EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
Şeyx Tusi və Seyid İbn Tavus öz kitablarında yazıblar ki, bu duanı cümə gecəsinin sübhə yaxın vaxtında oxumaq müstəhəbdir:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
<font color="000000"><b>Ey Allahım, Məhəmmədə və onun xanidanına salam göndər, bu sübh çağında Öz razılığını mənə bəxş et, Öz qorxunu mənim qəlbimdə yerləşdir və qəlbimi Özündən qeyrisindən ayır ki, Səndən qeyrisinə ümid bağlamayım və Səndən qeyrisindən qorxmayım. Ey Allahım, Məhəmmədə və onun xanidanına salam göndər, mənə sabit və dəyişməz yəqin, tam ixlas, tövhid şərəfi, davamlı dözüm, səbir mədəni, qəzavü-qədərə razılıq bəxş et. Ey diləyənlərin diləklərini həyata keçirən, ey sükut edənlərin qəlbindəki sirləri bilən, Məhəmmədə və onun xanidanına salam göndər, mənim duamı müstəcab et, günahımı bağışla, ruzimi bol et, mənim özüm, din qardaşlarım və ailəm barədə olan istəklərimi həyata keçir. Ey Məbudum, Sənin dərgahına olan arzulardan qeyri bütün böyük arzular puçdur, Sənə yönələn himmətdən qeyri bütün ali himmətlər yararsızdır, Sənə tərəf aparan yoldan qeyri ağlın bütün yolları bağlıdır (dalana çıxır); elə isə, mənim ümid və sığınacaq yerim Sənsən. Ey qəsd olunanların ən kərimi və dilənilənlərin ən səxavətlisi! Ey fərar edənlərin pənahı, kürəyimə yığdığım günah yükü ilə Sənin dərgahına fərar etmişəm, bir halda ki, Sənin dərgahına bir şəfaətçim yoxdur, lakin bilirəm ki, Sən diləyənlərin ümid bəslədikləri ən yaxında olan kəssən və rəğbət edənlər Sənin dərgahında olanları arzulayırlar. Ey o kəs ki, ağılları Öz mərifətinlə açdın, dilləri Öz həmdinlə nitqə gətirdin, bəndələrinə mükafat (savab) ünvanında minnət qoyduğunu (verdiyini) Sənin haqqını yerinə yetirməyin əvəzində qərar verdin! Məhəmmədə və onun xanidanına salam göndər, mənim ağlıma hakim olmasına şeytan üçün bir yol qərar vermə və mənim əməlimdə batil üçün bir dəlil qərar vermə." </b></font>
وَ هَبْ لِيَ الْغَدَاةَ رِضَاكَ
وَ اَسْكِنْ قَلْبِيْ خَوْفَكَ
وَ اقْطَعْهُ عَمَّنْ سِوَاكَ
حَتّٰى لَاۤ اَرْجُوْ وَ لَاۤ اَخَافَ اِلَّاۤ اِيَّاكَ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
وَ هَبْ لِيْ ثَبَاتَ الْيَقِيْنِ
وَ مَحْضَ الْاِخْلَاصِ
وَ شَرَفَ التَّوْحِيْدِ
وَ دَوَامَ الْاِسْتِقَامَةِ
وَ مَعْدِنَ الصَّبْرِ
وَ الرِّضَا بِالْقَضَاۤءِ وَ الْقَدَرِ
يَا قَاضِيَ حَوَاۤئِجِ السَّاۤئِلِيْنَ
يَا مَنْ يَعْلَمُ مَا فِيْ ضَمِيْرِ الصَّامِتِيْنَ
صَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِهِ،
وَ اسْتَجِبْ دُعَاۤئِي
وَ اغْفِرْ ذَنْبِيْ
وَ اَوْسِعْ رِزْقِيْ
وَ اقْضِ حَوَاۤئِجِيْ فِي نَفْسِيْ
وَ اِخْوَانِيْ فِيْ دِيْنِيْ وَ اَهْلِيْ
اِلٰهِيْ طُمُوْحُ الْاٰمَالِ قَدْ خَابَتْ اِلَّا لَدَيْكَ
وَ مَعَاكِفُ الْهِمَمِ قَدْ تَعَطَّلَتْ اِلَّا عَلَيْكَ
وَ مَذَاهِبُ الْعُقُوْلِ قَدْ سَمَتْ اِلَّاۤ اِلَيْكَ
فَاَنْتَ الرَّجَاۤءُ وَ اِلَيْكَ الْمُلْتَجَاُ
يَاۤ اَكْرَمَ مَقْصُوْدٍ وَ اَجْوَدَ مَسْئُوْلٍ
هَرَبْتُ اِلَيْكَ بِنَفْسِيْ
يَا مَلْجَاَ الْهَارِبِيْنَ، بِاَثْقَالِ الذُّنُوْبِ
اَحْمِلُهَا عَلٰى ظَهْرِيْ
لَاۤ اَجِدُ لِيْ اِلَيْكَ شَافِعًا
سِوٰى مَعْرِفَتِيْ بِاَنَّكَ اَقْرَبُ مَنْ رَجَاهُ الطَّالِبُوْنَ
وَ اَمَّلَ مَا لَدَيْهِ الرَّاغِبُوْنَ
يَا مَنْ فَتَقَ الْعُقُوْلَ بِمَعْرِفَتِهِ
وَ اَطْلَقَ الْاَلْسُنَ بِحَمْدِهِ
وَ جَعَلَ مَا امْتَنَّ بِهِ عَلٰى عِبَادِهِ فِي كِفَاۤءٍ لِتَأْدِيَةِ حَقِّهِ [اَنَالَ بِهِ حَقَّهُ‏]
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
وَ لَا تَجْعَلْ لِّلشَّيْطَانِ عَلٰى عَقْلِيْ سَبِيْلًا
وَ لَا لِلْبَاطِلِ عَلٰى عَمَلِيْ دَلِيْلًا۔