1. Cabir Cu'fi deyir: "Aşura günü İmam Sadiqin (ə) yanına getdim. O həzrət mənə buyurdu: "Aşura gecəsi İmam Hüseynin (ə) qəbri kənarında gecələyən şəxs Qiyamət günü qanına boyanmış halda və sanki İmam Hüseynlə (ə) bir meydanda şəhid olubmuş kimi məhşərə gətirilər."
2. Aşura günü İmam Hüseyni (ə) ziyarət edən şəxsə Cənnət vacib olar.
3. Aşura günü İmam Hüseynin (ə) qəbri kənarında o həzrəti yad edib onun zəvvarına su verən səxs sanki İmam Hüseynin (ə) qoşununa su vermiş və həmin meydanda iştirak etmişdir.
4. Əlqəmə İmam Baqirə (ə) ərz edir: "Sənə fəda olum, Kərbəladan uzaq bir şəhərdə yaşayan və belə bir gündə (Aşura günündə) o həzrətin qəbrini ziyarət etmək imkanı olmayan kəsin hansı savabı olacaqdır?" İmam Baqir (ə) buyurdu: "Əgər belədirsə, o, açıq bir yerə getsin. İmam Hüseynə (ə) işarə edib o həzrətin qatillərinə lənət yağdırsın. Sonra iki rəkət namaz qılsın. Bu əməlləri günün əvvəlində və zöhrdən qabaq etsin. İmam Hüseyn (ə) üçün əzadarlıq etsin, ona ağlasın və ev əhlini əzadarlığa çağırsın. Matəm və əza məclisi qursun. (O həzrətin şiələri) rastlaşdıqda bir-birinə başsağlığı versinlər. Əgər belə etsələr, mən Allahın zəmanətini verirəm ki, bütün o savablar (bu hədisin əvvəlində Aşura günü İmam Hüseyni (ə) yaxından ziyarət edənlər üçün bəyan olunan savablar) onun üçün yazılar."
Əlqəmə deyir: "Mən ərz etdim: "Onlar rastlaşdıqda bir-birinə necə başsağlığı versinlər?" İmam Baqir (ə) buyurdu: "Belə desinlər:
اَعْظَمَ اللهُ اُجُوْرَنَا وَاُجُوْرَكُمْ بِمُصَابِنَا بِالْحُسَيْنِ عَلَيْهِ السَّلَامُ
<font color="000000"><b>İmam Hüseynin (ə) əzadarlığında Allah bizim savabımızı çox etsin. Bizə və sizə Öz vəlisi Ali-Məhəmməddən (ə) olan İmam Məhdi (ə.f) ilə birlikdə o həzrətin qanının intiqamını almağı nəsib etsin.</b></font>
وَجَعَلَنَا وَاِيَّاكُمْ مِنَ الطَّالِبِيْنَ بِثَارِهِ
مَعَ وَلِيِّهِ الْاِمَامِ الْمَهْدِىِّ مِنْ اٰلِ مُحَمَّدٍ عَلَيْهِمُ السَّلَامُ۔
Bu hədisin davamında deyilir: Əgər bu gün işi tətil edə bilsən yaxşı olar. Çünki bu gün nəhs gündür və möminin bu gündə işi səmərəsiz olar. Əgər səmərəsi olarsa, onun xeyir-bərəkəti olmaz. Həmçinin bu gündə heç biriniz evinizə azuqə yığmayın, çünki bu, ev əhlinə bərəkətli olmaz.
Bəzi hədislərdə Aşura gününün ziyarəti üçün qüsl etməyin müstəhəb olduğu da vurğulanmışdır. Digər günlərdə də ziyarət zamanı bu əməlləri qəsdi-rəca ilə yerinə yetirmək olar.
