MUMİNUN (MÖMİNLƏR) SURƏSİ
Məkkədə nazil olmuşdur, yüz on səkkiz ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
قَدْ اَفْلَحَ الْمُؤْمِنُوْنَۙ(1)
<font color="000000"><b>(1) Həqiqətən, (İslamın əqidə əsaslarına) iman gətirənlər nicat tapdılar (sanki onlar artıq axirətdə əməllərinin bütün mükafatlarını alıblar).</b></font>
الَّذِيْنَ هُمْ فِىْ صَلَاتِهِمْ خَاشِعُوْنَ ۙ(2)
<font color="000000"><b>(2) O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar.</b></font>
وَالَّذِيْنَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُوْنَۙ(3)
<font color="000000"><b>(3) Və o kəslər ki, bütün pis və çirkin (iş)lərdən üz döndərirlər.</b></font>
وَالَّذِيْنَ هُمْ لِلزَّكٰوةِ فَاعِلُوْنَۙ(4)
<font color="000000"><b>(4) Və o kəslər ki, zəkat verir və nəfslərini təmizləyirlər.</b></font>
وَالَّذِيْنَ هُمْ لِفُرُوْجِهِمْ حٰفِظُوْنَۙ(5)
<font color="000000"><b>(5) Və o kəslər ki, öz şəhvət qüvvələrini cilovlayırlar.</b></font>
اِلَّا عَلٰٓى اَزْوَاجِهِمْ اَوْ مَا مَلَكَتْ اَيْمَانُهُمْ فَاِنَّهُمْ غَيْرُ مَلُوْمِيْنَۚ(6)
<font color="000000"><b>(6) Öz zövcələrinə və kənizlərinə qarşı istisna olmaqla ki, onlar (zövcə və kənizləri ilə şəhvətlə davranmağa görə) qınanmazlar.</b></font>
فَمَنِ ابْتَغٰى وَرَآءَ ذٰ لِكَ فَاُولٰٓئِكَ هُمُ الْعٰدُوْنَ ۚ(7)
<font color="000000"><b>(7) Odur ki, bundan (bu ikisindən) başqasını axtaranlar (bu ikisindən başqasından hər hansı cinsi ləzzət alanlar İslamın müəyyənləşdirdiyi) həddi aşanlardır.</b></font>
وَالَّذِيْنَ هُمْ لِاَمٰنٰتِهِمْ وَعَهْدِهِمْ رَاعُوْنَ ۙ(8)
<font color="000000"><b>(8) Və o kəslər ki, özlərinin (xalqla və yaradanla) əmanətlərinə və (Allahın onlarla bağladığı, yaxud özləri öz aralarında bağladıqları və ya camaatla bağladıqları) əhd-peymanlarına riayət edirlər.</b></font>
وَالَّذِيْنَ هُمْ عَلٰى صَلَوٰتِهِمْ يُحَافِظُوْنَۘ(9)
<font color="000000"><b>(9) Və o kəslər ki, namazlarını (tam və kamil olması baxımından) qoruyurlar.</b></font>
اُولٰٓئِكَ هُمُ الْوَارِثُوْنَ ۙ(10)
<font color="000000"><b>(10) Onlardır varislər!</b></font>
الَّذِيْنَ يَرِثُوْنَ الْفِرْدَوْسَؕ هُمْ فِيْهَا خٰلِدُوْنَ(11)
<font color="000000"><b>(11) Uca Cənnətə varis olanlar (şəxsi malları kimi Cənnətə mütləq və daimi sahib olanlar və ya kafirlərin Cənnət payına da varis çıxıb yiyələnənlər)! Onlar orada əbədidirlər.</b></font>
وَلَقَدْ خَلَقْنَا الْاِنْسَانَ مِنْ سُلٰلَةٍ مِّنْ طِيْنٍ ۚ(12)
<font color="000000"><b>(12) Şübhəsiz, Biz insanı(n ulu baba və nənəsini) gilin cövhərindən (ruh üfürməklə və ona möcüzəvi şəkildə can verməklə) yaratdıq.</b></font>
ثُمَّ جَعَلْنٰهُ نُطْفَةً فِىْ قَرَارٍ مَّكِيْنٍ(13)
<font color="000000"><b>(13) Sonra onu(n nəslini) nütfə (torpağın maddələrinin cövhəri) şəklində möhkəm bir yerə (ana bətninə) qoyduq.</b></font>
ثُمَّ خَلَقْنَا النُّطْفَةَ عَلَقَةً فَخَلَقْنَا الْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا الْمُضْغَةَ عِظٰمًا فَكَسَوْنَا الْعِظٰمَ لَحْمًا ثُمَّ اَنْشَاْنٰهُ خَلْقًا اٰخَرَ ؕ فَتَبٰرَكَ اللّٰهُ اَحْسَنُ الْخٰلِقِيْنَ ؕ(14)
<font color="000000"><b>(14) Sonra nütfəni ələqə etdik (laxta qana çevirdik), sonra ələqəni muzğə etdik (çeynənmiş ət şəklinə saldıq). Ondan sonra muzğəni (yumşaq) sümüklər etdik. Beləliklə sümüklərə ət (libası) geyindirdik. Sonra onu (inkişaf etmək qabiliyyəti olan həmin cismi ruh üfürməklə ağıl və elmə layiq) başqa bir (canlı) məxluq (şəklində) vücuda gətirdik. Buna görə də afərin Allaha! Yaradanların ən yaxşısı olan Allah, çox xeyir-bərəkətlidir!</b></font>
ثُمَّ اِنَّكُمْ بَعْدَ ذٰلِكَ لَمَيِّتُوْنَؕ(15)
<font color="000000"><b>(15) Siz ondan (dünyaya gəlib yaşadıqdan) sonra mütləq öləcəksiniz.</b></font>
ثُمَّ اِنَّكُمْ يَوْمَ الْقِيٰمَةِ تُبْعَثُوْنَ(16)
<font color="000000"><b>(16) Daha sonra siz şübhəsiz, Qiyamət günü (özünüzün torpaqdan başlayıb belləri, bətnləri, dünyanı və Bərzəx aləmini keçmiş hərəkətinizi kamala çatdırmaq üçün qəbirlərdən) qaldırılacaqsınız.</b></font>
وَلَقَدْ خَلَقْنَا فَوْقَكُمْ سَبْعَ طَرَآئِقَ ۖ وَمَا كُنَّا عَنِ الْخَلْقِ غٰفِلِيْنَ(17)
<font color="000000"><b>(17) Həqiqətən, Biz sizin başınız üzərində yeddi yol (mələklərin get-gəl yerləri olan yeddi göy) yaratmışıq və Biz yaradılış və yaradılmışların işində əsla qafillərdən deyilik.</b></font>
وَاَنْزَلْنَا مِنَ السَّمَآءِ مَآءًۢ بِقَدَرٍ فَاَسْكَنّٰهُ فِى الْاَرْضِۖ وَاِنَّا عَلٰى ذَهَابٍۢ بِهٖ لَقٰدِرُوْنَ ۚ(18)
