Məkkədə nazil olmuşdur, əlli iki ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
نٓ وَالْقَلَمِ وَمَا يَسْطُرُوْنَۙ(1)
<font color="000000"><b>(1) Nun. (Bu Allah və Onun Rəsulu arasında olan bir rəmzdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma bəşərin onun bənzərini gətirmək qüdrəti yoxdur. Bu kitabın möhkəm ayələri və bu cür mütəşabih ayələri vardır.) And olsun (qələmlərin üzərində yazdığı) nurlu Lövhi-Məhfuza və (qələmin batrıldığı yazdığı) mürəkkəbə və hər hansı bir sulu cövhərə. And olsun qələmə (Lövhi- Məhfuzda yazan ilk qələmə, hesablayıcı mələklərin qələminə və pak insanların qələminə) və qələmlə yazılanlara (elmlər və Lövhi-Məhfuzun üzərində qələm vasitəsilə əmanət olaraq verilmiş sirlər və salehlərin əməl dəftərlərində yazılan gözəl əməllərə qələm sahiblərinin yazdığı və faydalı elmlərə ki,)</b></font>
مَاۤ اَنْتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُوْنٍۚ(2)
<font color="000000"><b>(2) Sən Rəbbinin neməti və lütfü sayəsində divanə deyilsən!</b></font>
وَاِنَّ لَڪَ لَاَجْرًا غَيْرَ مَمْنُوْنٍۚ(3)
<font color="000000"><b>(3) Şübhəsiz, sənin üçün (dünyada və axirətdə) minnətsiz və sonsuz bir mükafat vardır.</b></font>
وَاِنَّكَ لَعَلٰى خُلُقٍ عَظِيْمٍ(4)
<font color="000000"><b>(4) Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən.</b></font>
فَسَتُبْصِرُ وَيُبْصِرُوْنَۙ(5)
<font color="000000"><b>(5) Tezliklə sən də görəsəksən və onlar da görəcəklər ki,</b></font>
بِاَيِّٮكُمُ الْمَفْتُوْنُ(6)
<font color="000000"><b>(6) Sizdən hansı biri (sən, ya düşmənlərin) dəliliyə düçar olub.</b></font>
اِنَّ رَبَّكَ هُوَ اَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِيْلِهٖ وَهُوَ اَعْلَمُ بِالْمُهْتَدِيْنَ(7)
<font color="000000"><b>(7) Həqiqətən, Rəbbin Özü Onun yolundan azanları da, doğru yolda olanları da daha yaxşı bilir.</b></font>
فَلَا تُطِعِ الْمُكَذِّبِيْنَ(8)
<font color="000000"><b>(8) Elə isə (səni və Allahın ayələrini) təkzib edənlərə itaət etmə.</b></font>
وَدُّوْا لَوْ تُدْهِنُ فَيُدْهِنُوْنَ(9)
<font color="000000"><b>(9) Çünki, onlar çox istəyirlər ki, (sən) yumşaqlıq göstərəsən və sazişə girəsən onlar da yumşaqlıq göstərsinlər və səninlə saziş etsinlər.</b></font>
وَلَا تُطِعْ كُلَّ حَلَّافٍ مَّهِيْنٍۙ(10)
<font color="000000"><b>(10) Və itaət etmə çox and içən və alçaq olan heç bir kəsə,</b></font>
هَمَّازٍ مَّشَّآءٍۢ بِنَمِيْمٍۙ(11)
<font color="000000"><b>(11) Çox eyib axtarana, pis danışana və söz gəzdirənə,</b></font>
مَّنَّاعٍ لِّلْخَيْرِ مُعْتَدٍ اَثِيْمٍۙ(12)
<font color="000000"><b>(12) Bərk xəsisə, xeyirdən saxlayana, təcavüzkara və günahkara,</b></font>
عُتُلٍّ ۢ بَعْدَ ذٰلِكَ زَنِيْمٍۙ(13)
<font color="000000"><b>(13) Və bundan (bütün bu çirkin sifətlərdən) savayı kobuda, daş ürəkliyə və əsli-kökü bilinməyənə!</b></font>
اَنْ كَانَ ذَا مَالٍ وَّبَنِيْنَؕ(14)
