ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
İSTƏKLƏRİN HƏYATA KEÇMƏSİ ÜÇÜN DUA
Mərhum Kəf'əmi bu duanı İmam Musa Kazimdən (ə) nəql etmiş və demişdir: "Bu dua böyük və tez qəbul olan bir duadır." Dua budur:
اَللّٰهُمَّ اِنِّيْۤ اَطَعْتُكَ فِيْۤ اَحَبِّ الْاَشْيَاۤءِ اِلَيْكَ
Ey Allahım, Sənin yanında ən sevimli əməl olan yeganəpərəstlikdə Sənə itaət etdim və Sənin yanında ən nifrətə layiq əməl olan küfrdə Sənə itaətsizlik etmədim. Elə isə, bu ikisinin arasında qərar tutanları mənim üçün bağışla, ey o kəs ki, fərar yerim Ona tərəfdir, Sənə pənah gətirdiyim şeydən mənə pənah ver. Ey Allahım, çox günahlarımı bağışla və az itaətimi qəbul et. Ey azuqələr arasında mənim azuqəm, ey mənim ümidim və dayağım, ey mənim sığındığım və arxalandığım yer, ey yeganə və tək! Ey o kəs ki, demisən: "De: Allah təkdir. Allah ehtiyacsızdır. Doğmamış və doğulmamışdır. Onun tayı-bərabəri və bənzəri yoxdur." (Ey Allahım,) insanlar arasından seçdiyin bəndələrin – belə ki insanlar arasında onlar kimisini qərar verməmisən - haqqına xatir Səndən istəyirəm ki, Məhəmmədə və onun xanidanına salam göndərəsən və Özünün layiq olduğunu mənim barəmdə yerinə yetirəsən. Ey Allahım, böyük vəhdaniyyətin, nurani həmdin və çox-çox uca məqamına xatir, bəndələrinə olan bütün hüccətlərinin haqqına xatir, məxluqatından gizli saxladığın və Səndən qeyri kimsənin bilmədiyi o ada xatir Səndən istəyirəm ki, Məhəmmədə və onun xanidanına salam göndərəsən, işimdə asanlıq və həll yolu qərar verəsən, ümid etdiyim və etmədiyim yerdən mənə ruzi verəsən, həqiqətən Sən istədiyinə hesabsız ruzi verirsən.
وَ هُوَ التَّوْحِيْدُ
وَ لَمْ اَعْصِكَ فِيْۤ اَبْغَضِ الْاَشْيَاۤءِ اِلَيْكَ
وَ هُوَ الْكُفْرُ
فَاغْفِرْ لِيْ مَا بَيْنَهُمَا
يَا مَنْ اِلَيْهِ مَفَرِّيْ
اٰمِنِّيْ مِمَّا فَزِعْتُ مِنْهُ اِلَيْكَ
اَللّٰهُمَّ اغْفِرْ لِيَ الْكَثِيْرَ مِنْ مَعَاصِيْكَ
وَ اقْبَلْ مِنِّيْ الْيَسِيْرَ مِنْ طَاعَتِكَ
يَا عُدَّتِيْ دُوْنَ الْعُدَدِ
وَ يَا رَجَاۤئِيْ وَ الْمُعْتَمَدُ
وَ يَا كَهْفِيْ وَ السَّنَدُ
وَ يَا وَاحِدُ يَاۤ اَحَدُ
يَا قُلْ هُوَ اللهُ اَحَدٌ
اَللهُ الصَّمَدُ
لَمْ يَلِدْ وَ لَمْ يُوْلَدْ
وَ لَمْ يَكُنْ لَهُ كُفُوًا اَحَدٌ،
اَسْاَلُكَ بِحَقِّ مَنِ اصْطَفَيْتَهُمْ مِنْ خَلْقِكَ
وَ لَمْ تَجْعَلْ فِيْ خَلْقِكَ مِثْلَهُمْ اَحَدًا
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
وَ تَفْعَلَ بِيْ مَاۤ اَنْتَ اَهْلُهُ
اَللّٰهُمَّ اِنِّيۤ اَسْاَلُكَ
بِالْوَحْدَانِيَّةِ الْكُبْرٰى
وَ الْمُحَمَّدِيَّةِ الْبَيْضَاۤءِ
وَ الْعَلَوِيَّةِ الْعُلْيَا [الْعَلْيَاۤءِ]
وَ بِجَمِيْعِ مَا احْتَجَجْتَ بِهِ عَلٰى عِبَادِكَ
وَ بِالْاِسْمِ الَّذِيْ حَجَبْتَهُ عَنْ خَلْقِكَ
فَلَمْ يَخْرُجْ مِنْكَ اِلَّاۤ اِلَيْكَ
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
وَ اجْعَلْ لِيْ مِنْ اَمْرِيْ فَرَجًا وَ مَخْرَجًا
وَ ارْزُقْنِيْ مِنْ حَيْثُ اَحْتَسِبُ
وَ مِنْ حَيْثُ لَاۤ اَحْتَسِبُ
اِنَّكَ تَرْزُقُ مَنْ تَشَاۤءُ بِغَيْرِ حِسَابٍ۔
Sonra öz istəklərini Allahdan dilə.