<font color="000000"><b>(18) Və göydən (yağış, qar və dolu şəklində) müəyyən miqdarda (yer və insanların layiq olduqarı qədər) su endirdik. Sonra onu yer(in dərinliklərin)də yerləşdirdik. Əlbəttə, Biz onun hamısını yox etməyə qadirik.</b></font>
فَاَنْشَاْنَا لَكُمْ بِهٖ جَنّٰتٍ مِّنْ نَّخِيْلٍ وَّ اَعْنَابٍ ۘ لَكُمْ فِيْهَا فَوَاكِهُ كَثِيْرَةٌ وَّمِنْهَا تَاْكُلُوْنَ ۙ(19)
<font color="000000"><b>(19) Sonra həmin su ilə sizin üçün xurma ağacları və üzüm tənəklərindən bağlar yaratdıq. Onda sizin (dolanışığınızı təmin etməyiniz) üçün çoxlu meyvələr vardır və ondan həm də yeyirsiniz.</b></font>
وَشَجَرَةً تَخْرُجُ مِنْ طُوْرِ سَيْنَآءَ تَنْۢبُتُ بِالدُّهْنِ وَصِبْغٍ لِّلْاٰكِلِيْنَ(20)
<font color="000000"><b>(20) Və (adətən) Sina dağından çıxan bir ağac (da yaratdıq) ki, yeyənlər üçün (zeytun) yağ(ı) və yavanlıq bitirir.</b></font>
وَ اِنَّ لَكُمْ فِى الْاَنْعَامِ لَعِبْرَةً ؕ نُسْقِيْكُمْ مِّمَّا فِىْ بُطُوْنِهَا وَلَكُمْ فِيْهَا مَنَافِعُ كَثِيْرَةٌ وَّمِنْهَا تَاْكُلُوْنَ ۙ(21)
<font color="000000"><b>(21) Həqiqətən, heyvanlarda (onların yaradılışında, növlərinin müxtəlifliyində, ram olmalarında və sizə möhtac olmalarında) sizin üçün ibrət (dərsi) vardır. (Xüsusilə bundan ibrət götürün ki,) onların qarınlarında olanlardan sizə (süd) içirdirik və onlarda (onların dirisində, kəsilmişində və nəslində) sizin üçün çoxlu mənfəətlər vardır və onlardan (onların ətlərindən) yeyirsiniz.</b></font>
وَعَلَيْهَا وَعَلَى الْفُلْكِ تُحْمَلُوْنَ(22)
<font color="000000"><b>(22) Və onlara və gəmilərə minirsiniz.</b></font>
وَلَقَدْ اَرْسَلْنَا نُوْحًا اِلٰى قَوْمِهٖ فَقَالَ يٰقَوْمِ اعْبُدُوا اللّٰهَ مَا لَكُمْ مِّنْ اِلٰهٍ غَيْرُهٗ ؕ اَفَلَا تَتَّقُوْنَ(23)
<font color="000000"><b>(23) Həqiqətən, Biz (ilk şəriət sahibi olan) Nuhu (o vaxt yer üzündə olanların hamısını əhatə edən) öz qövmünə (pyeğəmbər) göndərdik. Beləliklə o, dedi: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir məbud yoxdur. Məgər (Onun qəzəbindən və Ondan qeyrisinə ibadət etməkdən) çəkinmirsiniz?»</b></font>
فَقَالَ الْمَلَؤُا الَّذِيْنَ كَفَرُوْا مِنْ قَوْمِهٖ مَا هٰذَاۤ اِلَّا بَشَرٌ مِّثْلُكُمْ ۙ يُرِيْدُ اَنْ يَّتَفَضَّلَ عَلَيْكُمْ ؕ وَلَوْ شَآءَ اللّٰهُ لَاَنْزَلَ مَلٰٓئِكَةً ۖۚ مَّا سَمِعْنَا بِهٰذَا فِىْۤ اٰبَآئِنَا الْاَوَّلِيْنَ ۚ(24)
<font color="000000"><b>(24) Beləliklə, onun qövmünün küfr etmiş böyükləri dedilər: «Bu (kişi) sizin kimi yalnız bir bəşərdir ki, sizə üstün olmaq (və böyüklük etmək) istəyir. Əgər Allah (peyğəmbər göndərmək) istəsəydi (göydən) mələklər endirərdi. Biz öz ulu babalarımızın arasında belə bir şey eşitməmişik (ki, insan peyğəmbərlik iddiası etsin və bir Allaha tərəf dəvət edərək başqa tanrıları inkar etsin).</b></font>
اِنْ هُوَ اِلَّا رَجُلٌۢ بِهٖ جِنَّةٌ فَتَرَبَّصُوْا بِهٖ حَتّٰى حِيْنٍ(25)
<font color="000000"><b>(25) O, yalnız dəli bir kişidir. Buna görə də bir müddətə kimi gözləyin (bəlkə sağaldı yaxud öldü).</b></font>
قَالَ رَبِّ انْصُرْنِىْ بِمَا كَذَّبُوْنِ(26)
<font color="000000"><b>(26) Nuh dedi: «Ey Rəbbim, onların təkzibinin müqabilində mənə kömək et!»</b></font>
فَاَوْحَيْنَاۤ اِلَيْهِ اَنِ اصْنَعِ الْفُلْكَ بِاَعْيُنِنَا وَ وَحْيِنَا فَاِذَا جَآءَ اَمْرُنَا وَفَارَ التَّنُّوْرُۙ فَاسْلُكْ فِيْهَا مِنْ كُلٍّ زَوْجَيْنِ اثْنَيْنِ وَاَهْلَكَ اِلَّا مَنْ سَبَقَ عَلَيْهِ الْقَوْلُ مِنْهُمْۚ وَلَا تُخَاطِبْنِىْ فِى الَّذِيْنَ ظَلَمُوْاۚ اِنَّهُمْ مُّغْرَقُوْنَ(27)
<font color="000000"><b>(27) Beləliklə, ona vəhy etdik ki, gəmini Bizim hüzurumuzda və Bizim vəhyimiz ilə (Bizim verdiyimiz quruluş əsasında) düzəlt. Bizim əmrimiz (kafirlər barəsindəki qəti hökmümüz) çatanda və təndirdən su qaynayan zaman hər heyvandan bir-birinin cütü olan iki dənə (bir dişi və bir erkək) və öz(ünün iman gətirənlərdən ibarət iman) ailəni – (məhvi) barəsində əvvəlcədən hökmümüz verilmiş kəs (zövcən və oğlanlarından biri) istisna olmaqla – həmin gəmiyə mindir və Mənimlə zülm etmiş kəslər barəsində danışma (vasitəçilik etmə). Çünki onlar (suda) batmağa məhkumdurlar.</b></font>
فَاِذَا اسْتَوَيْتَ اَنْتَ وَمَنْ مَّعَكَ عَلَى الْفُلْكِ فَقُلِ الْحَمْدُ لِلّٰهِ الَّذِىْ نَجّٰٮنَا مِنَ الْقَوْمِ الظّٰلِمِيْنَ(28)
<font color="000000"><b>(28) Beləliklə, elə ki, sən və səninlə birlikdə olanlar gəmiyə yerləşdiniz, de: «Həmd və səna bizə zalım dəstədən nicat verən Allaha məxsusdur».</b></font>