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَبَا عَبْدِ اللهِ
<font color="000000"><b>Salam olsun sənə ey Əba Əbdullah. Salam olsun sənə ey Rəsulallahın övladı. (Salam olsun sənə ey Allahın seçdiyi və Allahın seçdiyinin övladı.) Salam olsun sənə ey Əmirəl-mömininin övladı, vəsilərin sərvərinin övladı. Salam olsun sənə ey dünya qadınlarının sərvəri Fatimənin övladı. Salam olsun sənə ey o kəs ki, onun qanının intiqamını alan Allahdır və o kəsin övladı ki, onun da qanının intiqamını alan Allahdır. (Salam olsun sənə) ey o qətlə yetirilən ki, qətlə yetirilən doğmalarının intiqamını ala bilmədi. Salam olsun sənə və sənin hərəminə enən ruhlara. Sizin hamınıza mənim tərəfimdən Allahın salamı olsun; hər bir zaman, nə qədər ki mən baqiyəm və gecə-gündüz baqidir. Ey Əba Əbdullah, həqiqətən sənin müsibətin böyük oldu. Sənin müsibətin bizim və bütün İslam əhli üçün, eləcə də asimanlar və onların əhli üçün ağır oldu. Allah lənət etsin o camaata ki, siz Əhli-beytə qarşı zülm və sitəmin əsasını qoydular. Allah lənət etsin o camaata ki, sizi sizə aid olan məqamdan kənarlaşdırdılar və sizi Allahın sizə verdiyi rütbədən uzaqlaşdırdılar. Allah lənət etsin o camaata ki, sizi qətlə yetirdilər. Allah lənət etsin sizinlə döyüşmələri üçün onları (qatilləri) təchicatla təmin edən kəslərə. Onlardan, onların ardıcıllarından, onlara tabe olanlardan və dostlarından Allaha və sizə şikayətçiyəm. Ey Əba Əbdullah, Qiyamətədək mən sizinlə sülhdə olan kəsə təsliməm və onunla sülhdəyəm, sizinlə mübarizə və döyüş aparan kəslə mübarizə və döyüşdəyəm. Allah lənət etsin Ziyadın xanidanına və Mərvanın xanidanına. Allah lənət etsin Bəni-Uməyyəyə hamılıqla. Allah lənət etsin Mərcanənin övladına (İbn Ziyada). Allah lənət etsin Ömər ibn Sədə. Allah lənət etsin Şimrə. Allah lənət etsin o camaata ki, atlarını yəhərlədilər və cilovladılar, səninlə döyüşmək üçün yola düşdülər. Atam-anam sənə fəda olsun, həqiqətən sənin müsibətin mənə çox ağır oldu. Sənin məqamını əziz tutan və məni də sənə xatir əziz tutan Allahdan istəyirəm ki, Məhəmmədin – Allahın salamı ona və xanidanına olsun – Əhli-beytindən olan "mənsur (kömək edilmiş) İmamın" arxasında (onun qoşununda) sənin qanının intiqamını almağı mənə ruzi etsin. Ey Allahım, məni Hüseyn – Salam olsun ona – dünya və axirətdə hörmətlilərdən et. Ey Əba Əbdillah, mən səni sevmək və dost tutmaqla, habelə (səninlə döyüşən və müharibəyə qalxanlardan, sizə qarşı zülm və sitəmin əsasını qoyanlardan şikayətçi olmaqla – mən Allaha və Onun elçisinə şikayət edirəm - ) , bu işin əsasını və təməlini qoyanlardan, sizə və sizin ardıcıllarınıza qarşı zülm və sitəmi davam etdirənlərdən şikayətçi olmaqla Allah dərgahına, Onun elçisinə, Əmirəl-mömininə, Fatiməyə, Həsənə və sənə yaxınlaşmaq istəyirəm. Onlardan Allah dərgahına və sizin hüzurunuza şikayət edirəm. Sizi və dostlarınızı sevmək və dost tutmaqla, sizin düşmənlərinizdən və sizinlə müharibəyə qalxanlardan, onların dostlarından və ardıcıllarından şikayətçi olmaqla Allaha, sonra da sizə yaxınlaşıram. Mən sizinlə sülhdə olan kəslə sülhdə, döyüş və mübarizədə olan kəslə döyüş və mübarizədəyəm. Mən sizi sevən və sizinlə dost olan kəslə dostam, sizinlə düşmən olan kəslə düşmənəm. Sizi və dostlarınızı tanımaqla məni əziz tutan, sizin düşmənlərinizdən şikayətçi olmağı mənə ruzi edən Allahdan istəyirəm ki, dünya və axirətdə məni sizinlə birlikdə etsin; dünya və axirətdə sizin hüzurunuzda dürüstlük və sədaqət qədəmimi sabit etsin. Allahdan istəyirəm ki, məni sizin Allah dərgahında bəyənilən məqamınıza çatdırsın; sizdən olan hidayətçi, zahir və haqqı deyən İmamın kənarında sizin qanınızın intiqamını almağı mənə ruzi etsin. Allahdan istəyirəm sizin haqqınıza və Onun dərgahında olan məqamınıza xatir ki, siz sarıdan mənə üz verən müsibət vasitəsilə mənə ən yaxşı mükafatı əta etsin; o mükafatı ki, gördüyü müsibətə görə bir müsibət çəkənə verir. Həqiqətən bu, İslamda, eləcə də bütün göylərdə və yerdə nə qədər böyük və ağır bir müsibət idi! Ey Allahım, dayandığım bu yerdəcə məni o kəslərdən et ki, Sənin tərəfindən ona salam, rəhmət və bağışlanma çatır. Ey Allahım, mənim həyatımı Məhəmməd və Ali-Məhəmməd həyatı, ölümümü Məhəmməd və Ali-Məhəmməd ölümü