EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
MƏBƏS GECƏSİ VƏ GÜNÜ İMAM ƏLİNİN (Ə) ZİYARƏTİ
Bu gün üçün (Rəcəb ayının 27-si) üç ayrı ziyarətnamə vardır:
1. Rəcəbiyyə ziyarəti. Bu ziyarəti rəcəb ayının əməllərində "Rəcəb Ayında Məsumların (ə) Ziyarəti" adı altında qeyd etmişik. Həmin ziyarət bu cümləylə başlayır:
اَلْحَمْدُ لِلّٰهِ الَّذِىْ اَشْهَدَنَا مَشْهَدَ اَوْلِيَاۤئِهِ
<font color="000000"><b>Həmd-səna o Allaha məxsusdur ki, rəcəb ayında bizi Öz dostlarının ziyarətgahında hazır etdi...</b></font>
2. Bu gündə oxunan başqa bir ziyarətnamə. Bu cümlə ilə başlayır:
اَلسَّلَامُ عَلٰى اَبِیْ الْاَئِمَّۃِ وَ مَعْدَنِ النُّبُوَّۃِ
<font color="000000"><b>Salam olsun İmamların atasına və peyğəmbərliyin zatına...</b></font>
(Bu ziyarəti "əl-Tuhfə" və "Məzar əl-Qədim" kitablarında tapa bilərsiniz.)
3. Əllamə Məclisi Şeyx Mufid, Seyid İbn Tavus və Şəhid-əvvəldən nəql olunan ziyarətnamə:
Əgər Məbəs gecəsi və ya günü Əmirəl-möminin Əlini (ə) ziyarət etmək istəsən, hərəmin qapısında o həzrətin zərihi ilə üzbəüz dayan və de:
اَشْهَدُ اَنْ لَا اِلٰهَ اِلَّا اللّٰهُ وَحْدَهُ لَا شَرِيْكَ لَهُ
وَ اَشْهَدُ اَنَّ مُحَمَّدًا عَبْدُهُ وَ رَسُوْلُهُ
وَ اَنَّ عَلِيَّ بْنَ اَبِيْ طَالِبٍ اَمِيْرَ الْمُؤْمِنِيْنَ عَبْدُ اللّٰهِ وَ اَخُوْ رَسُوْلِهِ
وَ اَنَّ الْاَئِمَّةَ الطَّاهِرِيْنَ مِنْ وُلْدِهِ حُجَجُ اللّٰهِ عَلٰى خَلْقِهِ۔
Sonra içəri daxil olub o həzrətin qəbrinə yaxınlaş və arxası qibləyə, üzü qəbrə tərəf dayan. Bu vaxt yüz dəfə "təkbir" de:
اَلله اَكْبَرُ
<font color="000000"><b>Allah böyükdür!</b></font>
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ اٰدَمَ خَلِيْفَةِ اللّٰهِ
<font color="000000"><b>Salam olsun sənə ey Allahın (yer üzündəki) xəlifəsi Adəmin varisi. Salam olsun sənə ey Allahın seçdiyi Nuhun varisi. Salam olsun sənə ey Allahın dostu İbrahimin varisi. Salam olsun sənə ey Allahın kəlam kəsdiyi Musanın varisi. Salam olsun sənə ey Allahın ruhu İsanın varisi. Salam olsun sənə ey (ilahi) elçilərin sərvəri Məhəmmədin varisi. Salam olsun sənə ey Əmirəl-möminin (möminlərin əmiri). Salam olsun sənə ey təqvalıların imamı (öndəri). Salam olsun sənə ey vəsilərin (canişinlərin) sərvəri. Salam olsun sənə ey aləmlərin rəbbinin eiçisinin canişini. Salam olsun sənə ey əvvəlkilərin və sonrakıların elminin varisi. Salam olsun sənə ey böyük xəbər. Salam olsun sənə ey düz yol. Salam olsun sənə ey pak olan kərim. Salam olsun sənə ey təqvalı canişin. Salam olsun sənə ey bəyənilən pakizə. Salam olsun sənə ey işıqlı ay. Salam olsun sənə ey (Rəsulallahı) təsdiq edənlərin böyüyü. Salam olsun sənə ey (haqqı batildən) ayırd edənlərin əzəmətlisi. [Salam olsun sənə ey işıq saçan məşəl.] Salam olsun sənə ey hidayət imamı. Salam olsun sənə ey təqva nişanəsi. Salam olsun sənə ey Allahın ən böyük hüccəti. Salam olsun sənə ey Allahın xas və xalis, əmanətdar və seçilmiş bəndəsi, Allahın (rəhmət) dərgahı və hüccəti, Allahın hökmünün və sirlərinin xəzinəsi, Allahın elminin xəzinəsi və xəzinədarı, məxluqat arasında Allahın vasitəçisi. Şəhadət verirəm ki, sən namaz qıldın və zəkat verdin, əmr bil-məruf və nəhy ənil-munkər etdin, Rəsulallahın ardınca getdin, Quranı layiqincə tilavət etdin, Allah