EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
QƏMƏR (AY) SURƏSİ
Məkkədə nazil olmuşdur, əlli beş ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اِقْتَرَبَتِ السَّاعَةُ وَانْشَقَّ الْقَمَرُ‏(1)
<font color="000000"><b>(1) Qiyamət çox yaxınlaşdı və ay parçalandı.</b></font>
وَاِنْ يَّرَوْا اٰيَةً يُّعْرِضُوْا وَيَقُوْلُوْا سِحْرٌ مُّسْتَمِرٌّ‏(2)
<font color="000000"><b>(2) Onlar (müşriklər) bir əlamət və möcüzə görəndə üzlərini döndərərək «(bu şəxsin həmişə etdiyi) daimi bir sehrdir» deyərlər.</b></font>
وَكَذَّبُوْا وَاتَّبَعُوْۤا اَهْوَآءَهُمْ‌ وَكُلُّ اَمْرٍ مُّسْتَقِرٌّ‏(3)
<font color="000000"><b>(3) Və (səni və sənin Quranını) təkzib edərək nəfsi istəklərinin arxasınca getdilər. Halbuki hər bir iş (onsuz da haqq və ya batil kürsüsündə) qərar tutacaqdır. (Buna görə də Peyğəmbərin və Bizim kitabımızın doğruçuluğu hamıya məlum olacaqdır.)</b></font>
وَلَقَدْ جَآءَهُمْ مِّنَ الْاَنْۢبَآءِ مَا فِيْهِ مُزْدَجَرٌۙ‏(4)
<font color="000000"><b>(4) Şübhəsiz, (keçmiş ümmətlərin) xəbərlər(in)dən onlara öyüd-nəsihət və (günahlardan) çəkinmək vasitəsi olacaq miqdarı gəlmişdir.</b></font>
حِكْمَةٌۢ بَالِغَةٌ‌ فَمَا تُغْنِ النُّذُرُۙ‏(5)
<font color="000000"><b>(5) (Bu Quran) tam və dolğun hikmətli kəlamdır. Lakin qorxutmaların onlara (müşriklərə) bir faydası yoxdur.</b></font>
فَتَوَلَّ عَنْهُمْ‌ۘ يَوْمَ يَدْعُ الدَّاعِ اِلٰى شَىْءٍ نُّكُرٍۙ‏(6)
<font color="000000"><b>(6) Buna görə də onlardan üz döndər (və onlarla mübahisə etmə), Carçının qorxunc bir şeyə tərəf dəvət edəcəyi (İsrafilin üçüncü suru çalmaqla hesaba çağıracağı) günü (gözlə).</b></font>
خُشَّعًا اَبْصَارُهُمْ يَخْرُجُوْنَ مِنَ الْاَجْدَاثِ كَاَنَّهُمْ جَرَادٌ مُّنْتَشِرٌۙ‏(7)
<font color="000000"><b>(7) (İkinci surun çalınması ilə onlar) gözləri qorxu və zillətlə dolmuş halda dağınıq çəyirtgələr kimi qəbirlərdən çıxarlar.</b></font>
مُّهْطِعِيْنَ اِلَى الدَّاعِ‌ؕ يَقُوْلُ الْكٰفِرُوْنَ هٰذَا يَوْمٌ عَسِرٌ‏(8)
<font color="000000"><b>(8) Onlar boyunları uzanmış və gözləri bərəlmiş halda tələsik və qorxu ilə carçıya (İsrafilə və üçüncü sura) tərəf gedərlər. Kafirlər «bu çox çətin bir gündür» deyərlər.</b></font>
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوْحٍ فَكَذَّبُوْا عَبْدَنَا وَقَالُوْا مَجْنُوْنٌ وَّازْدُجِرَ‏(9)
<font color="000000"><b>(9) Onlardan qabaq Nuhun qövmü (də öz peyğəmbərlərini) təkzib etmişdi. Bizim bəndəmizi (Nuhu) yalançı adlandıraraq «cin vurmuş bir dəlidir» demişdilər və (o, bu töhmətlə onların arasından) qovulmuşdu.</b></font>