et. Ey Allahım, bu gün o gündür ki, Bəni-Uməyyə, ciyər yeyənin oğlu (Müaviyə), məlun oğlu məlun – o kəs ki, sənin və Peyğəmbərinin (Allahın salamı olsun ona və xanidanına) dilində lənətlənmişdir; hər bir yer və məkanda ki, Peyğəmbərin (Allahın salamı olsun ona və xanidanına) dayanmışdır – onu mübarək hesab etdilər. Ey Allahım, Əbu Süfyana, Müaviyəyə və Yezid ibn Müaviyəyə lənət et; Sənin tərəfindən onlara daim lənət olsun! Bu gün o gündür ki, Ziyadın xanidanı və Mərvanın xanidanı Hüseyni – Allahın salamı olsun ona – öldürdüklərinə görə sevindilər. Ey Allahım, lənətini və acınacaqlı əzabını onlara artır. Ey Allahım, mən bu gün, dayandığım bu yerdə və bütün həyatım boyu onlardan şikayətçi olmaq (onlardan uzaq olduğumu bildirmək) və onlara lənət yağdırmaqla, (eyni zamanda) Sənin Peyğəmbərini və Peyğəmbərinin xanidanını – Ona və onlara salam olsun – sevməklə Sənə yaxınlaşıram (üz tuturam).</b></font>
اَلسَّلَامُ عَلَيْكَ يَابْنَ رَسُوْلِ اللهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا بْنَ اَمِيْرِ المُؤْمِنِيْنَ
وَ ابْنَ سَيِّدِ الْوَصِيِّيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا بْنَ فَاطِمَةَ
سَيِّدَةِ نِسَاۤءِ الْعَالَمِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا ثَارَ اللهِ وَ ابْنَ ثَارِهِ وَالْوِتْرَ الْمَوْتُوْرَ
اَلسَّلَامُ عَلَيْكَ وَ عَلَى الْاَرْوَاحِ الَّتِيْ حَلَّتْ بِفِنَاۤئِكَ
عَلَيْكُمْ مِنِّيْ جَمِيْعًا سَلَامُ اللهِ اَبَدًا
مَا بَقِيْتُ وَ بَقِيَ اللَّيْلُ وَ النَّهَارُ
لَقَدْ عَظُمَتِ الرَّزِيَّةُ
وَ جَلَّتْ وَ عَظُمَتِ الْمُصِيْبَةُ بِكَ
عَلَيْنَا وَ عَلٰى جَمِيْعِ اَهْلِ الْاِسْلَامِ
وَ جَلَّتْ وَ عَظُمَتْ مُصِيْبَتُكَ
فِيْ السَّمٰوَاتِ عَلٰى جَمِيْعِ اَهْلِ السَّمٰوَاتِ
فَلَعَنَ اللهُ اُمَّةً اَسَّسَتْ اَسَاسَ الظُّلْمِ وَ الْجَوْرِ عَلَيْكُمْ اَهْلَ الْبَيْتِ
وَلَعَنَ اللهُ اُمَّةً دَفَعَتْكُمْ عَنْ مَقَامِكُمْ
وَ اَزَالَتْكُمْ عَنْ مَرَاتِبِكُمُ الَّتِيْ رَتَّبَكُمُ اللهُ فِيْهَا
وَ لَعَنَ اللهُ اُمَّةً قَتَلَتْكُمْ
وَ لَعَنَ اللهُ الْمُمَهِّدِيْنَ لَهُمْ
بِا لتَّمْكِيْنِ مِنْ قِتَالِكُمْ
بَرِئْتُ اِلَى اللهِ وَ اِلَيْكُمْ مِنْهُمْ
وَ مِنْ اَشْيَاعِهِمْ وَ اَتْبَاعِهِمْ وَ اَوْلِيَاۤئِهِمْ
