HƏZRƏT PEYĞƏMBƏRİN (S) NAMAZI
Seyid İbn Tavus mötəbər sənədlə nəql edir: Bir kişi İmam Rzadan (ə) "Cəfər Təyyar namazı" barədə soruşur. İmam Rza (ə) buyurur: "Nə üçün Rəsulallahın (s) namazı barədə soruşmursan?" O kişi ərz edir: "O namazı mənə öyrədin." İmam Rza (ə) buyurur:
Rəsulallahın (s) namazı iki rəkətdir. Hər rəkətdə bir dəfə
Fatihə və on beş dəfə
Qədr surəsini oxu. Həmçinin bu yerlərdə
Qədr surəsini on beş dəfə oxu: rükuda (rükunun zikrindən sonra), rükudan qalxıb ayaq üstə dayandıqda, birinci səcdədə (səcdənin zikrindən sonra), səcdədən qalxıb əyləşdikdə, ikinci səcdədə (səcdənin zikrindən sonra), səcdədən qalxıb əyləşdikdə. Namazı qılıb qurtardıqdan sonra Allah sənin günahlarını bağışlayar və istəklərini həyata keçirər. Namazdan sonra bu duanı oxu:
لَاۤ اِلٰهَ اِلَّا اللهُ
Allahdan qeyri İlah yoxdur, bizim və əcdadımızın Rəbbidir. Allahdan qeyri İlah yoxdur, yeganə Məbuddur və bizim Ona imanımız var. Allahdan qeyri İlah yoxdur, biz Ondan qeyrisinə ibadət etmirik, müşriklərə xoş olmasa da, dinimizi Onun üçün xalis etdik. Allahdan qeyri İlah yoxdur, yeganədir, yeganədir, (yeganədir), vədinə vəfa etdi, bəndəsinə kömək etdi, qoşununu izzətli etdi, Özü batil dəstəni məxlub etdi. Hökmdarlıq və həmd-səna Ona məxsusdur, O hər şeyə qadirdir. Ey Allahım, Sənsən göylərin və yerin, onlarda olanların nuru, elə isə həmd-səna Sənə məxsusdur; Sənsən göyləri və yeri, onlarda olanları saxlayan, elə isə həmd-səna Sənə məxsusdur; Sənsən haqq, Sənin vədin, sözün və vəfadarlığın haqqdır, Cənnət və Cəhənnəm haqqdır. Ey Allahım, Sənə təslim oldum, iman gətirdim və təvəkkül etdim, Sənin köməyin ilə düşmənlə mübarizə etdim və Səni hakim etdim. Ey Rəbbim, ey Rəbbim, ey Rəbbim, keçmiş və gələcək günahlarımı, gizlində və aşkarda etdiyim günahları bağışla; Sən mənim Məbudumsan və Səndən qeyri İlah yoxdur, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, məni bağışla və mənə rəhm et, mənim tövbəmi qəbul et, çünki Sən tövbəni qəbul edən və rəhimlisən.
رَبُّنَا وَ رَبُّ اٰبَاۤئِنَا الْاَوَّلِيْنَ
اِلٰهًا وَاحِدًا وَ نَحْنُ لَهُ مُسْلِمُوْنَ
لَا نَعْبُدُ اِلَّاۤ اِيَّاهُ
مُخْلِصِيْنَ لَهُ الدِّيْنَ
وَ لَوْ كَرِهَ الْمُشْرِكُوْنَ
وَحْدَهُ وَحْدَهُ وَحْدَهُ
وَ هَزَمَ الْاَحْزَابَ وَحْدَهُ
فَلَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ
وَ هُوَ عَلٰى كُلِّ شَيْءٍ قَدِيْرٌ
اَللّٰهُمَّ اَنْتَ نُوْرُ السَّمَاوَاتِ وَ الْاَرْضِ وَ مَنْ فِيْهِنَّ
فَلَكَ الْحَمْدُ [وَ لِلّٰهِ الْمُلْكُ وَ الْحَمْدُ]
وَ اَنْتَ قَيَّامُ السَّمَاوَاتِ وَ الْاَرْضِ وَ مَنْ فِيْهِنَّ
وَ وَعْدُكَ الْحَقُّ [حَقٌ]،
وَ النَّارُ حَقٌّ [وَ اَنْتَ الْحَقُّ]
اَللّٰهُمَّ لَكَ اَسْلَمْتُ
يَا رَبِّ يَا رَبِّ يَا رَبِّ
اغْفِرْ لِيْ مَا قَدَّمْتُ وَ اَخَّرْتُ
وَ اَسْرَرْتُ وَ اَعْلَنْتُ
اَنْتَ اِلٰهِيْ لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
اِنَّكَ اَنْتَ التَّوَّابُ الرَّحِيْمُ ۔