EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
NƏCM (ULDUZ) SURƏSİ
Məkkədə nazil olmuşdur, altmış iki ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَالنَّجْمِ اِذَا هَوٰىۙ‏(1)
<font color="000000"><b>(1) And olsun çıxmaqda və batmaqda olan ulduza. (Yaxud: And olsun cin və şeytanlara enən yandırıcı od parçalarına; yaxud baş qaldıran bitkiyə; yaxud Quranın vəhy mərkəzinə nazil olmaqda olan hissə və ayələrinə.)</b></font>
مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوٰى‌ۚ‏(2)
<font color="000000"><b>(2) Sizin yoldaşınız və dostunuz (Muhəmməd (s) nə (əməldə səadət) yolundan çıxıb və nə də (əqidəsində haqdan) azıb.</b></font>
وَمَا يَنْطِقُ عَنِ الْهَوٰىؕ‏(3)
<font color="000000"><b>(3) O, (Quranın və ilahi tapşırıqların çatdırılmasında) əsla nəfsi istəkləri ilə danışmır.</b></font>
اِنْ هُوَ اِلَّا وَحْىٌ يُّوْحٰىۙ‏(4)
<font color="000000"><b>(4) Dedikləri yalnız, (yuxarı aləmdən) ona ilham olunan vəhydir.</b></font>
عَلَّمَهٗ شَدِيْدُ الْقُوٰىۙ‏(5)
<font color="000000"><b>(5) Onu ona (Peyğəmbərə) qüvvələri möhkəm və güclü olan (əmanətdar Cəbrail) öyrətmişdir.</b></font>
ذُوْ مِرَّةٍؕ فَاسْتَوٰىۙ‏(6)
<font color="000000"><b>(6) (Yaradılışında) güc və qüvvə (və ağılda möhkəmlik və mətanət) sahibi olan! Beləliklə o, (özünün əsl qiyafəsində Peyğəmbərin (s) qarşısında) dayandı.</b></font>
وَهُوَ بِالْاُفُقِ الْاَعْلٰى ؕ‏(7)
<font color="000000"><b>(7) (Yerdən) üstün üfüqdə olduğu halda.</b></font>
ثُمَّ دَنَا فَتَدَلّٰىۙ‏(8)
<font color="000000"><b>(8) Sonra (Peyğəmbərə) yaxınlaşdı və daha yaxın oldu.</b></font>
فَكَانَ قَابَ قَوْسَيْنِ اَوْ اَدْنٰى‌ۚ‏(9)
<font color="000000"><b>(9) Beləliklə, (onunla Peyğəmbərin arasında) iki kaman (yaxud iki dirsək qədər) və ya daha az məsafə var idi.</b></font>
فَاَوْحٰۤى الٰى عَبْدِهٖ مَاۤ اَوْحٰىؕ‏(10)
<font color="000000"><b>(10) Beləliklə də, Allahın bəndəsinə (Muhəmmədə (s) həqiqət və sirlərdən) vəhy etdiyini vəhy etdi.</b></font>
مَا كَذَبَ الْفُؤَادُ مَا رَاٰى‏(11)
<font color="000000"><b>(11) (Peyğəmbərin) qəlb(i) gördüyündə (Cəbrailin üzünü və onun yaxınlaşmasını görməsində yanılmadı və) yalan demədi.</b></font>
اَفَتُمٰرُوْنَهٗ عَلٰى مَا يَرٰى‏(12)
<font color="000000"><b>(12) Onunla (öz gözü ilə) gördüyü şey barəsində mübahisə edirsiniz?!</b></font>
وَلَقَدْ رَاٰهُ نَزْلَةً اُخْرٰىۙ‏(13)
<font color="000000"><b>(13) Şübhəsiz, (onun Peyğəmbəri özü ilə yuxarı apardığı) digər bir nazilolmada onu (öz gözü ilə əsl qifayəsində, Allahı isə qəlbinin gözü ilə) görmüşdü.</b></font>
عِنْدَ سِدْرَةِ الْمُنْتَهٰى‏(14)
<font color="000000"><b>(14) Sidrətulmüntəhanın (göylərin sərhədlərinin axırı və bəndələrin əməllərinin qalxıb-enmə yerinin sonunda yerləşən sidr ağacının) yanında.</b></font>