اِنِّيْ سِلْمٌ لِمَنْ سَالَمَكُمْ
وَ حَرْبٌ لِمَنْ حَارَبَكُمْ اِلٰى يَوْمِ الْقِيٰمَةِ
وَ لَعَنَ اللهُ اٰلَ زِيَادٍ وَ اٰلَ مَرْوَانَ
وَلَعَنَ اللهُ بَنِيۤ اُمَيَّةَ قَاطِبَةً
وَ لَعَنَ اللهُ بْنَ مَرْجَانَةَ
وَ لَعَنَ اللهُ عُمَرَبْنَ سَعْدٍ
وَلَعَنَ اللهُ اُمَّةً اَسْرَجَتْ وَاَلْجَمَتْ
وَ تَنَقَّبَتْ لِقِتَالِكَ
بِاَبِيۤ اَنْتَ وَ اُمِّيْ
لَقَدْ عَظُمَ مُصَابِيْ بِكَ
فَاَسْئَلُ اللهَ الَّذِيۤ اَكْرَمَ مَقَامَكَ وَ اَكْرَمَنِيْ بِكَ
اَنْ يَّرْزُقَنِيْ طَلَبَ ثَارِكَ
مَعَ اِمَامٍ مَنْصُوْرٍ مِنْ اَهْلِ بَيْتِ مُحَمَّدٍ
صَلَّى اللهُ عَلَيْهِ وَ اٰلِهِ
اَللّٰهُمَّ اجْعَلْنِيْ عِنْدَكَ وَجِيْهًا
بِالْحُسَيْنِ عَلَيْهِ السَّلَامُ فِيْ الدُّنْيَا وَ الْاٰخِرَةِ
اِنِّيۤ اَتَقَرَّبُ اِلَى اللهِ وَ اِلٰى رَسُوْلِهِ
وَ اِلٰىۤ اَمِيْرِ الْمُؤْمِنِيْنَ وَ اِلٰى فَاطِمَةَ
وَاِلَى الْحَسَنِ وَ اِلَيْكَ بِمُوَالَاتِكَ
وَ بِالْبَرَاۤئَةِ (مِمَّنْ قَاتَلَكَ
وَ بِالْبَرَاۤئَةِ مِمَّنْ اَسَّسَ اَسَاسَ الظُّلْمِ وَالْجَوْرِ عَلَيْكُمْ
وَ اَبْرَءُ اِلَى اللهِ وَ اِلٰى رَسُوْلِهِ)
مِمَّنْ اَسَّسَ اَسَاسَ ذٰلِكَ
وَ بَنٰى عَلَيْهِ بُنْيَانَهُ
وَ جَرٰى فِيْ ظُلْمِهِ وَجَوْرِهِ عَلَيْكُمْ وَ عَلٰىۤ اَشْيَاعِكُمْ
بَرِئْتُ اِلَى اللهِ وَ اِلَيْكُمْ مِنْهُمْ
وَ اَتَقَرَّبُ اِلَى اللهِ ثُمَّ اِلَيْكُمْ
بِمُوَالَاتِكُمْ وَ مُوَالَاةِ وَلِيِّكُمْ
وَ بِالْبَرَاۤئَةِ مِنْ اَعْدَاۤئِكُمْ
وَ النَّاصِبِيْنَ لَكُمُ الْحَرْبَ
وَبِالْبَرَاۤئَةِ مِنْ اَشْيَاعِهِمْ وَ اَتْبَاعِهِمْ
اِنِّيْ سِلْمٌ لِمَنْ سَالَمَكُمْ
وَ حَرْبٌ لِمَنْ حَارَبَكُمْ
وَوَلِيٌّ لِمَنْ وَالَاكُمْ
وَ عَدُ وٌّ لِمَنْ عَادَاكُمْ
فَاَسْئَلُ اللهَ الَّذِىۤ اَكْرَمَنِيْ بِمَعْرِفَتِكُمْ
وَ مَعْرِفَةِ اَوْلِيَاۤئِكُمْ
وَ رَزَقَنِى الْبَرَاۤئَةَ مِنْ اَعْدَاۤئِكُمْ
اَنْ يَجْعَلَنِيْ مَعَكُمْ فِيْ الدُّنْيَا وَ الْاٰخِرَةِ
وَ اَنْ يُّثَبِّتَ لِيْ عِنْدَ كُمْ قَدَمَ صِدْقٍ
فِيْ الدُّنْيَا وَ الْاٰخِرَةِ
وَ اَسْئَلُهُ اَنْ يُّبَلِّغَنِيَ الْمَقَامَ الْمَحْمُوْدَ لَكُمْ عِنْدَ اللهِ
وَ اَنْ يَّرْزُقَنِيْ طَلَبَ ثَارِيْ
مَعَ اِمَامٍ هُدًى ظَاهِرٍ
نَاطِقٍ بِالْحَقِّ مِنْكُمْ
وَ اَسْئَلُ اللهَ بِحَقِّكُمْ
وَ بِالشَّاْنِ الَّذِىْ لَكُمْ عِنْدَهٗ
اَنْ يُّعْطِيَنِيْ بِمُصَابِيْ بِكُمْ
اَفْضَلَ مَا يُعْطِيْ مُصَابًا بِمُصِيْبَتِهٖ