وَقُلْ رَّبِّ اَنْزِلْنِىْ مُنْزَلًا مُّبٰرَكًا وَّاَنْتَ خَيْرُ الْمُنْزِلِيْنَ(29)
<font color="000000"><b>(29) Və de: «Ey Rəbbim, məni (bu gəmidə və sonra yerdə) xeyir dolu (çox bərəkətli) məkanda endir. Sən yerləşdirənlərin ən yaxşısısan».</b></font>
اِنَّ فِىْ ذٰ لِكَ لَاٰيٰتٍ وَّاِنْ كُنَّا لَمُبْتَلِيْنَ(30)
<font color="000000"><b>(30) Şübhəsiz, bunda (bu böyük hadisədə Allahın tovhid, qüdrət və əzəmətindən) nişanələr vardır və həqiqətən, Biz (bəndələrimizi) həmişə sınayırıq.</b></font>
ثُمَّ اَنْشَاْنَا مِنْۢ بَعْدِهِمْ قَرْنًا اٰخَرِيْنَ ۚ(31)
<font color="000000"><b>(31) Sonra onların arxasınca digər bir cəmiyyət və nəsil vücuda gətirdik.</b></font>
فَاَرْسَلْنَا فِيْهِمْ رَسُوْلًا مِّنْهُمْ اَنِ اعْبُدُوا اللّٰهَ مَا لَكُمْ مِّنْ اِلٰهٍ غَيْرُهٗ ؕ اَفَلَا تَتَّقُوْنَ(32)
<font color="000000"><b>(32) Onların içinə (mələklərdən, cinlərdən və ya dillərini bilməyənlərdən deyil) özlərindən bir elçi göndərdik ki: Tək olan Allaha ibadət edin, sizin Ondan başqa bir məbudunuz yoxdur. Məgər (Ondan qeyrisinə ibadət etməkdən) çəkinmirsiniz?!</b></font>
وَقَالَ الْمَلَاُ مِنْ قَوْمِهِ الَّذِيْنَ كَفَرُوْا وَكَذَّبُوْا بِلِقَآءِ الْاٰخِرَةِ وَاَتْرَفْنٰهُمْ فِى الْحَيٰوةِ الدُّنْيَا ۙ مَا هٰذَاۤ اِلَّا بَشَرٌ مِّثْلُكُمْ ۙ يَاْكُلُ مِمَّا تَاْكُلُوْنَ مِنْهُ وَيَشْرَبُ مِمَّا تَشْرَبُوْنَ ۙ(33)
<font color="000000"><b>(33) Onun qövmündən küfr etmiş, axirət görüşünü təkzib etmiş və dünya həyatında rifah verdiyimiz başçılar (digərlərinə) dedilər: «Bu kişi (də) sizin kimi yalnız bir bəşərdir, yediklərinizdən yeyir, içdiklərinizdən içir. (Belə olan halda o, necə peyğəmbər ola bilər?!)»</b></font>
وَلَئِنْ اَطَعْتُمْ بَشَرًا مِّثْلَكُمْ اِنَّكُمْ اِذًا لَّخٰسِرُوْنَۙ(34)
<font color="000000"><b>(34) Əgər özünüz kimi (adi) bir insana tabe olsanız onda şübhəsiz, ziyana uğrayacaqsınız.</b></font>
اَيَعِدُكُمْ اَنَّكُمْ اِذَا مِتُّمْ وَكُنْتُمْ تُرَابًا وَّعِظَامًا اَنَّكُمْ مُّخْرَجُوْنَ ۙ(35)
<font color="000000"><b>(35) O, sizə ölüb bir ovuc torpaq və sümük olduqdan sonra (yenidən dirildilərək qəbirdən) çıxarılacağınızı vəd edir?</b></font>
هَيْهَاتَ هَيْهَاتَ لِمَا تُوْعَدُوْنَ ۙ(36)
<font color="000000"><b>(36) Sizə vəd edilən şey (həqiqətdən) çox-çox uzaqdır!</b></font>
اِنْ هِىَ اِلَّا حَيَاتُنَا الدُّنْيَا نَمُوْتُ وَنَحْيَا وَمَا نَحْنُ بِمَبْعُوْثِيْنَ ۙ(37)
<font color="000000"><b>(37) Bizim ölüb dirildiyimiz (bir dəstənin ölüb digər bir dəstənin dirildiyi və ya bir dəstənin öldüyü və onların ruhlarının digər bir dəstənin cismində dirildiyi) bu dünya həyatından başqa bir həyat yoxdur və biz heç vaxt dirildilən deyilik.</b></font>
اِنْ هُوَ اِلَّا رَجُلُ ۟افْتَرٰى عَلَى اللّٰهِ كَذِبًا وَّمَا نَحْنُ لَهٗ بِمُؤْمِنِيْنَ(38)
<font color="000000"><b>(38) O, yalnız, Allaha yalan yaxan bir kişidir və biz ona əsla etiqad bəsləmirik.</b></font>
قَالَ رَبِّ انْصُرْنِىْ بِمَا كَذَّبُوْنِ(39)
<font color="000000"><b>(39) (Peyğəmbərləri) dedi: «Ey Rəbbim, onların təkzibləri müqabilində Mənə kömək et!»</b></font>
قَالَ عَمَّا قَلِيْلٍ لَّيُصْبِحُنَّ نٰدِمِيْنَۚ(40)
<font color="000000"><b>(40) Allah buyurdu: «Az bir zamandan sonra (ölüm zamanı və Bərzəx aləmində) mütləq peşman olacaqlar».</b></font>
فَاَخَذَتْهُمُ الصَّيْحَةُ بِالْحَقِّ فَجَعَلْنٰهُمْ غُثَآءًۚ فَبُعْدًا لِّلْقَوْمِ الظّٰلِمِيْنَ(41)
<font color="000000"><b>(41) Beləliklə, haqlı olaraq (Allahın kamil hikmət və məsləhətinə əsasən) onları (göydən gələn bir) fəryad bürüdü. Onları sel üzərindəki çör-çöpə (kimi) etdik. Buna görə də məhv və (Allahın rəhmətindən) uzaq olsun zalım dəstə!</b></font>
ثُمَّ اَنْشَاْنَا مِنْۢ بَعْدِهِمْ قُرُوْنًا اٰخَرِيْنَؕ(42)
<font color="000000"><b>(42) Sonra onların arxasınca, bir-birinin ardınca gələn əsrlərdə digər nəsilləri yaratdıq.</b></font>
مَا تَسْبِقُ مِنْ اُمَّةٍ اَجَلَهَا وَمَا يَسْتَاْخِرُوْنَؕ(43)
<font color="000000"><b>(43) Heç bir ümmət öz zamanından (Lövhi-Məhfuzda olan müəyyən həyat müdətindən) nə qabağa keçər və nə də geri qalar.</b></font>
ثُمَّ اَرْسَلْنَا رُسُلَنَا تَتْرَا ؕ كُلَّ مَا جَآءَ اُمَّةً رَّسُوْلُهَا كَذَّبُوْهُ فَاَتْبَعْنَا بَعْضَهُمْ بَعْضًا وَّجَعَلْنٰهُمْ اَحَادِيْثَ ۚ فَبُعْدًا لِّقَوْمٍ لَّا يُؤْمِنُوْنَ(44)
