MƏSƏD (XURMA LİFİ) SURƏSİ
Məkkədə nazil olmuşdur, beş ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
تَبَّتْ يَدَاۤ اَبِىْ لَهَبٍ وَّتَبَّؕ(1)
<font color="000000"><b>(1) Əbu Ləhəbin hər iki əli kəsilsin, ziyana uğrasın və ölüm olsun ona!</b></font>
مَاۤ اَغْنٰى عَنْهُ مَالُهٗ وَمَا كَسَبَؕ(2)
<font color="000000"><b>(2) Əsla onun nə mal-dövləti, nə də əldə etdikləri (Allahın əzabını zərrə qədər də ) ondan uzaqlaşdıra bilməz.</b></font>
سَيَصْلٰى نَارًا ذَاتَ لَهَبٍ ۖۚ(3)
<font color="000000"><b>(3) O, tezliklə alovlu (şöləli) oda girəcək və orada yanacaqdır.</b></font>
وَّامْرَاَ تُهٗ ؕ حَمَّالَةَ الْحَطَبِۚ(4)
<font color="000000"><b>(4) Və onun odun daşıyan zövcəsi də (Cəhənnəm oduna girəcəkdir).</b></font>
فِىْ جِيْدِهَا حَبْلٌ مِّنْ مَّسَدٍ(5)
<font color="000000"><b>(5) Onun boynunda xurma lifindən hörülmüş ip olacaqdır. (O, Peyğəmbərin yolunun üstünə iplə tikanlı çöplər daşıdığına və Peyğəmbərin əleyhinə söz gəzdirdiyinə görə Cəhənnəmdə də əməllərin eynilə təcəssüm olaraq «Zəqqum» ağacının odunlarını odlu zəncirlərlə daşıyacaqdır.)</b></font>