فَدَعَا رَبَّهٗۤ اَنِّىْ مَغْلُوْبٌ فَانْتَصِرْ‏(10)
<font color="000000"><b>(10) O öz Rəbbini çağırdı ki: «Mən məğlub olmuşam, buna görə də (düşmənlərimdən) intiqam al!»</b></font>
فَفَتَحْنَاۤ اَبْوَابَ السَّمَآءِ بِمَآءٍ مُّنْهَمِرٍ ۖ‏(11)
<font color="000000"><b>(11) Biz də çox şiddətlə axan bir su ilə göyün qapılarını açdıq.</b></font>
وَّفَجَّرْنَا الْاَرْضَ عُيُوْنًا فَالْتَقَى الْمَآءُ عَلٰٓى اَمْرٍ قَدْ قُدِرَ‌ۚ‏(12)
<font color="000000"><b>(12) Və çeşmələr(in qaynaması) ilə yeri yardıq. Beləliklə (bu iki) su (əvvəlcədən) müəyyən edildiyi şəkildə bir-birinə qarışdı.</b></font>
وَحَمَلْنٰهُ عَلٰى ذَاتِ اَلْوَاحٍ وَّدُسُرٍۙ‏(13)
<font color="000000"><b>(13) Və onu (Musanı) taxta və mismarları olana (gəmiyə) mindirdik.</b></font>
تَجْرِىْ بِاَعْيُنِنَا‌ۚ جَزَآءً لِّمَنْ كَانَ كُفِرَ‏(14)
<font color="000000"><b>(14) O (gəmi öz qövmünün) inkar və nankorluğ(un)a düçar olmuş kəsin mükafatı olaraq Bizim nəzərimiz və müxtəlif himayələrimiz altında hərəkət edirdi.</b></font>
وَلَقَدْ تَّرَكْنٰهَاۤ اٰيَةً فَهَلْ مِنْ مُّدَّكِرٍ‏(15)
<font color="000000"><b>(15) Həqiqətən, Biz onu (həmin hadisə və gəmini Öz qüdrət və qəzəbimizdən) bir nişanə qoyduq. Amma heç bir ibrət götürən varmı?</b></font>
فَكَيْفَ كَانَ عَذَابِىْ وَنُذُرِ‏(16)
<font color="000000"><b>(16) Mənim əzabım, qorxudanlarım və təhdidlərim necə idi?!</b></font>
وَلَقَدْ يَسَّرْنَا الْقُرْاٰنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُّدَّكِرٍ‏(17)
<font color="000000"><b>(17) Həqiqətən, Biz Quranı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?</b></font>
كَذَّبَتْ عَادٌ فَكَيْفَ كَانَ عَذَابِىْ وَنُذُرِ‏(18)
<font color="000000"><b>(18) Ad qövmü də (öz peyğəmbərini) təkzib etdi. Mənim əzab və xəbərdarlıqlarım necə idi?!</b></font>
اِنَّاۤ اَرْسَلْنَا عَلَيْهِمْ رِيْحًا صَرْصَرًا فِىْ يَوْمِ نَحْسٍ مُّسْتَمِرٍّۙ‏(19)
<font color="000000"><b>(19) Biz nəhsliyi sürəkli olan bir gündə onlara soyuq bir külək göndərdik.</b></font>
تَنْزِعُ النَّاسَۙ كَاَنَّهُمْ اَعْجَازُ نَخْلٍ مُّنْقَعِرٍ‏(20)
<font color="000000"><b>(20) O, insanları yerindən qoparılmış xurma gövdəsi kimi yerindən qoparır (və yerə çırpır)dı.</b></font>
فَكَيْفَ كَانَ عَذَابِىْ وَنُذُرِ‏(21)
<font color="000000"><b>(21) Mənim əzabım və təhdidlərim necə idi?!</b></font>
وَلَقَدْ يَسَّرْنَا الْقُرْاٰنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُّدَّكِرٍ‏(22)
<font color="000000"><b>(22) Həqiqətən, Biz Quranı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?</b></font>
كَذَّبَتْ ثَمُوْدُ بِالنُّذُرِ‏(23)