<font color="000000"><b>(44) Sonra bir-birinin ardınca Öz peyğəmbərlərimizi göndərdik. Nə vaxt (hansısa) bir millətə öz peyğəmbəri gəldisə onu təkzib etdilər. Buna görə Biz də onları bir-birinin ardınca (məhvə) yola saldıq və onları (məhv olduqdan sonra dillərdə) hekayət və əfsanələr etdik. Buna görə də məhv və (Allahın rəhmətindən) uzaq olsun iman gətirməyən dəstə!</b></font>
ثُمَّ اَرْسَلْنَا مُوْسٰى وَاَخَاهُ هٰرُوْنَ ۙ بِاٰيٰتِنَا وَسُلْطٰنٍ مُّبِيْنٍۙ(45)
<font color="000000"><b>(45) Sonra Musa və qardaşı Harunu Öz ayə və nişanələrimizlə (doqquz möcüzə) və (məntiq və isbat baxımından) aşkar dəlil-sübutla göndərdik.</b></font>
اِلٰى فِرْعَوْنَ وَمَلَاۡئِهٖ فَاسْتَكْبَرُوْا وَكَانُوْا قَوْمًا عٰلِيْنَ ۚ(46)
<font color="000000"><b>(46) Firona və onun (qövmünün) böyüklərinə və başçılarına tərəf. Onlar isə təkəbbür göstərdilər. Onlar üstünlük axtaran və məqampərəst bir dəstə idilər.</b></font>
فَقَالُوْۤا اَنُؤْمِنُ لِبَشَرَيْنِ مِثْلِنَا وَقَوْمُهُمَا لَنَا عٰبِدُوْنَۚ(47)
<font color="000000"><b>(47) Buna görə də dedilər: «Qövmləri bizim qulumuz və bizə müti ola-ola, özümüz kimi iki insana iman gətirək?»</b></font>
فَكَذَّبُوْهُمَا فَكَانُوْا مِنَ الْمُهْلَكِيْنَ(48)
<font color="000000"><b>(48) Beləliklə, o iki nəfəri təkzib etdilər və (nəhayət) məhv edilənlərdən oldular.</b></font>
وَلَقَدْ اٰتَيْنَا مُوْسَى الْكِتٰبَ لَعَلَّهُمْ يَهْتَدُوْنَ(49)
<font color="000000"><b>(49) Və şübhəsiz, Biz Musaya (səma) kitab(ı olan Tövratı) əta etdik ki, bəlkə onlar (İsrail övladları) doğru yola yönəlsinlər.</b></font>
وَجَعَلْنَا ابْنَ مَرْيَمَ وَاُمَّهٗۤ اٰيَةً وَّاٰوَيْنٰهُمَاۤ اِلٰى رَبْوَةٍ ذَاتِ قَرَارٍ وَّمَعِيْنٍ(50)
<font color="000000"><b>(50) Məryəm oğlunu və onun anasını (dünyaya gəlməsinin necəliyi, peyğəmbərlik dövrü və kitabı əldə etməsi baxımından Öz tovhid və qüdrətimiz üçün) bir ayə və nişanə etdik. Və onların hər ikisini uca, yaşayış üçün yararlı və axar sulu bir torpaqda (Beytul-Müqəddəsdə, yaxud Şamda və ya Misirdə) yerləşdirdik.</b></font>
يٰۤاَيُّهَا الرُّسُلُ كُلُوْا مِنَ الطَّيِّبٰتِ وَاعْمَلُوْا صَالِحًا ؕ اِنِّىْ بِمَا تَعْمَلُوْنَ عَلِيْمٌ ؕ(51)
<font color="000000"><b>(51) Ey Bizim elçilərimiz! (Bəşəriyyətə öyrətmək məqsədi ilə dünyada olan) bütün (yemək, içmək, geyim, hava, bitki və digər şeylərin) paklar(ın)dan bəhrələnin və yaxşı işlər görün ki, Mən etdiklərinizin hamısını bilirəm.</b></font>
وَاِنَّ هٰذِهٖۤ اُمَّتُكُمْ اُمَّةً وَّاحِدَةً وَّاَنَا رَبُّكُمْ فَاتَّقُوْنِ(52)
<font color="000000"><b>(52) Həqiqətən, siz (peyğəmbərlərin, həmçinin nəsilləri kəsilənədək sizin ümmətləriniz)in bu (İslam) din(iniz) və şəriətiniz yeganə din və şəriətdir. (Çünki o, bütün şəriətləri özündə toplamış qüdrətli bir dindir ki, üsuliddin və füruiddindən təşkil olunmuşdur. Şəriətlər arasındakı fərqlər və onların sayının çoxluğu bəzi hökmlər baxımındandır.) Və Mən sizin Rəbbinizəm. Buna görə də Məndən qorxun!</b></font>
فَتَقَطَّعُوْۤا اَمْرَهُمْ بَيْنَهُمْ زُبُرًا ؕ كُلُّ حِزْبٍۢ بِمَا لَدَيْهِمْ فَرِحُوْنَ(53)
<font color="000000"><b>(53) Beləliklə, onlar (ümmətlər kitab və şəriətin nazil olmasının lap əvvəlindən bütün əsrlərdə öz alimlərinə tabe olub din) işlərini öz aralarında parçalayaraq firqə və dəstələrə bölündülər. Hər bir firqə əlində olana sevinir.</b></font>
فَذَرْهُمْ فِىْ غَمْرَتِهِمْ حَتّٰى حِيْنٍ(54)
<font color="000000"><b>(54) Buna görə də onları bir müddətədək (ölənə kimi) öz qəflət və keflilik burulğanında (vücudlarını bürülümüş əqidə və əməl azğınlığı dəryasında) boşla.</b></font>
اَيَحْسَبُوْنَ اَنَّمَا نُمِدُّهُمْ بِهٖ مِنْ مَّالٍ وَّبَنِيْنَۙ(55)
<font color="000000"><b>(55) Yoxsa belə güman edirlər ki, onlara yardım etdiyimiz mal-dövlət və oğullarla</b></font>
نُسَارِعُ لَهُمْ فِى الْخَيْرٰتِ ؕ بَلْ لَّا يَشْعُرُوْنَ(56)
<font color="000000"><b>(56) onların xeyirə nail olmalarına tələsirik? (Xeyr,) əksinə, anlamırlar (ki, onların sınanmaları və bədbəxtlikdə daha da irəliləmələri üçün vasitələr hazırlayırıq).</b></font>
اِنَّ الَّذِيْنَ هُمْ مِّنْ خَشْيَةِ رَبِّهِمْ مُّشْفِقُوْنَۙ(57)
<font color="000000"><b>(57) Həqiqətən, Rəbblərinin (əzabının) qorxusundan iztirabda olanlar</b></font>
وَالَّذِيْنَ هُمْ بِاٰيٰتِ رَبِّهِمْ يُؤْمِنُوْنَۙ(58)
<font color="000000"><b>(58) və Rəbblərinin ayə və nişanələrinə iman gətirənlər</b></font>
وَالَّذِيْنَ هُمْ بِرَبِّهِمْ لَا يُشْرِكُوْنَۙ(59)
