مناجات العارفين
ARİFLƏRİN MİNACATI
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Rəhman və Rəhim Allahın adı ilə. Ey mənim Məbudum! Dillər Sənin sənalarını cəlalına layiq şəkildə bəyan etməkdə, ağıllar Sənin zatının mahiyyətini dərk etməkdə və gözlər Sənin cah-cəlalını, əzəmətini görməkdə acizdir. Səni tanımaqda məxluqat üçün Səni tanımaqda aciz olduqlarını iqrar etməkdən qeyri bir yol qoymamısan. Ey mənim Məbudum! Bizi o kəslərdən qərar ver ki, Sənə ümid fidanı qəlblərinin bağında kök salmış və Sənin məhəbbətinin yanğısı qəlblərini bütünlüklə bürümüşdür. Beləliklə, onlar düşüncələr yuvasında məskən salmış, qürb və mükaşifə bağlarında kef çəkir, mehribanlıq camınla məhəbbətinin dənizindən sirab olur, zülal çeşmələr başındadırlar. Pərdələr onların gözləri önündən kənara çəkilmişdir. Şəkk-şübhə zülməti inanclarından və qəlblərindən yox olub getmişdir. Nigarançılıq və tərəddüd qəlblərindən uzaqlaşmışdır. Mərifət kəsb etməklə sinələri genişlənmişdir. Zöhddə önə keçməkdə olan himmətləri artmışdır. (Yaxşı) əməl çeşməsindən içəcəkləri içkilər ləziz olmuşdur. Batinləri həmdəm məclisində pak olmuşdur. Qorxulu məkanlarda yolları əmin-aman olmuşdur. Allaha doğru qayıtmaqla daxilləri aram olmuşdur. Ruhları nicat ilə yəqinliyə çatmışdır. Gözləri məhbublarını görməklə aydın olmuşdur. Dünyanı axirətə satmaqla ticarətləri mənfəətli olmuşdur. Ey mənim Məbudum! Səni yad etmək ilhamının xatirələri qəlblər üçün nə qədər də ləzzətbəxşdir! Görünməz yollarda inamla Sənə tərəf hərəkət etmək nə qədər də şirindir! Məhəbətinin tamı nə qədər də xoşagələndir! Sənə yaxın olmaq nə qədər də ləzzətlidir! Elə isə, Özündən qovmaq və uzaqlaşdırmağından bizə pənah ver. Bizi ən xas ariflərindən, ən ləyaqətli bəndələrindən, ən doğru danışan mütilərindən, ən xalis ibadətkarlarından qərar ver. Ey əzim , ey cəlil , ey kərim, ey munil ! Rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi!
اِلٰهِىْ قَصُرَتِ الْاَلْسُنُ عَنْ بُلُوغِ ثَنَاۤئَكَ كَمَا يَلِيْقُ بِجَلَالِكَ،
وَ عَجَزَتِ الْعُقُوْلُ عَنْ اِدْرَاكِ كُنْهِ جَمَالِكَ،
وَ انْحَسَرَتِ الْاَبْصَارُدُوْنَ النَّظَرِ اِلٰى سُبْحَاتِ وَجْهِكَ،
وَلَمْ تَجْعَلَ لِلْخَلْقِ طَرِيْقًا اِلٰى مَعْرِفَتِكَ، اِلَّا بِالْعَجْزِ عَنْ مَعْرِفَتِكَ،
اِلٰهِىْ فَاجْعَلْنَا مِنَ الَّذِيْنَ تَرَسَّخَتْ اَشْجَارُ الشَّوْقِ اِلَيْكَ، فِىْ حَدَاۤئِقِ صُدُوْرِهِمْ،
وَ اَخَذَتْ لَوْعَةُ مُحَبَّتِكَ بِمَجَامِعِ قُلُوْبِهِمْ، فَهُمْ اِلٰى اَوْ كَارِ الْاَفْكَارِ يَأوُوْنَ،
وَ فِىْ رِيَاضِ الْقُرْبِ وَ الْمُكَـاشَفَةِ يَرْتَعُوْنَ،
وَ مِنْ حِيَاضِ الْمَحَبَّةِ بِكَاسِ الْمُلَاطَفَةِ يَكْرَعُوْنَ،
وَ شَرَايِعَ الْمُصَافَاتِ يَرِدُوْنَ، قَدْ كُشِفَ الْغِطَاۤءُ عَنْ اَبْصَارِهِمْ،
وَانْجَلَتْ ظُلْمَةُ الرَّيْبِ عَنْ عَقَاۤئِدِهِمْ وَ ضَمَاۤئِرِهِمْ،
وَانْقَنَتْ مُخَالِجَةُ الشَّكِّ عَنْ قُلُوْبِهِمْ وَ َرَاۤئِرِهِمْ،
وَانْشَرَحَتْ بِتَحْقِيْقِ الْمَعْرِفَةِ صُدُوْرُهُمْ،
وَ عَلَتْ لِسَبْقِ السَّعَأدَةِ فِىْ الزِّهَادَةِ هِمَمُهُمْ،
وَ عَذُبَ فِىْ مَعِيْنِ الْمُعَامَلَةِ شِرْبُهُمْ، وَ طَابَ فِىْ مَجْلِسِ الْاُنْسِ سِرُّهُمْ،
وَ اَمِنَ فِىْ مَوْطِنِ الْمَخَافَةَ سِرْبُهُمْ، وَاطْمَاَنَّتْ بِالرُّجُوْعِ اِلٰى رَبِّ الْاَرْبَابِ اَنْفُسُهُمْ،
وَ تَيَقَّنَتْ بِالْفَوْزِ وَالْفَلَاحِ اَرْوَاحُهُمْ، وَ قَرَّتْ بِالنَّظَرِ اِلٰى مَحْبُوْبِهِمْ اَعْيُنُهُمْ،
وَاسْتَقَرَّ بِاِدْرَاكِ السُّؤْلِ وَ نَيْلِ الْمَأمُوْلِ قَرَارُهُمْ،
وَ رَبِحَتْ فِىْ بَيْعِ الدُّنْيَا بِالْاٰخِرَةِ تِجَارَتُهُمْ،
اِلٰهِىْ مَا اَلَذَّ خَوَاطِرَ الْاِلْهَامِ بِذِكْرِكَ عَلَى الْقُلُوْبِ،
وَمَا اَحْلَى الْمَسِيْرَ اِلَيْكَ بِالْاَوْهَامِ فِى مَسَالِكِ الْغُيُوْبِ،
وَ مَا اَطْيَبَ طَعْمُ حُبِّكَ، وَمَا اَعْذَبَ شِرْبَ قُرْبِكَ، فَاَعِذْنَا مِنْ طَرْدِكَ وَ اِبْعَادِكَ،
وَ جْعَلْنَا مِنْ اَخَصِّ عَارِفِيْكَ، وَ اَصْلَحِ عِبَادِكَ،
وَ اَصْدَقِ طَاۤئِعِيْكَ، وَ اَخْلَصِ عُبَّادِكَ، يَا عَظِيْمُ يَا جَلِيْلُ،
يَا كَرِيْمُ يَا مُنِيْلُ، بِرَحْمَتِكَ وَ مَنِّكَ، يَآ اَرْحَمَ الرَّاحِمِيْنَ.