tərəfindən olanları çatdırdın, Allahla olan əhd-peymana vəfa etdin, Allah kəlmələri sənin vasitənlə kamil oldu, Allah yolunda layiqincə cihad etdin, Allah və Onun elçisi – Allahın salamı ona və xanidanına olsun – üçün xeyirxahlıq etdin. Canını fəda etdin, bir halda ki, səbirli idin, mükafatını Allahdan gözləyirdin, Allahın dinini müdafiə etdin, Rəsulallahın – Allahın salamı ona və xanidanına olsun – qoruyucusu idin, Allahın razılığını istədin və Onun vədəsinə müştaq idin. Bu əqidənlə şəhid, şahid və şəhadət verilmiş bir halda dünyadan köçdün. Dürüst olduğun üçün Allah Öz Peyğəmbəri, İslam və əhli-İslam tərəfindən ən yaxşı mükafatı sənə əta etsin. Şəhadət verirəm ki, sən İslamı qəbul edən ilk şəxs, onlar arasında imanı ən ixlaslı və yəqini ən möhkəm olan, Allahdan ən çox qorxan, ən çox əzab-əziyyət çəkən, Rəsulallahı – Allahın salamı ona və xanidanına olsun – qorumaqda ən çox səy göstərən, (İslamda) böyük keçmişi olan, ən uca dərəcəyə və yüksək məqama sahib olan, Peyğəmbərə hamıdan əziz olan bir kəs idin. Onlar süstlük göstərdikdə sən Rəsulallahın – Allahın salamı ona və xanidanına olsun – yolunu getdin. Şəhadət verirəm ki, sən Rəsulallahın haqq canişini idin və bu məsələ münafiqlərin (müxalifliyinə), kafirlərin qəzəbinə və fasiqlərin kin-küdurətinə rəğmən mübahisə mövzusu olmadı. Başqaları qorxduğu vaxt sən "əmr" (dinin yayılması) üçün ayağa qalxdın. Başqaları danışmaqda aciz olduğu vaxt sən (dini həqiqətləri) danışdın. Başqaları dayandığı vaxt sən ilahi nur sayəsində hərəkət etdin. Odur ki, kim sənin ardınca getdisə, hidayət olundu. Sən idin onların hamısından birinci danışan, düşmənə qarşı qatı olan, ən doğru danışan, ən dərin düşünən, ən şücaətli qəlbə sahib olan, yəqini çox olan, ən yaxşı əmələ sahib olan, işləri yaxşı bilən. Möminlər sənin himayən altında qərar tutduqda, sən onlar üçün mehriban bir ata oldun. Başqalarının tab gətirə bilmədikləri işləri sən öhdənə götürdün. Başqalarının hədərə verdiklərini sən qorudun. Başqalarının süstlük göstərdiklərinə sən riayət etdin. Başqaları qorxduğu vaxt sən himmət göstərdin. Başqaları dözümsüzlük və ah-nalə etdikləri vaxt sən uca idin və səbir etdin. Sən kafirlərə qarşı göydən yağan əzab, sərt və qəzəbli, möminlərə qarşı isə rəhmət və nemət yağışı, elm dəryası idin. Dəlilin əsla məğlub olmadı, qəlbin (haqq yoldan) əsla azmadı, bəsirətin əsla azalmadı və sən əsla qorxmadın. Sən tufanların dəbərdə və aradan apara bilmədiyi bir dağ idin. Sən Rəsulallahın – Allahın salamı olsun ona və xanidanına – buyurduğu kimi cismin qüvvətli, ruhun təvazökar, Allah dərgahında əzəmətli, yer üzündə böyük və göydə cəlalətli idin. Səndə kimsənin səhv və irad tuta biləcəyi, (həris) insanların tamah sala biləcəyi və kimsənin (yersiz və haqsız) ümid bəsləyə biləcəyi bir cəhət yox idi. Gücsüz və alçaldılmış insanın haqqını özünə verməkdə o sənin yanında güclü və qüvvətli idi. Güclü və qüvvətli insandan başqasının haqqını almaqda o sənin yanında gücsüz və zəif idi. Qohumlar və yadlar bu xüsusda sənin yanında bərabər idi. Məramın haqq, doğruluq və dürüstlük, sözün qanun və icracı vacib, əmrin səbir və ciddiyyət, düşüncən elm və zəka idi. İslam dini (dinin