<font color="000000"><b>(14) (Bu günahları) ona görə (edir ki,) mal-dövlət və oğullar sahibidir.</b></font>
اِذَا تُتْلٰى عَلَيْهِ اٰيٰتُنَا قَالَ اَسَاطِيْرُ الْاَوَّلِيْنَ(15)
<font color="000000"><b>(15) Bizim ayələrimiz ona oxunduğu zaman deyər: «(Bunlar) keçmişdəkilərin əfsanələridir».</b></font>
سَنَسِمُهٗ عَلَى الْخُرْطُوْمِ(16)
<font color="000000"><b>(16) Biz tezliklə onun burnuna (zillət) dağı basacağıq.</b></font>
اِنَّا بَلَوْنٰهُمْ كَمَا بَلَوْنَاۤ اَصْحٰبَ الْجَنَّةِ ۚ اِذْ اَقْسَمُوْا لَيَصْرِمُنَّهَا مُصْبِحِيْنَۙ(17)
<font color="000000"><b>(17) Biz vaxtilə (Yəməndə – Səna yaxınlığındakı) o bağ sahiblərini imtəhana çəkdiyimiz kimi, bunları da (Məkkə əhlini də) imtahana çəkdik. O vaxt onlar səhər çağı onun meyvələrini mütləq dərəcəklərinə and içmişdilər.</b></font>
وَلَا يَسْتَثْنُوْنَ(18)
<font color="000000"><b>(18) Halbuki, (öz fikirlərində meyvələrdən fəqirlər üçün heç bir şeyi) istisna etmirdilər və «inşallah» (əgər Allah istəsə) demirdilər.</b></font>
فَطَافَ عَلَيْهَا طَآئِفٌ مِّنْ رَّبِّكَ وَهُمْ نَآئِمُوْنَ(19)
<font color="000000"><b>(19) Beləliklə, gecə vaxtı, onlar yuxuda ikən, sənin Rəbbin tərəfindən olan böyük bir bəla o bağı bürüdü.</b></font>
فَاَصْبَحَتْ كَالصَّرِيْمِۙ(20)
<font color="000000"><b>(20) Ora meyvələri dərilmiş və ağacları yanıb qaralmış bir bağa döndü.</b></font>
فَتَنَادَوْا مُصْبِحِيْنَۙ(21)
<font color="000000"><b>(21) Səhər çağı (onlar) bir-birlərini (belə) səslədilər:</b></font>
اَنِ اغْدُوْا عَلٰى حَرْثِكُمْ اِنْ كُنْتُمْ صٰرِمِيْنَ(22)
<font color="000000"><b>(22) «Əgər (meyvə) yığmaq məqsədiniz varsa, erkəndən öz bağınıza və əkininizə sarı çıxın!»</b></font>
فَانْطَلَقُوْا وَهُمْ يَتَخَافَتُوْنَۙ(23)
<font color="000000"><b>(23) Beləliklə, bir-birləri ilə yavaşca söhbət edə-edə yola düşdülər. (Onlar deyirdilər:)</b></font>
اَنْ لَّا يَدْخُلَنَّهَا الْيَوْمَ عَلَيْكُمْ مِّسْكِيْنٌۙ(24)
<font color="000000"><b>(24) «Məbada bu gün hər hansı bir fəqir bağa sizin yanınıza gəlsin!»</b></font>
وَّغَدَوْا عَلٰى حَرْدٍ قٰدِرِيْنَ(25)
<font color="000000"><b>(25) Onlar səhər erkən (fəqirləri) məhrum etmək məqsədi ilə getdilər.</b></font>
فَلَمَّا رَاَوْهَا قَالُوْۤا اِنَّا لَضَآلُّوْنَۙ(26)
<font color="000000"><b>(26) O bağı gördükdə, dedilər: «Yəqin ki, yolu azmışıq, yaxud haqq yoldan azmışıq».</b></font>
بَلْ نَحْنُ مَحْرُوْمُوْنَ(27)
<font color="000000"><b>(27) «(Nəinki yalnız haqqın yolundan azmışıq, hətta) əslində biz (haqqın nemətindən və öz əkdiyimizdən də) məhrum olmuşuq!»</b></font>
قَالَ اَوْسَطُهُمْ اَلَمْ اَقُلْ لَّكُمْ لَوْلَا تُسَبِّحُوْنَ(28)
<font color="000000"><b>(28) Onların orta yaşlısı, ən ağıllısı və düzgünü dedi: «Məgər sizə demədimmi ki, niyə Allahı (hər hansı bir nöqsandan və eyibdən) pak (və uzaq) bilmirsiniz?! (Allaha qarşı çıxmağı qərara almaqla əməli surətdə Onu aciz hesab etmiş olursunuz)»</b></font>
