Məkkədə nazil olmuşdur, iyirmi səkkiz ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
قُلْ اُوْحِىَ اِلَىَّ اَنَّهُ اسْتَمَعَ نَفَرٌ مِّنَ الْجِنِّ فَقَالُوْۤا اِنَّا سَمِعْنَا قُرْاٰنًاعَجَبًا ۙ(1)
<font color="000000"><b>(1) De: «Mənə vəhy olundu ki, (bizim his etmədiyimiz, oddan yaranmış, erkək və dişi cinsli, doğub-törəyən, dini öhdəçilikləri, ölümləri və dirilmələri olan, savab qazanan və cəzaya uğrayan, Cənnətlik və Cəhənnəmlik mövcudlar olan) bir dəstə cin (bu Qurana) qulaq asdılar və (öz qövmlərinə qayıdıb) dedilər: «Həqiqətən, biz qəribə bir Quran eşitdik (kəlamının gözəlliyi, nəzminin dəqiqliyi və məzmununun dərinliyi ilə bəşər kəlamından olduqca üstündür)».</b></font>
يَّهْدِىْۤ اِلَى الرُّشْدِ فَاٰمَنَّا بِهٖ ؕ وَلَنْ نُّشْرِكَ بِرَبِّنَاۤ اَحَدًا ۙ(2)
<font color="000000"><b>(2) «O, (insanları) haqqa və məqsədə doğru hidayət edir. Beləliklə biz ona iman gətirdik və əsla heç kəsi Rəbbimizə şərik qoşmayacağıq». (Bu ayədən başlayaraq on beşinci ayəyə kimi hamısı cinlərin bir-birləri ilə olan söhbətidir).</b></font>
وَّاَنَّهٗ تَعٰلٰى جَدُّ رَبِّنَا مَا اتَّخَذَ صَاحِبَةً وَّلَا وَلَدًا ۙ(3)
<font color="000000"><b>(3) «Və (biz iman gətirdik.) Rəbbimizin məqamı və əzəməti çox ucadır. O, Özünə əsla nə bir zövcə götürmüşdir, nə də bir övlad».</b></font>
وَّ اَنَّهٗ كَانَ يَقُوْلُ سَفِيْهُنَا عَلَى اللّٰهِ شَطَطًا ۙ(4)
<font color="000000"><b>(4) «Bizim səfehimiz Allah barəsində haqdan uzaq olan söz deyirdi (ki, guyaOnun zövcəsi və övladı vardır)».</b></font>
وَّاَنَّا ظَنَنَّاۤ اَنْ لَّنْ تَقُوْلَ الْاِنْسُ وَالْجِنُّ عَلَى اللّٰهِ كَذِبًا ۙ(5)
<font color="000000"><b>(5) «Biz elə güman edirdik ki, nə insan, nə də cin əsla Allah barəsində yalan danışmaz».</b></font>
وَّاَنَّهٗ كَانَ رِجَالٌ مِّنَ الْاِنْسِ يَعُوْذُوْنَ بِرِجَالٍ مِّنَ الْجِنِّ فَزَادُوْهُمْ رَهَقًا ۙ(6)
<font color="000000"><b>(6) «İnsanlardan bəzi şəxslər, cinlərdən bəzilərinə sığınırdılar (ki, hər hansı bir şəri özlərindən dəf etsinlər, yaxud da kahinlik yolu ilə bəzi xəbərləri öyrənsinlər). Bununla da onlar (cinlər) bunların (insanların) günahını, tüğyanını və zillətini (yaxud da bunlar onların tüğyan və üsyanını) artırırdılar».</b></font>
وَّاَنَّهُمْ ظَنُّوْا كَمَا ظَنَنْتُمْ اَنْ لَّنْ يَّبْعَثَ اللّٰهُ اَحَدًا ۙ(7)
<font color="000000"><b>(7) «Onlar (müşrik insanlar da) siz (cinlər) güman etdiyiniz kimi güman etdilər ki, əsla Allah bir kəsi (bəşər üçün peyğəmbərliyə) seçməyəcək, (yaxud heç bir kəsi «məad» üçün) diriltməyəcəkdir».</b></font>
وَّاَنَّا لَمَسْنَا السَّمَآءَ فَوَجَدْنٰهَا مُلِئَتْ حَرَسًا شَدِيْدًا وَّشُهُبًا ۙ(8)
<font color="000000"><b>(8) «Biz göyə qalxdıq və onu güclü gözətçilər və şöləli oxlarla dolu gördük».</b></font>
وَّاَنَّا كُنَّا نَقْعُدُ مِنْهَا مَقَاعِدَ لِلسَّمْعِ ؕ فَمَنْ يَّسْتَمِعِ الْاٰنَ يَجِدْ لَهٗ شِهَابًا رَّصَدًا ۙ(9)