bayrağı) sənin əlinlə yuxarı qaldırıldı, çətinliklər sənin əlinlə öz həllini tapdı, (nifaq) alovu sənin əlinlə söndü, iman sənin əlinlə qüvvətləndi və İslam sənin əlinlə möhkəmləndi. Sənin şəhadətinin müsibəti camaatı sarsıtdı. (Bəli,) biz hamımız Allaha aidik və Ona tərəf qayıdacağıq. Allah lənət etsin sənin qatillərinə. Allah lənət etsin sənə qarşı çıxanlara. Allah lənət etsin sənə iftira atanlara. Allah lənət etsin sənə zülm edənlərə və haqqını qəsb edənlərə. Allah lənət etsin bunları eşidib bilənlərə və bunlarla razılaşanlara. Biz belə kəslərdən Allah dərgahına şikayətçiyik. Allah lənət etsin sənə qarşı çıxanlara, vəliliyini inkar edənlərə, sənin əleyhinə birləşənlərə və səni qətlə yetirənlərə, səndən üz döndərən və səni tək, köməksiz qoyanlara. Həmd-səna o Allaha məxsusdur ki, cəhənnəm odunu onların yeri qərar vermişdir. Onların daxil olacaqları yer (Cəhənnəm) nə qədər də pisdir! Şəhadət verirəm ki, sən, ey Allahın və Onun elçisinin – Allahın salamı ona və xanidanına olsun – dostu, (dini) təbliğ etdin və vəzifəni yerinə yetirdin. Şəhadət verirəm ki, sən Allahın sevimlisi və Onun rəhmət qapısısan. Sən "cənbullah" və "vəchullah"san, səninlə Allaha tərəf üz tutulur. Sən Allah yolusan (Allaha tərəf aparan yolsan). Sən Allahın bəndəsi və Onun elçisinin – Allahın salamı ona və xanidanına olsun – qardaşısan. Mən səni ziyarət etmək üçün hüzuruna gəlmişəm, çünki Allah və Rəsulallah yanında məqamın olduqca ucadır. Səni ziyarət etməklə Allaha yaxınlaşmaq istəyirəm, şəfaətinə müştaqam, sənin şəfaətinlə (oddan) qurtulmaq istəyirəm, cəhənnəm odundan sənə pənah gətirmişəm, belimi bükən günahlarımdan qaçıram, Rəbbimin rəhmətinə ümid bəsləyərək sənə təvəssül edirəm. Ey mövlam, Allah dərgahında mənə şəfaətçi olmağın üçün sənin hüzuruna gəlmişəm, sənin vasitənlə Allaha yaxınlaşmaq istəyirəm, ta ki diləklərim və dualarım qəbul olunsun. Ey Əmirəl-möminin, Allah dərgahında mənə şəfaətçi ol, çünki mən bir Allah bəndəsi və sənin dostun, ziyarətçinəm. Sən isə Allah dərgahında məlum bir məqama, uca bir dərəcəyə və qəbul olunmuş bir şəfaətə sahibsən. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər. (Ey Allahım,) bəndənə, ən vəfalı əmanətdarına, möhkəm ipinə, uca əlinə, gözəl kəlmənə, bədələrinə olan hücccətinə, ən böyük təsdiq edəninə, vəsilərin sərvərinə, dostlarının və seçilmişlərinin dayağına, möminlərin əmirinə, təqvalıların öndərinə, doğru danışanların örnəyinə, salehlərin rəhbərinə, sapqınlıqlardan və eyiblərdən uzaq olana, nöqsandan pak olana, şəkk-şübhədən təmiz olana, Peyğəmbərinin qardaşına və elçinin canişininə, Peyğəmbərin yatağında yatana, canı ilə ona kömək edənə, onun üzündən kədəri silənə salam göndər. (Ey Allahım, salam göndər) o kəsə ki, onu Peyğəmbərinin peyğəmbərliyi üçün şəmşir, risaləti üçün möcüzə, hüccəti üçün aydın dəlil, onun bayraqdarı, onun canını qoruyan bir qalxan, ümmətini hidayət edən, döyüşləri üçün (qüdrətli) əl, başının tacı, köməyi üçün bir qapı, qələbəsi üçün bir açar qərar verdin. Ta ki Sənin köməyinlə şirk qoşununu məğlub etdi, Sənin əmrinlə küfr döyüşçülərini məhv etdi, Sənin və Rəsulallahın razılığı yolunda canını fəda etməyə hazır oldu, canını Sənin elçinin