<font color="000000"><b>(59) və (uluhiyyat, xilqət, rübubiyyət, ibadət və itaətdə) Rəbblərinə şərik qoşmayanlar</b></font>
وَالَّذِيْنَ يُؤْتُوْنَ مَاۤ اٰتَوْا وَّ قُلُوْبُهُمْ وَجِلَةٌ اَنَّهُمْ اِلٰى رَبِّهِمْ رٰجِعُوْنَ ۙ(60)
<font color="000000"><b>(60) (mal və canlarından Allah yolunda) verdikləri şeyi Rəbblərinə tərəf qayıdacaqların(ı bildikləri üçün onun qəbul olunmamasın)dan qorxan halda verənlər</b></font>
اُولٰٓئِكَ يُسَارِعُوْنَ فِىْ الْخَيْرٰتِ وَهُمْ لَهَا سٰبِقُوْنَ(61)
<font color="000000"><b>(61) (bəli,) onlardır bütün xeyir əməllərə tələsənlər! Həmin xeyir (əməl)lərdə (başqalarından) qabağa düşən də onlardır.</b></font>
وَلَا نُكَلِّفُ نَفْسًا اِلَّا وُسْعَهَا وَلَدَيْنَا كِتٰبٌ يَّنْطِقُ بِالْحَقِّ وَهُمْ لَا يُظْلَمُوْنَ(62)
<font color="000000"><b>(62) Biz heç bir kəsə (iman və əməl mərhələlərində) qüdrətindən artıq vəzifə təyin etmirik. Bizim yanımızda (Lövhi-Məhfuz və ya hər bir bəndənin əməl dəftəri adlı) haqq danışan (və əməllərin xırdalıqlarını dəqiqliklə açıqlayan) bir kitab vardır. Onlar (cəza günü) zülmə və mükafatın kəsilməsinə məruz qalmazlar.</b></font>
بَلْ قُلُوْبُهُمْ فِىْ غَمْرَةٍ مِّنْ هٰذَا وَلَهُمْ اَعْمَالٌ مِّنْ دُوْنِ ذٰلِكَ هُمْ لَهَا عٰمِلُوْنَ(63)
<font color="000000"><b>(63) Lakin (kafirlərin) qəlbləri bu barədə (dünya vəzifələri və axirət cəzaları barəsində) nadanlıq və qəflət içərisindədir və onların bundan (bu nadanlıq və qəflətdən) başqa etdikləri digər (küfr və günah) əməlləri də vardır.</b></font>
حَتّٰۤى اِذَاۤ اَخَذْنَا مُتْرَفِيْهِمْ بِالْعَذَابِ اِذَا هُمْ يَجْئَرُوْنَؕ(64)
<font color="000000"><b>(64) (Bu keflilik və qəflətləri) o vaxta kimi (davam edər) ki, onların naz-nemət içində olub əyyaşlıq edənlərini (xəstəlik, yoxsulluq və müharibədə məğlubiyyət kimi) əzaba düçar edərik, (bu zaman) birdən fəryad qopararaq nalə edərlər.</b></font>
لَا تَجْئَرُوا الْيَوْمَ اِنَّكُمْ مِّنَّا لَا تُنْصَرُوْنَ(65)
<font color="000000"><b>(65) (Onlara deyilər:) Bu gün fəryad qoparıb nalə etməyin. Şübhəsiz, sizə Bizim tərəfimizdən kömək edilməyəcəkdir.</b></font>
قَدْ كَانَتْ اٰيٰتِىْ تُتْلٰى عَلَيْكُمْ فَكُنْتُمْ عَلٰٓى اَعْقَابِكُمْ تَنْكِصُوْنَۙ(66)
<font color="000000"><b>(66) Həqiqətən, Bizim ayə və nişanələrimiz sizə oxunur, amma siz dal-dala keçmişinizə qayıdırdınız (Bizim ayələrimizin müqabilində şirk, itaətsizlik və cahiliyyət adətlərinin arxasınca gedirdiniz).</b></font>
مُسْتَكْبِرِيْنَ ۖ بِهٖ سٰمِرًا تَهْجُرُوْنَ(67)
<font color="000000"><b>(67) Həmin üz döndərməklə lovğalanır və gecə yığıncaqlarında onların haqqında pis sözlər danışır və istehza edirdiniz.</b></font>
اَفَلَمْ يَدَّبَّرُوا الْقَوْلَ اَمْ جَآءَهُمْ مَّا لَمْ يَاْتِ اٰبَآءَهُمُ الْاَوَّلِيْنَ(68)
<font color="000000"><b>(68) Belə isə heç bu kəlam (Quran) barəsində (onun insanın qürətindən xaric möcüzəvi bir söz olması haqqında) düşünüb fikirləşmədilər? Yoxsa onlara, keçmiş atalarına gəlməyən bir şey gəlib?</b></font>
اَمْ لَمْ يَعْرِفُوْا رَسُوْلَهُمْ فَهُمْ لَهٗ مُنْكِرُوْنَ(69)
<font color="000000"><b>(69) Yoxsa öz peyğəmbərlərini (onun əsl-kökünün paklığını, əxlaq və əməl baxımından keçmişinin gözəl olmasını) tanımadıqları üçün onu (onun peyğəmbərlik və kitabını) inkar edirlər?</b></font>
اَمْ يَقُوْلُوْنَ بِهٖ جِنَّةٌ ؕ بَلْ جَآءَهُمْ بِالْحَقِّ وَاَكْثَرُهُمْ لِلْحَقِّ كٰرِهُوْنَ(70)
<font color="000000"><b>(70) Yoxsa «onda bir dəlilik var» deyirlər? (Belə deyil,) əksinə, o, haqqı (səma kitabını və axırıncı şəriəti) gətirib, lakin onların çoxu haqqı xoşlamırlar.</b></font>
وَلَوِ اتَّبَعَ الْحَقُّ اَهْوَآءَهُمْ لَفَسَدَتِ السَّمٰوٰتُ وَالْاَرْضُ وَمَنْ فِيْهِنَّؕ بَلْ اَتَيْنٰهُمْ بِذِكْرِهِمْ فَهُمْ عَنْ ذِكْرِهِمْ مُّعْرِضُوْنَؕ(71)
<font color="000000"><b>(71) Əgər haqq və gerçəklik onların nəfsi istəklərinə tabe olsaydı (yəni, doğrudan da şirk və bir neçə tanrının olması gerçəklik olsaydı) şübhəsiz, göylər, yer və onlarda olan hər bir kəs (və hər bir şey vücuda gəlmək baxımından) pozuntuya düçar olaraq yaranmaz və ya tanrıların çoxluğu və aralarındakı çəkişmə səbəbindən (varlığını davam etdirmək baxımından) fəsad və məhvə sürüklənərdi. (Bəli, haqq onların istəklərinə tabe deyil,) Əksinə, Biz onlara öyüd-nəsihət və ibrət vasitəsi (olan səma kitabı) gətirdik, lakin onlar öz öyüd-nəsihət vasitələrindən üz döndərirlər.</b></font>
