Məkkədə nazil olmuşdur, iyirmi səkkiz ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اِنَّاۤ اَرْسَلْنَا نُوْحًا اِلٰى قَوْمِهٖۤ اَنْ اَنْذِرْ قَوْمَكَ مِنْ قَبْلِ اَنْ يَّاْتِيَهُمْ عَذَابٌ اَلِيْمٌ(1)
<font color="000000"><b>(1) Həqiqətən, Biz Nuhu öz qövmünə yolladıq ki: «Öz qövmünü ağrılı bir əzab gəlməmişdən əvvəl qorxut».</b></font>
قَالَ يٰقَوْمِ اِنِّىْ لَكُمْ نَذِيْرٌ مُّبِيْنٌۙ(2)
<font color="000000"><b>(2) (Nuh) dedi: «Ey mənim qövmüm, şübhəsiz, mən sizin üçün açıq-aşkar bir qorxudan (peyğəmbərəm)»,</b></font>
اَنِ اعْبُدُوا اللّٰهَ وَاتَّقُوْهُ وَاَطِيْعُوْنِۙ(3)
<font color="000000"><b>(3) «(Göndərilmişəm ki,) Allaha ibadət edəsiniz, Ondan qorxasınız və mənə itaət edəsiniz».</b></font>
يَغْفِرْ لَكُمْ مِّنْ ذُنُوْبِكُمْ وَيُؤَخِّرْكُمْ اِلٰٓى اَجَلٍ مُّسَمًّىؕ اِنَّ اَجَلَ اللّٰهِ اِذَا جَآءَ لَا يُؤَخَّرُۘ لَوْ كُنْتُمْ تَعْلَمُوْنَ(4)
<font color="000000"><b>(4) «(Belə edin ki,) O, günahlarınızdan keçsin və sizə müəyyən bir müddətədək (hər bir canlı üçün qaçılmaz olan əcələdək) möhlət versin (və ondan öncə üsyanınızın cəzası olaraq öldürməsin), həqiqətən, Allah tərəfindən əcəl yetişdiyi zaman əsla təxirə salınmaz. Kaş bunu biləydiniz».</b></font>
قَالَ رَبِّ اِنِّىْ دَعَوْتُ قَوْمِىْ لَيْلًا وَّنَهَارًا ۙ(5)
<font color="000000"><b>(5) Dedi: «Ey Rəbbim, mən öz qövmümü gecə-gündüz (haqqa) dəvət etdim».</b></font>
فَلَمْ يَزِدْهُمْ دُعَآءِىْۤ اِلَّا فِرَارًا(6)
<font color="000000"><b>(6) «Lakin mənim dəvətim onlar üçün (haqdan) qaçmaqdan savayı bir şey artırmadı».</b></font>
وَاِنِّىْ كُلَّمَا دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُوْۤا اَصَابِعَهُمْ فِىْۤ اٰذَانِهِمْ وَاسْتَغْشَوْا ثِيَابَهُمْ وَاَصَرُّوْا وَاسْتَكْبَرُوا اسْتِكْبَارًا ۚ(7)
<font color="000000"><b>(7) «Sənin onları bağışlamağın üçün mən nə vaxt onları dəvət etdimsə barmaqlarını qulaqlarına tıxadılar, libaslarını başlarına çəkdilər, (etiraz edərək inadla) israr etdilər və şiddətlə təkəbbür göstərdilər».</b></font>
ثُمَّ اِنِّىْ دَعَوْتُهُمْ جِهَارًا ۙ(8)
<font color="000000"><b>(8) «Yenə də mən onları uca səslə və aşkar şəkildə dəvət etdim».</b></font>
ثُمَّ اِنِّىْۤ اَعْلَنْتُ لَهُمْ وَاَسْرَرْتُ لَهُمْ اِسْرَارًا ۙ(9)
<font color="000000"><b>(9) «Sonra onlara dəvəti (həm) aşkarda, cəmiyyətlərində və (həm də) sirli və gizlində bildirdim».</b></font>
فَقُلْتُ اسْتَغْفِرُوْا رَبَّكُمْؕ اِنَّهٗ كَانَ غَفَّارًا ۙ(10)
<font color="000000"><b>(10) Və dedim ki; «Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır».</b></font>
يُّرْسِلِ السَّمَآءَ عَلَيْكُمْ مِّدْرَارًا ۙ(11)
<font color="000000"><b>(11) «Göydən (buluddan) sizə bol yağış göndərsin».</b></font>
وَّيُمْدِدْكُمْ بِاَمْوَالٍ وَّبَنِيْنَ وَيَجْعَلْ لَّكُمْ جَنّٰتٍ وَّيَجْعَلْ لَّكُمْ اَنْهٰرًا ؕ(12)
<font color="000000"><b>(12) «Və sizə mal-dövlət və oğullar (əta etməklə) yardım etsin, sizin üçün bağlar yaratsın və sizin üçün çaylar axıtsın».</b></font>
مَا لَكُمْ لَا تَرْجُوْنَ لِلّٰهِ وَقَارًا ۚ(13)
<font color="000000"><b>(13) «Sizə nə olub ki, Allahın əzəmətini etiraf etmirsiniz?!»</b></font>
وَقَدْ خَلَقَكُمْ اَطْوَارًا(14)
<font color="000000"><b>(14) «Halbuki, O, sizi müxtəlif mərhələlərdə və hallarda yaratmışdır (torpaq, bitki, yemək, nütfə, ələqə, muzğə, döl, körpə, cavan, qoca)».</b></font>
اَلَمْ تَرَوْا كَيْفَ خَلَقَ اللّٰهُ سَبْعَ سَمٰوٰتٍ طِبَاقًا ۙ(15)