itaətinə həsr etdi və onun çətinlikləri qarşısında bir qalxan qərar verdi. Ta ki Rəsulallah – Allahın salamı ona və xanidanına olsun – onun ağuşunda canını tapşırdı və o, Rəsulallahın bədəninin soyuduğunu hiss etdi, bu soyuqluğu üzünə çəkdi, Rəsulallaha qüsl vermək və onu dəfn etməkdə mələklər ona kömək etdi. O, Rəsulallaha namaz qıldı, onu torpağa tapşırıdı, onun borclarını ödədi, vədinə əməl etdi, peymanında sabitqədəm oldu, əhd-peymanına olduğu kimi əməl etdi və Rəsulallahın vəsiyyətini hifz etdi. Tərəfdarları olduqda müstəqil şəkildə xilafət işlərini və imamlıq məsuliyyətlərini öhdəsinə götürdü. Beləcə, hidayət bayrağını Sənin bəndələrinin arasında yuxarı qaldırdı, İslam torpaqlarında əmin-amanlığı və insanlar arasında ədaləti yaydı, məxluqat arasında Sənin kitabın əsasında hökm verdi və "hədd" icra etdi. Haqqı inkar edənləri darmadağın etdi, əyrilikləri düzəltdi, iğtişaşı yatırtdı, süstlükləri aradan apardı, (ixtilaf) yarığını doldurdu, əhdi pozanlar, təcavüzkarlar və dindən çıxanları öldürdü. Daim Rəsulallahın – Allahın salamı ona və xanidanına olsun – yolunda oldu və onun mülayim, gözəl rəftarını təkrarladı. Rəsulallahın sünnəsinə iqtida etdi, onun himmətinə tabe idi və yolunu davam etdirdi. O, Rəsulallahın hədəflərini daim nəzərdə tutdu, Sənin bəndələrini onların icrasına vadar etdi və onları bu hədəflərə tərəf səslədi, ta ki onun mübarək saqqalı başının qanına boyandı. Ey Allahım, Sənə itaətdə onun yəqini əsla şəkkə çevrilmədiyi və o, bir an belə Səni unutmadığı üçün ona pakizə və daim artan bir salam göndər. Ta ki bu salam vasitəsilə Cənnətdə peyğəmbərlərin dərəcəsinə nail olsun. Bizdən də ona salam çatdır və onun dostluğu yolunda bizə Öz tərəfindən lütf, ehsan, bağışlanma və Cənnət əta et. Çünki Sən, geniş ehsan sahibisən. Rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi.</b></font>
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ نُوْحٍ صَفْوَةِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ اِبْرَاهِيْمَ خَلِيْلِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ مُوْسٰى كَلِيْمِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ عِيْسٰى رُوْحِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ مُحَمَّدٍ سَيِّدِ رُسُلِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَمِيْرَ الْمُؤْمِنِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اِمَامَ الْمُتَّقِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا سَيِّدَ الْوَصِيِّيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَصِيَّ رَسُوْلِ رَبِّ الْعَالَمِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ عِلْمِ الْاَوَّلِيْنَ وَ الْاٰخِرِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا النَّبَاُ الْعَظِيْمُ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الصِّرَاطُ الْمُسْتَقِيْمُ،
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْمُهَذَّبُ الْكَرِيْمُ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْوَصِيُّ التَّقِيُّ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الرَّضِيُّ الزَّكِيُّ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْبَدْرُ الْمُضِيۤ‏ءُ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الصِّدِّيْقُ الْاَكْبَرُ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْفَارُوْقُ الْاَعْظَمُ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا السِّرَاجُ الْمُنِيْرُ