<font color="000000"><b>(23) (Salehin ümməti olan) Səmud qövmü də bizim qorxudanlarımızı və xəbərdarlıqlarımızı təkzib etdi.</b></font>
فَقَالُوْۤا اَبَشَرًا مِّنَّا وَاحِدًا نَّتَّبِعُهٗۤۙ اِنَّاۤ اِذًا لَّفِىْ ضَلٰلٍ وَّسُعُرٍ‏(24)
<font color="000000"><b>(24) Onlar dedilər: «Biz tək, qohum-əqrabasız və bizdən aşağı təbəqədən çıxmış (mələk və pərilərdən olmayan) bir kəsə tabe olaq? Onda biz azğın və dəli olmuş olarıq».</b></font>
ءَاُلْقِىَ الذِّكْرُ عَلَيْهِ مِنْۢ بَيْنِنَا بَلْ هُوَ كَذَّابٌ اَشِرٌ‏(25)
<font color="000000"><b>(25) «Vəhy və öyüd verən kitab bizim aramızdan yalnız ona nazil olub? Xeyir! O, təkəbbürlü və nəfsi istəklərinin ardınca gedən yalançıdır».</b></font>
سَيَعْلَمُوْنَ غَدًا مَّنِ الْكَذَّابُ الْاَشِرُ‏(26)
<font color="000000"><b>(26) Onlar tezliklə – sabah təkəbbürlü və nəfsi istəklərinin ardınca gedən yalançının kim olmasını başa düşəcəklər.</b></font>
اِنَّا مُرْسِلُوا النَّاقَةِ فِتْنَةً لَّهُمْ فَارْتَقِبْهُمْ وَاصْطَبِرْ‏(27)
<font color="000000"><b>(27) (Salehə buyurduq:) «Həqiqətən, Biz (onların istədiyi) o dişi dəvəni (yoxdan möcüzəvi şəkildə) onları sınamaq üçün göndərdik. Buna görə də onları(n aqibətlərinin necə olacağını) gözlə və səbr et».</b></font>
وَنَبِّئْهُمْ اَنَّ الْمَآءَ قِسْمَةٌۢ بَيْنَهُمْ‌ۚ كُلُّ شِرْبٍ مُّحْتَضَرٌ‏(28)
<font color="000000"><b>(28) Və onları suyun onların arasında bölünməsindən (bir gün onların, bir gün də dəvənin olmasından) xəbərdar et. Hər növbədə orada (növbə sahibi) olacaqdır.</b></font>
فَنَادَوْا صَاحِبَهُمْ فَتَعَاطٰى فَعَقَرَ‏(29)
<font color="000000"><b>(29) Beləliklə, onlar (həmin dəvəni öldürmək üçün bir yerə toplaşdılar və) yoldaşlarını çağırdılar. O da qılınc götürüb dəvənin ayaqlarını kəsdi.</b></font>
فَكَيْفَ كَانَ عَذَابِىْ وَنُذُرِ‏(30)
<font color="000000"><b>(30) Mənim əzabım və təhdidlərim necə idi?!</b></font>
اِنَّاۤ اَرْسَلْنَا عَلَيْهِمْ صَيْحَةً وَّاحِدَةً فَكَانُوْا كَهَشِيْمِ الْمُحْتَظِرِ‏(31)
<font color="000000"><b>(31) Biz onlara (yaratmaqla və ya mələk vasitəsi ilə) qorxunc bir səs göndərdik. Beləliklə, onların hamısı quru və sınmış çubuqlar, ağıl (heyvanların yatdığı yer) sahibinin tədarük gördüyü quru ot halına düşdülər.</b></font>
وَلَقَدْ يَسَّرْنَا الْقُرْاٰنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُّدَّكِرٍ‏(32)
<font color="000000"><b>(32) Həqiqətən, Biz Quranı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?</b></font>
كَذَّبَتْ قَوْمُ لُوْطٍ ۢ بِالنُّذُرِ‏(33)