عِنْدَهَا جَنَّةُ الْمَاْوٰىؕ‏(15)
<font color="000000"><b>(15) (Məhşərdə hesab qurtardıqdan sonra möminlərin) məskunlaşama yeri olan axirət Cənnəti onun yanındadır.</b></font>
اِذْ يَغْشَى السِّدْرَةَ مَا يَغْشٰىۙ‏(16)
<font color="000000"><b>(16) Bürüyən şey (nur, gözəllik və saysız mələklər) o sidrəni əhatə edən zaman</b></font>
مَا زَاغَ الْبَصَرُ وَمَا طَغٰى‏(17)
<font color="000000"><b>(17) (Peyğəmbərin) göz(ü gördüyünü) əsla səhv görmədi və (görməli olduğunda) həddi aşmadı.</b></font>
لَقَدْ رَاٰى مِنْ اٰيٰتِ رَبِّهِ الْكُبْرٰى‏(18)
<font color="000000"><b>(18) Şübhəsiz, öz Rəbbinin çox böyük nişanələrindən (bir qismini) gördü.</b></font>
اَفَرَءَيْتُمُ اللّٰتَ وَالْعُزّٰىۙ‏(19)
<font color="000000"><b>(19) Belə isə mənə (ərəb qəbilələrinin iki böyük bütü olan) Lat və Üzzadan xəbər verin.</b></font>
وَمَنٰوةَ الثَّالِثَةَ الْاُخْرٰى‏(20)
<font color="000000"><b>(20) Həmçinin (ərəblərin qondarma mələk şəklindəki məşhur bütlərinin) üçüncü(sü olan) digər bir büt – Mənatdan! (Bunlar Allahın şərikləridirlər?!)</b></font>
اَلَكُمُ الذَّكَرُ وَلَهُ الْاُنْثٰى‏(21)
<font color="000000"><b>(21) (Sizin fikrinizcə) oğlan sizə və qız (isə) Allaha məxsusdur?</b></font>
تِلْكَ اِذًا قِسْمَةٌ ضِيْزٰى‏(22)
<font color="000000"><b>(22) Belə olan halda bu bölgü zalımanədir!</b></font>
اِنْ هِىَ اِلَّاۤ اَسْمَآءٌ سَمَّيْتُمُوْهَاۤ اَنْتُمْ وَاٰبَآؤُكُمْ مَّاۤ اَنْزَلَ اللّٰهُ بِهَا مِنْ سُلْطٰنٍ‌ؕ اِنْ يَّتَّبِعُوْنَ اِلَّا الظَّنَّ وَمَا تَهْوَى الْاَنْفُسُ‌ۚ وَلَقَدْ جَآءَهُمْ مِّنْ رَّبِّهِمُ الْهُدٰىؕ‏(23)
<font color="000000"><b>(23) (Məbud, Allaha yaxınlaşdıran və şəfaətçi adlandırılan) bu bütlər sizin və atalarınızın (onlara) qoyduğunuz quru adlardan başqa bir şey deyildirlər. Allah onlar(ın haqq olmaların)a dair əsla bir dəlil-sübut nazil etməmişdir. (Bəli,) onlar yalnız gümana və nəfsi istəklərə tabe olurlar, halbuki Rəbbləri tərəfindən onlara hidayət vasitəsi (Quran və Peyğəmbər) gəlmişdir.</b></font>
اَمْ لِلْاِنْسَانِ مَا تَمَنّٰى   ۖ‏(24)
<font color="000000"><b>(24) Məgər istədiyi (hər) şey insan üçün (dərhal) hazır olur (ki, bütlər tanrı, hacətləri verən və şəfaətçi olsunlar)?!</b></font>
فَلِلّٰهِ الْاٰخِرَةُ وَالْاُوْلٰى‏(25)
<font color="000000"><b>(25) (Xeyr, belə deyil!) Çünki axirət və dünya (ancaq) Allaha məxsusdur (və Onun bunlarda şəriki yoxdur).</b></font>
وَكَمْ مِّنْ مَّلَكٍ فِى السَّمٰوٰتِ لَا تُغْنِىْ شَفَاعَتُهُمْ شَيْئًا اِلَّا مِنْۢ بَعْدِ اَنْ يَّاْذَنَ اللّٰهُ لِمَنْ يَّشَآءُ وَيَرْضٰى‏(26)