اَلسَّلَامُ عَلَيْكَ يَا اِمَامَ الْهُدٰى
اَلسَّلَامُ عَلَيْكَ يَا عَلَمَ التُّقٰى
اَلسَّلَامُ عَلَيْكَ يَا حُجَّةَ اللّٰهِ الْكُبْرٰى
اَلسَّلَامُ عَلَيْكَ يَا خَآصَّةَ اللّٰهِ وَ خَالِصَتَهُ
وَ اَمِيْنَ اللّٰهِ وَ صَفْوَتَهُ
وَ بَابَ اللّٰهِ وَ حُجَّتَهُ
وَ مَعْدِنَ حُكْمِ اللّٰهِ وَ سِرِّهِ
وَ عَيْبَةَ عِلْمِ اللّٰهِ وَ خَازِنَهُ
وَ سَفِيْرَ اللّٰهِ فِيْ خَلْقِهِ
اَشْهَدُ اَنَّكَ اَقَمْتَ الصَّلَاةَ
وَ اٰتَيْتَ الزَّكَاةَ
وَ اَمَرْتَ بِالْمَعْرُوْفِ
وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ،
وَ اتَّبَعْتَ الرَّسُوْلَ
وَ تَلَوْتَ الْكِتَابَ حَقَّ تِلَاوَتِهِ
وَ بَلَّغْتَ عَنِ اللّٰهِ
وَ وَفَيْتَ بِعَهْدِ اللّٰهِ
وَ تَمَّتْ بِكَ كَلِمَاتُ اللّٰهِ
وَ جَاهَدْتَ فِيْ اللّٰهِ حَقَّ جِهَادِهِ
وَ نَصَحْتَ لِلّٰهِ وَ لِرَسُوْلِهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
وَ جُدْتَ بِنَفْسِكَ صَابِرًا مُحْتَسِبًا
مُجَاهِدًا عَنْ دِيًنِ اللّٰهِ
مُوَقِّيًا لِرَسُوْلِ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
طَالِبًا مَا عِنْدَ اللّٰهِ
رَاغِبًا فِيْمَا وَعَدَ اللّٰهُ
وَ مَضَيْتَ لِلَّذِيْ كُنْتَ عَلَيْهِ شَهِيْدًا
وَ شَاهِدًا وَ مَشْهُوْدًا
فَجَزَاكَ اللّٰهُ عَنْ رَسُوْلِهِ
وَ عَنِ الْاِسْلَامِ وَ اَهْلِهِ
مِنْ صِدِّيْقٍ اَفْضَلَ الْجَزَاۤءِ
اَشْهَدُ اَنَّكَ كُنْتَ اَوَّلَ الْقَوْمِ اِسْلَامًا
وَ اَخْلَصَهُمْ اِيْمَانًا
وَ اَشَدَّهُمْ يَقِيْنًا
وَ اَخْوَفَهُمْ لِلّٰهِ
وَ اَعْظَمَهُمْ عَنَاۤءً
وَ اَحْوَطَهُمْ عَلٰى رَسُوْلِ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
وَ اَفْضَلَهُمْ مَنَاقِبَ
وَ اَكْثَرَهُمْ سَوَابِقَ
وَ اَرْفَعَهُمْ دَرَجَةً،
وَ اَشْرَفَهُمْ مَنْزِلَةً
وَ اَكْرَمَهُمْ عَلَيْهِ
فَقَوِيْتَ [قَوِيْتَ‏] حِيْنَ وَهَنُوْا
وَ لَزِمْتَ مِنْهَاجَ رَسُوْلِ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
وَ اَشْهَدُ اَنَّكَ كُنْتَ خَلِيْفَتَهُ حَقًّا
لَمْ تُنَازَعْ بِرَغْمِ الْمُنَافِقِيْنَ
وَ غَيْظِ الْكَافِرِيْنَ
وَ ضِغْنِ الْفَاسِقِيْنَ
وَ قُمْتَ بِالْاَمْرِ حِيْنَ فَشِلُوْا
وَ نَطَقْتَ حِيْنَ تَتَعْتَعُوْا
وَ مَضَيْتَ بِنُوْرِ اللّٰهِ اِذْ وَقَفُوْا
فَمَنِ اتَّبَعَكَ فَقَدِ اهْتَدٰى [هُدِيَ‏]
كُنْتَ اَوَّلَهُمْ كَلَامًا
وَ اَشَدَّهُمْ خِصَامًا
وَ اَصْوَبَهُمْ مَنْطِقًا
وَ اَسَدَّهُمْ رَأْيًا
وَ اَشْجَعَهُمْ قَلْبًا
وَ اَكْثَرَهُمْ يَقِيْنًا
وَ اَحْسَنَهُمْ عَمَلًا،
وَ اَعْرَفَهُمْ بِالْاُمُوْرِ
كُنْتَ لِلْمُؤْمِنِيْنَ اَبًا رَحِيْمًا
اِذْ صَارُوْا عَلَيْكَ عِيَالًا
فَحَمَلْتَ اَثْقَالَ مَا عَنْهُ ضَعُفُوْا
وَ حَفِظْتَ مَاۤ اَضَاعُوْا
وَ رَعَيْتَ مَاۤ اَهْمَلُوْا
وَ شَمَّرْتَ اِذْ جَبَنُوْا
وَ عَلَوْتَ اِذْ هَلِعُوْا
وَ صَبَرْتَ اِذْ جَزِعُوْا
كُنْتَ عَلَى الْكَافِرِيْنَ عَذَابًا صَبًّا
وَ غِلْظَةً وَ غَيْظًا
وَ لِلْمُؤْمِنِيْنَ غَيْثًا وَ خِصْبًا وَ عِلْمًا
لَمْ تُفْلَلْ حُجَّتُكَ
وَ لَمْ يَزِغْ قَلْبُكَ
وَ لَمْ تَضْعُفْ بَصِيْرَتُكَ
وَ لَمْ تَجْبُنْ نَفْسُكَ
كُنْتَ كَالْجَبَلِ لَا تُحَرِّكُهُ الْعَوَاصِفُ
وَ لَا تُزِيْلُهُ الْقَوَاصِفُ
كُنْتَ كَمَا قَالَ رَسُوْلُ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
قَوِيًّا فِيْ بَدَنِكَ
مُتَوَاضِعًا فِيْ نَفْسِكَ
عَظِيْمًا عِنْدَ اللّٰهِ
كَبِيْرًا فِي الْاَرْضِ
جَلِيْلًا فِيْ السَّمَاۤءِ،
لَمْ يَكُنْ لِاَحَدٍ فِيْكَ مَهْمَزٌ
وَ لَا لِقَاۤئِلٍ فِيْكَ مَغْمَزٌ