<font color="000000"><b>(33) Lutun qövmü də qorxudanları (və Bizim təhdidlərimizi) təkzib etdi.</b></font>
اِنَّاۤ اَرْسَلْنَا عَلَيْهِمْ حَاصِبًا اِلَّاۤ اٰلَ لُوْطٍ‌ؕ نَّجَّيْنٰهُمْ بِسَحَرٍۙ‏(34)
<font color="000000"><b>(34) Biz, Lutun ailəsi istisna olmaqla, onlara daş yağdıran tufan göndərdik. Onlara (Lutun ailəsinə isə) səhər çağı nicat verdik.</b></font>
نِّعْمَةً مِّنْ عِنْدِنَا‌ؕ كَذٰلِكَ نَجْزِىْ مَنْ شَكَرَ‏(35)
<font color="000000"><b>(35) (Həmin nicatın) Bizim tərəfimizdən (onlara) bir nemət olması üçün! Biz şükr edən hər bir kəsə belə nicat veririk.</b></font>
وَلَقَدْ اَنْذَرَهُمْ بَطْشَتَنَا فَتَمَارَوْا بِالنُّذُرِ‏(36)
<font color="000000"><b>(36) Həqiqətən, Lut onları (qövmünü) Bizim şiddətli cəzamızla qorxutdu, lakin onlar təhdidlər barəsində mübahisə və şübhə etdilər.</b></font>
وَلَقَدْ رَاوَدُوْهُ عَنْ ضَيْفِهٖ فَطَمَسْنَاۤ اَعْيُنَهُمْ فَذُوْقُوْا عَذَابِىْ وَنُذُرِ‏(37)
<font color="000000"><b>(37) Doğrudan da, onlar ondan (Lutdan) qonaqlarını (mələkləri) təslim etməsini istədilər. Buna görə də Biz onların gözlərini kor etdik (və) «belə isə dadın Mənim əzabımı və təhdidlərimi(n cəzasını)» (dedik).</b></font>
وَلَقَدْ صَبَّحَهُمْ بُكْرَةً عَذَابٌ مُّسْتَقِرٌّ‌ ۚ‏(38)
<font color="000000"><b>(38) Əlbəttə, dan yeri söküləndə onlara davamlı (ölüm və Bərzəx əzabına, oradan da qiyamət və Cəhənnəm əzabına birləşik) əzab (daş yağışı) gəldi.</b></font>
فَذُوْقُوْا عَذَابِىْ وَنُذُرِ‏(39)
<font color="000000"><b>(39) (Onlara dedik:) «Dadın Mənim əzabımı və təhdidlərimi (təkzib etməyin cəzasını)!»</b></font>
وَلَقَدْ يَسَّرْنَا الْقُرْاٰنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُّدَّكِرٍ‏(40)
<font color="000000"><b>(40) Həqiqətən, Biz Quranı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?</b></font>
وَلَقَدْ جَآءَ اٰلَ فِرْعَوْنَ النُّذُرُ‌ۚ‏(41)
<font color="000000"><b>(41) Fironçulara da qorxudanlar və (ardıcıl) təhdidlər gəldi.</b></font>
كَذَّبُوْا بِاٰيٰتِنَا كُلِّهَا فَاَخَذْنٰهُمْ اَخْذَ عَزِيْزٍ مُّقْتَدِرٍ‏(42)
<font color="000000"><b>(42) Onlar Bizim bütün (tovhid) ayə və nişanələrimizi (və peyğəmbərlərimizin doğruçuluqlarını) təkzib etdilər. Biz də onları qalib və qüdrətli hökmdar kimi yaxaladıq.</b></font>
اَكُفَّارُكُمْ خَيْرٌ مِّنْ اُولٰٓئِكُمْ اَمْ لَكُمْ بَرَآءَةٌ فِى الزُّبُرِ‌ۚ‏(43)
<font color="000000"><b>(43) Məgər sizin (Məkkə əhlinin) kafirləriniz (say, sərvət və güc baxımından) onlardan daha yaxşı və daha üstündürlər? Yoxsa (səmavi) kitablarda sizin üçün amannamə vardır?</b></font>
اَمْ يَقُوْلُوْنَ نَحْنُ جَمِيْعٌ مُّنْتَصِرٌ‏(44)