<font color="000000"><b>(26) Göylərdə neçə-neçə mələklər (var) ki, onların (bu dünyanın yaradılış işləri və o dünyanın günahkarları barəsindəki) şəfaət və vasitəçilikləri heç bir fayda verməz. (Bu) yalnız Allah (şəfaət etməsini və ya şəfaət olunmasını) istədiyi və razılıq verdiyi kəsə izn verdikdən sonra (mümkündür).</b></font>
اِنَّ الَّذِيْنَ لَا يُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ لَيُسَمُّوْنَ الْمَلٰٓئِكَةَ تَسْمِيَةَ الْاُنْثٰى‏(27)
<font color="000000"><b>(27) Həqiqətən, axirətə imanı olmayan kəslər mələkləri qadın adı ilə adlandırırlar (onların Allahın qızları olmasını deyirlər).</b></font>
وَمَا لَهُمْ بِهٖ مِنْ عِلْمٍ‌ؕ اِنْ يَّتَّبِعُوْنَ اِلَّا الظَّنَّ‌ۚ وَاِنَّ الظَّنَّ لَا يُغْنِىْ مِنَ الْحَقِّ شَيْئًاۚ‏(28)
<font color="000000"><b>(28) Halbuki onların bu (iddia) barədə bir bilikləri yoxdur. Onlar yalnız zənn və gümana tabe olurlar və şübhəsiz, zənn və güman əsla həqiqətin yerini tuta bilməz.</b></font>
فَاَعْرِضْ عَنْ مَّنْ تَوَلّٰى ۙ عَنْ ذِكْرِنَا وَلَمْ يُرِدْ اِلَّا الْحَيٰوةَ الدُّنْيَا ؕ‏(29)
<font color="000000"><b>(29) Buna görə də Bizi yad etməkdən (və Bizim Quranımızdan) üz döndərən və yalnız bu dünya həyatını istəyən kəs(lər)dən üz döndər (və onlarla mübahisə etmə).</b></font>
ذٰ لِكَ مَبْلَغُهُمْ مِّنَ الْعِلْمِ‌ ؕ اِنَّ رَبَّكَ هُوَ اَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِيْلِهٖ ۙ وَهُوَ اَعْلَمُ بِمَنِ اهْتَدٰى‏(30)
<font color="000000"><b>(30) Bu, onların biliklərinin son mərhələsidir. Həqiqətən, sənin Rəbbin Onun yolundan sapanı da, doğru yola gələni də yaxşı tanıyır.</b></font>
وَلِلّٰهِ مَا فِى السَّمٰوٰتِ وَمَا فِى الْاَرْضِۙ لِيَجْزِىَ الَّذِيْنَ اَسَآءُوْا بِمَا عَمِلُوْا وَيَجْزِىَ الَّذِيْنَ اَحْسَنُوْا بِالْحُسْنٰى‌ ۚ‏(31)
<font color="000000"><b>(31) Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allaha məxsusdur. (Çünki onları yaratmaq, qorumaq, idarə etmək və yox etmək Onun qüdrət əlindədir. O hamını yaradıb) ki, pislik etmiş kəsləri etdiklərinin müqabilində (və ya həmin əməllərin gerçək axirət təzahürü ilə) cəzalandırsın və yaxşı işlər görmüş kəslərə daha yaxşı mükafat ilə əvəz versin.</b></font>
اَلَّذِيْنَ يَجْتَنِبُوْنَ كَبٰٓئِرَ الْاِثْمِ وَالْفَوَاحِشَ اِلَّا اللَّمَمَ‌ؕ اِنَّ رَبَّكَ وَاسِعُ الْمَغْفِرَةِ‌ؕ هُوَ اَعْلَمُ بِكُمْ اِذْ اَنْشَاَكُمْ مِّنَ الْاَرْضِ وَاِذْ اَنْتُمْ اَجِنَّةٌ فِىْ بُطُوْنِ اُمَّهٰتِكُمْ‌ۚ فَلَا تُزَكُّوْۤا اَنْفُسَكُمْ‌ ؕ هُوَ اَعْلَمُ بِمَنِ اتَّقٰى‏(32)
<font color="000000"><b>(32) Həmin o kəslərə ki, kiçik və təsadüfi günahlar istisna olmaqla, həmişə (dünyada şər’i cəza, axirət üçün isə od vəd edilmiş) böyük günahlardan və (İslamda cəza təyin edilmiş) çirkin əməllərdən çəkinirlər. Sənin Rəbbinin əfvi doğrudan da genişdir. O sizi həm torpaqdan yaradanda, həm də analarınızın bətnində rüşeym halında olanda çox yaxşı tanıyır. Odur ki, özünüzü tərifləməyin. O, təqvalı olanı daha yaxşı tanıyır.</b></font>
