FATİHƏ (KİTABI AÇAN) SURƏSİ
Məkkədə nazil olmuşdur, yeddi ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ(1)
<font color="000000"><b>(1) Bağışlayan və mehriban Allahın adı ilə.</b></font>
اَلْحَمْدُ لِلّٰهِ رَبِّ الْعٰلَمِيْنَۙ(2)
<font color="000000"><b>(2) Həmd və sitayiş aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin) idarə edəni, mütləq hökmdarı və yaradaraq nəzmə salanı olan Allaha məxsusdur..</b></font>
الرَّحْمٰنِ الرَّحِيْمِۙ(3)
<font color="000000"><b>(3) (Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) Rəhimli və mehriban Allaha.</b></font>
مٰلِكِ يَوْمِ الدِّيْنِؕ(4)
<font color="000000"><b>(4) Cəza gününün sahib və hökmdarına.</b></font>
اِيَّاكَ نَعْبُدُ وَاِيَّاكَ نَسْتَعِيْنُؕ(5)
<font color="000000"><b>(5) (Pərvərdigara!) Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.</b></font>
اِهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيْمَۙ(6)
<font color="000000"><b>(6) Bizi (əqidə, elm, əxlaq və əməllərdə) doğru yola hidayət (və həmin yolda dayanıqlı) et.</b></font>
صِرَاطَ الَّذِيْنَ اَنْعَمْتَ عَلَيْهِمْ ۙ غَيْرِ الْمَغْضُوْبِ عَلَيْهِمْ وَلَا الضَّآلِّيْنَ(7)
<font color="000000"><b>(7) (Peyğəmbərlər və onların həqiqi ardıcılları kimi) nemət verdiyin kəslərin – (Sənin) qəzəb(in)ə düçar olmamış və azmamışların yoluna!</b></font>