İŞA (XÜFTƏN) NAMAZININ TƏQİBATI
"Mütəcəhhid" kitabında İşa namazının təqibatında bu dua qeyd olunmuşdur:
اَللّٰهُمَّ اِنَّهُ لَيْسَ لِيْ عِلْمٌ بِمَوْضِعِ رِزْقِيْ
<font color="000000"><b>İlahi, ruzimin harada olduğunu bilmirəm, amma ürəyimə düşən hər bir şeyi istəyirəm və onun ardınca şəhərləri gəzirəm! Odur ki, istədiyim şeyin axtarışında sərgərdan şəxs kimiyəm, bilmirəm ruzim havadadır, dağdadır, yoxsa yerdə, göydədir, yoxsa quruda, ya da dənizdə, bilmirəm ruzim kimin əlindədir və kim tərəfindəndir. Amma bunu bilirəm ki, onu Sən bilirsən və onun səbəbləri də Sənin əlindədir. Onu Öz lütfünlə bölən də, necə əldə olunmasını hazırlayan da Sənsən. İlahi, Məhəmməd və onun Əhli-beytinə salavat göndər! Pərvərdigara, ruzini mənim üçün bol və firavan, onun əldə olunmasını mənim üçün asan və əldə olunacağı yeri mənim üçün yaxın et! Mənim üçün nəzərdə tutmadığın yolu qət etməkdə zəhmətə salma. Çünki Sən mənə əzab-əziyyət verməkdən ehtiyacsızsan. Mən isə Sənin rəhmətinə möhtacam. Elə isə Məhəmməd və onun Əhli-beytinə salavat göndər, bol-bol səxavətinlə bəndənə nemətlərini bəxş et ki, Sən böyük ehsan sahibisən. </b></font>
وَ اِنَّمَا اَطْلُبُهُ بِخَطَرَاتٍ تَخْطُرُ عَلٰى قَلْبِيْ
فَاَجُوْلُ فِي طَلَبِهِ الْبُلْدَانَ
فَاَنَا فِيْمَا اَنَا طَالِبٌ كَالْحَيْرَانِ
لَاۤ اَدْرِيْ اَ فِي سَهْلٍ هُوَ اَمْ فِيْ جَبَلٍ
اَمْ فِي اَرْضٍ اَمْ فِي سَمَاۤءٍ
اَمْ فِي بَرٍّ اَمْ فِي بَحْرٍ
وَ قَدْ عَلِمْتُ اَنَّ عِلْمَهُ عِنْدَكَ
وَ اَنْتَ الَّذِيْ تَقْسِمُهُ بِلُطْفِكَ
وَ تُسَبِّبُهُ بِرَحْمَتِكَ
اَللّٰهُمَّ فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
وَ اجْعَلْ يَا رَبِّ رِزْقَكَ لِيْ وَاسِعًا
وَ لَا تُعَنِّنِي بِطَلَبِ مَا لَمْ تُقَدِّرْ لِي فِيْهِ رِزْقًا
فَاِنَّكَ غَنِيٌّ عَنْ عَذَابِيْ [عَنَاۤئِي]
وَ اَنَا فَقِيْرٌ اِلٰى رَحْمَتِكَ
فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
وَ جُدْ عَلٰى عَبْدِكَ بِفَضْلِكَ
اِنَّكَ ذُوْ فَضْلٍ عَظِيْمٍ۔
Bu dua ruzi dualarından biridir.
Vuteyrə namazı iki rəkətdir və oturan vəziyyətdə qılınır. Bu namazda Quranın yüz ayəsini oxumaq müstəhəbdir. Yaxşı olar ki, birinci rəkətdə <font><b><a href="https://www.divinepearls.com/surah1">Fatihədən</a></b></font> sonra <font><b><a <font><b><a href="https://www.divinepearls.com/surah56">Vaqiə</a></b></font> və ya "Mulk" surəsi, ikinci rəkətdə <font><b><a href="https://www.divinepearls.com/surah1">Fatihədən</a></b></font> sonra <font><b><a href="https://www.divinepearls.com/surah112">İxlas</a></b></font> surəsi oxunsun. Namazdan sonra özün və möminlər üçün dua et.