اَفَرَءَيْتَ الَّذِىْ تَوَلّٰىۙ‏(33)
<font color="000000"><b>(33) (Tovhiddən, cihaddan və malını Allah yolunda xərcləməkdən) üz çevirəni gördünmü?</b></font>
وَاَعْطٰى قَلِيْلًا وَّاَكْدٰى‏(34)
<font color="000000"><b>(34) Və (öz malından) bir az verib (qalanını verməyə) xəsislik göstərəni?</b></font>
اَعِنْدَهٗ عِلْمُ الْغَيْبِ فَهُوَ يَرٰى‏(35)
<font color="000000"><b>(35) Məgər o, qeybi bilir və (qəlb gözü ilə gələcəyi –malını Allah yolunda verəcəyi təqdirdə yoxsullaşacağını) görür?!</b></font>
اَمْ لَمْ يُنَبَّاْ بِمَا فِىْ صُحُفِ مُوْسٰىۙ‏(36)
<font color="000000"><b>(36) Yoxsa Musanın (Tövratının) səhifələrindəkilərdən xəbər tutmayıb?</b></font>
وَاِبْرٰهِيْمَ الَّذِىْ وَفّٰىٓ  ۙ‏(37)
<font color="000000"><b>(37) Və (yaxud Allaha itaətə, tovhidin çatdırılmasına, mübarizədə səbrə və imtahanın yerinə yetirilməsində əhdə) tam vəfa etmiş İbrahim(in səhifələrində olanlardan)?</b></font>
اَلَّا تَزِرُ وَازِرَةٌ وِّزْرَ اُخْرٰىۙ‏(38)
<font color="000000"><b>(38) (Onlarda deyilir) ki: «Heç kəs başqasının günah yükünü götürməyəcəkdir.»</b></font>
وَاَنْ لَّيْسَ لِلْاِنْسَانِ اِلَّا مَا سَعٰىۙ‏(39)
<font color="000000"><b>(39) Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur.</b></font>
وَاَنَّ سَعْيَهٗ سَوْفَ يُرٰى‏(40)
<font color="000000"><b>(40) Onun səy və təlaşı(nın nəticəsi) tezliklə (ölən kimi və Qiyamətdə) görünəcəkdir.</b></font>
ثُمَّ يُجْزٰٮهُ الْجَزَآءَ الْاَوْفٰىۙ‏(41)
<font color="000000"><b>(41) Sonra onun müqabilində ona kamil əvəz veriləcəkdir.</b></font>
وَاَنَّ اِلٰى رَبِّكَ الْمُنْتَهٰىۙ‏(42)
<font color="000000"><b>(42) (Varlıq aləmində hər bir əməl sahibinin əməlinin və hər bir canlının hərəkətinin) son(u) sənin Rəbbinə tərəfdir.</b></font>
وَاَنَّهٗ هُوَ اَضْحَكَ وَاَبْكٰىۙ‏(43)
<font color="000000"><b>(43) Güldürən və ağladan (bu iki sifəti varlıqlarda yaradan) Odur.</b></font>
وَاَنَّهٗ هُوَ اَمَاتَ وَ اَحْيَا ۙ‏(44)
<font color="000000"><b>(44) (Bütün canlıları müəyyən edilmiş vaxtda) öldürən və (bütün ölülüləri Öz istəyi ilə) dirildən (də) Odur.</b></font>
وَاَنَّهٗ خَلَقَ الزَّوْجَيْنِ الذَّكَرَ وَالْاُنْثٰىۙ‏(45)
<font color="000000"><b>(45) Həmçinin erkək və dişi cütlərini yaradan Odur.</b></font>
مِنْ نُّطْفَةٍ اِذَا تُمْنٰى‏(46)
<font color="000000"><b>(46) Uşaqlığa tökülən zaman, nütfədən!</b></font>
وَاَنَّ عَلَيْهِ النَّشْاَةَ الْاُخْرٰىۙ‏(47)