وَ لَا لِخَلْقٍ فِيْكَ مَطْمَعٌ
وَ لَا لِاَحَدٍ عِنْدَكَ هَوَادَةٌ
يُوْجَدُ الضَّعِيْفُ الذَّلِيْلُ عِنْدَكَ قَوِيًّا عَزِيْزًا حَتّٰى تَأْخُذَ لَهُ بِحَقِّهِ
وَ الْقَوِيُّ الْعَزِيْزُ عِنْدَكَ ضَعِيْفًا [ذَلِيْلًا] حَتّٰى تَأْخُذَ مِنْهُ الْحَقَّ
الْقَرِيْبُ وَ الْبَعِيْدُ عِنْدَكَ فِيْ ذٰلِكَ سَوَاۤءٌ
شَأْنُكَ الْحَقُّ وَ الصِّدْقُ وَ الرِّفْقُ
وَ قَوْلُكَ حُكْمٌ وَ حَتْمٌ
وَ رَأْيُكَ عِلْمٌ وَ حَزْمٌ [وَ جَزْمٌ‏]
اِعْتَدَلَ بِكَ الدِّيْنُ
وَ سَهُلَ بِكَ الْعَسِيْرُ
وَ اُطْفِئَتْ بِكَ النِّيْرَانُ
وَ قَوِيَ بِكَ الْاِيْمَانُ
وَ ثَبَتَ بِكَ الْاِسْلَامُ
وَ هَدَّتْ مُصِيْبَتُكَ الْاَنَامَ
فَاِنَّا لِلّٰهِ وَ اِنَّا اِلَيْهِ رَاجِعُوْنَ
لَعَنَ اللّٰهُ مَنْ قَتَلَكَ،
وَ لَعَنَ اللّٰهُ مَنْ خَالَفَكَ
وَ لَعَنَ اللّٰهُ مَنِ افْتَرٰى عَلَيْكَ
وَ لَعَنَ اللّٰهُ مَنْ ظَلَمَكَ وَ غَصَبَكَ حَقَّكَ
وَ لَعَنَ اللّٰهُ مَنْ بَلَغَهُ ذٰلِكَ فَرَضِيَ بِهِ
اِنَّا اِلَى اللّٰهِ مِنْهُمْ بُرَاۤءُ
لَعَنَ اللّٰهُ اُمَّةً خَالَفَتْكَ
وَ جَحَدَتْ وِلَايَتَكَ
وَ تَظَاهَرَتْ عَلَيْكَ وَ قَتَلَتْكَ
وَ حَادَتْ عَنْكَ وَ خَذَلَتْكَ
الْحَمْدُ لِلّٰهِ الَّذِيْ جَعَلَ النَّارَ مَثْوَاهُمْ
وَ بِئْسَ الْوِرْدُ الْمَوْرُوْدُ
اَشْهَدُ لَكَ يَا وَلِيَّ اللّٰهِ وَ وَلِيَّ رَسُوْلِهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ بِالْبَلَاغِ وَ الْاَدَاۤءِ [وَ النَّصِيْحَةِ]
وَ اَشْهَدُ اَنَّكَ حَبِيْبُ [جَنْبُ‏] اللّٰهِ وَ بَابُهُ
وَ اَنَّكَ جَنْبُ [حَبِيْبُ‏] اللّٰهِ وَ وَجْهُهُ الَّذِيْ مِنْهُ يُؤْتٰى
وَ اَنَّكَ سَبِيْلُ اللّٰهِ
وَ اَنَّكَ عَبْدُ اللّٰهِ
وَ اَخُوْ رَسُوْلِهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
اَتَيْتُكَ زَاۤئِرًا لِعَظِيْمِ حَالِكَ وَ مَنْزِلَتِكَ عِنْدَ اللّٰهِ وَ عِنْدَ رَسُوْلِهِ
مُتَقَرِّبًا اِلَى اللّٰهِ بِزِيَارَتِكَ
رَاغِبًا اِلَيْكَ فِي الشَّفَاعَةِ،
اَبْتَغِيْ بِشَفَاعَتِكَ خَلَاصَ نَفْسِيْ
مُتَعَوِّذًا بِكَ مِنَ النَّارِ
هَارِبًا مِنْ ذُنُوْبِيَ الَّتِي احْتَطَبْتُهَا عَلٰى ظَهْرِيْ
فَزِعًا اِلَيْكَ رَجَاۤءَ رَحْمَةِ رَبِّي
اَتَيْتُكَ اَسْتَشْفِعُ بِكَ يَا مَوْلَايَ اِلَى اللّٰهِ
وَ اَتَقَرَّبُ بِكَ اِلَيْهِ لِيَقْضِيَ بِكَ حَوَاۤئِجِيْ
فَاشْفَعْ لِيْ يَاۤ اَمِيْرَ الْمُؤْمِنِيْنَ
اِلَى اللّٰهِ فَاِنِّيْ عَبْدُ اللّٰهِ وَ مَوْلَاكَ وَ زَاۤئِرُكَ
وَ لَكَ عِنْدَ اللّٰهِ الْمَقَامُ الْمَعْلُوْمُ
وَ الْجَاهُ الْعَظِيْمُ
وَ الشَّأْنُ الْكَبِيْرُ
وَ الشَّفَاعَةُ الْمَقْبُوْلَةُ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ صَلِّ عَلٰى عَبْدِكَ وَ اَمِيْنِكَ الْاَوْفٰى
وَ عُرْوَتِكَ الْوُثْقٰى
وَ يَدِكَ الْعُلْيَا
وَ كَلِمَتِكَ الْحُسْنٰى
وَ حُجَّتِكَ عَلَى الْوَرٰى
وَ صِدِّيْقِكَ الْاَكْبَرِ
سَيِّدِ الْاَوْصِيَاۤءِ
وَ رُكْنِ الْاَوْلِيَاۤءِ
وَ عِمَادِ الْاَصْفِيَاۤءِ
اَمِيْرِ الْمُؤْمِنِيْنَ
وَ يَعْسُوْبِ الْمُتَّقِيْنَ
وَ قُدْوَةِ الصِّدِّيْقِيْنَ
وَ اِمَامِ الصَّالِحِيْنَ،
الْمَعْصُوْمِ مِنَ الزَّلَلِ
وَ الْمَفْطُوْمِ مِنَ الْخَلَلِ
وَ الْمُهَذَّبِ مِنَ الْعَيْبِ
وَ الْمُطَهَّرِ مِنَ الرَّيْبِ
اَخِيْ نَبِيِّكَ
وَ وَصِيِّ رَسُوْلِكَ
وَ الْبَاۤئِتِ عَلٰى فِرَاشِهِ
وَ الْمُوَاسِيْ لَهُ بِنَفْسِهِ
وَ كَاشِفِ الْكَرْبِ عَنْ وَجْهِهِ
الَّذِيْ جَعَلْتَهُ سَيْفًا لِنُبُوَّتِهِ
وَ مُعْجِزًا لِرِسَالَتِهِ
وَ دِلَالَةً وَاضِحَةً لِحُجَّتِهِ
وَ حَامِلًا لِرَايَتِهِ
وَ وِقَايَةً لِمُهْجَتِهِ
وَ هَادِيًا لِاُمَّتِهِ
وَ يَدًا لِبَأْسِهِ
وَ تَاجًا لِرَأْسِهِ