<font color="000000"><b>(44) Yoxsa onlar «biz müttəfiq, əlbir və düşməndən intiqam alanıq» deyirlər?</b></font>
سَيُهْزَمُ الْجَمْعُ وَيُوَلُّوْنَ الدُّبُرَ‏(45)
<font color="000000"><b>(45) O vəhdət və əlbirlik, tezliklə dağılacaq və onlar (Bədr müharibəsində baş verdiyi kimi düşmənə) arxa çevirəcəklər.</b></font>
بَلِ السَّاعَةُ مَوْعِدُهُمْ وَالسَّاعَةُ اَدْهٰى وَاَمَرُّ‏(46)
<font color="000000"><b>(46) Hələ onların vəd yeri qiyamətdir! Və qiyamət daha müsibətli və acınacaqlıdır.</b></font>
اِنَّ الْمُجْرِمِيْنَ فِىْ ضَلٰلٍ وَّسُعُرٍ‌ۘ‏(47)
<font color="000000"><b>(47) Həqiqətən, günahkarlar (səadət yolu və Cənnətdən uzaq) azğınlıqda və şölələnən od içərisindədirlər.</b></font>
يَوْمَ يُسْحَبُوْنَ فِى النَّارِ عَلٰى وُجُوْهِهِمْؕ ذُوْقُوْا مَسَّ سَقَرَ‏(48)
<font color="000000"><b>(48) Od içərisində üzü üstə sürüklənəcəkləri həmin gün (onlara) «dadın cəhənnəmin hiss olunan ağrısını!» (deyiləcəkdir).</b></font>
اِنَّا كُلَّ شَىْءٍ خَلَقْنٰهُ بِقَدَرٍ‏(49)
<font color="000000"><b>(49) Çünki həqiqətən, Biz varlıq aləmindəki hər şeyi (zat, nişanələr, kəmiyyət, keyfiyyət və ömür baxımından) müəyyən ölçüdə və məhdud çərçivədə yaratmışıq (və əbədi od sizin daimi küfrünüzün aqibətidir).</b></font>
وَمَاۤ اَمْرُنَاۤ اِلَّا وَاحِدَةٌ كَلَمْحٍۢ بِالْبَصَرِ‏(50)
<font color="000000"><b>(50) Bizim (əşyaların yaradılışındakı) işimiz (asanlıq və sürət baxımından) bir göz qırpımı kimi olan qəti istəkdən başqa bir şey deyildir.</b></font>
وَلَقَدْ اَهْلَكْنَاۤ اَشْيَاعَكُمْ فَهَلْ مِنْ مُّدَّكِرٍ‏(51)
<font color="000000"><b>(51) Şübhəsiz, Biz (keçmiş müşriklərdən) sizin kimiləri həlak etdik. Amma heç, bir ibrət götürən varmı?</b></font>
وَكُلُّ شَىْءٍ فَعَلُوْهُ فِى الزُّبُرِ‏(52)
<font color="000000"><b>(52) Onlar nə ediblərsə (əqidə və əməlləri nə olubsa) yazılarda (onların şəxsi əməl dəftərində və ümumi Lövhi-məhfuzda) qeyd edilmişdir.</b></font>
وَ كُلُّ صَغِيْرٍ وَّكَبِيْرٍ مُّسْتَطَرٌ‏(53)
<font color="000000"><b>(53) Hər bir kiçik və böyük (əməl onda) yazılmışdır.</b></font>
اِنَّ الْمُتَّقِيْنَ فِىْ جَنّٰتٍ وَّنَهَرٍۙ‏(54)
<font color="000000"><b>(54) Həqiqətən, təqvalılar cənnətlər, bağlar, axar çaylar, daimi rifah və aydınlıq içərisində olacaqlar.</b></font>
فِىْ مَقْعَدِ صِدْقٍ عِنْدَ مَلِيْكٍ مُّقْتَدِرٍ‏(55)
<font color="000000"><b>(55) Kamal və qüdrət sahibi olan hökmdarın yanında, doğruluq məqamında (həqiqi iman və əməl müqabilində verilən və yaxud doğru əqidə və əməlin təzahürü olan məqamda olacaqlar).</b></font>