قَالُوْا سُبْحٰنَ رَبِّنَاۤ اِنَّا كُنَّا ظٰلِمِيْنَ(29)
<font color="000000"><b>(29) Dedilər: «Rəbbimiz pakdır. Həqiqətən, biz zalım idik!»</b></font>
فَاَقْبَلَ بَعْضُهُمْ عَلٰى بَعْضٍ يَّتَلَاوَمُوْنَ(30)
<font color="000000"><b>(30) (Sonra) bir-birlərinə üz tutaraq danlamağa başladılar.</b></font>
قَالُوْا يٰوَيْلَنَاۤ اِنَّا كُنَّا طٰغِيْنَ(31)
<font color="000000"><b>(31) Dedilər: «Vay halımıza, şübhəsiz, biz tüğyan edən idik».</b></font>
عَسٰى رَبُّنَاۤ اَنْ يُّبْدِلَنَا خَيْرًا مِّنْهَاۤ اِنَّاۤ اِلٰى رَبِّنَا رٰغِبُوْنَ(32)
<font color="000000"><b>(32) «Ola bilsin ki, Rəbbimiz onun yerinə bizə ondan daha yaxşısını versin. Ona görə ki, bizim öz Rəbbimizə rəğbətimiz var».</b></font>
كَذٰلِكَ الْعَذَابُؕ وَلَعَذَابُ الْاٰخِرَةِ اَكْبَرُ ۘ لَوْ كَانُوْا يَعْلَمُوْنَ(33)
<font color="000000"><b>(33) (Bizim dünyadakı) əzab(ımız) belədir. Əlbəttə, axirət əzabı daha böyükdür, kaş biləydilər!</b></font>
اِنَّ لِلْمُتَّقِيْنَ عِنْدَ رَبِّهِمْ جَنّٰتِ النَّعِيْمِ(34)
<font color="000000"><b>(34) Şübhəsiz, təqvalılar üçün Rəbbi yanında nemətli Cənnətlər vardır.</b></font>
اَفَنَجْعَلُ الْمُسْلِمِيْنَ كَالْمُجْرِمِيْنَؕ(35)
<font color="000000"><b>(35) Belə isə, məgər Biz təslim olanları (axirət mükafatı baxımından) günahkarlarla bərabər tutarıqmı?!</b></font>
مَا لَكُمْ كَيْفَ تَحْكُمُوْنَۚ(36)
<font color="000000"><b>(36) Sizə nə olub? Necə hökm edirsiniz?!</b></font>
اَمْ لَكُمْ كِتٰبٌ فِيْهِ تَدْرُسُوْنَۙ(37)
<font color="000000"><b>(37) Yoxsa sizin elə bir (səmavi) kitabınız var ki, orada oxuyursunuz ki,</b></font>
اِنَّ لَكُمْ فِيْهِ لَمَا تَخَيَّرُوْنَۚ(38)
<font color="000000"><b>(38) (O aləmdə) bəyənib seçdiyiniz hər şey sizin üçündür?!</b></font>
اَمْ لَكُمْ اَيْمَانٌ عَلَيْنَا بَالِغَةٌ اِلٰى يَوْمِ الْقِيٰمَةِ ۙ اِنَّ لَكُمْ لَمَا تَحْكُمُوْنَۚ(39)
<font color="000000"><b>(39) Ya, bəlkə Qiyamət gününədək sizin Bizimlə möhkəm əhd-peymanınız vardır ki, (Cənnət və axirət nemətlərindən) hər nəyə hökm etsəniz, sizin olacaqdır?!</b></font>
سَلْهُمْ اَيُّهُمْ بِذٰلِكَ زَعِيْمٌ ۛۚ(40)
<font color="000000"><b>(40) Onlardan soruş ki, hansı biri buna (bu iddiaya) zamindir?!</b></font>
اَمْ لَهُمْ شُرَكَآءُ ۛۚ فَلْيَاْتُوْا بِشُرَكَآئِهِمْ اِنْ كَانُوْا صٰدِقِيْنَ(41)
<font color="000000"><b>(41) Ya bəlkə şərikləri vardır? (Bu iddianın səhihliyi barədə şərikləri, yaxud sabah onlara nicat verib, məqam əta edən Allaha şərik olan məbudları var?!) Belə isə şəriklərini gətirsinlər, əgər düz danışandırlarsa.</b></font>
يَوْمَ يُكْشَفُ عَنْ سَاقٍ وَّيُدْعَوْنَ اِلَى السُّجُوْدِ فَلَا يَسْتَطِيْعُوْنَۙ(42)
<font color="000000"><b>(42) (Yada sal) o gün ki, işləri olduqca çətinə düşər və (məzəmmətlə) səcdə etməyə dəvət olunarlar, lakin səcdə edə bilməzlər (çünki dünyadakı «təkəbbür» sifəti onların qamətlərinin əyilməməsi ilə təcəssüm olunar).</b></font>