اَمْ تَسْئَلُهُمْ خَرْجًا فَخَرٰجُ رَبِّكَ خَيْرٌ ۖ وَّهُوَ خَيْرُ الرّٰزِقِيْنَ(72)
<font color="000000"><b>(72) Yoxsa (peyğəmbərliyinin yerinə yetirilməsi üçün) onlardan sabit muzd və xərclik istəyirsən? (Xeyir!) Rəbbinin (verəcəyi) muzd və xərclik daha yaxşıdır və O, ruzi verənlərin ən yaxşısıdır.</b></font>
وَاِنَّكَ لَتَدْعُوْهُمْ اِلٰى صِرَاطٍ مُّسْتَقِيْمٍ(73)
<font color="000000"><b>(73) Doğrudan da, sən onları (əqidə, əxlaq, əməl və davranışda) doğru yola dəvət edirsən.</b></font>
وَاِنَّ الَّذِيْنَ لَا يُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ عَنِ الصِّرَاطِ لَنٰكِبُوْنَ(74)
<font color="000000"><b>(74) Həqiqətən, axirətə iman gətirməyənlər (doğru) yoldan çıxıblar.</b></font>
وَلَوْ رَحِمْنٰهُمْ وَكَشَفْنَا مَا بِهِمْ مِّنْ ضُرٍّ لَّلَجُّوْا فِىْ طُغْيَانِهِمْ يَعْمَهُوْنَ(75)
<font color="000000"><b>(75) Əgər onlara rəhm etsək, çətinlik və sıxıntılarını aradan qaldırsaq, mütləq yenə də öz itaətsizliklərində sərgərdancasına inadkarlıq göstərəcəklər.</b></font>
وَلَقَدْ اَخَذْنٰهُمْ بِالْعَذَابِ فَمَا اسْتَكَانُوْا لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُوْنَ(76)
<font color="000000"><b>(76) Biz onları (Məkkədə qəhətlik və xəstəlik kimi) əzaba düçar etdik. Lakin onlar öz Rəbblərinin dərgahına nə baş əyib təvazökarlıq göstərdilər, nə də yalvarıb-yaxarırlar.</b></font>
حَتّٰٓى اِذَا فَتَحْنَا عَلَيْهِمْ بَابًا ذَا عَذَابٍ شَدِيْدٍ اِذَا هُمْ فِيْهِ مُبْلِسُوْنَ(77)
<font color="000000"><b>(77) Nəhayət (öldürməklə) üzlərinə ağır bir əzab qapısı açdığımız zaman, birdən həmin əzabın içində çaş-baş və (nicat tapmaqdan və hər şeydən) naümid olarlar.</b></font>
وَهُوَ الَّذِىْۤ اَنْشَاَ لَكُمُ السَّمْعَ وَالْاَبْصَارَ وَالْاَفْئِدَةَ ؕ قَلِيْلًا مَّا تَشْكُرُوْنَ(78)
<font color="000000"><b>(78) Sizin üçün qulaq, gözlər və qəlblər yaradan Odur. Lakin çox az şükr edirsiniz.</b></font>
وَهُوَ الَّذِىْ ذَرَاَكُمْ فِى الْاَرْضِ وَاِلَيْهِ تُحْشَرُوْنَ(79)
<font color="000000"><b>(79) Sizi yer üzündə (onun tərkibindəki maddələrdən) yaradan Odur və (yer üzündə torpağa çevrildikdən sonra bir daha Qiyamətdə) Ona tərəf toplanılacaqsınız.</b></font>
وَهُوَ الَّذِىْ يُحْىٖ وَيُمِيْتُ وَلَهُ اخْتِلَافُ الَّيْلِ وَالنَّهَارِؕ اَفَلَا تَعْقِلُوْنَ(80)
<font color="000000"><b>(80) (Həyat qabiliyyəti olan hər bir varlığı) dirildən və (ölüm qabiliyyəti olan hər bir varlığı) öldürən Odur və gecə ilə gündüzün get-gəli Ona məxsusdur (və Onun əlindədir). Belə isə heç düşünmürsünüz?!</b></font>
بَلْ قَالُوْا مِثْلَ مَا قَالَ الْاَوَّلُوْنَ(81)
<font color="000000"><b>(81) Əksinə, onlar da keçmişdəkilərin dediklərini dedilər.</b></font>
قَالُوْۤا ءَاِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَّ عِظَامًا ءَاِنَّا لَمَبْعُوْثُوْنَ(82)
<font color="000000"><b>(82) Dedilər: «Ölüb bir ovuc torpaq və sümük olduqdan sonra yenidən dirildilib qaldırılacağıq?!»</b></font>
لَقَدْ وُعِدْنَا نَحْنُ وَاٰبَآؤُنَا هٰذَا مِنْ قَبْلُ اِنْ هٰذَاۤ اِلَّاۤ اَسَاطِيْرُ الْاَوَّلِيْنَ(83)
<font color="000000"><b>(83) Əlbəttə, bu vəd bundan əvvəl də bizə və atalarımıza verilmişdi. Bu, keçmişlərin əfsanələrindən başqa bir şey deyil.</b></font>
قُلْ لِّمَنِ الْاَرْضُ وَمَنْ فِيْهَاۤ اِنْ كُنْتُمْ تَعْلَمُوْنَ(84)
<font color="000000"><b>(84) De: «Əgər bilirsinizsə (deyin görək) yer və onda olan hər bir kəs (hətta onların tanrıları) kimə məxsusdur?»</b></font>
سَيَقُوْلُوْنَ لِلّٰهِؕ قُلْ اَفَلَا تَذَكَّرُوْنَ(85)
<font color="000000"><b>(85) Onlar «Allaha məxsusdur» deyə (cavab verə)cəklər. De: «Belə isə heç ibrət götürmürsünüz?! (Bəs Onun yenidən diriltməyə qadir olmasını nə əsasla inkar edirsiniz)?!»</b></font>
قُلْ مَنْ رَّبُّ السَّمٰوٰتِ السَّبْعِ وَرَبُّ الْعَرْشِ الْعَظِيْمِ(86)
<font color="000000"><b>(86) De: «Yeddi göyün Rəbbi və (aləmin işlərinin idarəsinin və ilahi hökmlərin çıxarılma məkanı olan) böyük ərşin Rəbbi kimdir?»</b></font>
سَيَقُوْلُوْنَ لِلّٰهِؕ قُلْ اَفَلَا تَتَّقُوْنَ(87)
<font color="000000"><b>(87) Deyəcəklər: «(onlar da) Allaha məxsusdur». De: «Belə isə heç (Onun qüdrət və qəzəbindən) çəkinmir (axirəti inkar edir)siniz?!»</b></font>
قُلْ مَنْۢ بِيَدِهٖ مَلَكُوْتُ كُلِّ شَىْءٍ وَّهُوَ يُجِيْرُ وَلَا يُجَارُ عَلَيْهِ اِنْ كُنْتُمْ تَعْلَمُوْنَ(88)