مُصِيْبَةً مَاۤ اَعْظَمَهَا
وَ اَعْظَمَ رَزِيَّتَهَا فِيْ الْاِسْلَامِ
وَ فِيْ جَمِيْعِ السَّمٰوَاتِ وَ الْاَرْضِ
اَللّٰهُمَّ اجْعَلْنِيْ فِىْ مَقَامِيْ هٰذَا
مِمَّنْ تَنَالُهُ مِنْكَ صَلَوَاتٌ وَ رَحْمَةٌ وَ مَغْفِرَةٌ
اَللّٰهُمَّ اجْعَلْ مَحْيَاىَ مَحْيَا مُحَمَّدٍ وَّ اٰلِ مُحَمَّدٍ،
وَ مَمَاتِيْ مَمَاتَ مُحَمَّدٍ وَّ اٰلِ مُحَمَّدٍ
اَللّٰهُمَّ اِنَّ هٰذَا يَوْمٌ
تَبَرَّكَتْ بِهٖ بَنُوْ اُمَيَّةَ
وَابْنُ اٰكِلَةِ الْاَكْبَادِ
اللَّعِيْنُ ابْنُ اللَّعِيْنِ
عَلٰى لِسَانِكَ وَ لِسَانِ نَبِيِّكَ
صَلَّى اللهُ عَلَيْهِ وَاٰلِهٖ
فِيْ كُلِّ مَوْطِنٍ وَ مَوْقِفٍ
وَ قَفَ فِيْهِ نَبِيُّكَ صَلَّى اللهُ عَلَيْهِ وَ اٰلِهٖ
اَللّٰهُمَّ الْعَنْ اَبَا سُفْيَانَ وَ مُعَاوِيَةَ وَ يَزِيْدَ بْنَ مُعَاوِيَةَ
عَلَيْهِمْ مِنْكَ اللَّعْنَةُ اَبَدَ الْاٰبِدِيْنَ
وَ هٰذَا يَوْمٌ فَرِحَتْ بِهٖ اٰلُ زِيَادٍ وَ اٰلُ مَرْوَانَ
بِقَتْلِهِمُ الْحُسَيْنَ صَلَوٰاتُ اللهِ عَلَيْهِ
اَللّٰهُمَّ فَضَاعِفْ عَلَيْهِمُ الَّعْنَ مِنْكَ
وَ الْعَذَابَ الْاَلِيْمَ
اَللّٰهُمَّ اِنِّيۤ اَتَقَرَّبُ اِلَيْكَ فِيْ هٰذَا الْيَوْمِ
بِالْبَرَاۤئَةِ مِنْهُمْ وَ اللَّعْنَةِ عَلَيْهِمْ
وَ بِاالْمُوَالَاتِ لِنَبِيِّكَ وَ اٰلِ نَبِيِّكَ
عَلَيْهِ وَ عَلَيْهِمُ السَّلَامُ۔
اَللّٰهُمَّ الْعَنْ اَوَّلَ ظَالِمٍ
<font color="000000"><b>Ey Allahım, Məhəmməd və Ali-Məhəmmədin haqqını zülm ilə alan ilk zalıma, bu zülm və sitəmdə onun yolunu davam etdirənlərin son nəfərinədək lənət et. Ey Allahım, Hüseynlə döyüşən, onun qətlində əlbir olan, bir-biri ilə peyman bağlayan və bir-birinə tabe olan dəstəyə lənət et. Ey Allahım, onların hamısına lənət et.</b></font>
ظَلَمَ حَقَّ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اٰخِرَ تَابِعٍ لَهٗ عَلٰى ذٰلِكَ
اَللّٰهُمَّ الْعَنِ الْعِصَابَةَ الَّتِيْ جَاهَدَتِ الْحُسَيْنَ (عَلَیْہِ السَّلَامُ)
وَ شَايَعَتْ وَ بَايَعَتْ وَ تَابَعَتْ عَلٰى قَتْلِهٖ
اَللّٰهُمَّ الْعَنْهُمْ جَمِيْعًا۔
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَبَا عَبْدِ اللهِ
<font color="000000"><b>Salam olsun sənə ey Əba Əbdullah və sənin hərəminə enən ruhlara. Mənim tərəfimdən sənə Allahın salamı olsun hər zaman: nə qədər ki, mən baqiyəm (həyatdayam) və gecə-gündüz baqidir. Allah bu ziyarəti mənim sizə olan axırıncı ziyarətim qərar verməsin. Salam olsun Hüseynə, Hüseynin övladı Əliyə, Hüseynin övladlarına, Hüseynin səhabələrinə.</b></font>