خَاشِعَةً اَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ؕ وَقَدْ كَانُوْا يُدْعَوْنَ اِلَى السُّجُوْدِ وَهُمْ سٰلِمُوْنَ(43)
<font color="000000"><b>(43) Gözləri yerə dikilər, zillət vücudlarını bürüyər. Halbuki onlar (dünyada) sağlam olduqları halda (Allaha) səcdə etməyə dəvət olunurdular.</b></font>
فَذَرْنِىْ وَمَنْ يُّكَذِّبُ بِهٰذَا الْحَدِيْثِؕ سَنَسْتَدْرِجُهُمْ مِّنْ حَيْثُ لَا يَعْلَمُوْنَۙ(44)
<font color="000000"><b>(44) Belə isə, bu kəlamı (Quranı) təkzib edənləri Mənim öhdəmə burax ki, tezliklə onları özləri də bilmədikləri yerdən, tədriclə (əbədi əzaba və bədbəxtliyə tərəf) yaxınlaşdıracağıq.</b></font>
وَاُمْلِىْ لَهُمْؕ اِنَّ كَيْدِىْ مَتِيْنٌ(45)
<font color="000000"><b>(45) Və Mən onlara möhlət verirəm (ki, günahları və bədbəxtlikləri ən son həddə yetişsin) və həqiqətən, Mənim məkrim və tədbirim möhkəm və sabitdir.</b></font>
اَمْ تَسْئَلُهُمْ اَجْرًا فَهُمْ مِّنْ مَّغْرَمٍ مُّثْقَلُوْنَۚ(46)
<font color="000000"><b>(46) Məgər onlardan (öz risalətin müqabilində) bir muzdmu istəyirsən ki, onlar ağır bir borc yükü altında qalıblar?!</b></font>
اَمْ عِنْدَهُمُ الْغَيْبُ فَهُمْ يَكْتُبُوْنَ(47)
<font color="000000"><b>(47) Ya bəlkə qeyb (Lövhi-Məhfuz elmi, ya hər bir şeyin qeybi həqiqətləri) onların yanındadır, (Ona əsasən) yazırlar, (öz şirk və pozğunluqları üçün dəlil- sübut gətirirlər və sənə ehtiyacları qalmır)?</b></font>
فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تَكُنْ كَصَاحِبِ الْحُوْتِۘ اِذْ نَادٰى وَهُوَ مَكْظُوْمٌؕ(48)
<font color="000000"><b>(48) Belə isə, Rəbbinin hökmünə səbr et (onların məhvinə tələsmə) və balıq sahibi (Yunus) kimi olma! O zaman o, qəm-qüssə ilə dolu bir qəlblə (balığın qarnında Allahı) səslədi.</b></font>
لَوْلَاۤ اَنْ تَدٰرَكَهٗ نِعْمَةٌ مِّنْ رَّبِّهٖ لَنُبِذَ بِالْعَرَآءِ وَهُوَ مَذْمُوْمٌ(49)
<font color="000000"><b>(49) Əgər Rəbbi tərəfindən bir nemət (tövbənin qəbulu və mənəvi vilayət) ona yetişməsəydi, həqiqətən, (balığın qarnından) məzəmmət olunmuş və qovulmuş halda quru bir səhraya atılacaqdı (lakin rəhmət ona yetişdi və son dərəcə hörmətlə sahilə çıxdı).</b></font>
فَاجْتَبٰهُ رَبُّهٗ فَجَعَلَهٗ مِنَ الصّٰلِحِيْنَ(50)
<font color="000000"><b>(50) Beləliklə, Rəbbi (yenidən vəhy etməklə və xüsusi lütflərinə şamil etməklə) onu seçdi və salehlərdən etdi.</b></font>
وَاِنْ يَّكَادُ الَّذِيْنَ كَفَرُوْا لَيُزْلِقُوْنَكَ بِاَبْصَارِهِمْ لَمَّا سَمِعُوا الذِّكْرَ وَيَقُوْلُوْنَ اِنَّهٗ لَمَجْنُوْنٌۘ(51)
<font color="000000"><b>(51) Həqiqətən, kafir olanlar bu zikri (Quranı) eşidən zaman, az qalırdı səni gözləri(nin nəhsliyi) ilə titrətsinlər! Və (Quranı dərk etməkdən aciz olduqlarına görə, onu gətirənin barəsində) deyirlər: «Həqiqətən, o, bir divanədir!»</b></font>
وَمَا هُوَ اِلَّا ذِكْرٌ لِّلْعٰلَمِيْنَ(52)
<font color="000000"><b>(52) Halbuki, bu (Peyğəmbər və bu Quran) aləmlərə öyüd-nəsihət vasitəsindən başqa bir şey deyildir.</b></font>