<font color="000000"><b>(15) «Məgər (qəlb gözü ilə) görmədinizmi ki, Allah yeddi göyü bir-biri üzərində qat-qat necə yaratmışdır?!»</b></font>
وَّجَعَلَ الْقَمَرَ فِيْهِنَّ نُوْرًا ۙ وَّجَعَلَ الشَّمْسَ سِرَاجًا(16)
<font color="000000"><b>(16) «Ayı onların arasında işıq saçan bir nur və günəşi yanar bir çıraq etdi».</b></font>
وَاللّٰهُ اَنْۢبَتَكُمْ مِّنَ الْاَرْضِ نَبَاتًا ۙ(17)
<font color="000000"><b>(17) «Və Allah sizi yerdən xas bir şəkildə (bitki kimi) bitirdi (torpaq maddəsindən kamil bir insan olanadək, cövhəri-hərəkət tərzi ilə bitirdi)».</b></font>
ثُمَّ يُعِيْدُكُمْ فِيْهَا وَيُخْرِجُكُمْ اِخْرَاجًا(18)
<font color="000000"><b>(18) «Sonra sizi(n cisminizi yenə) onun (yerin) köksünə qaytaracaq və yenidən xas bir tərzdə çıxaracaqdır. (Qiyamət günü onun parçalanmış zərrələrini (hissəciklərini) yığaraq dünyadakı şəklə salacaq və Bərzəx ruhunu ona daxil edəcəkdir)».</b></font>
وَاللّٰهُ جَعَلَ لَكُمُ الْاَرْضَ بِسَاطًا ۙ(19)
<font color="000000"><b>(19) «Və Allah bu yeri sizin üçün döşənmiş bir xalça etdi ki,</b></font>
لِّتَسْلُكُوْا مِنْهَا سُبُلًا فِجَاجًا(20)
<font color="000000"><b>(20) Orada geniş səhra və dağ arası yollarında (öz yaşayış məqsədləriniz üçün) gəzəsiniz».</b></font>
قَالَ نُوْحٌ رَّبِّ اِنَّهُمْ عَصَوْنِىْ وَاتَّبَعُوْا مَنْ لَّمْ يَزِدْهُ مَالُهٗ وَوَلَدُهٗۤ اِلَّا خَسَارًا ۚ(21)
<font color="000000"><b>(21) Nuh dedi: «Ey Rəbbim, onlar mənə asi oldular və mal-dövləti,övladları onlara (axirət) ziyanından başqa bir şey artırmayan kəsə (öz rəislərinə və əyan-əşrafa) tabe oldular».</b></font>
وَمَكَرُوْا مَكْرًا كُبَّارًا ۚ(22)
<font color="000000"><b>(22) «Və olduqca böyük bir hiylə qurdular».</b></font>
وَ قَالُوْا لَا تَذَرُنَّ اٰلِهَتَكُمْ وَلَا تَذَرُنَّ وَدًّا وَّلَا سُوَاعًا ۙ وَّ لَا يَغُوْثَ وَيَعُوْقَ وَنَسْرًا ۚ(23)
<font color="000000"><b>(23) «Və (öz tabeliyində olanlara) dedilər: «Əsla tanrılarınızı tərk etməyin və heç vaxt «Vədd», «Suva», «Yəğus», «Yəuq» və «Nəsr»i (o zamanın bütlərinin adları) atmayın!»</b></font>
وَقَدْ اَضَلُّوْا كَثِيْرًا ۚ وَلَا تَزِدِ الظّٰلِمِيْنَ اِلَّا ضَلٰلًا(24)
<font color="000000"><b>(24) «Həqiqətən, (o başçılar) çoxlarını azdırdılar; və (ey Rəbbim,) zalımların ancaq azğınlığını artır».</b></font>
مِّمَّا خَطِٓيْئٰتِهِمْ اُغْرِقُوْا فَاُدْخِلُوْا نَارًا ۙ فَلَمْ يَجِدُوْا لَهُمْ مِّنْ دُوْنِ اللّٰهِ اَنْصَارًا(25)
<font color="000000"><b>(25) (Bəli,) günahları üzündən onlar suda batdılar və birbaşa (Bərzəx aləmindəki yandırıcı) oda daxil edildilər, özləri üçün Allahdan başqa heç bir köməkçi və yardımçı tapmadılar.</b></font>
وَ قَالَ نُوْحٌ رَّبِّ لَا تَذَرْ عَلَى الْاَرْضِ مِنَ الْكٰفِرِيْنَ دَيَّارًا(26)
<font color="000000"><b>(26) Və Nuh dedi: «Ey Rəbbim, Yer üzündə bir nəfər belə kafir qoyma!»</b></font>
اِنَّكَ اِنْ تَذَرْهُمْ يُضِلُّوْا عِبَادَكَ وَلَا يَلِدُوْۤا اِلَّا فَاجِرًا كَفَّارًا(27)
<font color="000000"><b>(27) «Çünki, Sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir doğub-törədəcəklər».</b></font>
رَبِّ اغْفِرْلِىْ وَلِوَالِدَىَّ وَلِمَنْ دَخَلَ بَيْتِىَ مُؤْمِنًا وَّلِلْمُؤْمِنِيْنَ وَالْمُؤْمِنٰتِؕ وَلَا تَزِدِ الظّٰلِمِيْنَ اِلَّا تَبَارًا(28)
<font color="000000"><b>(28) «Ey Rəbbim, məni, ata-anamı və evimə imanla daxil olan hər kəsi, mömin kişiləri və möminə qadınları bağışla. Zalımların isə ancaq həlakətini artır».</b></font>