وَ بَابًا لِنَصْرِهِ
وَ مِفْتَاحًا لِظَفَرِهِ
حَتّٰى هَزَمَ جُنُوْدَ الشِّرْكِ بِاَيْدِكَ
وَ اَبَادَ عَسَاكِرَ الْكُفْرِ بِاَمْرِكَ
وَ بَذَلَ نَفْسَهُ فِيْ مَرْضَاتِكَ وَ مَرْضَاةِ رَسُوْلِكَ
وَ جَعَلَهَا وَقْفًا عَلٰى طَاعَتِهِ
وَ مَجِنًّا دُوْنَ نَكْبَتِهِ
حَتّٰى فَاضَتْ نَفْسُهُ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ فِيْ كَفِّهِ
وَ اسْتَلَبَ بَرْدَهَا،
وَ مَسَحَهُ عَلٰى وَجْهِهِ
وَ اَعَانَتْهُ مَلَاۤئِكَتُكَ عَلٰى غُسْلِهِ وَ تَجْهِيْزِهِ
وَ صَلَّى عَلَيْهِ وَ وَارٰى شَخْصَهُ
وَ قَضٰى دَيْنَهُ
وَ اَنْجَزَ وَعْدَهُ
وَ لَزِمَ عَهْدَهُ
وَ احْتَذٰى مِثَالَهُ
وَ حَفِظَ وَصِيَّتَهُ
وَ حِيْنَ وَجَدَ اَنْصَارًا نَهَضَ مُسْتَقِلًا بِاَعْبَاۤءِ الْخِلَافَةِ
مُضْطَلِعًا بِاَثْقَالِ الْاِمَامَةِ
فَنَصَبَ رَايَةَ الْهُدٰى فِيْ عِبَادِكَ
وَ نَشَرَ ثَوْبَ الْاَمْنِ فِيْ بِلَادِكَ
وَ بَسَطَ الْعَدْلَ فِيْ بَرِيَّتِكَ
وَ حَكَمَ بِكِتَابِكَ فِيْ خَلِيْقَتِكَ
وَ اَقَامَ الْحُدُوْدَ
وَ قَمَعَ الْجُحُوْدَ
وَ قَوَّمَ الزَّيْغَ
وَ سَكَّنَ الْغَمْرَةَ
وَ اَبَادَ الْفَتْرَةَ
وَ سَدَّ الْفُرْجَةَ
وَ قَتَلَ النَّاكِثَةَ وَ الْقَاسِطَةَ وَ الْمَارِقَةَ
وَ لَمْ يَزَلْ عَلٰى مِنْهَاجِ رَسُوْلِ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ وَ وَتِيْرَتِهِ
وَ لُطْفِ شَاكِلَتِهِ
وَ جَمَالِ سِيْرَتِهِ
مُقْتَدِيًا بِسُنَّتِهِ
مُتَعَلِّقًا بِهِمَّتِهِ
مُبَاشِرًا لِطَرِيْقَتِهِ
وَ اَمْثِلَتُهُ نَصْبُ عَيْنَيْهِ
يَحْمِلُ عِبَادَكَ عَلَيْهَا
وَ يَدْعُوْهُمْ اِلَيْهَا
اِلٰى اَنْ خُضِبَتْ شَيْبَتُهُ مِنْ دَمِ رَأْسِهِ
اَللّٰهُمَّ فَكَمَا لَمْ يُؤْثِرْ فِيْ طَاعَتِكَ شَكًّا عَلٰى يَقِيْنٍ
وَ لَمْ يُشْرِكْ بِكَ طَرْفَةَ عَيْنٍ
صَلِّ عَلَيْهِ صَلَاةً زَاكِيَةً نَامِيَةً
يَلْحَقُ بِهَا دَرَجَةَ النُّبُوَّةِ فِيْ جَنَّتِكَ
وَ بَلِّغْهُ مِنَّا تَحِيَّةً وَ سَلَامًا
وَ اٰتِنَا مِنْ لَدُنْكَ فِيْ مُوَالَاتِهِ فَضْلًا وَ اِحْسَانًا
وَ مَغْفِرَةً وَ رِضْوَانًا
اِنَّكَ ذُوْ الْفَضْلِ الْجَسِيْمِ
بِرَحْمَتِكَ يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
Sonra zərihi öp və iki rəkət ziyarət namazı qıl. Namazdan sonra Allahdan öz istəklərini dilə.
Duadan sonra Xanım Fatimə-Zəhranın (s.ə) təsbihini de. Zikrdən sonra isə de:
اَللّٰهُمَّ اِنَّكَ بَشَّرْتَنِيْ
<font color="000000"><b>Ey Allahım, Sən elçin Məhəmmədin – Allahın salamı ona və xanidanına olsun – dili ilə bizə müjdə verib buyurdun: "İman gətirənlərə müjdə ver ki, Rəbbi yanında onlar üçün gözəl keçmiş ( və mükafat) vardır". Ey Allahım, mən Sənin bütün peyğəmbərlərinə və elçilərinə - Salamın olsun onların hamısına! – iman gətirmişəm. Elə isə onlara olan bu mərifətimdən sonra məni elə bir durumda qərar vermə ki, camaat qarşısında məni rüsvay etmiş olasan. Əksinə, məni onlarla (peyğəmbərlərlə) birgə qərar ver və məni onlara iman bəslədiyim bir halda dünyadan apar. Ey Allahım, Sən kəramətini onlara xas etmiş və mənə onların davamçısı olmağı əmr etmisən. Ey Allahım, mən Sənin bəndən və ziyarətçinəm, bir halda ki, Sənin elçinin qardaşını ziayrət etməklə Sənə yaxınlaşmaq istəyirəm. Hər kim bir kimsənin hüzuruna və ziyarətinə gələrsə, o kimsənin boynuna haqq qoymuş olur. Sən, hüzuruna üz tutulan kəslərin ən yaxşısı və ziyarətinə üz tutulan kəslərin ən əzizisən. Odur ki, ey Allah, ey Rəhman, ey Rəhim, ey səxavətli, ey şəni uca, ey tək, ey eytiyacsız, ey o