وَ عَلَى الْاَرْوَاحِ الَّتِيْ حَلَّتْ بِفِنَاۤئِكَ
عَلَيْكَ مِنِّيْ سَلَامُ اللهِ اَبَدًا
مَّا بَقِيْتُ وَ بَقِيَ اللَّيْلُ وَ النَّهَارُ
وَ لَا جَعَلَهُ اللهُ اٰخِرَ الْعَهْدِ مِنِّيْ لِزِيَارَتِكُمْ
اَلسَّلَامُ عَلَى الْحُسَيْنِ
وَ عَلٰى عَلِيِّ بْنِ الْحُسَيْنِ
وَ عَلٰى اَوْلَادِ الْحُسَيْنِ
وَ عَلٰى اَصْحَابِ الْحُسَيْنِ۔
اَللّٰهُمَّ خُصَّ اَنْتَ اَوَّلَ ظَالِمٍ بِاللَّعْنِ مِنِّيْ
<font color="000000"><b>Ey Allahım, mənim lənətimi birinci zalıma aid et, sonra birinciyə, ikinciyə, üçüncüyə və dördüncüyə bu lənəti aid et. Ey Allahım, Yezidə beşinci olaraq lənət et. Qiyamətədək lənət et Ubeydullah ibn Ziyada, Mərcanənin oğluna, Ömər ibn Sədə, Şimrə, Əbu Süfyanın xanidanına, Ziyadın xanidanına və Mərvanın xanidanına.</b></font>
ثُمَّ الْعَنِ الثَّانِيْ وَ الثَّالِثَ وَ الرَّابِعَ
اَللّٰهُمَّ الْعَنْ يَزِيْدَ خَامِسًا
وَ الْعَنْ عُبَيْدَ اللهِ بْنَ زِيَادٍ وَابْنَ مَرْجَانَةَ
وَ عُمَرَبْنَ سَعْدٍ وَ شِمْرًا
وَ اٰلَ اَبِيْ سُفْيَانَ وَ اٰلَ زِيَادٍ وَ اٰلَ مَرْوَانَ
اِلىٰ يَوْمِ الْقِيَامَةِ۔
اَللّٰهُمَّ لَكَ الْحَمْدُ
<font color="000000"><b>Ey Allahım, gördükləri müsibətə görə Sənə həmd-səna deyənlərin həmd-sənası Sənə məxsusdur. Müsibətimin böyüklüyünə görə həmd-səna Allaha məxsusdur. Ey Allahım, (Qiyamət səhrasına) daxil olan gün Hüseynin (ə) şəfaətini mənə ruzi et; Hüseynlə və Hüseynin səhabələri ilə birlikdə - o səhabələr ki, Hüseynin (Salam olsun ona) yolunda canlarını fəda etdilər - Öz dərgahında dürüstlük, sədaqət qədəmimi sabit et.</b></font>
حَمْدَ الشَّاكِرِيْنَ لَكَ عَلٰى مُصَابِهِمْ
اَلْحَمْدُ لِلّٰهِ عَلٰى عَظِيْمِ رَزِيَّتِىْ
اَللّٰهُمَّ ارْزُقْنِيْ شَفَاعَةَ الْحُسَيْنِ (عَلَیْہِ السَّلَامُ) يَوْمَ الْوُرُوْدِ
وَ ثَبِّتْ لِيْ قَدَمَ صِدْقٍ عِنْدَكَ
مَعَ الْحُسَيْنِ وَ اَصْحَابِ الْحُسَيْنِ
الَّذِيْنَ بَذَلُوْا مُهَجَهُمْ دُوْنَ الْحُسَيْنِ عَلَيْهِ السَّلَامُ۔
Lənət və salamı yüz dəfə deməyə imkanı olmayanlar bunu bir dəfə deyə bilərlər (qəsdi-rəca ilə).