Qəbul et, qəbul et, ey aləmlərin Rəbbi.</b></font>
الدَّآئِبُ السَّرِيْعُ،
الْمُتَرَدِّدُ فِيْ مَنَازِلِ التَّقْدِيْرِ،
الْمُتَصَرِّفُ فِيْ فَلَكِ التَّدْبِيْرِ،
اٰمَنْتُ بِمَنْ نَوَّرَ بِكَ الظُّلَمَ،
وَاَوْضَحَ بِكَ الْبُهَمَ،
وجَعَلَكَ اٰيَةً مِنْ اٰيَاتِ مُلْكِهِ،
وَعَلَامَةً مِنْ عَلَامَاتِ سُلْطَانِهِ،
فَحَدَّ بِكَ الزَّمَانَ،
وَامْتَهَنَكَ بِالْكَمَالِ وَالنُّقْصَانِ،
وَالطُّلُوْعِ وَالْاُفُوْلِ،
وَالْاِنارَةِ والْكُسُوْفِ،
فِيْ كُلِّ ذٰلِكَ اَنْتَ لَهُ مُطِيْعٌ،
وَاِلَى اِرَادَتِهِ سَرِيْعٌ،
سُبْحَانَهُ مَا اَعْجَبَ مَا دَبَّرَ مِنْ اَمْرِكَ،
وَاَلْطَفَ مَا صَنَعَ فِيْ شَانِكَ،
جَعَلَكَ مِفْتَاحَ شَهْرٍ حَادِثٍ لِاَمْرٍ حَادِثٍ،
فَاَسْاَلُ اللهَ رَبِّي وَرَبَّكَ،
وَخَالِقِيْ وَخَالِقَكَ،
وَمُقَدِّرِيْ وَمُقَدِّرَكَ،
وَمُصَوِّرِيْ وَمُصَوِّرَكَ
اَنْ يُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
وَاَنْ يَجْعَالَكَ هِلَالَ بَرَكَةٍ لَا تَمْحَقُهَا الْاَيَّامُ،
وَطَهَارَةٍ لَا تُدَنِّسُهَا الْاٰثَامُ،
هِلَالَ اَمْنِ مِنَ الْاٰفَاتِ،
وَسَلَامَةٍ مِنَ السَّيِّئَاتِ،
هِلَالَ سَعْدٍ لَا نَحْسَ فِيْهِ
يُمْنِ لَا نَكَدَ مَعَهُ،
وَيُسْرٍ لَا يُمَازِجُهُ عُسْرٌ،
وَخَيْرٍ لَا يَشُوْبُهُ شَرٌّ،
هِلَالَ اَمْنٍ وَاِيْمَانٍ
وَنِعْمَةٍ وَاِحْسَانٍ
وَسَلَامَةٍ وَاِسْلَامٍ،
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
وَاجْعَلْنَا مِنْ اَرْضٰى مَنْ طَلَعَ عَلَيْهِ،
وَاَزْكٰى مَنْ نَظَرَ اِلَيْهِ،
وَاَسْعَدَ مَنْ تَعَبَّدَ لَكَ فِيْهِ،
وَوَفِّقْنَا اَللّٰهُمَّ فِيْهِ لِلطَّاعَةِ وَالتَّوْبَةِ،
وَاعْصِمْنَا فِيْهِ مِنَ الْاٰثَامِ وَالْحَوْبَةِ،
وَاَوْزِعْنَا فِيْهِ شُكْرَ النِّعْمَةِ،
واَلْبِسْنَا فِيْهِ جُنَنَ الْعَافِيَةِ،
وَاَتْمِمْ عَلَيْنَا بِاسْتِكْمَالِ طَاعَتِكَ فِيْهِ الْمِنَّةَ،
اِنَّكَ اَنْتَ الْمَنَّانُ الْحَمِيْدُ،
وَصَلَّى اللهُ عَلٰى مُحَمَّدٍ وَاٰلِهِ الطَيِّبِيْنَ،
وَاجْعَلْ لَنَا فِيْهِ عَوْنًا مِنْكَ عَلٰى مَا نَدَبْتَنَا اِلَيْهِ
مِنْ مُفْتَرَضِ طَاعَتِكَ،
وَتَقَبَّلْهَا اِنَّكَ الْاََكْرَمُ مِنْ كُلِّ كَرِيْمٍ،
وَالْاَرْحَمُ مِنْ كُلِّ رَحِيْمٍ،
اٰمِيْنَ اٰمِيْنَ رَبَّ الْعَالَمِيْنَ۔