Hal-hazırkı dövrdə bayram namazı qılmaq müstəhəbdir. Bayram namazı iki rəkətdir: birinci rəkətdə
Fatihədən sonra
Əla surəsini (yaxud istədiyiniz bir Surəni) oxuyun. Sonra beş təkbir deyin və hər təkbirdən sonra qunut tutun. Qunutda deyin:
اَللّٰهُمَّ اَهْلَ الْكِبْرِيَاۤءِ وَ الْعَظَمَةِ
Ey Allahım, ey böyüklük və əzəmət sahibi, ey səxavət və səltənət sahibi, ey əfv və rəhmət sahibi, ey təqva və məğfirət sahibi! Səndən istəyirəm bu günün haqqına xatir – belə ki, onu müsəlmanlar üçün bayram və Məhəmməd – Allahın salamı olsun ona və xanidanına! – üçün azuqə, (şərəf) və məqamının artması qərar vermisən – ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən, Məhəmmədi və Ali-Məhəmmədi daxil etdiyin (çatdırdığın) hər bir xeyirə məni də daxil edəsən, Məhəmmədi və Ali-Məhəmmədi xaric etdiyin hər bir şərdən məni də xaric edəsən, Sənin salamın olsun ona və onlara. Ey Allahım, Sənin saleh bəndələrinin Səndən dilədiklərinin ən yaxşısını Səndən diləyirəm və Sənin saleh bəndələrinin Sənə pənah gətirdikləri şeylərdən Sənə pənah gətirirəm.
وَ اَهْلَ الْجُوْدِ وَ الْجَبَرُوْتِ
وَ اَهْلَ الْعَفْوِ وَ الرَّحْمَةِ
وَ اَهْلَ التَّقْوٰى وَ الْمَغْفِرَةِ
اَسْاَلُكَ بِحَقِّ هٰذَا الْيَوْمِ
الَّذِيْ جَعَلْتَهُ لِلْمُسْلِمِيْنَ عِيْدًا
وَ لِمُحَمَّدٍ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ ذُخْرًا وَ شَرَفًا وَ كَرَامَةً وَ مَزِيْدًا
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اَنْ تُدْخِلَنِيْ فِيْ كُلِّ خَيْرٍ
اَدْخَلْتَ فِيْهِ مُحَمَّدًا وَ اٰلَ مُحَمَّدٍ
وَ اَنْ تُخْرِجَنِيْ مِنْ كُلِّ سُوْۤءٍ
اَخْرَجْتَ مِنْهُ مُحَمَّدًا وَ اٰلَ مُحَمَّدٍ
صَلَوَاتُكَ عَلَيْهِ وَ عَلَيْهِمْ اَجْمَعِيْنَ
اَللّٰهُمَّ اِنِّيْۤ اَسْاَلُكَ خَيْرَ مَا سَاَلَكَ مِنْهُ عِبَادُكَ الصَّالِحُوْنَ
وَ اَعُوْذُ بِكَ فِيْهِ مِمَّا اسْتَعَاذَ مِنْهُ عِبَادُكَ الصَّالِحُوْنَ (الْمُخْلِصُوْنَ)
(Əgər qunutda bu duanı oxumaq mümkün olmasa, istədiyiniz duanı oxuyun.) Daha sonra altıncı təkbiri deyib rükuya, rükudan sonra səcdəyə gedin. İkinci rəkətdə isə
Fatihədən sonra
Şəms surəsini (yaxud istədiyiniz bir "Surə"ni) oxuyun. Sonra dörd təkbir deyin və hər təkbirdən sonra qunut tutub həmin duanı oxuyun. Dörd qunut tutduqdan sonra beşinci təkbiri deyib rükuya və səcdələrə gedin, namazı tamamlayın. Namazdan sonra Xanım Zəhra (s.ə) təsbihini deyin.
Zikrlərdən sonra hədis qaynaqlarımızda nəql olunan duaları oxuyun. Bu dualardan biri "Səhifeyi Səccadiyyə"nin 46-cı duasıdır.
Bayram namazını açıq səma altında qılmaq müsətəhəbdir. Namazdan sonra din qardaşlarının əməllərinin qəbul olunması üçün dua edin.
9) "Nüdbə" duasını oxumaq: Mərhum Şeyx Abbas Qummi yazır: Seyid İbn Tavus yazır ki, "Nüdbə" duasından sonra səcdəyə gedib deyin:
اَعُوْذُ بِكَ مِنْ نَارٍ حَرُّهَا لَا يُطْفٰى
Şölələri səngiməyən, təzəliyi köhnəlməyən və ətəşi sirab olmayan oddan Sənə pənah gətirirəm.
وَ جَدِيْدُهَا لَا يَبْلٰى
وَ عَطْشَانُهَا لَا يَرْوٰى
Sonra sağ üzünü səcdə yerinə qoyub de:
اِلٰهِيْ لَا تُقَلِّبْ وَجْهِيْ فِيْ النَّارِ
İlahi, Sənin qarşında səcdə etdikdən və üzümü yerə sürtdükdən sonra üzümü oda tapşırma, bir halda ki, mənim Sənə heç bir minnətim yoxdur, əksinə Sənin mənim üzərimdə minnətin vardır.
بَعْدَ سُجُوْدِيْ وَ تَعْفِيْرِيْ لَكَ
بِغَيْرِ مَنٍّ مِنِّيْ عَلَيْكَ
بَلْ لَكَ الْمَنُّ عَلَيَّ
Daha sonra sol üzünü səcdə yerinə qoyub de:
اِرْحَمْ مَنْ اَسَاۤءَ وَ اقْتَرَفَ
Pis iş görən, itaətsizlik edən, çarəsiz qalan və etiraf edən kəsə rəhm et.
وَ اسْتَكَانَ وَ اعْتَرَفَ۔
اِنْ كُنْتُ بِئْسَ الْعَبْدُ
Əgər mən pis bəndəyəmsə, lakin Sən yaxşı Rəbbsən. Sənin bəndənin günahı böyükdür, Sənin isə əfvin gözəldir, ey Kərim.
عَظُمَ الذَّنْبُ مِنْ عَبْدِكَ
فَلْيَحْسُنِ الْعَفْوُ مِنْ عِنْدِكَ يَا كَرِيْمُ
اَلْعَفْوَ اَلْعَفْوَ
Əfv elə!