<font color="000000"><b>(9) «Biz əvvəllər onun (göyün) bəzi yerlərində (mələklərin sözünü) eşitmək üçün oturardıq, lakin indi kim qulaq asmış olsa, şöləli bir oxun onun pusqusunda durduğunu görər».</b></font>
وَّاَنَّا لَا نَدْرِىْۤ اَشَرٌّ اُرِيْدَ بِمَنْ فِى الْاَرْضِ اَمْ اَرَادَ بِهِمْ رَبُّهُمْ رَشَدًا ۙ(10)
<font color="000000"><b>(10) «Biz bilmirik ki, yer üzündə olanlar üçün şər istənilmişdir, yoxsa Rəbbi onların doğru yola yönəlmələrini və xeyrini istəmişdir».</b></font>
وَّاَنَّا مِنَّا الصّٰلِحُوْنَ وَمِنَّا دُوْنَ ذٰلِكَؕ كُنَّا طَرَآئِقَ قِدَدًا ۙ(11)
<font color="000000"><b>(11) «(Qurana qulaq asmazdan öncə) bizdən bir dəstə əməlisaleh idi, bir dəstə isə əməlisaleh deyildi. Biz müxtəlif firqələr halında idik».</b></font>
وَّاَنَّا ظَنَنَّاۤ اَنْ لَّنْ نُّعْجِزَ اللّٰهَ فِى الْاَرْضِ وَلَنْ نُّعْجِزَهٗ هَرَبًا ۙ(12)
<font color="000000"><b>(12) «Biz bildik ki, əsla Allahı yer üzündə (Onun məqsədlərinə qarşı çıxmaqla) aciz edə bilməyəcəyik və (Onun qüdrətindən) qaçmaqla əsla Onu aciz (zəif) edə bilməyəcəyik».</b></font>
وَّاَنَّا لَمَّا سَمِعْنَا الْهُدٰٓى اٰمَنَّا بِهٖ ؕ فَمَنْ يُّؤْمِنْۢ بِرَبِّهٖ فَلَا يَخَافُ بَخْسًا وَّلَا رَهَقًا ۙ(13)
<font color="000000"><b>(13) «Və elə ki, biz bu hidayətedicini (Quranı) eşitdik, ona iman gətirdik. Çünki kim Rəbbinə iman gətirsə, nə (öz mükafatının) əskilmə(sin)dən, nə də hər zülmə uğramaqdan qorxar».</b></font>
وَّاَنَّا مِنَّا الْمُسْلِمُوْنَ وَمِنَّا الْقٰسِطُوْنَؕ فَمَنْ اَسْلَمَ فَاُولٰٓئِكَ تَحَرَّوْا رَشَدًا(14)
<font color="000000"><b>(14) «Bizdən bir dəstə (Allahın əmrinə) təslim olanlar və bir dəstə də haqdan dönənlərdir. Təslim olanlar təkamül və hidayət axtarıb tapanlardır».</b></font>
وَاَمَّا الْقٰسِطُوْنَ فَكَانُوْا لِجَهَنَّمَ حَطَبًا ۙ(15)
<font color="000000"><b>(15) «Amma haqdan dönənlər, şübhəsiz, onlar Cəhənnəmin odunu olacaqlar». (Cinlərin sözünün sonu.)</b></font>
وَّاَنْ لَّوِ اسْتَقَامُوْا عَلَى الطَّرِيْقَةِ لَاَسْقَيْنٰهُمْ مَّآءً غَدَقًا ۙ(16)
<font color="000000"><b>(16) «(Mənə vəhy olundu ki): «Şübhəsiz, əgər (ins və cin) yolda (əqidə və əməlin düz yolunda) sabitqədəm olsalar, mütləq onları bol su (maddi və mənəvi bərəkətlər) ilə sirab edərdik ki,</b></font>
لِّنَفْتِنَهُمْ فِيْهِ ؕ وَمَنْ يُّعْرِضْ عَنْ ذِكْرِ رَبِّهٖ يَسْلُكْهُ عَذَابًا صَعَدًا ۙ(17)
<font color="000000"><b>(17) Onları bununla imtahana çəkək. Kim öz Rəbbini yad etməkdən üz döndərsə, (Allah) onu ona qalib gələn ağır bir əzaba düçar edər».</b></font>
وَّاَنَّ الْمَسٰجِدَ لِلّٰهِ فَلَا تَدْعُوْا مَعَ اللّٰهِ اَحَدًا ۙ(18)
<font color="000000"><b>(18) «Məscidlər Allaha məxsusdur (ibadət niyyəti ilə olan səcdələr, namaz vaxtları, bütün məscidlər və insanın bədəninin səcdə zamanı yerə dəyən yeddi üzvü – hamısı Ona məxsusdur). Belə isə, Allahla birgə heç bir kəsi (sitayiş etmək məqsədilə) çağırmayın».</b></font>
وَّاَنَّهٗ لَمَّا قَامَ عَبْدُ اللّٰهِ يَدْعُوْهُ كَادُوْا يَكُوْنُوْنَ عَلَيْهِ لِبَدًا ؕ(19)