<font color="000000"><b>(47) Həmçinin (səma kitabları və bəşəri şəriətlərdə yazıldığı kimi əzəli elm və qəti ilahi istəyə əsasən) digər aləmi yaratmaq Onun öhdəsinədir.</b></font>
وَاَنَّهٗ هُوَ اَغْنٰى وَ اَقْنٰىۙ‏(48)
<font color="000000"><b>(48) Və (istədiyini) ehtiyacsız edən və daimi sərvət verən (də) Odur.</b></font>
وَاَنَّهٗ هُوَ رَبُّ الشِّعْرٰىۙ‏(49)
<font color="000000"><b>(49) (Bəzi müşriklərin ibadət etdikləri) Şi’ranın (Şi’ra ulduzunun da) Rəbbi Odur.</b></font>
وَاَنَّهٗۤ اَهْلَكَ عَادَا۟ ۟الْٮئُوْلٰى ۙ‏(50)
<font color="000000"><b>(50) (Hudun qövmü) birinci Adı (Ad tayfasını) həlak edən də Odur.</b></font>
وَثَمُوْدَاۡ فَمَاۤ اَبْقٰىۙ‏(51)
<font color="000000"><b>(51) Həmçinin (Salehin qövmü) Səmudu! (Onlardan bir nəfəri belə) saxlamadı.</b></font>
وَقَوْمَ نُوْحٍ مِّنْ قَبْلُ‌ؕ اِنَّهُمْ كَانُوْا هُمْ اَظْلَمَ وَاَطْغٰىؕ‏(52)
<font color="000000"><b>(52) Eləcə də, onlardan əvvəl Nuhun daha zülmkar və üsyankar olan qövmünü (həlak etdi).</b></font>
وَالْمُؤْتَفِكَةَ اَهْوٰىۙ‏(53)
<font color="000000"><b>(53) Və (Lutun qövmünün yuxarı qaldırdıqdan sonra) üzü üstə yerə çırpdığı alt-üst edilmiş şəhərləri(ni)!</b></font>
فَغَشّٰٮهَا مَا غَشّٰى‌ۚ‏(54)
<font color="000000"><b>(54) Beləliklə, o şəhərləri (şiddətli əzab, daş yağışı və sairədən) bürüyən bürüdü.</b></font>
فَبِاَىِّ اٰلَاۤءِ رَبِّكَ تَتَمَارٰى‏(55)
<font color="000000"><b>(55) (Bütün hadisələr aləmin kamil quruluşunu təşkil edən nemətlərin fövqündədir.) Belə isə Rəbbinin nemətlərinin hansı birinə şəkk edirsən?!</b></font>
هٰذَا نَذِيْرٌ مِّنَ النُّذُرِ الْاُوْلٰٓى‏(56)
<font color="000000"><b>(56) Bu (Peyğəmbər və onun kitabı, bunların hər biri bəşəriyyət üçün) əvvəlki qorxudanlar qismindən olan bir qorxudandır.</b></font>
اَزِفَتِ الْاٰزِفَةُ‌ۚ‏(57)
<font color="000000"><b>(57) (Allahın zatına məxsus əzəli ilahi elmə əsasən) yaxınlaşmalı olan (Qiyamət) yaxınlaşmışdır.</b></font>
لَيْسَ لَهَا مِنْ دُوْنِ اللّٰهِ كَاشِفَةٌ ؕ‏(58)
<font color="000000"><b>(58) Onun zamanını Allahdan başqa bir aşkar edən yoxdur və (gerçəkləşən zaman) onu Allahdan başqa heç kəs yox edə, təxirə sala və (qorxu və əzabını) dəf edə bilməz.</b></font>
اَفَمِنْ هٰذَا الْحَدِيْثِ تَعْجَبُوْنَۙ‏(59)
<font color="000000"><b>(59) Yoxsa (ümmətlərin vəziyyəti, Qiyamətin yaxınlaşması və Qur'an barəsində deyilən) bu sözə təəccüb edirsiniz?!</b></font>
وَتَضْحَكُوْنَ وَلَا تَبْكُوْنَۙ‏(60)
<font color="000000"><b>(60) Və gülürsünüz, ağlamırsınız?!</b></font>
وَاَنْتُمْ سٰمِدُوْنَ‏(61)
<font color="000000"><b>(61) Təkəbbür göstərir, oxuyur, əyləncə və qəflət içərisindəsiniz?!</b></font>
فَاسْجُدُوْا لِلّٰهِ وَاعْبُدُوْا ۩ ‏(62)
<font color="000000"><b>(62) Allaha səcdə və ibadət edin!</b></font>