Amma matəm günləri bu böyük şəxsiyyətlərin həyat səhifələrinin yenidən vərəqlənib onların göstərdikləri şəhamət və fədakarlıqların xatırlanmasına səbəb olduğundan, bu ay qəhrəmanlıq, eşq, ixlas və fədakarlıq ayıdır. Bu səbəbdəndir ki, tarixi faktlara istinadən, İslam düşmənlərinin bir çox təxribatları bu ayda o müqəddəs insanların matəm günlərində təşkil olunan yas məclislərində yaranan qəhrəmanlıq və fədakarlıq hisslərinin bərəkəti sayəsində zərərsizləşmişdir. Bunun özü böyük bir nemətdir və onu qorumaq gərəkdir.Şam əhalisinin düşüncələri İmam Səccadın (ə) və Xanım Zeynəb-Kübranın (s.ə) xütbələri nəticəsində tamamilə dəyişdi və orada Bəni-Uməyyəyə qarşı üsyan toxumu səpildi. Bu xütbələrin nəticəsində Bəni-Uməyyə İslam aləmində rusvay oldu, onlar tərəfindən İslamı və Quranı hədələyən təhlükələr şəhidlərin pak qanlarının bərəkəti və Aşura mübəlliğlərinin xütbələri sayəsində dəf edildi.
Bundan əlavə, qeyd etdiyimiz kimi, bu ayda İslam aləminə böyük itkilər üz vermişdir. Belə ki, bu ayda sevimli Peyğəmbərimiz (s) dünyasını dəyişmiş, onun əziz nəvələri İmam Həsən Müctəba (ə) və İmam Əli ibn Musa ər-Rza (ə) şəhid olmuşlar. İmam Hüseyn (ə) Ərbəininin ardınca bu böyük müsibətlərin ildönümü səfər ayının axırıncı ongünlüyü Əhli-beyt aşiqləri üçün hüzn və kədər günlərinə çevirilmişdir.
Amma matəm günləri bu böyük şəxsiyyətlərin həyat səhifələrinin yenidən vərəqlənib onların göstərdikləri şəhamət və fədakarlıqların xatırlanmasına səbəb olduğundan, bu ay qəhrəmanlıq, eşq, ixlas və fədakarlıq ayıdır. Bu səbəbdəndir ki, tarixi faktlara istinadən, İslam düşmənlərinin bir çox təxribatları bu ayda o müqəddəs insanların matəm günlərində təşkil olunan yas məclislərində yaranan qəhrəmanlıq və fədakarlıq hisslərinin bərəkəti sayəsində zərərsizləşmişdir. Bunun özü böyük bir nemətdir və onu qorumaq gərəkdir.
"Səfər" ayı "ağır ay" adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on dəfə oxumaq tövsiyə olunur:
يَا شَدِيْدَ الْقُوٰى
<font color="000000"><b>Ey şiddətli qüvvətə malik, ey çətin cəza verən, ey əziz, ey əziz, ey əziz. Sənin əzəmətinin qarşısında bütün məxluqat zəlil oldu. Öz məxluqatının şərri müqabilində mənə kifayət et!.Ey yaxşılıq sahibi, ey gözəllik sahibi, ey nemət verən, ey fəzilət verən, ey səndən başqa məbud olmayan. Sən münəzzəh və paksan. Həqiqətən mən (günah etməklə) zalımlardan oldum.Biz onun istəyini yerinə yetirdik və onu qəmdən (o böyük çətinlikdən) qurtardıq. Biz möminlərə bu cür nicat veririk. Allahın salam, rəhmət və bərəkəti olsun Məhəmməd və Onun pak ailəsinə.</b></font>
وَ يَا شَدِيْدَ الْمِحَالِ
يَا عَزِيْزُ يَا عَزِيْزُ يَا عَزِيْزُ
ذَلَّتْ بِعَظَمَتِكَ جَمِيْعُ خَلْقِكَ
فَاكْفِنِيْ شَرَّ خَلْقِكَ
يَا مُحْسِنُ يَا مُجْمِلُ
يَا مُنْعِمُ يَا مُفْضِلُ
يَا لَاۤ اِلٰهَ اِلَّاۤ اَنْتَ سُبْحَانَكَ
اِنِّيْۤ كُنْتُ مِنَ الظَّالِمِيْنَ
فَاسْتَجَبْنَا لَهُ وَ نَجَّيْنَاهُ مِنَ الْغَمِّ
وَ كَذٰلِكَ نُنْجِيْ الْمُؤْمِنِيْنَ
وَ صَلَّى اللّٰهُ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ الطَّيِّبِيْنَ الطَّاهِرِيْنَ۔