EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
QARİƏ (QORXUYA SALAN) SURƏSİ
Məkkədə nazil olmuşdur, on bir ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اَلْقَارِعَةُ ۙ‏(1)
<font color="000000"><b>(1) (Qulaqları və ürəkləri) döyəcləyən (və Allah düşmənlərini əzən o dəhşətli) hadisə.</b></font>
مَا الْقَارِعَةُ‌ ۚ‏(2)
<font color="000000"><b>(2) Nədir o döyəcləyən və əzən (dəhşətli) hadisə?!</b></font>
وَمَاۤ اَدْرٰٮكَ مَا الْقَارِعَةُ ؕ‏(3)
<font color="000000"><b>(3) Və sən nə bilirsən ki, o döyəcləyən (dəhşətli) hadisə nədir? (O hadisə Qiyamətin qopmasıdır).</b></font>
يَوْمَ يَكُوْنُ النَّاسُ كَالْفَرَاشِ الْمَبْثُوْثِۙ‏(4)
<font color="000000"><b>(4) O gün insanlar kəpənək kimi (ətrafa) səpələnər.</b></font>
وَتَكُوْنُ الْجِبَالُ كَالْعِهْنِ الْمَنْفُوْشِؕ‏(5)
<font color="000000"><b>(5) Dağlar didilmiş rəngarəng yun kimi havada parça-parça olacaqdır.</b></font>
فَاَمَّا مَنْ ثَقُلَتْ مَوَازِيْنُهٗ ۙ‏(6)
<font color="000000"><b>(6) Amma ölçülmüş əməlləri ağır və dəyərli gələn (əqidə və əməlləri gözəl olan) kəs</b></font>
فَهُوَ فِىْ عِيْشَةٍ رَّاضِيَةٍ ؕ‏(7)
<font color="000000"><b>(7) Razı qalacağı (xoş) bir güzaran içində olacaqdır.</b></font>
وَاَمَّا مَنْ خَفَّتْ مَوَازِيْنُهٗ ۙ‏(8)
<font color="000000"><b>(8) Amma ölçülmüş əməlləri yüngül və dəyərsiz gələn, (əqidə və əməlləri fəsadlı olan) kəsin isə</b></font>
فَاُمُّهٗ هَاوِيَةٌ ؕ‏(9)
<font color="000000"><b>(9) Məskəni və pənah yeri Haviyə olacaqdır.</b></font>
وَمَاۤ اَدْرٰٮكَ مَا هِيَهْ ؕ‏(10)
<font color="000000"><b>(10) Sən nə bilirsən ki, Haviyə nədir?</b></font>
نَارٌ حَامِيَةٌ‏(11)
<font color="000000"><b>(11) Olduqca qaynar və yandırıcı bir oddur.</b></font>