<font color="000000"><b>(88) De: «Əgər bilirsinizsə (deyin görək: Onun istəyi ilə vücuda gəlmiş) hər bir şeyin sahibliyi və onlar üzərində hakimiyyət əlində olan, (istədiyinə) sığınacaq verən və (əzabı) müqabilində heç bir kəsə sığınacaq verilməyən kimdir?»</b></font>
سَيَقُوْلُوْنَ لِلّٰهِؕ قُلْ فَاَنّٰى تُسْحَرُوْنَ(89)
<font color="000000"><b>(89) Onlar deyəcəklər: «(Bunların hamısı) Allaha məxsusdur». De: «Belə isə (bu aydın həqiqətlər müqabilində) necə və haradan ovsunlanırsınız?!»</b></font>
بَلْ اَتَيْنٰهُمْ بِالْحَقِّ وَاِنَّهُمْ لَكٰذِبُوْنَ(90)
<font color="000000"><b>(90) Əksinə, Biz (yaradılışın başlanğıcı, tovhid və yaradılışın sonu barəsində) onlara haqqı gətirdik və əlbəttə, onlar yalançıdırlar.</b></font>
مَا اتَّخَذَ اللّٰهُ مِنْ وَّلَدٍ وَّمَا كَانَ مَعَهٗ مِنْ اِلٰهٍ اِذًا لَّذَهَبَ كُلُّ اِلٰهٍۢ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلٰى بَعْضٍؕ سُبْحٰنَ اللّٰهِ عَمَّا يَصِفُوْنَۙ(91)
<font color="000000"><b>(91) Allah əsla Özünə (zatından ayrılmış və uluhiyyət sifətləri ilə vəsf edilən) övlad götürməmişdir və Onunla (birgə) əsla digər bir tanrı və məbud olmamışdır. Yoxsa (əgər elə olsaydı) hər tanrı öz yaratdığını aparardı (və həmin şeyə yiyələnmək və onun işlərinin idarə edilməsində məxsus üsulla davranardı və nəticədə dünyanın hissələri arasındakı vahid nizam-intizam, idarəçilik pozulardı). Və (ziddiyyətli işlərin həyata keçirilməsi istiqamətində) mütləq biri digərini üstələməyə çalışardı (müstəqil vücud, qüdrət və iradə bunu tələb edir). Allah (şəriki olması və övlad götürməsi barəsində müşriklərin) sadaladıqları sifətlərdən pak (və uzaq)dır.</b></font>
عٰلِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَتَعٰلٰى عَمَّا يُشْرِكُوْنَ(92)
<font color="000000"><b>(92) Qeybi və aşkarı bilən Allah! Allah Ona qoşulan şəriklərdən üstündür.</b></font>
قُل رَّبِّ اِمَّا تُرِيَنِّىْ مَا يُوْعَدُوْنَۙ(93)
<font color="000000"><b>(93) De: «Ey Rəbbim! Əgər onlara vəd olunan (əzab)ı mənə göstərsən</b></font>
رَبِّ فَلَا تَجْعَلْنِىْ فِى الْقَوْمِ الظّٰلِمِيْنَ(94)
<font color="000000"><b>(94) onda məni zalımların dəstəsinə daxil etmə ey Rəbbim!»</b></font>
وَاِنَّا عَلٰٓى اَنْ نُّرِيَكَ مَا نَعِدُهُمْ لَقٰدِرُوْنَ(95)
<font color="000000"><b>(95) Həqiqətən, Biz onlara vəd etdiyimizi sənə göstərməyə qadirik (necə ki, Bədrdə göstərdik).</b></font>
اِدْفَعْ بِالَّتِىْ هِىَ اَحْسَنُ السَّيِّئَةَ ؕ نَحْنُ اَعْلَمُ بِمَا يَصِفُوْنَ(96)
<font color="000000"><b>(96) Onların pislik və hörmətsizliklərini ən gözəl üsulla dəf et. Biz onların dediklərini (Allaha şərik qoşmalarını, sənin dininə və kitabına istehza etmələrini) daha yaxşı bilirik.</b></font>
وَقُلْ رَّبِّ اَعُوْذُ بِكَ مِنْ هَمَزٰتِ الشَّيٰطِيْنِۙ(97)
<font color="000000"><b>(97) Və de: «Ey Rəbbim! Şeytanların vəsvəsə və təhriklərindən Sənə pənah gətirirəm».</b></font>
وَاَعُوْذُ بِكَ رَبِّ اَنْ يَّحْضُرُوْنِ(98)
<font color="000000"><b>(98) «Və onların (namaz halında və ölüm zamanı) mənim yanımda olmalarından Sənə pənah gətirirəm, ey Rəbbim!»</b></font>
حَتّٰٓى اِذَا جَآءَ اَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ ارْجِعُوْنِۙ(99)
<font color="000000"><b>(99) (Onlar şirk və küfr içində qalarlar və) nəhayət onlardan (müşriklərdən) birinin ölümü çatan zaman (canı mələklərin əlində olduğu halda Allaha) deyər: «Ey Rəbbim, məni (dünyaya) qaytar,</b></font>
لَعَلِّىْۤ اَعْمَلُ صَالِحًا فِيْمَا تَرَكْتُؕ كَلَّا ؕ اِنَّهَا كَلِمَةٌ هُوَ قَآئِلُهَاؕ وَمِنْ وَّرَآئِهِمْ بَرْزَخٌ اِلٰى يَوْمِ يُبْعَثُوْنَ(100)
<font color="000000"><b>(100) bəlkə (dünyada) qoyduğum şey (dünya malı və ömür günləri) barəsində yaxşı bir iş gördüm. Xeyir, bu, onun dediyi (boş) sözdür (gerçəkləşməyəcəkdir). Və onların qarşısında (qəbirdən) qaldırılacaqları günə qədər Bərzəx (aləmi) vardır.</b></font>
فَاِذَا نُفِخَ فِى الصُّوْرِ فَلَاۤ اَنْسَابَ بَيْنَهُمْ يَوْمَئِذٍ وَّلَا يَتَسَآءَلُوْنَ(101)
<font color="000000"><b>(101) Beləliklə, sur (ikinci dəfə) çalınanda (və insanların hamısı diriləndə), həmin gün onların arasında (qorxu və dəhşətin çoxluğundan sanki) bir bağlılıq və qohumluq olmaz və bir-birlərini(n halını) soruşmazlar.</b></font>
فَمَنْ ثَقُلَتْ مَوَازِيْنُهٗ فَاُولٰٓئِكَ هُمُ الْمُفْلِحُوْنَ(102)
<font color="000000"><b>(102) Beləliklə, kimin ölçülmüş (etiqad, əxlaq və əməl)ləri ağır və dəyərli olsa, belələri həqiqətən, nicat taparlar.</b></font>
وَمَنْ خَفَّتْ مَوَازِيْنُهٗ فَاُولٰٓئِكَ الَّذِيْنَ خَسِرُوْۤا اَنْفُسَهُمْ فِىْ جَهَنَّمَ خٰلِدُوْنَ ۚ(103)