<font color="000000"><b>(19) «Allah bəndəsi (Peyğəmbər) Allahı çağırmaq üçün qalxdıqda, (möminlər və müşriklər Quranın heyrətamiz ayələrini dinləmək üçün) az qala hamılıqla onun başına tökülüşələr».</b></font>
قُلْ اِنَّمَاۤ اَدْعُوْا رَبِّىْ وَلَاۤ اُشْرِكُ بِهٖۤ اَحَدًا(20)
<font color="000000"><b>(20) De: «Mən ancaq öz Rəbbimi çağırıram və əsla bir kəsi (tanrılıq və ibadətdə) Ona şərik qoşmaram».</b></font>
قُلْ اِنِّىْ لَاۤ اَمْلِكُ لَكُمْ ضَرًّا وَّلَا رَشَدًا(21)
<font color="000000"><b>(21) De: «Mən sizə nə bir zərər vurmaq, nə də bir hidayətə çatdırmaq (qüdrətinə) malik deyiləm».</b></font>
قُلْ اِنِّىْ لَنْ يُّجِيْرَنِىْ مِنَ اللّٰهِ اَحَدٌ ۙ وَّلَنْ اَجِدَ مِنْ دُوْنِهٖ مُلْتَحَدًا ۙ(22)
<font color="000000"><b>(22) De: «Şübhəsiz, Allahın müqabilində kimsə əsla mənə pənah verə bilməz və mən də Ondan başqa bir sığınacaq əsla tapmaram»</b></font>
اِلَّا بَلٰغًا مِّنَ اللّٰهِ وَرِسٰلٰتِهٖ ؕ وَمَنْ يَّعْصِ اللّٰهَ وَرَسُوْلَهٗ فَاِنَّ لَهٗ نَارَ جَهَنَّمَ خٰلِدِيْنَ فِيْهَاۤ اَبَدًا ؕ(23)
<font color="000000"><b>(23) «(Mənim vəzifəm) yalnız Allah tərəfindən (tovhid, cəlal və camal məsələlərini) çatdırmaq və Onun risalətləri(ni yetirmək)dir. Allaha və Onun Rəsuluna asi olanlar üçün, şübhəsiz, Cəhənnəm əzabı vardır. Onlar orada əbədi qalarlar.</b></font>
حَتّٰٓى اِذَا رَاَوْا مَا يُوْعَدُوْنَ فَسَيَعْلَمُوْنَ مَنْ اَضْعَفُ نَاصِرًا وَّاَقَلُّ عَدَدًا(24)
<font color="000000"><b>(24) Onlar vəd olunduqları şeyi gördükləri zamana qədər (sizi zəif və köməksiz hesab edəcəklər). Tezliklə kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu başa düşəcəklər.</b></font>
قُلْ اِنْ اَدْرِىْۤ اَقَرِيْبٌ مَّا تُوْعَدُوْنَ اَمْ يَجْعَلُ لَهٗ رَبِّىْۤ اَمَدًا(25)
<font color="000000"><b>(25) De: «Mən bilmirəm ki, sizə vəd olunan (dünya əzabı, yaxud Qiyamətin qopması) yaxındır, yoxsa Rəbbim onun üçün (uzun) bir müddət təyin etmişdir».</b></font>
عٰلِمُ الْغَيْبِ فَلَا يُظْهِرُ عَلٰى غَيْبِهٖۤ اَحَدًا ۙ(26)
<font color="000000"><b>(26) (Allah) qeybi biləndir və öz qeybinin sirlərindən heç kimi agah etməz.</b></font>
اِلَّا مَنِ ارْتَضٰى مِنْ رَّسُوْلٍ فَاِنَّهٗ يَسْلُكُ مِنْۢ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهٖ رَصَدًا ۙ(27)
<font color="000000"><b>(27) Yalnız seçdiyi rəsuldan (peyğəmbərlərə göndərilən mələkdən və insanlara göndərilən peyğəmbərdən) başqa! (Allah onları agah edər.) Allah onun önündən və arxasından (mühafizəçi mələklərdən ibarət olan) gözətçilər göndərər ki, (mələklərdən və bəşərdən olan rəsulları şeytanların əziyyətlərindən qorusun və)</b></font>
لِّيَعْلَمَ اَنْ قَدْ اَبْلَغُوْا رِسٰلٰتِ رَبِّهِمْ وَاَحَاطَ بِمَا لَدَيْهِمْ وَاَحْصٰى كُلَّ شَىْءٍ عَدَدًا(28)
<font color="000000"><b>(28) Onların öz Rəbbinin risalətlərini (peyğəmbərlərə və peyğəmbərlər də insanlara) çatdırdığını bilsin (və əzəli elmi həyata keçsin). Allah onlarda olanları ( öz elmi ilə) ehtiva etmişdir.O, hər şeyin sayını bilir».</b></font>