kəs ki, doğmayıb və doğulmayıb, tayı-bərabəri yoxdur, özünə yoldaş və övlad götürməyib, Səndən istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən; Sənin elçinin qardaşının ziyarətinin mükafatını cəhənnəm odundan xilas olmağım qərar verəsən; məni yaxşı işlərə tələsən və Səni ümid və qorxu ilə çağıranlardan qərar verəsən; məni təvazökarlardan qərar verəsən. Ey Allahım, Əli ibn Əbu Talibin ziyarəti, onun vəliliyi və mərifəti ilə mənə minnət qoydun. Elə isə məni ona kömək edənlərdən və ondan kömək istəyənlərdən qərar ver. Dininə kömək edə bilməyi mənə minnət qoy. Ey Allahım, məni onun şiələrindən qərar ver və onun dinində öldür. Ey Allahım, Sənin şənində olan rəhmət, razılıq, bağışlanma, ehsan, bol, halal və pakizə ruzi əta et mənə. Ey rəhimlilərin ən rəhimlisi! Həmd-səna aləmlərin rəbbi olan Allaha məxsusdur.</b></font>
عَلٰى لِسَانِ نَبِيِّكَ وَ رَسُوْلِكَ
مُحَمَّدٍ صَلَوَاتُكَ عَلَيْهِ وَ اٰلِهِ
فَقُلْتَ: "وَ بَشِّرِ الَّذِيْنَ اٰمَنُوْا اَنَّ لَهُمْ قَدَمَ صِدْقٍ عِنْدَ رَبِّهِمْ"
اَللّٰهُمَّ وَ اِنِّيْ مُؤْمِنٌ بِجَمِيْعِ اَنْبِيَاۤئِكَ وَ رُسُلِكَ صَلَوَاتُكَ عَلَيْهِمْ
فَلَا تَقِفْنِيْ بَعْدَ مَعْرِفَتِهِمْ مَوْقِفًا
تَفْضَحُنِيْ فِيْهِ عَلٰى رُءُوْسِ الْاَشْهَادِ
بَلْ قِفْنِيْ مَعَهُمْ وَ تَوَفَّنِيْ عَلَى التَّصْدِيْقِ بِهِمْ
اَللّٰهُمَّ وَ اَنْتَ خَصَصْتَهُمْ بِكَرَامَتِكَ
وَ اَمَرْتَنِيْ بِاتِّبَاعِهِمْ
اَللّٰهُمَّ وَ اِنِّيْ عَبْدُكَ وَ زَاۤئِرُكَ
مُتَقَرِّبًا اِلَيْكَ بِزِيَارَةِ اَخِيْ رَسُوْلِكَ
وَ عَلٰى كُلِّ مَأْتِيٍّ وَ مَزُوْرٍ حَقٌّ لِمَنْ اَتَاهُ وَ زَارَهُ
وَ اَنْتَ خَيْرُ مَأْتِيٍّ
وَ اَكْرَمُ مَزُوْرٍ
فَاَسْاَلُكَ يَاۤ اَللّٰهُ يَا رَحْمَانُ يَا رَحِيْمُ
يَا جَوَادُ يَا مَاجِدُ
يَا اَحَدُ يَا صَمَدُ
يَا مَنْ لَمْ يَلِدْ وَ لَمْ يُوْلَدْ
وَ لَمْ يَكُنْ لَهُ كُفُوًا اَحَدٌ
وَ لَمْ يَتَّخِذْ صَاحِبَةً وَ لَا وَلَدًا
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ،
وَ اَنْ تَجْعَلَ تُحْفَتَكَ اِيَّايَ مِنْ زِيَارَتِيْ اَخَا رَسُوْلِكَ
فَكَاكَ رَقَبَتِيْ مِنَ النَّارِ
وَ اَنْ تَجْعَلَنِيْ مِمَّنْ يُسَارِعُ فِي الْخَيْرَاتِ
وَ يَدْعُوْكَ رَغَبًا وَ رَهَبًا
وَ تَجْعَلَنِيْ لَكَ مِنَ الْخَاشِعِيْنَ
اَللّٰهُمَّ اِنَّكَ مَنَنْتَ عَلَيَّ بِزِيَارَةِ مَوْلَايَ عَلِيِّ بْنِ اَبِيْ طَالِبٍ
وَ وِلَايَتِهِ وَ مَعْرِفَتِهِ
فَاجْعَلْنِيْ مِمَّنْ يَنْصُرُهُ وَ يَنْتَصِرُ بِهِ
وَ مُنَّ عَلَيَّ بِنَصْرِكَ لِدِيْنِكَ
اَللّٰهُمَّ وَ اجْعَلْنِيْ مِنْ شِيْعَتِهِ وَ تَوَفَّنِيْ عَلٰى دِيْنِهِ
اَللّٰهُمَّ اَوْجِبْ لِيْ مِنَ الرَّحْمَةِ وَ الرِّضْوَانِ
وَ الْمَغْفِرَةِ وَ الْاِحْسَانِ
وَ الرِّزْقِ الْوَاسِعِ الْحَلَالِ الطَّيِّبِ
مَا اَنْتَ اَهْلُهُ يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ
وَ الْحَمْدُ لِلّٰهِ رَبِّ الْعَالَمِيْنَ۔
Mötəbər bir rəvayətdə nəql olunur ki, İmam Əli (ə) şəhid olduqda Xızır peyğəmbər (ə) bu bəlaya görə ağlayaraq və Uca Allahı zikr edərək evinə tələsdi. Beləliklə evin qapısına çatanda dayandı və bu sözləri dedi:
رَحِمَكَ اللّٰهُ يَاۤ اَبَا الْحَسَنِ
<font color="000000"><b>Allah sənə rəhmət eləsin, ey əbəl-Həsən. Sən hamıdan əvvəl İslamı qəbul etdin və hamıdan daha imanlı və daha çox Allahdan qorxan idin...</b></font>
كُنْتَ اَوَّلَ الْقَوْمِ اِسْلَامًا وَ اَخْلَصَهُمْ اِيْمَانًا
وَ اَشَدَّهُمْ يَقِيْنًا
وَ اَخْوَفَهُمْ لِلّٰهِ...