<font color="000000"><b>(103) Və kimin ölçülmüşləri yüngül və dəyərsiz (küfr əqidələri, əxlaqi rəzilliklər və haram əməllər) olsa, öz varlıqları barəsində ziyana düşmüş və Cəhənnəmdə əbədi qalacaq kəslər onlardır.</b></font>
تَلْفَحُ وُجُوْهَهُمُ النَّارُ وَهُمْ فِيْهَا كٰلِحُوْنَ(104)
<font color="000000"><b>(104) Od(un şölələri) şiddətlə üzlərinə çırpılar və onlar orada qaşqabaqlı və xar olarlar və dodaqları yandığı üçün dişləri görünər.</b></font>
اَلَمْ تَكُنْ اٰيٰتِىْ تُتْلٰى عَلَيْكُمْ فَكُنْتُمْ بِهَا تُكَذِّبُوْنَ(105)
<font color="000000"><b>(105) (Allah onlara deyər:) «Məgər Mənim ayə və nişanələrim həmişə sizə oxunmurdu və siz həmişə onları təkzib və inkar etmirdiniz?!»</b></font>
قَالُوْا رَبَّنَا غَلَبَتْ عَلَيْنَا شِقْوَتُنَا وَكُنَّا قَوْمًا ضَآلِّيْنَ(106)
<font color="000000"><b>(106) Deyərlər: «Ey Rəbbimiz! (Pis seçim etdiyimiz və nəfsi istəklərə tabe olduğumuz üçün) bədbəxtliyimiz bizə qalib gəldi və biz yolunu azmış bir dəstə idik».</b></font>
رَبَّنَاۤ اَخْرِجْنَا مِنْهَا فَاِنْ عُدْنَا فَاِنَّا ظٰلِمُوْنَ(107)
<font color="000000"><b>(107) «Ey Rəbbimiz, bizi buradan çıxar (və dünyaya qaytar). Beləliklə əgər (bir daha küfr və günah azğınlığına) qayıtsaq, deməli onda mütləq zalımıq».</b></font>
قَالَ اخْسَئُوْا فِيْهَا وَلَا تُكَلِّمُوْنِ(108)
<font color="000000"><b>(108) (Allah) buyurar: «Orada zəlil vəziyyətdə sakit və uzaq olun, Mənimlə əsla danışmayın!»</b></font>
اِنَّهٗ كَانَ فَرِيْقٌ مِّنْ عِبَادِىْ يَقُوْلُوْنَ رَبَّنَاۤ اٰمَنَّا فَاغْفِرْ لَنَا وَارْحَمْنَا وَاَنْتَ خَيْرُ الرّٰحِمِيْنَۖۚ(109)
<font color="000000"><b>(109) Həqiqətən, Mənim bəndələrimdən bir dəstəsi «ey Rəbbimiz, biz iman gətirdik. Buna görə də bizi bağışla və bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan» deyərdilər.</b></font>
فَاتَّخَذْتُمُوْهُمْ سِخْرِيًّا حَتّٰٓى اَنْسَوْكُمْ ذِكْرِىْ وَكُنْتُمْ مِّنْهُمْ تَضْحَكُوْنَ(110)
<font color="000000"><b>(110) Lakin siz onları ələ saldınız və nəhayət (bu halınız) sizə Məni yad etməyi unutdurdu və siz həmişə onlara (möminlərə) gülürdünüz.</b></font>
اِنِّىْ جَزَيْتُهُمُ الْيَوْمَ بِمَا صَبَرُوْۤا ۙ اَنَّهُمْ هُمُ الْفَآئِزُوْنَ(111)
<font color="000000"><b>(111) Həqiqətən, bu gün Mən onları səbrləri müqabilində mükafatlandırdım. Doğrudan da onların hamısı uğur qazanıblar.</b></font>
قٰلَ كَمْ لَبِثْتُمْ فِى الْاَرْضِ عَدَدَ سِنِيْنَ(112)
<font color="000000"><b>(112) (Allah və ya bir mələk kafirlərə) deyər: «Yer üzündə neçə il qaldınız? (Dünya həyatında və ya Bərzəx aləmində neçə il qalmısınız?)</b></font>
قَالُوْا لَبِثْنَا يَوْمًا اَوْ بَعْضَ يَوْمٍ فَسْئَلِ الْعَآدِّيْنَ(113)
<font color="000000"><b>(113) Onlar (axirətin əbədi olmasını bildikdən və onu dünya və Bərzəx ilə müqayisə etdikdən sonra) deyərlər: «Bir gün və ya günün bir hissəsini. (Sənin tərəfindən) sayanlardan soruş».</b></font>
قٰلَ اِنْ لَّبِثْتُمْ اِلَّا قَلِيْلًا لَّوْ اَنَّكُمْ كُنْتُمْ تَعْلَمُوْنَ(114)
<font color="000000"><b>(114) (Allah və ya mələk) deyər: «(Bəli,) lap az bir zaman qaldınız. Kaş (məsələnin həqiqətini və işinizin sonunu orada) biləydiniz!»</b></font>
اَفَحَسِبْتُمْ اَنَّمَا خَلَقْنٰكُمْ عَبَثًا وَّاَنَّكُمْ اِلَيْنَا لَا تُرْجَعُوْنَ(115)
<font color="000000"><b>(115) Yoxsa güman edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və (bir də) heç vaxt Bizə tərəf qaytarılmayacaqsınız?</b></font>
فَتَعٰلَى اللّٰهُ الْمَلِكُ الْحَقُّ ۚ لَاۤ اِلٰهَ اِلَّا هُوَۚ رَبُّ الْعَرْشِ الْكَرِيْمِ(116)
<font color="000000"><b>(116) Allah – varlıq aləminə mütləq hakim olan O haqq hökmdar ucadır! Ondan – o möhtərəm ərşin (varlıq aləminin quruluşunun qərara alındığı və mələklər tərəfindən həyata keçirildiyi ərşin) Rəbbindən başqa bir məbud yoxdur.</b></font>
وَمَنْ يَّدْعُ مَعَ اللّٰهِ اِلٰهًا اٰخَرَۙ لَا بُرْهَانَ لَهٗ بِهٖۙ فَاِنَّمَا حِسَابُهٗ عِنْدَ رَبِّهٖؕ اِنَّهٗ لَا يُفْلِحُ الْكٰفِرُوْنَ(117)
<font color="000000"><b>(117) Kim Allahla birgə barəsində dəlil-sübutu olmayan başqa bir məbudu çağırsa, onun haqq-hesabı yalnız Rəbbinin yanındadır. Şübhəsiz, kafirlər nicat tapmayacaqlar.</b></font>
وَقُلْ رَّبِّ اغْفِرْ وَارْحَمْ وَاَنْتَ خَيْرُ الرّٰحِمِيْنَ(118)
<font color="000000"><b>(118) Və de: «Ey Rəbbim, bizi bağışla və rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!»</b></font>